Məhkəmə qərarları › İş №2-1(112)-13112/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13112/2024

09.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13112/2024 09.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) dövlət qulluqçusunun pensiya təminatının 55 faiz müəyyən edilməklə əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh 13 iyun 2024-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən eaıımış aıgər şəxsiərə (o cümiədən xidməti vəzifəiəri yerinə yetirməKiə bağiı oimayan əiiiliyi oian şəxslərə) müvafiq təminat xərciiyinin 60 faizi, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 55 faizi, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına gorə əlilliyi müəyyən edilmiş şəxsiərə 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə həmin qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilir. Sonuncunun xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş məlumat vərəqinə və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təyin olunmuş “hərbi xidmət dövrü ilə əlaqədar” İİİ dərəcə əlilliyə əsasən Mərkəzi Filial tərəfindən ona 13 noyabr 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinin tələblərinə uyğun olaraq, görə təminat xərcliyınin (1054.60 manat) 35 faizi-369,11 manat məbləğində əmək pensiyası təyin edilərək ödənilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən quvvəaə olan 26.4-cü maddəsinə əsasən maddı yardımın pensiyanın tərkibinə daxil edilməsi, ümumi pensiya məbləğinin həmin tarixdən və növbəti dəfə cari ilin 1 yanvar tarixindən də indeksləşdirilməsi nəticəsində əmək pensiyası 517.85 manat məbləğində müəyyən edilib. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyasının 20.16.2 orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) təminat xərcliyinin 60 faizi ilə müəyyənləşdirilən məbləğə uyğun yenidən hesablanması və 13 noyabr 2019-cu ildən bu yana ödənilməmiş məbləğin hesablanaraq bir dəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, hərbi xidmətdən xəstəliyə görə Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə yararsız olaraq tərxis edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası təyin edilərək düzgün hesablanıblanıb ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Hərbi Qanunvericilyinə əsasən Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə xəstəliyə görə yarırsızlıqla təxris edilən hərbi qulluqçunun pensiya təlimatı ehtiyata buraxıldığı dövürdən 55 faiz olaraqdan ödənilməlidir. Pensiya təminatında Azərbaycan Respublikasının Qanuvericiliyi yeni dəyişikliylərə əsasən 19 may 2020-ci il tarixli 111-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu (“Azərbaycan qəzeti” 18 iyul 2020-ci il tarixli №139, Azərbaycan Respublikasının Qanunvericilik toplusu, 2020-ci il №7 maddə 829) dərəcəli əlilliyi olan şəxslərə dair 20.16.2-ci maddəsinə əsasən orqanizmin funksyasınm 81-100 faiz pozulması ilə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin- 60 faizi, orqanizmin funksiyasinin 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-55 faizi, 31 -60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məçləği arasindakı fərq qədər. 2 iyul 2024-ci ildən isə 70 faizi müəyyən edildiyi halda, iddiaçının pensiya təminatın düzgün hesablamadığını, Dövlət Sosial Müdafiə Fondu kobud səhfə yol verdiyini düşünürəm. Bu halda xidmətdən ehtiyata 12 noyabr 2019-cu il tarixdən, əlillik qrupu təyin olunduğu dövrə qədər 13 noyabr 2020-ci ilə qədər 1 il müddətinə və o cümlədən əllillik qrupu təyinindən sonra yerdə qalan digər aylar (46 ay) üçün ümumilikdə 58 ay olmaqla pensiyası düzgün hesablayaraq maddi yardım və indeksləşmə ilə birlikdə birdəfəlik ödənilməsi üçün cavabdeh təşkilat məhsuliyyət daşıyır. Cavabdeh iddiaya yazılı etirazında imtina məktubunda göstərilənləri təkrarlayaraq, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Tibbi-Sosial Ekspert Komissiyasınsa sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, iddiaçıya “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, Neyrosensor ağır eşitmə İV dər. Eşitmə sinirinin xəstəlikləri, iki tərəfli koxlear nevrit” diaqnozu ilə xx.xx.2020ci il tarixdən müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərardan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən İİİ dərəcə əliliyə görə əmək pensiyası təyin edilmişdir. Qərara əsasən pensiyanın faizi 35 faiz, məbləği 369,11 manat təşkil etmişdir. Cavabdeh tərəfindən verilmiş 12 aprel 2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıya 13 noyabr 2020-ci ii tarixində 3-cü qrup əlilliyə (Hərbi xidmət zamanı) görə müddətsiz əmək pensiyası təyin edilmişdir. Hazırda adıçəkilən şəxsin əmək pensiyası 369,11 (üç yüz altmış doqquz) manat məbləğində olmaqla Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən müvafiq kart hesabına köçürülür. Əlavə olaraq pensiya məbləğinin 10 faizi- 36,91 (otuz altı) manat miqdarında xx.xx.2022-ci tarixi-nədək hər ay maddi yardım ödənilir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/7-8700/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə ehtiyata buraxılmışdır. İş stajı və xidmət illəri ümumilikdə 11 il 10 ay 04 gün təşkil edir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddiaçıya xx.xx.2021-ci il tarixli, **********1 nömrəli qərar ilə xx.xx.2020-cı il tarixdən əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Onun əmək pensiyası məbləği müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən təsdiq olunmuş məlumat vərəqəsi əsasında hesablanmışdır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Əmək pensiyaları haqqında” Qanunun 20.16.2-cı maddəsinə əsasən orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) təminat xərcliyinin 60 faizi ilə müəyyənləşdirilən məbləğə uyğun onun pensiyasının yenidən hesablanmasına nail olmaqdan ibarətdir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasının əsaslı olduğunu hesab edir və hazırki iddianın hüquqi əsasını aşağıdaki qanunvericiliyin müddəalarının təşkil etdiyini bildirir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 20.16. Bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.2. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—70 faizi, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—55 faizi, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə—35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Göründüyü kimi, şəxsin orqanizmində funksional pozuntuların faiz göstəricisi onun əlillik dərəcəsinin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən əsas göstəricilərdən biridir. Bu baxımdan nəzərə alınmalıdır ki, orqanizmin funksional pozuntularının faiz göstəricisi şəxsə hansı əlillik dərəcəsinin təyin ediləcəyini birbaşa müəyyən edən hüquqi və tibbi əsaslardan biridir. Konkret halda, iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin olunması, onun orqanizmində funksional pozuntuların 31-60% diapazonunda olduğunu təsdiq edir və bu dərəcə müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş meyarlarla uyğunluq təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıya birinci və ya ikinci dərəcə deyil, üçüncü dərəcəli əlillik təyin olunduğundan, cavabdeh haqlı olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.16.2-ci maddəsinin tələblərinə uyğun olaraq, görə təminat xərcliyınin (1054.60 manat) 35 faizi-369,11 manat məbləğində ona əmək pensiyası təyin etməkdə haqlı olmuşdur. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçına ona həmin əlavələrin 13 noyabr 2019cu il tarixdən ödənilməsinə nail olmaq istəyir. Lakin, onun bu hüququ həmin andan yaranmamışdır. Belə ki, şəxsin əlilliyə görə dövlət təminatından yararlanmaq hüququ, o cümlədən əlillik əlavələri və ya pensiya almaq hüququ, müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlilliyin müəyyən edildiyi tarixdən etibarən hüquqi qüvvəyə minir. Əlilliyin təyin edilməsi haqqında qərar, həmin tarixdən hüquqi nəticələr doğurur və bu nəticələr geriyə qüvvə prinsipinə əsaslanaraq əvvəlki dövrlərə şamil edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar