Məhkəmə qərarları › İş №2-1(112)-131/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-131/2024

24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-131/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Bakı şəhəri X3rşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “qeyri-qanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə və İddiaçı2 cavabdeh Bakı şəhəri X3rşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “qeyri-qanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı1 cavabdeh Bakı şəhəri X3rşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “qeyri-qanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair (mətndə - birinci iş) və İddiaçı2 cavabdeh Bakı şəhəri X3rşı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “qeyri-qanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair (mətndə - ikinci iş) inzibati işə 24 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Birinci iş üzrə İddiaçı1 cavabdeh Bakı şəhəri X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni hərəkətlərə son qoyulması, iddiaçının icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ona dəymiş 1300 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İkinci iş üzrə İddiaçı2 cavabdeh Bakı şəhəri X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni hərəkətlərə son qoyulması, iddiaçının icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və ona dəymiş 1200 manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31 yanvar 2022-ci il tarixli qərardadı ilə, Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-3619/2022 saylı (İddiaçı2 cavabdeh Bakı şəhəri X3rşı “qeyriqanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair) inzibati iş həmin məhkəmənin icraatında olan 2-1(112)-2542/2022 saylı (İddiaçı1 cavabdeh Bakı şəhəri X3rşı “qeyri-qanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair) inzibati işlə birləşdirilməsi və İddiaçı2 cavabdeh Bakı şəhəri X3rşı “qeyriqanuni hərəkətlərə son qoyulması və kompensasiyanın ödənilməsi” tələbinə dair işin 2- 1(112)-2542/2022 nömrə ilə qeydiyyata alınmaqla məhkəmə icraatı üzrə prosessual hərəkətlərin davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: Birinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən, ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli **********81 reyestr nömrəli çıxarışlı, X6 icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan zeytunçuluq sovxozu ərazisində yerləşən 0.009 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsinin icarə hüquqları satıcı X9 tərəfindən alıcıya- İddiaçı1 3000 (üç min) manata satılmışdır. Notariat hərəkətləri Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmışdır. Torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən “ torpaq sahəsinin planı və ölçüsü”, eyni zamanda “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarış” verilmişdir. İddiaçı torpaq sahəsini istifadəyə qəbul etmişdir. Lakin bir müddət sonra X2suz olaraq, istifadəsinə verilmiş torpaq sahəsini əhatə edən, mişar daşı ilə tikilmiş daş hasarı sökmüşdür. Səbəbi araşdıran zaman bələdiyyə ona bildirmişdir ki, həmin torpaq sahəsi onun ulu babalarına məxsus olmuşdur və torpaq sahəsindən istifadə etməyə imkan verməyəcəklər. İddiaçının onlara dövlət tərəfindən verilmiş çıxarışı və torpağın plan və ölçüsünü göstərməyinə baxmayaraq buna məhəl qoyulmamışdır. Nəticədə hüquqları pozulmuş, ona maddi zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş çıxarışın surətindən də görünür ki, icarə hüququ ilə istifadəsinə verilmiş torpaq dövlət mülkiyyətində olan torpaqdır, torpaq üzərində hüququ yüklü edən şəxs Abşeron Rayon İcra Hakimiyyətidir, torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır və torpaq üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində mənin adıma rəsmiləşdirilmişdir. X5 mənim icarəmə verilmiş torpağa heç bir aidiyyəti yoxdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsinə ona maddi zərər dəymişdir. Belə ki, torpaq sahəsini əhatə edən və mişar daşından inşa edilmiş daş hasar sökülmüşdür. Sökülmüş daş hasarın hündürlüyü 2 (iki) metr, uzunluğu isə 37 (otuz yeddi) metr olmuşdur. Beləliklə yeni daş bünövrənin qazılması, mişar daşı və sement xərcləri, hasarın tikilməsi üçün usta xərcləri də daxil olmaqla ona 1300 (min üç yüz) maddi zərər dəymişdir ki, bu xərclər X4 tutularaq mənə tam şəkilədə ödənilməlidir. İkinci iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli torpağın icarə hüquqlarının alqı-satqı müqaviləsinə əsasən, ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli **********81 reyestr nömrəli çıxarışlı, X6 icarəsində olan Abşeron rayonu, 1 nömrəli Hövsan zeytunçuluq sovxozu ərazisində yerləşən 0.009 ha torpaq sahəsindən 0.04 ha torpaq sahəsinin icarə hüquqları satıcı X9 tərəfindən alıcıya-İddiaçı2 10000 (on min) manata satılmışdır. Notariat hərəkətləri Abşeron rayonu 2 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən aparılmışdır. Torpaq sahəsinə dair ƏMDK yanında DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən "torpaq sahəsinin planı və ölçüsü", eyni zamanda "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarış" verilmişdir. İddiaçı torpaq sahəsini istifadəyə qəbul etmişdir. Lakin bir müddət sonra X2suz olaraq, istifadəsinə verilmiş torpaq sahəsini əhatə edən, mişar daşı ilə tikilmiş daş hasarı sökmüşdür. Səbəbi araşdıran zaman bələdiyyə ona bildirmişdir ki, həmin torpaq sahəsi onun ulu babalarına məxsus olmuşdur və torpaq sahəsindən istifadə etməyə imkan verməyəcəklər. İddiaçının onlara dövlət tərəfindən verilmiş çıxarışı və torpağın plan və ölçüsünü göstərməyinə baxmayaraq buna məhəl qoyulmamışdır. Nəticədə hüquqları pozulmuş, ona maddi zərər dəymişdir. Əlavə olaraq bildirir ki, Bakı şəhəri X2i deyil, qanunsuz vasitələrlə onun hüquqlarımı pozur. Belə ki, yaxınlıqda yaşayan şəxslərlə "onsuz da burada yaşayanlar sənə imkan verməyəcək ev tikməyə" kimi ifadələr işlədərək onu hədələyir. İddia ərizəsinə əlavə edilmiş çıxarışın surətindən də görünür ki, icarə hüququ ilə istifadəsiə verilmiş torpaq dövlət mülkiyyətində olan torpaqdır, torpaq üzərində hüququ yüklü edən şəxs Abşeron Rayon İcra Hakimiyyətidir, torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır və torpaq üzərində icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində mənin adıma rəsmiləşdirilmişdir. X5 mənim icarəmə verilmiş torpağa heç bir aidiyyəti yoxdur. Əlavə olaraq bildirir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsinə ona maddi zərər dəymişdir. Belə ki, torpaq sahəsini əhatə edən və mişar daşından inşa edilmiş daş hasar sökülmüşdür. Sökülmüş daş hasarın hündürlüyü 2,6 (iki metr altmış santimetr) metr, uzunluğu isə 24 (iyirmi dörd) metr olmuşdur. Beləliklə yeni daş bünövrənin qazılması, mişar daşı və sement xərcləri, hasarın tikilməsi üçün usta xərcləri də daxil olmaqla ona 1200 (min iki yüz) maddi zərər dəymişdir ki, bu xərclər X4 tutularaq mənə tam şəkilədə ödənilməlidir. Cavabdehin etirazları: Cavabdeh birinci iş üzrə iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının onun icarəsində olmasını iddia etdiyi torpaq sahəsi Yeni Suraxanı qəsəbəsində tarix və mədəniyyət abidəsi kimi qorunan “Müzəffər” ovdanının ərazisidir və həmin torpaq sahəsi X7 məxsusdur. Lakin iddiaçı qanunsuz olaraq həmin abidənin ətrafını zəbt etmiş və bu hal yerli sakinlərin haqlı narazılığına səbəb olmuşdur. Məhz yerli sakinlərin Mədəniyyət Nazirliyinə ünvanladığı şikayəti əsasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti tərəfindən əraziyə baxış keçirilmiş və həqiqətən də ərazinin qanunsuz olaraq zəbt edilməsi, tarixi abidə hesab edilən ovdanın konstruksiyasına dəyişiklik edilməsi məlum olmuşdur. Mədəniyyət Nazirliyi tərəfindən bununla bağlı dərhal tədbir görülməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə məktub ünvanlanaraq, Bakı şəhəri Suraxanı rayonunda yerləşən və öz unikallığı ilə digər Abşeron ovdanlarından fərqlənən “Müzəffər” Ovdanının ətrafının qanunsuz olaraq zəbt olunması bildirilmiş və abidənin unikallığı və tarixi əhəmiyyətini nəzərə alaraq, “Müzəffər” ovdanının ətrafında qanunsuz olaraq hörülən hasarın sökülməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. Bundan sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən Ovdanın ərazisinin qanunsuz tikililərdən təmizlənməsi üçün tədbirlər həyata keçirilmiş və qanunsuz tikilinin aparan şəxsin İddiaçı1 olması müəyyən edilmişdir. İddiaçı1 həmin torpaq sahəsinin ona məxsus olmasını bildirsə də, bu barədə İcra Hakimiyyətinə heç bir sənəd təqdim edə bilməmişdir. İddiaçı1 onun zəbt etdiyi ərazinin tarixi abidə olması bildirilsə də, o, buna əhəmiyyət verməmiş, ərazini qanunsuz tikililərdən təmizləməkdən imtina etmişdir. Belə ki, İddiaçı1 tərəfindən ovdan ərazisində 5-6 mişar daşı hündürlüyündə hasar tikilmiş, o hasarı könüllü olaraq sökmədiyi üçün, ərazidə qəsəbə sakinlərinin könüllü iştirakı ilə təmizlik işləri aparılmış, qanunsuz tikililər o cümlədən, İddiaçı1 tərəfindən Ovdanın pilləkənləri üzərində tikilmiş daşlar sökülmüşdür. Bütün bu işlər qəsəbə sakinlərinin tələbi ilə sakinlərin özləri tərəfindən icra edilmiş, X8 tərəfindən “Müzəffər” ovdanı öz əvvəlki vəziyyətində bərpa edilmişdir. Qeyd edilən qanunsuz tikililərin sökülməsində X5 hər hansı bir qanunsuz hərəkəti olmamış, həmin tikinti sakinlərin şikayəti əsasında, Suraxanı Rayon İcra Hakimiyyətinin göstərişi ilə sakinlərin özü tərəfindən həyata keçirilmiş, iddiaçı da sakinlərin haqlı narazılığını görüb onlar barəsində şikayətçi ola bilməmişdir. X8 iddiaçının istinad etdiyi qanunsuz tikilini sökməmiş, sökülməsini təşkil etməmişdir. Həmin qanunsuz tikili İcra Hakimiyyətinin göstərişi və mədəniyyət abidələrinin və mədəni irs obyektlərinin qorunması işinin təşkili sahəsində təşkilatçılığı ilə sakinlər tərəfindən sökülmüş, X8 tərəfindən isə “Müzəffər” ovdanı təmir edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin 3.12.7-ci bəndinə əsasən Yerli icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasuun Dövlət Turizm Agentliyi ilə birgə tarix, mədəniyyət, təbiət abidələrinin və mədəni irs obyektlərinin qorunması işini təşkil edir. Bundan əlavə isə iddia tələbinin məzmunundan da görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşir. Bununla əlaqədar bildirilir ki, iddiaçının özünə məxsus olmasını istinad etdiyi torpaq sahəsi Yeni Suraxanı qəsəbəsinin ərazisinə aidiyyəti yoxdur. Yəni onun istinad etdiyi Dövlət reyestrindən çıxarış hazırkı torpaq sahəsinin onun icarəsində olmasını sübut edən sənəd kimi istinad edilə bilməz. Beləliklə də İddiaçı1 tərəfindən Yeni Suraxanı ərazisində “Müzəffər” ovdanı tarixi abidəsinin mühafizə zonasında hər hansı bir tikili tikməsi hüququ olmamış, buna baxmayaraq, o həmin ərazidə tikinti işləri aparmışdır ki, onun qeyd edilən tikinti işlərinə heç bir hüququ yaranmamışdır. Bundan əlavə isə iddiaçının məhkəməyə təqdim etdiyi sənəddən də görünür ki, onun icarəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, bu baxımdan da iddiaçı həmin torpaq sahəsini mişar daşı ilə hasara almaqda haqlı olmamışdır. Cavabdeh ikinci iş üzrə, üçüncü şəxs isə hər iki iş üzrə iddia tələblərinə münasibət bildirməmiş və yazılı etirazlarını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Hər iki iş üzrə iddiaçıların nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsi və iddiaların təmin edilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə hər iki iş üzrə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə bildirir ki, hər iki iş üzrə iddiaçılar tələbində çıxarışa əsasən icarəsində olan torpaq sahəsindən istifadəyə qanunsuz maneələr və müdaxilələrin cavabdehə qadağan edilməsini xahiş etmişdir. Belə ki, irəli sürülmüş iddia müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Hər iki iş üzrə iddiaçıların digər tələbləri kompensasiya haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin inzibati akt sayılmayan əlverişsiz hərəkətlərinin edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,09 ha torpaq sahəsi icarə hüququ əsasında hər iki iş üzrə iddiaçılara (İddiaçı1 – 0,05 ha, İddiaçı2 – 0,04 ha) məxsusdur. Cavabdeh etirazında həmin ərazinin “Müzəffər” ovdanının ərazisi olmaqla X7 məxsus olduğunu bildirmişdir. Hər iki iş üzrə iddiaçılar torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və kompensasiya tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin yuxarıda qeyd edilən faktiki hallarından göründüyü kimi, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,09 ha torpaq sahəsi icarə hüququ əsasında hər iki iş üzrə iddiaçılara (İddiaçı1 – 0,05 ha, İddiaçı2 – 0,04 ha) məxsusdur. Cavabdeh etirazında həmin ərazinin “Müzəffər” ovdanının ərazisi olmaqla X7 məxsus olduğunu bildirmişdir. Hər iki iş üzrə iddiaçılar torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və kompensasiya tələbini irəli sürmüşdür. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Hazırkı hər iki iş üzrə iddiaçılar daşınmaz əmlakın dövlət reyestində qeydə alınmış icarə hüququ əsasında mübahisə predmeti torpaq sahəsinə sahiblik etdiklərinə görə Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları onlara da məxsusudur. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin etirazında dönədönə vurğuladığı, etirazında törətdiyi maneələrə bir növ əsas göstərdiyi Yeni Suraxanı qəsəbəsində yerləşən “Müzəffər” ovdanın ərazisinin hər iki üzrə iddiaçıların icarəsində olan torpaq sahəsinin ərazisi ilə üst-üstə düşüb-düşməməsi istiqamətində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, “Müzəffər” ovdan həmin torpaq sahələrinin daxilində deyil, yanında yerləşir. Qonşuluğunda isə yalnız mübahisə predmeti torpaq sahəsi deyil, digər hasara alınmış, üzərində tikili olan torpaq sahələri vardır. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki, mübahisə predmeti torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən hər iki iş üzrə iddiaçıların qanuni istifadəsindədir (icarəsindədir), həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istədiyi kimi istifadə etmək hüququ da vardır və əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Bu baxımdan iddia qeyd edilən hissədə təmin edilməklə torpaq sahəsindən istifadəyə qanunsuz maneələr və müdaxilələr Bakı şəhəri X1 edilməlidir. İddianın kompensasiyanın ödənilməsi hissəsi ilə bağlı aşağıdakılar qeyd edilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Hər iki iş üzrə iddiaçı tərəf iddia etdiyi ziyanın dəyməsi faktını, məhz cavabdeh tərəfindən hasarın sökülməsi və onun məbləğini təsdiq edən, biri digərini tamamlayan mötəbər dəlillərə istinad etməmiş, bu hallar məhkəmə araşdırması zamanı da təsdiqini tapmamış və hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən iddianın bu hissədə əsaslı olması qənaətinə gəlmək mümkün deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, hər iki iş üzrə iddia qismən təmin edilməli, hər iki iş üzrə iddiaçıların icarəsində olan torpaq sahəsindən istifadəyə qanunsuz maneələr və müdaxilələr Bakı şəhəri X1 edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Birinci iş üzrə iddia qismən təmin edilsin. İddiaçı1 icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki 0,05 ha torpaq sahəsindən istifadəyə qanunsuz maneələr və müdaxilələr Bakı şəhəri X1 edilsin. İddia qalan hissədə təmin edilməsin. İkinci iş üzrə iddia qismən təmin edilsin. İddiaçı2 icarəsinə verilmiş icarəsinə verilmiş və Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisindəki 0,04 ha torpaq sahəsindən istifadəyə qanunsuz maneələr və müdaxilələr Bakı şəhəri X1 edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar