Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13112/2023 27.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “soyadın sonluğuna dəyişiklik edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) Cavabdehnə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, qızı X1 “Səməd”dən “Səmədova”ya dəyişiklik edilməsini xahiş etmişdir.
2. Cavabdeh 08 avqust 2023-cü il tarixli, 3-16-5/7-13-1364/23 saylı məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarının tələblərinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “–yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-lı”, “-lu”, “-lu’), “-zadə”, “oğlu”, “qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Bu səbəbdən X1 “Səmədova” yazılması Cavabdehndə mümkün deyildir.
3. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 sonluğuna dəyişiklik edilərək “-ova” sonluğunun əlavə edilməsi, bu barədə xx.xx.2009cu il tarixli 2196 saylı doğum haqqında akt qeydinin “soyadı” qrafasına dəyişiklik edilməsi və edilmiş dəyişikliyə uyğun yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması:
4. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı X5 ilə 19 oktyabr 2008-ci ildə faktiki ailə həyatı qurmuş, 25 may 2011-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 24 iyul 2009-cu il təvəllüdlü X14, 29 iyun 2017-ci il təvəllüdlü X4 və 10 iyun 2023-cü il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Belə ki, iki övladının soyadı “Səmədova” olsa da, 24 iyul 2009-cu il təvəllüdlü Güllünün soyadı “Səməd” kimi qeyd olunmuşdur. Bu da sənədləşmə işlərinin aparılmasında müəyyən çətinliklər törədir, bundan əlavə iki uşaqda “Səmədova”, digərində “Səməd” olması uşaqlarda ayrı seçkiliyə gətirib çıxarır. Bununla bağlı 24 iyul 2009-cu il təvəllüdlü X1 “Səməd”dən “Səmədova”ya dəyişdirilməsi ilə bağlı Cavabdehnə müraciət etsə də, 08 avqust 2023-cü il tarixli, 3-16-5/7-13-1364/23 saylı məktubu ilə tələbdən imtina olunmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır.
5. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya yazılı münasibətində iddiaçının iddiasına etiraz etdiyini və işin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
8. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
9. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
10. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir.
13. İddianın mahiyyətinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2009-cu il tarixli 2196 saylı doğum haqqında akt qeydindən görünür ki, X11 xx.xx.2009-cu il tarixdə doğulmuşdur, anası X6, atası X7r.
14. xx.xx.2011-ci il tarixli 208 saylı atalığı müəyyən etmək haqqında akt qeydindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3 atası xx.xx.1986-cı il təvəllüdlü İddiaçıdur, atalıq müəyyən edildikdən sonra uşağın soyadı Səməd, adı Güllü, ata adı Nihad kimi qeyd edilmişdir.
15. İşdən görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli 208 saylı atalığı müəyyən etmək haqqında akt qeydinə əsasən iddiaçının xx.xx.2009-cu il tarixli 2196 saylı doğum haqqında akt qeydində müvafiq düzəlişlər edilmişdir.
16. xx.xx.2011-ci il tarixli AZ-İ №673103 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X8 xx.xx.2011-ci il tarixdə nikah bağlamışlar, nikahdan sonra arvada “Səmədova” soyadı verilmişdir.
17. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, atalıq müəyyən edildikdən sonra MM-in 495 saylı xx.xx.1993-cü il tarixli qərarı ilə uşaq qrafasında “Səməd” soyadı qeyd edilmişdir.
18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuş X14 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE 12735239 nömrəli şəxsiyyət vəsiqəsi ilə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.
19. İddiaçı hazırda qızı X12 “ova” soyad sonluğunun verilməsini xahiş edir.
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.
21. Həmin Qaydaların 5-ci hissəsi “soyad sonluğuna dəyişiklik edilməsi” məsələsini tənzimləyir. Həmin hissəyə əsasən: 5.1. Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. 5.2. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir. 5.3. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir. 5.4. Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluq idarəsində olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir. 5.8. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi soyadın sonluğuna dəyişiklik edilməsi haqqında daxili işlər orqanlarının müvafiq qurumlarına, hərbi vəzifəlilərin və çağırışçıların soyadının sonluğuna dəyişiklik edilməsi barədə isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölməsinə 7 gün müddətində məlumat verir. 5.9. Ərizəni qəbul etmiş qeydiyyat şöbəsi və ya konsulluq idarəsi, akt qeydi başqa qeydiyyat şöbəsində və ya konsulluq idarədə olduqda isə həmin orqan 3 gün müddətində akt qeydlərinə dəyişiklik edilməsi barədə onların ikinci nüsxələrinin saxlandığı X2 Reyestri Xidmətinə bildiriş göndərir. 5.10. Qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
22. İstinad olunan nornalardan görünür ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir, soyad kimi, soyad sonluğu da valideynin soyadına uyğunlaşdırılır. Belə ki, hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir.
23. Qanunverici soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs yetkinlik yaşına çatanadək də yol verir. Bu zaman əsas tələb 10 yaşına çatmış uşağın soyadının sonluğunun dəyişdirilməsinə onun razılıq verməsidir.
24. İşdən görünür ki, X9 atasının soyadı “Səmədov”, anasının soyadı isə “Səmədova”dır. O, hazırda soyadının “Səməd”dən “Səmədova”ya dəyişiklik edilməsinə razılıq vermişdir.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur.
26. Cavabdehin imtina məktubundan görünür ki, o, iddiaçının tələbini təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli 495 saylı qərarına istinad etmişdir.
27. Məhkəmə qeyd edir ki, həmin qərarın 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları “-ov” “-yev”, sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
28. Göründüyü kimi, istinad olunan qərar Azərbaycan Respublikasının vətəndaşlarının soyad sonluqlarının “-ov” “-yev” kimi müəyyən edilməsinə məhdudiyyət qoymamış, həmin sonluqları qadağan etməmiş, şəxslərin iradəsindən asılı olaraq həmin sonluqları “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz etmək imkanını təsbit etmişdir.
29. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin həmin qərara istinad edərək imtina etməsi qanunsuz olmuş, bu imtina iddiaçının hüquqlarının və qanunla qorunan mənafelərinin pzoulmasına səbəb olmuşdur. Bu səbəbdən hazırkı iddia təmin edilməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı xx.xx.2009-cu il təvəllüdlü X1 sonluğuna dəyişiklik edilərək “-ova” sonluğunun əlavə edilməsi, bu barədə xx.xx.2009-cu il tarixli 2196 saylı doğum haqqında akt qeydinin “soyadı” qrafasına dəyişiklik olunması və edilmiş dəyişikliyə uyğun yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova