Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13109/2023 06.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin götürülməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd olunan sənədlərin və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********173889 nömrəli qərarı ilə "Azər-Gür” MMC-də (VÖEN:**********) növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2020-xx.xx.2023) təyin edilmişdir. Vergi Məcəlləsinin 42-ci maddəsinə əsasən vergi ödəyicisinə müəyyən edilmiş qaydada xx.xx.2023-cü il tarixli **********173905 nömrəli “SVY-nın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə hüquqi şəxsin elektron poçt ünvanına göndərilmişdir. Lakin, səyyar vergi yoxlaması zamanı "Azər-Gür” MMC tərəfindən sənədlər yoxlamaya təqdim edilməmiş və yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyi üçün yoxlamanın keçirilməsi mümkün olmamışdır. Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti 1.1. Vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər 1.2. Vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar 1.3. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar 1.4. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda bank hesablarının hərəkəti 1.5. Yoxlama ilə əhatə edilən dövr üzrə elektron və kağız formatda nağd dövriyyələrin hərəkəti 1.6. Yoxlama ilə əhatə edilən dövrlər üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 1.7. Vergi ödəyicisinin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu 1.8. İştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər-hansı törəmə müəssisə(lər) barədə məlumat 1.9. İpoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti 1.10. Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı 1.11. Vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti 1.12. Yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər 1.13. Ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı (excel faylda) 1.14. Dəyəri 10 000 manatdan yuxarı olan bütün borc və kredit müqavilələri 1.15. Dəyəri 2 000 manatdan yuxarı olan bütün sığorta polisləri 1.16. Qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları 1.17 Müəssisə tərəfindən görülmüş işləri və xidmətləri təsdiq edən təhvil-təslim aktları, müqavilələri, forma №2 və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.18 Alınmış mal, iş və xidmətlərlə bağlı müqavilələr, təhviltəslim aktları və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 1.19 Müəssisənin mühasibatlığının aparıldığı proqram təminatından çıxarış 1.20 İddia müddəti keçmiş kreditor və debitor borclar barədə məlumatlar 1.21 Ümidsiz borclar barədə məlumatlar 1.22 Ciddi hesabat blankları (kassa mədaxil orderləri və s) 2. 2 Aşağıdakı sənədlərin yoxlanılan dövr üzrə (xx.xx.2020-ci il tarixdən 01,06.2023-cü il tarixədək) elektron surəti 2.1 Yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda) 2.2 Yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda) 2.3 Yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda yerli və xarici bank hesablarının hərəkəti (excel faylda) 2.4 Yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə) 2.5 Yoxlama dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (excel faylda) 2.6 Mal-materialların daşıma xərcləri 2.7 Yük gömrük bəyanamələrinin surəti (PDF faylda) 2.8 Qarşılıqlı əməliyyatlar aparılmış müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti 2.9 Vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannamələrinin 1 nömrəli əlavəsinin açıqlaması (excel faylda) 2.10 Müəssisənin məzənnə fərqi ilə bağlı yaranan gəlirləri və zərərləri barədə açıqlamalar (excel faylda) 2.11 Yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda) 2.12 Xarici əməkdaşlarla bağlanmış əmək müqavilələri, iş vaxtı cədvəlləri, xarici əməkdaşların əldə etdikləri gəlirlərin ödənilməsini təsdiq edən bank sənədləri, xarici əməkdaşların pasport surətləri 2.13 Müəssisədə çalışmış Xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri 2.14 Azərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri 2.15 Yoxlanılan dövrlər üzrə icarədə olan əsas vəsaitərin siyahısı 2.16 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda) 2.17 Yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri-rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda) 2.18 Yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni və SSH-ni göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər 2.19 Malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı layihələr və yoxlama dövrü (illər) üzrə imzalanmış hər təhvil-təslim aktı (electron qaimə faktura və s) üçün silinmiş xammal və materiallar, alınmış iş və xidmətlərin dəyərini göstərən uçot məlumatları; Tələbnamədə göstərilən sənədlər təqdim edilmədiyi üçün xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq sənədlərin təqdim edilməməsi barədə İmtina aktları tərtib edilmişdir. Bundan əlavə Baş İdarənin xx.xx.2023-cü il tarixli **********321700 nömrəli və xx.xx.2023-cü il tarixli **********685900 nömrəli sənədlərin təqdim edilməsi barədə məktubları ilə vergi ödəyicisinə müraciətlər edilmişdir.
3. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında **********173889 №-li, xx.xx.2023-cü il tarixli qərara əsasən Cavabdeh (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda göstərilən vergi dövrləri üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir: Yoxlama ilə əhatə olunan vergi dövrü: İyun 2020 – May 2023 “Növbəti səyyar bergi yoxlamasının keçirilməsi haqqında” **********561200 nömrəli bildirişdə qeyd olunur ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********173889 №-li qərarına əsasən Cavabdeh (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanmılması məqsədi ilə aşağıda göstərilən vergi dövrləri əhatə edilməklə xx.xx.2023 tarixdən 30 (otuz) iş günü müddətində növbəti səyyar vergi yoxlamasının keçirilməsi nəzərdə tutulmuşdur. Yoxlama ilə əhatə olunan vergi dövrü: İyun 2020 – May 2023
4. İş materiallarına əsasən “vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********173905 nömrəli, xx.xx.2023-cü il tarixli tələbnamə və xx.xx.2023-cü il tarixli sənədlərin yoxlamaya təqdim edilməsi barədə imtina aktı Cavabdehnə təqdim edilmişdir.
5. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarından: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
9. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
10. Azərbaycan Respublikası Vergi Məcəlləsindən: 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. 42.2. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci və üçüncü hissəsində göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır.
11. Belə ki, qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan sənədlər vergi ödəyici tərəfindən təqdim edilmədikdə və tələb olunan sənədləri digər mənbələrdən əldə etmək mümkün olmadıqa vergi orqanı ödənilməli vergi məbləğini öz səlahiyyəti daxilində Vergi Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edir. Bu zaman vergi orqanı tərəfindən sənədlərin məhkəmə qaydasında tələb olunması nəzərdə tutulmamışdır.
12. Cavabdeh tərəfindən istinad olunan Vergi Məcəlləsinin 43.11-ci maddəsində qeyd olunur ki, vergi ödəyicisinin bu maddədə nəzərdə tutulmuş qaydada sənədləri və əşyaları vermədiyi halda həmin sənədlərin və nümunə kimi əşyaların götürülməsi səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının əsaslandırılmış müraciətinə əsasən məhkəmənin qərarı ilə həyata keçirilir.
13. Bununla bağlı məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 42-ci maddəsində nəzərdə tutulan “sənədlərin tələb edilməsi” və 43-cü maddəsində nəzərdə tutulan “sənədlərin və nümunə kimi əşyaların götürülməsi” anlayışları məzmun baxımından fərqli başa düşülməlidir.
14. Belə ki, Vergi Məcəlləsinin 42.2-ci maddəsində vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan ümumi sənədlərin vergi ödəyicisindən tələb edilməsi nəzərdə tutulur. Vergi Məcəlləsinin 43.11-ci maddəsində isə vergi yoxlaması keçirildikdə yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduğu halda bilavasitə əşyalarla bağlı olduqda konkret sənədlərin vergi ödəyicisindən tələb edilməsi nəzərdə tutulur.
15. Odur ki, iddiaçı tərəfindən vergi ödəyicisi olan cavabdehdən Vergi Məcəlləsinin 42.2-ci maddəsində nəzərdə tutulan formada vergi yoxlamasının həyata keçirilməsi üçün zəruri olan ümumi sənədlər tələb edildiyi üçün hazırki iddia üzrə məhkəməyə müraiət nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 43-cü maddəsində nəzərdə tutulmuş sənədlərin və nümunə kimi əşyaların götürülməsi məhz vergi ödəyicisi tərəfindən vergi orqanına artıq təqdim edilmiş konkret və fərdi müəyyən sənədlərin və nümunə kimi əşyaların götürülməsi hüququnu nəzərdə tutur. Bu zaman normanın mətnindən də aydın göründüyü kimi həmin sənədlər də məhz nümunə kimi götürülən əşyalara aid olan sənədlərdir.
16. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 16.3, 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq,
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva