Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1312/2022 28.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Birgə iddiaçılar İddiaçı1, X13, İddiaçı3, X12, X10, X11, X3, X1, X4, Cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Adi cəlbetmə qaydasında üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, Birgə iddiaçılar İddiaçı1, X13, X2, X6, İddiaçı2, İddiaçı3, İddiaçı4, X14, İddiaçı6 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamının ləğv edilməsi” (zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC) iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. Birgə iddiaçılar İddiaçı1 və qeyriləri Azərbaycan Respublikasının Bakı şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamının (bundan sonra – mübahisələndirilən sərəncam) ləğv edilməsi barədə iddia qaldırmışdır.
2. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 274 nömrəli Sərəncama əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki qanunvericiliyin tələblərinə uyğun "xxxx" MMC tərəfindən tənzimlənməsi şərtilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir. Mübahisələndirilən sərəncamın icrasına nəzarət Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyətinə tapşırıldığı və həmin sənədin "xxxx" MMC-nin birbaşa maraqlarına toxunacağı ehtimal edildiyi üçün onlar bu icraata üçüncü şəxslər qismində cəlb edilmişdirlər. Aşağıdakı səbəblərə görə hesab edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında İnvest M. Constuction” MMC-nin istifadəsinə verilməsi haqqında xx.xx.2020-ci il tarixli 274 nömrəli Sərəncamı qeyri-qanuni qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqatı Mərkəzi tərəfindən verilmiş “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 1,55 ha torpaq sahəsinin yerquruluşu planı”na əsasən qeyd edilən ərazi Nəsimi Bələdiyyəsinin mülkiyyətindədir. Məhz bu səbəbə görə də Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində olan 1,55 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilə bilməz. Digər tərəfdən xx.xx.2020-ci il tarixli 274 nömrəli Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçəslərinin kəsişməsində yerləşən 1,55 ha torpaq sahəsində qeydə alınmış daşınmaz əmlakların mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, yəni mülki qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın alqı-satqısı müqavilələri bağlanmaq yolu ilə özgəninkiləşdirilməsi nəzərdə tutulduğu halda, "xxxx" MMC onların Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş mülkiyyət hüquqlarını kobud şəkildə pozaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarında göstərilən qaydada, yəni mülkiyyətlərində olan daşınmaz əmlakların əvəzləşdirilməsi yolu ilə onlarla müqavilə bağlayaraq əmlaklarını əldə etmək niyyətindədir. Bu isə öz növbəsində yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd edilən qərarına əsasən pilot layihələr dövlətin nəzarəti və cavabdehliyi çərçivəsində həyata keçirilirdi. Lakin "xxxx" MMC tərəfindən isə nəzərdə tutduğu layihənin başa çatdırılmasına dair mülkiyyətçilərə heç bir zəmanət verilmir. Bu günə kimi "xxxx" MMC ümumilikdə 178 nəfər mülkiyyətçidən yalnız 9 nəfər mülkiyyətçis ilə əvəzləşdirmə müqaviləsi bağlayaraq həmin şəxslərin köçürülməsini təmin etmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi haqqında” xx.xx.2020-ci il tarixli 274 nömrəli Sərəncamın 3-cü bəndində “yuxarıda qeyd edilən bəndlərin tələbləri sifarişçi tərəfindən yerinə yetirilməzsə, bu sərəncamın ləğv edilməsi məsələsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxılacaqdır” kimi müddəa daxil edilmişdir. Lakin Sərəncamın qəbul edildiyi gündən 6 ay keçməsinə baxmayaraq mülkiyyətçilərin 5,1%-i ilə müqavilə bağlanmış və həmin Sərəncamdan irəli gələn vəzifələr yerinə yetirilməmişdir. “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi 4 ünvanın daxili həyət hissəsində yerləşən 3 ədəd 2 mərtəbəli evlərin texniki vəziyyəti haqqında Rəy”də guya M.Mirqasımov küçəsi 4 ünvanında yerləşən yaşayış evinin 2 ədəd 1 girişli 4 mənzilə, 1-i isə 2 girişli 8 mənzilə baxış keçirilmiş və 2 ədəd 1 girişli 4 və 8 mənzilli yaşayış evləri yolverilməz, sonradan təmir olunmuş 1 girişli 4 mənzilli yaşayış evi isə məhdud işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Özündə həqiqəti əks etdirməyən həmin rəy cəmi 1,5 səhifədən ibarətdir. Belə çıxır ki, heç bir baxış keçirilmədən tərttib edilmiş həmin rəylə 170-dən çox mənzildən ibarət çoxmənzilli yaşayış binası istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən oluna bilər. Qeyd edilənlərə əsasən xx.xx.2020-ci il tarixli 2020-ci il tarixli 274 nömrəli Sərəncamın ləğv edilməsi məqsədilə 70 nəfər mülkiyyətçinin imzası ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Başçısına müraciət ünvanlanıb, lakin müraciətə cavab verilməmişdir. Odur ki, hazırkı tələblə məhkəməyə müraciət edirlər.
3. "xxxx" hazırkı inzibati məhkəmə icraatında zəruri cəlbetmə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitekrura Komitəsi, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti, “AzərDövlətSənayeLayihə” Dövlət Layihə İnstitutu inzibati məhkəmə icraatında adi cəlbemə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid olan binaların əksər hissəsi keçən əsrin əvvəlləri və ortalarında inşa edildiyindən, bu binaların yükdaşıyan konstruksiyaları uzun müddətli istismar nəticəsində fiziki aşınmaya məruz qalaraq qəzalı vəziyyətə düşmüş və orada yaşayan sakinlərin həyatı üçün təhlükə mənbəyinə çevrilmişdir. Bunu nəzərə alaraq, “Bakı Şəhər İcra Hakimiyyətinin balansında və xidmət dairəsində olan dövlət mənzil fonduna aid binaların qəzalı vəziyyətdə olub-olmamasının araşdırılması məqsədilə komissiyanın yaradılması haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il 05 iyun tarixli, 311 nömrəli Sərəncamı imzalanmışdır. Həmin komissiyanın tərkibində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin, Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələrinin də iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli tapşırığı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il 05 iyun tarixli, 311 nömrəli Sərəncamının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində dövlət mənzil fonduna aid XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 binanın qəzalı vəziyyətdə olması müəyyən edilmiş, o cümlədən iddiaçılar İddiaçı1 və digərlərinin yaşadıqları bina, yəni Mirəsədulla Mirqasımov küçəsində yerləşən 3 mərtəbədən ibarət, 4 girişli 1926-cı ildə istismara qəbul edilmiş 4 nömrəli bina da həmin siyahıda öz əksini tapmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, şəhərin görünüşə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyriyaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli, 482 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 1 avqust tarixli 226 nömrəli Fərmanının 4.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli, 86 nömrəli Qərarı ləğv edilmiş və bu Qərar qüvvəyə mindiyi gündən 7 (yeddi) iş günü müddətində 4-cü hissədə qeyd edilən tikintiyə icazə icraatına başlanılmış (layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş) tikinti layihələri barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumatın təqdim edilməsi həvalə edilmişdir. “İnvest.M Construction" MMC-nin direktoru Cavid Musayev 26 oktyabr 2019-cu il tarixli 02 saylı məktub ilə Nəsimi rayon İcra Hakimiyətinə müraciət edərək, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə şəhərin memarlıq görüntüsünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə "xxxx" MMC-yə həmin ərazidə yüksəkmərtəbəli binaların tikintisinin layihələndirilməsi ilə bağlı 1.64 ha torpaq sahəsi ayrılması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən rəy verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Nəsimi rayon İcra Hakimiyyəti başçısı aparatının 3-2170 saylı, xx.xx.2019-cu il tarixli məktubu ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilərək, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün "xxxx" MMC-yə 1,64 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirməsini xahiş etmişdir. "xxxx" MMC-nin direktoru Cavid Musayev 16 yanvar 2020-ci il tarixli, 05 saylı məktubu ilə Nəsimi rayon İcra Hakimiyəti Başçısı aparatına müraciət edərək, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə memarlıq görüntüsünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların sosial və digər təyinatlı qeyri-yaşayış sahələrinin sökülməsi, yerində müasir yüksəkmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi ilə bağlı niyyətini bildirilmişdir. "xxxx" MMC-yə ayrılan həmin ərazidə olan tikililərin texniki vəziyyətinin qiymətləndirilməsi və sökülməsi barədə ekspert rəyinin verilməsi üçün müvafiq vəsatət qaldırılmasını xahiş etmişdir. Nəsimi rayon icra Hakimiyyəti Başçısı Aparatının 3-65 saylı, xx.xx.2020-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinə müraciət edilərək, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsindəki məhəllədə memarlıq görüntüsünə xələl gətirən, yaşayış binalarının və qeyri-yaşayış sahələrinin sökülərək yerində “İnvest.M Construction" MMC tərəfindən hündürmərtəbəli yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün qeyd olunan ünvanda evlərin sökülməsi barədə ekspert rəyinin verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi “Azərdövlsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri 30 yanvar 2020-ci il tarixli, 34/00851 nömrəli tapşırığına əsasən “ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 21 may 2020-ci il tarixli müvafiq ekspert rəyi tərtib edilmişdir. Mütəxəssislər tərəfindən keçirilmiş baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olunmuşdur: - binanın girişlərində və və fasad hissələrində suvaq qatları və hörgü məhlulları aşınmışdır; - fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; - binanın dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən mərtəbələrdəki mənzillərin tavan hissələrində və ümumi sahələrində rütubət izləri yaranmışdır; - yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; - binanın pilləkən qəfəslərində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənləri quraşdırılmışdır; - baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır; - binanın kommunikasiya sistemləri-elektrik su və kanalizasiya xətləri köhnəlmiş və yarasız vəziyyətdədir; - binanın daxili həyət hissəsində əksər açıq eyvanlar sakinlər tərəfindən əlavə dirəklərlə tikilərək bağlanmış, ön fasad hissəsində müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmiş, bəzi mövcud eyvanlar inşaat materialları ilə tikilərək genişləndirilmişdir. Həmçinin binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan inşa edilmişdir. İnşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir; - sonradan inşa edilən mərtəbənin və yaşayış sahələrinin dəmir-beton hissələrinin beton mühafizə qatlarlı aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; - yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir; ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir(insanların yaşaması(olması)və avadanlığın saxlanılması üçün təhlükənin mövcud olduğu şərait). Beləliklə, 21 may 2020-ci il tarixli müvafiq ekspert Rəyi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2008-ci il 05 iyun tarixli, 311 nömrəli Sərəncamına əsasən yaradılmış komissiyanın rəyi ilə üst-üstə düşür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2020-ci il 18 dekabr tarixli, 274 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən "xxxx" MMC ilə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 19 yanvar 2021-ci il tarixli 1635 nömrəli müqavilə bağlanmışdır. “Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci il 16 may tarixli, 11 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə çoxmərtəbəli yaşayış binalarına dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il tarixli 06 iyun 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri qeyd edilmişdir. Əsasnamənin 1.3-cü bəndi: Yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarını (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasını və qanunlarını, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinin fərman və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını), Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tuturlar. Əsasnamənin 3.9.7-ci bəndi: Yerli icra başçısı qəza vəziyyətində olan yaşayış sahələrinin bərpası üçün tədbirlər görür. Əsasnamənin 13.1.1-ci bəndi: müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Nəzərə alınmalıdır ki, ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Nəsimi rayon İcra Hakimiyəti Başçısının aparatı qeyd edir ki, sözügedən normativ hüquqi akt (Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2020-ci il 18 dekabr tarixli, 274 nömrəli Sərəncamı) sadalanan maddələrin tələblərinə uygün olaraq Nəsimi rayonunun ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan banaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan banalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin normativ hüquqi akt qəzalı vəziyyətdə olan mənzillərin mülkiyyətçidən alınması deyil, məhz, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışının təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş "ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 21 may 2020-ci il tarixli Rəyə əsasən, sözügedən ünvanda yerləşən bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Mənzil Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur. Nəsimi rayon İcra Hakimiyəti Başçısının aparatı qeyd edir ki, mülkiyyətçi olan iddiaçılar onlara məxsus mənzillərin qəzalı vəziyyətə düşməməsi üçün vaxtlı-vaxtında əsaslı təmir etmək vəzifələri vardır və onlar, mənzilin təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəzalı vəziyyətə düşməsi halında da onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyırlar. Mülkiyyətçilər bu vəzifəsini yerinə yetirmədikdə, digər maraqlı şəxslərlə yanaşı, müvafiq icra hakimiyyəti orqanı da (Bakı Şəhər İcra Hakimiyyəti) müvafiq tədbir görməyə hüququ var. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında "ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır ("Broniovski Polşaya qarşı" iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı" iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş "ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 21 may 2020-ci il tarixli Rəyə əsasən, sözügedən ünvanda yerləşən bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. İddia ərizəsində qeyd olunmuşdur ki, “...Aşağıdakı səbəblərə görə hesab edirik Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən qəbul edilmiş “Yaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli, 274 saylı Sərəncamı qeyriqanuni qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqatı Mərkəzi tərəfindən verilmiş “ Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, çoxmərtəbəli yaşayış binaların tikintisi məqsıdilə ayrılması nəzərdə tutulan 1.55 ha torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilə bilməz”. Bildirilir ki, iddiaçılar İddiaçı1 və digərləri iddia ərizəsində işin faktiki hallarını təhrif etmiş, yuxarıda qeyd etdiyi iddia tələbini irəli sürmüşlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqatı Mərkəzi tərəfindən verilmiş “Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsıdilə ayrılması nəzərdə tutulan 1,55 ha torpaq sahəsinin yerquruluşu Planında Qeyd hissəsində göstərilmişdir ki, “...Ayrılması nəzərdə tutulan torpaq sahəsinin 3352 kv.m hissəsi Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2000-ci il tarixli 919 nömrəli sərəncamı ilə Nəsimi bələdiyyəsinin mülkiyyətinə ayrılması nəzərdə tutulan ərazidə yerləşir.” Göründüyü kimi 3352 kv.m = 0,33 ha Nəsimi bələdiyyəsinə ayrılmışdır. Bununla ayrılmış torpaq sahəsi 1,55 – 0,33= 1,22 ha dövlət mülkiyyətində olan torpaqlardır. Bakı Şəhəri Nəsimi Bələdiyyəsinin 01-759 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı Aparatının 6/653 saylı, xx.xx.2021-ci il tarixli sorğusuna cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsinin məlumat bazasında Nəsimi rayon Bələdiyyəsinə aid olub-olmaması aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Əlavə olaraq bildirilmişdir ki, Bakı Şəhəri Nəsimi Bələdiyyəsinin torpaq sahələri dövlət qeydiyyatından keçməmişdir.
5. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlak istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.
6. Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2021-ci il 1635 nömrəli müqaviləyə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 274 saylı xx.xx.2022-ci il tarixli sərəncamı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020ci il tarixli yerquruluşu planına əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, Xan Şuşinski, İ.Qasımov və M.Topçubaşov küçələrinin kəsişməsində yerləşən sahəsi 15500 kv.m. torpaq sahəsi icarəyə verilmişdir.
7. Şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 11 nömrəli Sərəncamından çıxarışa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir: - Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, X.Şuşinski, İ.Qasımov və M.B.Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə layihələndirilən 2 ədəd 8 (səkkiz), 2 ədəd 10 (on), 2 ədəd 14 (on dörd) mərtəbəli yaşayış binaları və 5 ədəd 1 (bir) mərtəbəli qeyri-yaşayış binaları (Sifarişçi - "xxxx" MMC; Layihəçi - "xxxx" MMC).
8. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsinin (bundan sonra-torpaq sahəsi) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunması barədə; -Həmin torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları); -Həmin torpaq sahəsi üzərində hüququn forması barədə (dövlət, bələdiyyə və xüsusi mülkiyyət); -Həmin torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə;
9. "xxxx" MMC tərəfindən hazırlanmış mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinarları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi“nin mütəxəssisləri tərəfindən ölçülmüş ərazinin koordinatlarını, baza məlumatlarını və sair texniki parametrləri əks etdirən sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). Təqdim edilmiş sənədlərə və sxemlərə əsasən: -Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli 274 nömrəli sərəncamı ilə "xxxx" MMC-yə icarəyə verilən Bakı şəhəri Nəsimi rayon, Mirəsədulla Mirqasımov, X28 Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 ha torpaq sahəsinin (bundan sonra-torpaq sahəsi) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olundu. Mübahisələndirilən ərazinin yerləşmə mövqeyinin naturada müəyyən edilmiş koordinatları ilə təqdim edilmiş yerquruluşu planında göstərilən koordinatlar üst-üstə düşür (eynidir sxem əlavə edilir). -Həmin torpaq sahəsinin məqsədli təynatı yaşayış məntəqələrinin (şəhərlərin) torpağıdır. -Həmir torpaq sahəsi üzərində huququn forması barədə dövlət mülkiyyəti torpağıdır. -Həmin torpaq sahəsindən istifadəyə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının müraciətinə əsasən (xx.xx.2020-ci il tarixli 274 nömrəli sərəncamı) və yerquruluşu planı işlənib aidiyyəti qurumlar tərəfindən təsdiq edilmişdir.
10. Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, Xan Şuşinski, İ.Qasımov, M.Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 1.55 ha torpaq sahəsinin yerquruluşu planında ayrılması nəzərdə tutulan torpaq sahəsinin 3352 kv.m hissəsinin Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 919 nömrəli Sərəncamı ilə Nəsimi bələdiyyəsinin mülkiyyətinə ayrılması nəzərdə tutulan ərazidə yerləşir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində isə mübahisəli torpaq sahəsi üzrə hüquq formasının dövlət mülkiyyəti torpağı olması göstərilir.
11. Bununla əlaqədar məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən bildirilmişdir ki, “Bələdiyyərləin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 919 nömrəli Sərəncamına əsasən Nəsimi bələdiyyəsinin sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində 233,63 ha torpaq sahəsinin təhvil verilməsi nəzərdə tutulmuşdur (sərəncam əlavə olunmuşdur). Sərəncamın 4-cü bəndində Nəsimi bələdiyyəsinə təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunarsa, bələdiyyə torpaqlarının sərhədlərinin yenidən dəqiqləşdirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 271 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Bələdiyyələrin dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na uyğun olaraq "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən ərazidə çöl-ölçmə işləri aparılaraq Nəsimi bələdiyyəsinin xəritəsi tərtib olunmuş və hazırda sözügedən Qaydaların tələblərinə uyğun həmin xəritə aidiyyəti qurumlarla razılaşma mərhələsindədir. Əlavə olaraq bildirilmişdir ki, həmin xəritələrin razılaşması başa çatmadığından və adıçəkilən Qaydaların 8.4-cü bəndinə uyğun Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmədiyindən qeyd olunan torpaq sahəsi dövlət mülkiyyəti hesab olunur.
12. Mübahisələndirilən sərəncamın verilməsi üçün əsas olmuş sənədlər məhkəmə tərəfindən tələb olunmuşdur. Təqdim edilən sənədlərə əsasən müəyyən olunur ki: - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda yerləşən 1,55 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən mövcud tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə icarə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsinə etiraz edilmədiyi bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 1,55 hektar torpaq sahəsinin yerquruluşu planı təsdiq edilmişdir;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsinin ayrılmasına rəydə bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olaraq yerquruluşu planı hazırlanarkən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olmaqla faktiki ölçüsünün 1,55 hektar olduğu müəyyən edilmişdir. Həmin ünvanda köhnə çoxmənzilli binaları, qeyri-yaşayış sahələri, eləcə də dövlət əmlakı kimi Nəsimi Rayon MKTB-nin balansında olan, sahəsi 106 kv.m olan (ƏMDX ilə bağlanmış 3695 nömrəli icarə müqaviləsi əsasında Azərbaycan Milli İstiqlal Partiyasının Nəsimi rayon təşkilatının icarəsindədir) qeyri-yaşayış binası və "xxxx" ASC-nin balansında olan su nasosxanası mövcuddur. Dövlət əmlakları ilə əlaqədar məsələlərin həlli üçün üçtərəfli öhdəlik müqaviləsi (İqtisadiyyat Nazirliyinin müvafiq qurumu, Nəsimi Rayon MKTB və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) bağlanmalıdır. "xxxx" ASC-nin balansında olan su nasosxanası, eləcə də vətəndaşların istifadələrində və mükiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məsələlərin mövcud qanunvericiliyin tələblərinə uyğun həll edilməsi şərti ilə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,55 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ayrılmasına etiraz edilməmişdir. - ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu tərəfindən verilən rəyə əsasən Tikintidə X9 Agentliyinin 30 yanvar 2020 - ci il tarixli, 34/00851 nömrəli tapşırığına əsasən ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasına vizual texniki baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Mirəsədulla Mirqasımov küçəsi 4 saylı ünvanda yerləşən yaşayış binası 4 girişli, 3 mərtəbəli olub daxili həyətlidir. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan perimetr boyu eyvan olmaqla inşa edilmişdir. Əsas yükdaşıyan divarları əl ilə yonulmuş düzgün formalı əhəng daşından, mərtəbəarası örtükləri - pilləkən qəfəssələrində dəmir- betondan, yaşayış sahələrində isə ağac materialından yerinə yetirilmişdir. Damı çardaq tipli olub dalğavari asbestsement və metal vərəqələrlə örtülmüşdür. Bünövrə və antiseysmik kəmərlərə baxış keçirmək mümkün olmadı. Baxış zamanı yaşayış binasında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: Binanın girişlərində və fasad hissələrində suvaq qatları və hörgü həhlulları aşınmışdır; Fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmışdır; Binanın dam hissəsi uzun müddət təmirsiz istismar edildiyindən atmosfer sularının təsirindən baxış keçirilən sonuncu mərtəbələrdəki mənzillərin tavan hissələrində və ümumi sahələrində rütubət izləri yaranmışdır; Yükdaşıyan və öz yükünü daşıyan mişarlanmış əhəng daşından hörülmüş divarlarda sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmışdır ki, bu da binaların yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuşdur; Binanın pilləkən qəfəssələrində sakinlər tərəfindən metal tirlər üzərində müxtəlif tutumlu su çənləri quraşdırılmışdır; Baxış keçirilən mənzillərin əksəriyyətində ağac materialından olan döşəmə hissələri deformasiyaya uğramışdır; Binanın kommunikasiya sistemləri - elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; Binanın daxili həyət hissəsində əksər açıq eyvanlar sakinlər tərəfindən əlavə dirəklərlə tikilərək bağlanmış, ön fasad hissəsində müxtəlif inşaat materiallarından olmaqla əlavə yaşayış sahələri inşa edilmiş, bəzi mövcud eyvanlar inşaat materialları ilə tikilərək genişləndirilmişdir. Həmçinin binanın 3-cü mərtəbəsi XX əsrin ortalarında sonradan inşa edilmişdir. İnşa edilmiş bu artırmalar binanın əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir. Sonradan inşa edilən mərtəbənin və yaşayış sahələrinin dəmir-beton hissələrinin beton mühafizə qatlarlı aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır. Yaşayış binası mövcud tikinti norma və qaydalarına cavab vermir. Yaşayış binası memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Yaşayış binasına keçirilən baxış zamanı əksər mənzillərə daxildən baxış keçirilməsi üçün şərait yaradılmadı. ünvan 2 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binası texniki cəhətdən yolverilməz vəziyyətdədir.
13. Yerində müayinə zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa Bəy Topçubaşov küçələrinin kəsişməsində «П» şəkilli, üçmərtəbəli yaşayış binaları mövcuddur. Binaların həyətində çoxillik bitkilər, yaşıllıq vardır. Əraziyə baxış zamanı müəyyən olundu ki, mənzillərin bir qismi sökülmüşdür.
14. Yerli MKİS tərəfindən verilmiş arayışa əsasən Ak.Mirqasımov küçəsi 4 ünvanında yerləşən yaşayış binasında 154 mülkiyyətçi mövcuddur.
15. Məhkəmənin iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə edərək bildirdilər ki, binada 168 mənzil sahibi mövcuddur (iddia ərizəsində 178 mülkiyyətçinin mövcud olduğu bildirilir), onlardan təqribən 30 nəfəri ilə razılıq əldə olunub.
16. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi.
17. Zəruri cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili bildirdi ki, hazırda binada 143 mənzil sahibindən 80 nəfərə yaxın mülkiyyətçi ilə razılıq əldə olunub və mənzil sakinləri köçürülüb. Əlavə olaraq bildirir ki, "xxxx" MMC-nin təsisçiləri olduğu şəxslər tərəfindən Bakı şəhərində çoxsaylı binalar inşa olunmuş və istismara verilmişdir. Bunlardan "xxxx" MTK, “X23” MMC, "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binalarını qeyd edir. Əlavə olaraq bildirdi ki, "xxxx" MMC mülkiyyətçilər inşa edilməsi nəzərdə tutulan binada mənzil əldə etmək istəmirlərsə, həmin mənzillərin bazar qiymətini üzərinə razılaşdırılmış əlavə olmaqla ödəməyə hazırdır.
18. Adi cəlbetmə qaydasında üçüncü şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi izahat verərək bildirdi ki, iddia təmin edilməməlidir. Əlavə olaraq bildirdi ki, Ak.Mirqasımov küçəsi 4 ünvanında yerləşən yaşayış binasında 154 mülkiyyətçi mövcuddur.
II. İddianın növü və mümkünlüyü
19. İPM-in 30.1-ci maddəsinəəsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.
20. İPM-in 30.4-cü maddəsinə əsasən, inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır.
21. İddiaçılar qeyd edilən ünvanda mənzil mülkiyyətçiləridir.
22. İddiaçılar müştərək hüquqi maraqlara malikdilər, prosesual həmiştirakçılıq yolveriləndir.
23. Mübahisələndirilən sərəncam həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericliyin tələblərinə uyğun olaraq qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi ilə şərtləndirildiyindən məhkəmə hesab edir ki, həmin sərəncam iddiaçıların marağına toxunur.
24. İddianın növü sərəncamın ləğv edilməsi ilə bağlıdır. İddianın növü mübahisələndirməyə dair iddiadır.
25. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
26. İPM-in 32.1-ci maddəsinə əsasən, Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.
28. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
29. Mübahisələndirilən (inzibati aktın) iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və sərəncamda (inzibati aktda) həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmamışdır.
30. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
31. Tələbin əsasında duran hallardan biri ondan ibarətdir ki, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına baxmarayaraq, icra hakimiyyəti tərəfindən dövlət torpağı kimi buna səlahiyyəti olmadığı halda sərəncam verilmiş, üçüncü şəxslə icarə müqaviləsi bağlanmışdır.
32. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Bələdiyyərləin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 919 nömrəli Sərəncamına əsasən Nəsimi bələdiyyəsinə 233,63 ha torpaq sahəsinin təhvil verilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 4-cü bəndində Nəsimi bələdiyyəsinə təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunarsa, bələdiyyə torpaqlarının sərhədlərinin yenidən dəqiqləşdirilməsi nəzərdə tutulmuşdur. Hazırda elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi dövlət torpağıdır. Müvafiq (mübahisələndirilən) sərəncam verilməmişdən əvvəl aidiyyəti qurumlarla o cümlədən Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmışdır.
33. İddiaçılar binanın altında yerləşən torpağın mülkiyyətçiləri deyil. Məhkəmə qeyd edir ki, maraqlarına toxunduğunu hesab etdiyi halda qeyd edilən əsas iddiaçılar tərəfindən deyil, Nəsimi bələdiyyəsi tərəfindən irəli sürülə bilərdi.
34. Digər tərəfdən məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin maraqlı şəxs kimi etimadı qanunla qorunduğundan və etimadın qorunması hüququnu istisna edən hal (“İnzibati icraat haqqında” qanunun 67.6-cı maddəsinə əsasən) məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən maraqlı şəxsin xeyrinə olan inzibati aktın ləğv olunmasına yol verilmir.
35. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.
36. İddia tələbinin digər əsası ondan ibarətdir ki, "xxxx" MMC tərəfindən nəzərdə tutulan layihənin başa çatdırılmasına dair heç bir zəmanət verilmir.
37. Bununla bağlı məhkəmə qeyd edir ki, "xxxx" Mənzil-Tikinti Kooperativininşikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarında ifadə edilən mövqeyə əsasən: ...Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdəŞəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi iləqəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalaraydın göstərilməmişdir. Buqaydaların dəqiq müəyyən olunmamasıbəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır. Bununla əlaqədar, Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi,insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuş; Qeyd edilən qaydalar təkmilləşdirilənədək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalı olduğu bildirilmişdir.
38. Hazırda iddiaçılara mənzillərinin bazar dəyəri nəzərə alınmaqla (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) razılaşdırılmış kompensasiyanın ödənilməsindən imtina olunmur. Odur ki, "xxxx" MMC tərəfindən nəzərdə tutulan layihənin başa çatdırılmasına dair zəmanətin verilməməsinə dair dəlilin faktiki əsası yoxdur.
39. Odur ki, sərəncamın ləğv edilməsi nəzəri və xəyali hüquqları təmin etmiş olar, iddiaçıların pozulmuş hesab etdiyi hüquqlarının bərpası üçün praktik və effektiv hüquq müdafiə vasitəsi hesab edilə bilməz. Belə ki, bir şəxsin hüququnun digər şəxs(lər)ə daha çox zərər vurulması yolu ilə bərpa olunması ictimai maraqlara və mütənasiblik prinsipinə uyğun hesab edilə bilməz.
40. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).
41. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).
42. X25 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X25 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).
43. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, dəyəri ədalətli olaraq ödənilmədən mülkiyyətin alınması adətən ictimaiyyətin ümumi maraq tələbləri ilə şəxsin fundamental hüquqlarının müdafiəsinə dair tələbləri arasında ədalətli tarazlığın (balansın) yaranmasını qeyri-mümkün edəcək və şəxsin üzərinə qeyri- mütənasib yük salacaq (Yunanıstanın əvvəlki Kralı və qeyriləri Yunanıstana qarşı (GC), no. 25701/94, § 89, AİHM 2000-Xİİ). Mülkiyyətin alınması ilə bağlı oxşar işlərdə Məhkəmənin presedentinə əsasən, qeyd olunan tarazlıq mülkiyyətçiyə onun əmlakı alınan zaman bazar qiymətinə uyğun hesablanan kompensasiya ödənildikə əldə olunur (bax Pincova və Pinc Çexiya Respublikasına qarşı, no. 36548/97, § 53, AİHM 2002-Vİİİ; Vistins və Perepyolkins Latviyaya qarşı, § 111; və QuisoQalisay İtaliyaya qarşı (GC), no. 58858/00, § 103, 22 Dekabr 2009). Kompensasiyanın məbləği mülkiyyətdən məhrum edilmə tarixində hesablanmalıdır (Vistins və Perepyolkins Latviyaya qarşı işdə (§118 və 180))
44. “Azərdövlətsənayelayihə” DLİ tərəfindən verilmiş rəyə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən yerli baxış zamanı da müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən köçülürmüş sakinlərin mənzilləri sökülmüş və yaşayış üçün yararsız vəziyyətdədir.
45. Məhkəmə hesab edir ki, konkret halda iddiaçılar pozulmuş hesab etdiyi hüquqlarını (öz əmlak hüquqlarından sui-istifadə etməməklə) mənzillərin əvəzinə bazar qiymətinə uyğun kompensasiya ödənilməsi (tələbi) ilə daha münasib və effektiv yolla bərpa etməsi mümkündür.
46. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva