Məhkəmə qərarları › İş №2-1(112)-13108/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13108/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13108/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X8 və X11 “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının vəkili X9, cavabdehin nümayəndəsi X15. Üçüncü şəxs X3, üçüncü şəxs X5 nümayəndəsi (arvadı) X14 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X8 və X11) “fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 16 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı ev tarixsiz olaraq X24 və X12 adlarına ilkin qeydiyyatdan keçmişdir. Keçmiş Oktyabr rayon Xalq Məhkəməsinin 21,04.1944-cü il tarixli qərarına əsasən X13 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 5552 reyestr nömrəli xx.xx.1946-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 56927 reyestr nömrəli xx.xx.1948-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına qeydiyyatdan keçmişdir. Keçmiş Oktyabr rayon Xalq Məhkəməsinin 16.11 1949-cu il tarixli qərarına əsasən Rüstəmova Səkinəxanım və X4 adlarına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 85385 reyestr nömrəli xx.xx.1950-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. 1 saylı DNK-nın 46-k-17288 reyestr nömrəli xx.xx.1952-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. 5 saylı DNK-nın 1592 reyestr nömrəli xx.xx.1958-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X26 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı anası Şəfiqə Hacıbaba qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı evin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və onun həmin evə vərəsəlik hüququnun tanınması qət edilmişdir. 12 saylı DNK-nın 2V-01-256 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, şəhadətnamə əsasında cavabdehə verilmiş Hüquqların Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, mərhum Şəfiqə Hacıbaba qızından miras qalmış ünvan 1 ünvanında iddiaçının vərəsəlik hüququnun müəyyən olunması, miras payların bölünərək iddiaçıya çatası pay üzərində onun mülkiyyət hüququnun təsdiq olunması, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi tələbinə iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən X3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmənin həmin iş üzrə eyni tarixi qərardadı ilə X3 ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06 sentyabr 2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, ünvan 2 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-445/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-31/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X3 və X5 cavabdehlər İddiaçı, 12 saylı Notariat Ofisinə və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, dalan 5, 7 №-li fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu qeydə alınması üçün ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/213 saylı 06 sentyabr 2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, ünvan 2 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydin ləğv edilməsi qərara alınmışdır. Müvafiq qərardada əsasən sizin adınıza verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış xx.xx.2019-cu il tarixində tərəfimizdən ləğv edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X3 və X5 cavabdehlər İddiaçı, 12 saylı Notariat Ofisinə və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsində sizin adınıza təkrarən hüquqların dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə münasibət bildirilməmişdir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı fərdi yaşayış evə qanun üzrə vərəsədir və miras əmlakı faktiki olaraq qəbul etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə dair etirazı müdafiə edərək iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X5 nümayəndəsi X21 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. Üçüncü şəxs X8 iddia tələbinə etiraz edərək rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsinin təmin edilməsi, ərizəçi İddiaçı anası Şəfiqə Hacıbaba qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı evin miras əmlak kimi qəbul etməsi faktının müəyyən edilməsi və onun həmin evə vərəsəlik hüququnun tanınması qət edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı ev 12 saylı DNK-nın 2V-01-256 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən X3 ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı 06 sentyabr 2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, ünvan 2 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeyd ləğv edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı cavabdehin adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, şəhadətnamə əsasında cavabdehə verilmiş Hüquqların Dövlət qediyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın ləğv edilməsi, mərhum Şəfiqə Hacıbaba qızından miras qalmış ünvan 1 ünvanında iddiaçının vərəsəlik hüququnun müəyyən olunması, miras payların bölünərək iddiaçıya çatası pay üzərində onun mülkiyyət hüququnun təsdiq olunması, dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçının xeyrinə ödənilməsi tələbinə iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-445/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(004)-7140/2018 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-31/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X3 və X5 cavabdehlər İddiaçı, 12 saylı Notariat Ofisinə və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı həmin evə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Cavabdeh isə bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3869/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4879/213 saylı 06 sentyabr 2013-cü il tarixli qətnaməsinin icrasına dönüş edilməsi, ünvan 2 fərdi yaşayış evinə İddiaçı adına verilmiş mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydin ləğv edilməsi qərara alınmışdır. Müvafiq qərardada əsasən iddiaçının adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış xx.xx.2019-cu il tarixində ləğv edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)- 31/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X3 və X5 cavabdehlər İddiaçı, 12 saylı Notariat Ofisinə və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras payının müəyyən edilməsi və mənzilə köçürülmə tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsində sizin adınıza təkrarən hüquqların dövlət qeydiyyatına alınmasına və çıxarışın verilməsinə münasibət bildirilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0 və 8.0.3-cü maddələri təşkil edir. Həmin normalara görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən yuxarıda istinad olunan məhkəmə mübahisələri üzrə cavabdeh İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmadığını, qeydin bərpasına dair məhkəmə qərarlarında hər hansı bir qeydin olmamasına istinad edir. Lakin cavabdeh nəzərə almır ki, iddiaçının adına ləğv edilməmiş qüvvədə olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə mövcuddur. X19 yuxarıda istinad edilən normalarına əsasən mübahisə predmetini təşkil edən evə iddiaçının mülkiyyət hüququnu qeydə alınması üçün əsasdır. Həmin Şəhadətnamə iş üzrə üçüncü şəxslər tərəfindən mülki mühakimə icraatında mübahisələndirilmiş və iddia tələbləri rədd edilmişdir. Qanuni qüvvəsini almış Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-31/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qətnaməsində məhkəmə qeyd etmişdir ki, “...həmçinin, iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh İddiaçı mərhum anası Şəfiqə Hacıbaba qızından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı fərdi yaşayış evinə dair 12 saylı DNK tərəfindən 2V-01-256 reyestr nömrəli xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə heç də iddiaçıların iddia ərizəsində göstərdikləri kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3869/2019 saylı xx.xx.2019- cu il tarixli qərardadı ilə ləğv olunmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4879/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında deyil, iş üzrə cavabdeh İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinin tələbinə uyğun olaraq notariat orqanına edilmiş müraciəti əsasında verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin şəhadətnamənin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Bu barədə iddiaçı X5 gətirdiyi dəlillər isə heç bir hüquqi əsasa söykənmir. Odur ki, iddiaçı X5 iddia tələbi Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində də, əsassız və qanunsuz olduğundan rədd edilməlidir” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Ə.Hüseynzadə küçəsi, dalan 5, 7 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüququ 12 saylı DNK tərəfindən 2V-01-256 reyestr nömrəli xx.xx.2014-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında yaranmışdır. Odur ki, cavabdehin istinad etdiyi imtina dəlilini, yəni mülki işlər üzrə məhkəmə qərarların cavabdeh İdarənin üzərinə hər hansı öhdəlik qoyulmaması, həmin qərarlarda qeydin bərpasında dair qeydin olmamasını məhkəmə əsaslı hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının daha əvvəl də, Bakı İnzibati Məhkəməsində iddiası olmuşdur. Lakin həmin iddianın predmeti və əsası ilə, hazırkı iddianın predmeti və əsası eyni olmamışdır. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-655/2020 saylı qərarından görünür ki, İddiaçı ƏMDK yanında DƏDXR-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın bərpa olunması tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1860/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-655/2020 saylı qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, qərar ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6020/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı ƏMDK yanında DƏDXR-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın bərpa olunması tələbinə dair” iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-425/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6020/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 834/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-425/2022 saylı qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən inzibati işlər üzrə idiaçının tələbi məhkəmə qərarlarına istinadən “çıxarışın bərpa edilməsi” olsa da, hazırkı işdə iddia tələbi “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə” istinadən “çıxarışın verilməsi” olmuşdur. Göründüyü kimi sözügedən yaşayış evinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüququmüəyyənedici əsas kimi çıxış edən həmin vərəsəlik şəhadətnaməsi mübahisələndirilməsinə baxmayaraq, ləğv olunmamışdır və hazırda qüvvədədir. Məhkəmə hsab edir ki, cavabdehin imtinası formal mülahizələrə əsaslanmaqla, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından əsassız imtinaya yönəlmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar