Məhkəmə qərarları › İş №2-1(112)-131/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-131/2020

16.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-131/2020 16.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili X5, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı hərəkətlərin qanunsuz hesab edilməsi, üzərinə qoyulmuş məsuliyyətin ləğv edilməklə borcun silinməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin "xxxx" Firmasına hesablanmış 3557.24 manat vergi borcuna görə onun üzərinə əsassız qoyulan məsuliyyətdən azad edilməsi barədə məktubuna verdiyi cavab ilə müşayiət olunan hərəkətinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə onun üzərinə qoyulmuş məsuliyyətin ləğv edilməklə ona münasibətdə 3557.24 manat vergi borcunun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə mümkünlük iclası xx.xx.2020-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi kimi oxunması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin ona bildirdiyinə görə "xxxx" Firmasının (VÖEN: **********) xx.xx.2019-cu il tarixə məhkəmə hökmü ilə təmin edilmiş məbləğ üzrə vərəqə əsasən xx.xx.2014-cü il tarixli, 2-(81)-966/2014 saylı məhkəmə qətnaməsi ilə 3557.24 manat borc hesablanmışdır. Tərəfindən cavabdehə ərizə ilə müraciət edilərək göstərmişdir ki, xx.xx.2008-ci il tarixə qədər o, rəsmi və faktiki olaraq "xxxx" firmasının (VÖEN **********) direktoru olmuşdur. xx.xx.2008-ci il tarixdə firma bütün əmlakı ilə birlikdə bir əməliyyat nəticəsində X3 verilmişdir. Həmin əməliyyatın rəsmiləşdirilməsi "xxxx" Firmasının, təsisçilik hüququnun, həmin firmanın kapital payını və ödənişlərin 3-cü şəxsə verilməsi barədə müqavilə əsasında xx.xx.2008-ci il tarixə Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən təsdiq edilib. Həmin gündən etibarən onun "xxxx" Firması ilə heç bir əlaqəsi və fəaliyyəti olmamışdır. Firmanın yeni təsisçisi Rafiq İbrahimovla onun arasında firmaya rəhbərlik və təmsilçilik barədə heç bir müqavilə bağlanmayıb və o, onu ilk və son dəfə xx.xx.2008-ci il tarixdə notariat kontorunda görmüşdür. Firmanın xx.xx.2008-ci il tarixdən bu günə qədər olan fəaliyyəti haqqında məlumatsızdır. Həmin dövr ərzində bu firmanın maliyyətəsərrüfat fəaliyyətinə aid heç bir sənədə imza atmamış, bu haqda heç bir məlumatı olmamış və yoxdur (bank, alğı-satqı, kassa, sənədlər, müqavilə, orada keçirilən səyyar vergi yoxlamaları sənədləri və s.). Təsisçi R.İbrahimov baş vermiş dəyişiklilər haqqında firmanın qeydiyyat sənədlərində məlumatların yenilənməsi üçün Vergilər Nazirliyinə vaxtında məlumat verməli idi. Əgər bunu etməyibsə, onda maraqlıdır o, bank kreditini necə ödəyib, əldə etdiyi əmlak üzərində necə sərəncam verib və digər əmliyyatları necə aparıb?. Səyyar vergi yoxlamaları zamanı aktı və digər sənədləri direktorun adından kim imzalayıb?.xx.xx.2008-ci il tarixli müqaviləsinin surətini göndərərək xahiş edir ki, "xxxx" Firmasının həmin tarixdən sonrakı dövr ərzində əmələ gələn vergi öhdəliklərinin yerinə yetirilməməsinə görə yaranmış borca görə cavabdeh şəxs qismində həmin dövrdə firmanı faktiki olaraq idarə edən şəxslər cəlb edilsin. Bir daha bildirir ki, xx.xx.2008-ci il tarixdən sonra onun adını kağız üzərində direktor kimi saxlasalarda, faktiki olaraq firma yeni təsisçi Rafiq İbrahimov və onun işçiləri tərəfindən idarə edilib. Eləcə də, aralarında müqavilə olmadan onun adının rəsmi olaraq direktor kimi saxlanılmasında da bütün məsuliyyət və cavabdehlik onların üzərinə düşür. Bu məsələdə onun heç bir məsuliyyəti və cavabdehliyi yoxdur. Lakin, cavabdeh **********939100 saylı, xx.xx.2019-cu il tarixli məktubla müraciətinə cavab olaraq bildirmişdir ki, aparılan araşdırmalara əsasən müraciətinin nəzərə alınması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Hesab edir ki, cavabdehin bu məktubla müraciətini araşdırmaması qanunsuz olmuşdur. Belə ki, o, X1 və ya məsuliyyətsizliyi üzündən "xxxx" Firmasının əmələ gəlmiş vergi borcuna görə hər-hansı bir məsuliyyət daşımır və məsuliyyətə cəlb edilməli deyil, ona qarşı hər hansı bir məhdudiyyətin tətbiq edilməsi qanunsuzdur. xx.xx.2014-cü il tarixli, 2-(81)- 966/2014 saylı məhkəmə qətnaməsində, xx.xx.2019-cu il tarixə olan borca görə məhkəmə hökmünün ona heç bir adiyyəti yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan mübahisəli vergi borcunun hesablanmasına dair sənədlərdən və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2010-cu il tarixli, **********365768 nömrəli qərardan görünür ki, "xxxx" Firması (VÖEN **********) üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2010-cu il tarixli, **********338962 nömrəli akta əsasən "xxxx" Firmasına vergi borcu hesablanmışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı "xxxx" Firmasının borclarına görə onun üzərinə qoyulmuş məsuliyyət və məhdudiyyətdən azad edilməsini tələb etsə də, həmin məsuliyyətin və məhdudiyyətin məhz nədən ibarət olduğunu qeyd etməmişdir. Bundan əlavə, hazırki inzibati iş üzrə vergi ödəyicisi, "xxxx" (VÖEN – **********; AZ1073, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 529-cu məhəllə, qanuni təmsilçi – İddiaçı; qeydiyyata alındığı tarix – xx.xx.1997-ci il) firmasıdır və 3557.24 manat vergi borcu da həmin firmanın borcudur. İddiaçı iddia ərizəsinə əsasən bildirir ki, xx.xx.2008-ci il tarixədək həmin müəssisənin direktoru və qanuni təmsilçisi olmuş, hazırda isə müəssisə ilə heç bir bağlılığı yoxdur. Vergi qanunvericiliyi baxımından da həmin vergi məbləğinin alınması üçün vergi orqanı tərəfindən görüləcək tədbirlər (borc bildirişinin göndərilməsi, bank hesablarına sərəncamların göndərilməsi, əmlakın siyahıya alınması və s. bu kimi tədbirlər) vergi ödəyicisinə, yəni "xxxx" Firmasına tətbiq ediləcəyindən iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu və həmin orqan tərəfindən onun subyektiv hüquqlarına hər hansı bir müdaxilə edildiyi və ya qanunla qorunan hüquq və azadlıqlarını pozması faktı müəyyən edilmir. Bu hal da, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar