Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1311/2024 23.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “1264245 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması və iddiaçıya Bakı şəhəri, Sabunçu Ləhiş bağ sahəsi, 2321 saylı bağ sahəsindən 0,8 ha torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ:
1. İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “1264245 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması və iddiaçıya Bakı şəhəri, Sabunçu Ləhiş bağ sahəsi, 2321 saylı bağ sahəsindən 0,8 ha torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İnzibati-prosessual qanunvericiliyə əsasən. iddia ərizəsi məhkəməyə daxil olduğu gündən məhkəmənin icraatına qəbul edilmiş sayılır.
3. Məhkəminin hazırki iş üzrə qəbul etdiyi 25 may 2023-cü il tarixli Qərardadı ilə, adına ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş X6 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti aparatının X7 və İstismar Birliyi 1998-ci il tarixli qərarına əsasən 2320 saylı 0,12 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin bağ sahəsi iddiaçının daimi istifadəsində olmuşdur. Təzəlikcə iddiaçıya məlum olmuşdur ki, X9 onun istifadəsində olan torpaq sahəsinin 0.8 hektarını öz adına almışdır. Cavabdeh inzibati orqana müraciət etsə də, iddiaçının müraciətinə imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
5. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciəti zamanı faktiki olaraq göstərdiyi, bağ nömrələrinin ardıcıllığına və sxematik xəritəyə əsasən göstərilən bağ sahənin bir hissəsi faktiki olaraq yerləşməsində sürüşmə mövcud olduğundan “2319” saylı qonşu bağ sahəsinin ərazisinə uyğun gəlir. Bundan başqa bağ sahəsi ilə əlaqədar iddiaçı tərəfindən təqdim edilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********72 saylı cavab məktubu ünvanlanmışdır. İddiaçının ********** nömrəli, xx.xx.2023-cü il tarixli müraciəti zamanı İdarənin mütəxəssisləri tərəfindən iddiaçı ilə əlaqə saxlanılan zaman torpaq sahəsinin yerini tanımadığını bildirdiyindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə əlaqədar bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
Faktiki hallar və sübutlar:
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-A-0009-8/2023 **********52 nömrəli məktubuna əsasən bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən iddiaçı ilə əlaqə saxlanılan zaman torpaq sahəsinin yerini tanımadığını bildirdiyindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır. Bundan əlavə, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi ilə əlaqədar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ********** qeydiyyat nömrəli, 29.3.2018-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 2321 saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X3 adına xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X8 bağlar sahəsindəki 206 saylı kooperativin 4 saylı orderinə əsasən, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 1998-ci il tarixli, qərarına əsasən, Ləhiş bağlar sahəsində 206 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2320 saylı bağ ayrılmışdır. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-15615/2024 **********15 nömrəli “Sənəd surətinin təqdim edilməsi” barədə cavab məktubuna əsasən, 206 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 2320 saylı bağ sahəsinə dair sənədlər və xx.xx.2023-cü il tarixli müayinə aktı məhkəməyə təqdim edilmişdir. “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilməsi üçün iddiaçının vəkili ilə əlaqə saxlanılmış, lakin vəkil torpaq sahəsinin yerinə tanımadığını bildirmişdir.
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən, - 1.1. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır; - 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; - 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; - 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqununolub-olmamasını, mübahisənin inzibati hüquq mübahisəsi olmasını, cavabdehin həminiddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallardacavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. -5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. - 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. - 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən:
-1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur - 20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. - 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. - 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırkı işin faktiki hallarından görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə əsas məqsədi torpaq üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın və texniki sənədlərin alınmasıdır. Lakin mübahisəli torpaq sahəsi üçüncü şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatını arzuladığı torpaq sahəsi üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınmış torpaq sahəsi ilə üst- üstə düşür. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi -daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə başqa şəxsin, o cümlədən iddiaçının adına reyestrdə qeydiyyat aparıla bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ləğvini tələb etdiyi üçüncü şəxs X3 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarış və ayrılmaz hissəsi olan texniki pasportlar üçüncü şəxsə hüquqmüəyyənedici sənədlər əsasında verilmişdir və həmin sənədlər qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş həmin çıxarış və plan ülçünün ləğvini tələb hüququ da mövcud deyildir. İddiaçının üçüncü şəxsə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair hüquqmüəyyənedici sənədlərinin ləğvinə nail olduğu, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi artıq dövlət qeydiyyatına alınmış olduğu üçün, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması müəyyən edilmir.
9. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “1264245 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılması və iddiaçıya Bakı şəhəri, Sabunçu Ləhiş bağ sahəsi, 2321 saylı bağ sahəsindən 0,8 ha torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 Hacıbəyova