Məhkəmə qərarları › İş №2-1(112)-13105/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13105/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13105/2024 08.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Başçısının fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli 131 saylı sərəncamının və həmin sərəncam əsasında dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi, əmlakın hüquqi vəziyyətinin əvvəlki halına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 351 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən Mərdəkan qəsəbəsində 3/324 nömrəli sahədə yerləşən 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikilməsi məqsədi ilə X5 ayrılmışdır. Verilmiş ölüm haqqına şəhadətnamədən məlum olur ki, X8 xx.xx.1996-cı il tarixində vəfat etmiş, bu barədə xx.xx.1996-cı il tarixində 722 qeyd nömrəsi ilə ölüm haqqında akt qeydləri kitabına qeyd edilmişdir. Övladları o, və X2 xx.xx.2021-ci il tarixli, 2V-50 saylı “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X3 vərəsəsi qismində tanınmışlar. Hüquqlarının dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət edilməsi nəticəsində məlum olmuşdur ki, Cavabdeh Başçısının 351 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı və yerləşmə cizgisinə, Dövlət Arxivinin Bakı filialının xx.xx.2016-cı il tarixli, 370 saylı məktubuna, Xəzər rayon İHB-nın fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli 131 saylı sərəncamına və eskiz layihəsinə əsasən qeyd olunan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X3 etibarnəmə üzrə (7E-1651 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli) üzrə nümayəndəsi X6 müraciəti əsasında xx.xx.2016-cı il tarixində X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmış və daşınmaz əmlaka Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, M.ünvan 1 ünvanı verilmişdir. Daha sonra qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsi sözügedən etibarnamə ilə 4Ə-257 reyestr nömrəli xx.xx.2016- cı il tarixli alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində X7 adına qeydiyyata alınaraq ona ******* nömrəli çıxarış verilmişdir. xx.xx.1996-cı il tarixində vəfat etmiş X3 2016-cı ildə Cavabdehnə hər hansı daşınmaz əmlakın qeydiyyata alınması barədə müraciət ünvanlaması və xx.xx.2016-cı il tarixində hər hansı şəxsə onu təmsil etmək və ya onun adından müəyyən hərəkətlər həyata keçirmək üçün etibarnamə verməsi tam mümkünsüzdür. Belə ki, X3 ölüm faktı müvafiq səlahiyyətli orqan tərəfindən xx.xx.1996-cı il tarixində verilmiş ölüm haqqında şəhadətnamə ilə təsdiq edildiyindən, daşınmaz əmlakın qeydə alınması barədə Cavabdehnə ünvanlanmış müraciət əsassızdır və bunun nəticəsində qəbul edilmiş sərəncam ləğv edilməlidir. Eyni əsaslara görə 7E-1651 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli etibarnamə mövcud ola bilməz, onun əsassızlığı, etibarsızlığı mübahisəsiz məlumdur. Belə olan halda həmin etibarnamə əsasında əldə edilmiş istənilən sənədin heç bir hüquqi nəticəsi ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum qərarında qeyd edilir ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Hazırkı məsələdə isə ölmüş şəxsin adından bağlanılmış əqdlərdən, həmin əqdlərin yaratdığı hüquqi nəticələrdən söhbət gedir. Belə ki, ölmüş şəxsin adından hər hansı yolla tərtib edilmiş etibarnamənin həmin şəxsin real iradə ifadəsi hesab edilməsi mümkün ola bilməz. Bu səbəbdən, iddiaçının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına, vərəsəlik hüququnun tətbiqi nəticəsində hüquq çata biləcək torpaq sahəsindən məhrum olmasına səbəb olan, qanunsuz hərəkətlərin əvvəlində dayanan etibarnamə mübahisəsiz qaydada etibarsızdır. Həmin əqdin etibarsızlığı isə onu əsas olmaqla bağlanmış istənilən əqdin heç bir hüquqi qüvvəsinin olmaması, əslində qanun qarşısında heç bir nəticəsinin olmaması kimi qiymətləndirilməli, həmin torpaq sahəsi 2016-cı ildən əvvəlki hüquqi halı ilə, Cavabdeh Başçısının 351 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi tikilməsi məqsədi ilə X5 ayrılmış formada qalmalıdır. Nəzərə alınmalıdır ki, əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlilığı xüsusi əhəmiyyət daşıyır. Belə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz. Belə ki, qeyd edilənlərdən məlum olur ki, X9 tərəfindən təqdim edilməklə, əsassız olaraq müvafiq əmlak əldə etməsinə xidmət etmiş müvafiq etibarnamə tam əhəmiyyətsiz olmaqla, həmin sənədin nəinki etibarsız eyni zamanda saxta olduğunu deməyə əsas yaradır. Bundan əlavə, Xəzər rayon İHB-nın fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli 131 saylı sərəncamının qəbul edilməsinə əsas olmuş hər hansı müraciətin hüquqi qüvvəsi yoxdur, çünki həmin müraciətin səlahiyyətli şəxs tərəfindən edilməsi mümkün deyildir. Sözügedən torpaq sahəsi üzərində qanunsuz olaraq aparılmış bu cür sərəncamverici hərəkətlər hüququn ədalət, vicdanlılıq və.s prinsiplərinin pozulması ilə nəticələnmişdir. 7E-1651 reyestr nömrəli,xx.xx.2016-cı il tarixli etibarnamənin mübahisəsiz qaydada etibarsız olması səbəbindən Cavabdeh Başçısının fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli 131 saylı sərəncamının və həmin sərəncam əsasında dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi, sözügedən torpaq sahəsinin əvvəlki hüquqi vəziyyətinə qaytarılması zəruridir. Belə ki, X8 xx.xx.1996-cı il tarixində vəfat etdiyindən daşınmaz əmlakın qeydə alınması ilə əlaqədar həmin şəxsin adından və ya onun etibarnaməsi əsasında hər hansı prosessual hərəkətlərin həyata keçirilməsi mümkünsüzdür. İnzibati orqan adından müraciət edilən şəxsin mövcud olub-olmaması, bu şəxsin həyatda olub-olmaması, təqdim edilən sənədlərin etibarlılığı, həqiqəti əks etdirməsi halı ilə əlaqər heç bir araşdırma aparmadan hazırda barəsində mübahisə edilən inzibati aktları qəbul etmişlər. İnzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlar X3 vərəsələri İddiaçı və X1 əlverişsiz vəziyyətə salaraq onların həmin daşınmaz əmlaka dair müvafiq hüquqlarını icra etmələrinə məne olmaqdadır. Qeyd edilən inzibati aktların qəbul edilməsi iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyindən həmin inzibati aktarın etibarsız hesab edilməsi və sözügedən torpaq sahəsinin hüquqi vəziyyətinin əvvəlki halına qaytarılması zəruridir.

3. Cavabdehin iddiaya dair münasibəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Belə ki, İddiaçı iddia tələbində Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-ci il tarixli, 131 nömrəli Sərəncamın və həmin Sərəncamla dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi və əmlakın hüquqi vəziyyətinin əvvəlki halına qaytarılmasını tələb etmişdir. Məhkəmənin nəzərinə çatdırırıq ki, “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verildiyindən Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti başçısının fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-ci il tarixli, 131 nömrəli Sərəncamının hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı “sərəncamın ləğvi” tələbinə dair inzibati iş üzrə məhkəmə araşdırmasının nəticəsindən asılı olaraq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

6. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü həm də onun lazımi qaydada qaldırılması ilə şərtlənir və hazırkı işdə iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir.

7. İPM-nin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

8. Məhkəmə qeyd edir ki, iş üzrə iddia tələbləri aydın deyil və qoyulmuş iddia predmet(lər)i üzrə cavabdehin həmin səlahiyyət(lər)ə sahib olduğu müəyyən edilmir.

9. Belə ki, tələb birinci hissədə, Cavabdeh Başçısının fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması barədə xx.xx.2016-cı il tarixli 131 saylı sərəncamının etibarsız hesab edilməsi ayrıca müstəqil tələb olaraq qaldırılmalı və gələcəkdə həmin işin nəticəsindən asılı olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin sərəncam əsasında dövlət reyestrində aparılmış qeydiyyat ilə bağlı müvafiq tədbirlər görülə bilər.

10. Bununla bağlı iddiaçıya hüquqi maraqlarına uyğun iddia tələbinin dəqiqləşdirilməsi təklif olunaraq buna dair ona xx.xx.2024-cü il tarixli təklif məktubu ünvanlansa da, iddia tələbi dəqiqləşdirilməmişdir (dəyişdirilməmişdir). Belə ki, Bakı şəhəri Cavabdeh başçısının sərəncamının ləğvi ilə əlaqədar müstəqil cavabdeh olaraq Bakı şəhəri Cavabdehnə qarşı iddia tələbi ilə və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsi ilə əlaqədar isə müstəqil cavabdeh olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edilməsi təklif olunmuşdur. Buna baxmayaraq, məhkəmənin təklifi nəzərə alınmamış və müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir.

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

12. Göründüyü kimi, məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi, yol verilən çatışmazlıqların aradan qaldırılması, mövcud mübahisənin müzakirə edilməsi məqdəsi ilə iclas təyin olunsa da, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş, qeyd olunan nöqsanlar aradan qaldırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

14. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

15. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar