Məhkəmə qərarları › İş №2-1(112)-1312/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1312/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1312/2025 08.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu 31 yanvar 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. O, xx.xx.1979-cu ildən etibarən bugünə qədər müxtəlif yerlərdə müxtəlif vəzifələrdə işləmişdir və hazırda da işləyir. Belə ki, xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti- Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işləmişdir. O, xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexində (xx.xx.1992-ci ildən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır) texnoloji boru kəmərlərinin 4-cü dərəcəli (xx.xx.1993-cü ildən isə 5-ci dərəcə) quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.2020-xx.xx.2024-cü il tarixlərində X2 MMC-də akkumlyatorçu vəzifəsində işləmişdir. O, xx.xx.2024-cü ildən "xxxx" MMC-də akkumlaytorçu vəzifəsində işləyir. İddiaçı hal-hazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq istəyir. Bu məqsədlə 13 mart 2024-cü il tarixində cavabdehə müraciət etmiş, müraciətinə verilmiş imtina məktubunda bildirilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 3 ay 2 gün (xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016- xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq cavabdeh güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Həmçinin həmin məktubda məsələ ilə əlaqədar məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilə qədər olan dövrlədə iş stajını heç bir qanuni əsas olmadan nəzərə almamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, onun güzəştli stajı 12 il 6 aydan az (8 il 3 ay 2 gün (xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdehə təqdim edilən iddiaçının MT-İ ******* nömrəli əmək kitabçasında və “SOCAR”-ın xx.xx.2024-cü il tarixli, 14-2/2-M-669-1/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 14-2-1/2-M-95-1/2024 nömrəli arayışlarında xx.xx.1979-xx.xx.1979-cu il və xx.xx.1980- xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Boru kəməri quraşdırıcı çilingər vəzifəsi sözügedən arayışda istinad edilmiş yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcıları vəzifəsinə uyğun deyil. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi yazılı etirazla oxşar məzmunlu izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə qədər nəqliyyat təsərrüfatında elektromexanika sürücüsü peşəsində, xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti- Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işləmişdir. O, xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilədək 2 nömrəli Avtobus Parkında avtoçilingər və avtoelektrik vəzifələrində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Hərəkət və rabitə Xidməti "xxxx" ASC-də avto elektrik peşəsində, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək həmin ASC-də elektro montajçı peşəsində, xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə qədər “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexində (xx.xx.1992-ci ildən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır) texnoloji boru kəmərlərinin 4-cü dərəcəli (xx.xx.1993-cü ildən isə 5-ci dərəcə) quraşdırıcısı vəzifəsində işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2006-cı ilədək Beynəlxalq sərnişin daşıma Avtokombinatında (xx.xx.1998-ci ildən “Magistral-Ekspress” adlandırılmışdır) avtoçilingər vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2007-ci ildən xx.xx.2012-ci ilədək "xxxx" MMC-də çilingər peşəsində, xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək Sumqayıt Texnologiyalar Parkında mexanik peşəsində, xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək Sumqayıt Texnologiyalar Parkı MMC-də mexanik peşəsində işləmişdir. xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək "xxxx" ASC-də akkumlaytorçu peşəsində, xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilədək Sumqayıt Texnologiyalar Parkı MMC-də akkumlaytorçu peşəsində, xx.xx.2017-ci ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də akkumlaytorçu peşəsində, xx.xx.2020-xx.xx.2024-cü il tarixlərində “X2” MMC-də akkumlyatorçu vəzifəsində işləmişdir. İddiaçı xx.xx.2024-cü ildən halhazıradək "xxxx" MMC-də akkumlaytorçu vəzifəsində işləyir. НЗ seriyalı, ******* nömrəli Hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. “Azneft” İstehsalat Birliyinin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivindən verilmiş xx.xx.2024-cü il tarixli, 14-2/2-M-669-1/2024 nömrəli arxiv arayışında iddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin (əvvəlki 'Kirovneft" NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və 06.11,1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi qeyd edilir. Qeyd edilən dövrlər üzrə “SOCAR”-ın Baş ofisinin Mərkəzi arxivində saxlanılan iddiaçıya aid kadr əmrlərində, T-2 nömrəli şəxsi uçot vərəqələrində və şəxsə məxsus ИT-l № ******* nömrəli əmək kitabçasında (surəti əlavə olunur) peşənin adı boru kəməri çilingəri (слесарь-трубопроводчик) olaraq qeyd olunur. Bundan başqa, 1987-ci ildə təsdiq edilmiş “Tikinti, quraşdırma və təmir-tikinti işləri bölməsi uzrə fəhlə peşələri və işlərin X1 Sorğu Kitabçasının (VTİSK) “Cari nəşrdəki bölmədə qeyd olunan peşə adlarının 1969-cu ildə nəşr olunan və qüvvədə olan peşə adları ilə müqayisəli siyahısında boru kəməri çilingəri peşə adı texnoloji boru kəmərlərinin quraşdırıcısı peşə adı ilə əvəz olunduğu qeyd olunur (surəti əlavə olunur). İddiaçının xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək işlədiyi boru kəməri çilingəri (слесарь-трубопроводчик) peşəsinin adı rus dilindən tərcümə edilən zamanı səhvən arayışda boru kəməri quraşdırıcı çilingər olaraq qeyd edilmişdir. Həmçinin sözügedən VTİSK-ya əsasən iddiaçının işlədiyi boru kəməri çilingəri (слесарьтрубопроводчик) peşəsi hal-hazırda qüvvədə olan normativ-hüquqi sənədlərdə nəzərdə tutulan texnoloji boru kəmərlərinin quraşdırıcısı peşəsi ilə eynilik təşkil edir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft” NQÇİ) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı" peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 №-li Siyahıları"nın “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin Neftqaz və qaz kondensatının hasilatı" yarımbölməsində, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və “Ümumi peşələr" bölmələrində nəzərdə tutulan peşələrlə uyğunluq təşkil etmir. İddiaçının “Binəqədineft” Neft və Qazçıxarma İdarəsində (əvvəlki “Kirovneft" NQÇİ) xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək (02 ay 15 gün), xx.xx.1980-cı il tarixdən xx.xx.1981 -ci il tarixədək (05 ay 21 gün), xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (03 il 08 ay 17 gün) işlədiyi “boru kəməri çilingəri" və “texnoloji boru kəmərlərinin quraşdırıcısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin “a” (fəhlələr) bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli, 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” qərarının 1.2.4-cü bəndi ilə əlavə olunmuş “texnoloji boru kəmərlərinin quraşdırıcıları” peşəsi ilə uyğunluq təşkil edir. SOCAR-ın 22 fevral 2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.1979-cu ildə (əmr № 41, xx.xx.1979-cu il) “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1979-cu ildə (əmr № 55, xx.xx.1979-cu il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1980-cı ildə (əmr № 116, xx.xx.1980-ci il) “Kirovneft” NQÇİnin Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1981-ci ildə (əmr № 544 k, xx.xx.1981-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə (əmr № 97 k, xx.xx.1992-ci il) “Kirovneft” NQÇİ-nin Təmir-tikinti icarə sexinə texnoloji boru kəmərlərinin 4-cü dərəcəli quraşdırıcısı peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 177 №-li Qərarına və “Azərineft” Birliyinin xx.xx.1992-ci il tarixli, 110 №-li əmrinə əsasən “Kirovneft” NQÇİ “Binəqədineft” NQÇİ adlandırılmışdır. xx.xx.1993-cü ildə (əmr № 497 k, xx.xx.1993-cü il) 5-ci dərəcə verilmişdir. xx.xx.1995-ci ildə (əmr № 562 k, xx.xx.1995-ci il) Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən, öz xahişi ilə işdən azad olunmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən iddiaçı xx.xx.2012-ci ildə (əmr №223-kş, xx.xx.2012-ci il) Sumqayıt Texnologiyalar Parkının Xüsusi Maşınların İstehsalı və Təmiri Departamentinin Maşınqayırma Zavodunun Akkumlyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexinə mexanik vəzifəsinə təyin edilib və xx.xx.2012-ci ildə (Əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.2016-cı ildə (Əmr № 07/3 1irş, xx.xx.2016-cı il) Avtomobil Nəqliyyatı və Maşın-Mexanizmlərin İstismarı İdarəsinin Təmir sexinin Yük və Xüsusi Təyinatlı Mexanizmlərin təmiri sahəsinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2016-cı ildə (Əmr № 07/100-irş, xx.xx.2016-cı il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilib. xx.xx.2017-ci ildə (Əmr №07/33-irş, xx.xx.2017-ci il) Avtomobil Nəqliyyat və Maşın-Mexanizmləri İstismarı İdarəsinin təmir sexinə akkumlyatorçu peşəsinə qəbul edilib və xx.xx.2020-ci ildə (əmr №-07/114-irş, xx.xx.2020-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 35-ci “Ümumi peşələr’’ fəslinə əsasən akkumlyatorçuların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 10 ay, 08 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. "xxxx" MMC-nin 10 saylı, 27 fevral 2024-cü il tarixli şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışa əsasən iddiaçı "xxxx" MMC-nin Xüsusi maşınların istehsalı və təmiri departamentin Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, şlanqların və mexanizmlərin bərpası sexində 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 223-kş saylı) xx.xx.2012-ci il tarixinədək (əmr 48/6-İRD/x saylı) işləmişdir. Maşınqayırma zavodunun Akkumulyator batareyalarının, hidravlik şlanqların, mexanizmlərin bərpası və avtoşinlərin təmiri-montajı sahəsinə 9-cu dərəcəli mexanik vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2016-cı il tarixinədək (əmr 242-İRD/x saylı) işləmişdir. İddiaçı avtomobillərin və texnikanın istehsalı və təmiri zavodunun texniki istehsalat şöbəsinin təmir sahəsinə 6-cı dərəcəli akkumulyatorçu peşəsinə təyin edilib xx.xx.2016-cı il tarixindən (əmr 49-kş saylı) xx.xx.2017-ci il tarixinədək (əmr 42-İRD/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 35-ci hissəsinin-ümumi peşələr, 19-cu sətrində müəyyən edilmiş akkkumulyatorçular vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 4 (dörd) il, 6 (altı) ay, 25 (iyirmi beş) gün təşkil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının cavabdeh “X2” MMC-yə qarşı güzəştli arayışın verilməsi barədə iddiası təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh “X2” MMC-nin üzərinə qoyulmuşdur. Abşeron Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli məktubunda həmin qətnamədən xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyi və şikayətin iş materialları ilə birlikdə baxılması üçün müvafiq yuxarı instansiya məhkəməsinə göndərildiyi bildirilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinin xx.xx.2022ci ildən sonra qüvvədə olan redaksiyasında göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsini tələb etdiyi 31 yanvar 2022-ci il tarixində qüvvədə olan pensiya qanunvericiliyinə görə kişilər üçün adi pensiya yaşı 65, güzəştli şərtlərlə pensiya yaşı isə 60 yaşdır. Yəni iddiaçıya həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun 60 yaşı tamam olmalı, 25 il ümumi stajı, 12 il 06 ay isə güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmalıdır. Göründüyü kimi iddiaçının həmin dövrə qədər olan ümumi stajı cavabdeh tərəfindən mübahisələndrilmir. Cavabdeh iddiaçının həmin dövrə qədər olan güzəştli stajının 12 il 06 aydan az, yəni 08 il 3 ay 2 gün olduğunu bildirir. Həmin dövrlərə isə cavabdeh xx.xx.1992xx.xx.1995-ci il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrləri aid edir. Eyni zamanda cavabdeh hesab edir ki, iddiaçının xx.xx.1979-xx.xx.1979-cu il və xx.xx.1980xx.xx.1981-ci il tarixləri arasındakı dövrlər ərzində “Binəqədineft" Neft və Qazçıxarma idarəsinin Təsərrüfathesablı Tikinti-Quraşdırma idarəsində iddiaçının “boru kəməri quraşdırıcı” çilingər vəzifəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan “texnoloji boru kəmərlərinin quraşdırıcıları” vəzifəsinə uyğun deyil. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.). Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən nəzərə alınmayan xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, həmçinin xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi dövrlərin güzəştli staja aid olması barədə müvafiq müəssisələrin arayışı olsa da, cavabdeh öz mülahizəsinə görə həmin peşələrin güzəştli pensiya hüququ verən peşələrə aid olmaması qənaətinə gəlmişdir. Eyni zamanda iddiaçının "xxxx" MMC-də xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək, həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək mexanik və akkumulyatorçu vəzifələrində işləməsi "xxxx" MMC-nin arayışı ilə təsdiq edilir. Lakin, cavabdeh iddiaçının həmin dövr üzrə iş stajını güzəştli staj kimi nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” adlanan 35-ci hissəsinin 19-cu sətrində göstərilmiş “akkumulyatorçular” peşəsinə uyğundur. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən güzəştli staj kimi nəzərə aldığı 08 il 03 ay 02 günün üzərinə iddiaçının xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində, həmçinin xx.xx.1980-cı ildən xx.xx.1981-ci ilə qədər “Kirovneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli boru kəməri quraşdırıcı çilingər peşəsində işlədiyi dövrləri, həmçinin Sumqayıt Texnolgiyalar Parkı” MMC-də xx.xx.2012-ci ildən xx.xx.2016-cı ilədək, həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək mexanik və akkumulyatorçu vəzifələrində işlədiyi dövrləri (cəmi 05 il 03 ay 05 gün) əlavə etsək onun 60 yaşının tamam olduğu tarixə ümumi güzəştli stajı 12 il 06 aydan artıq olur ki, bu da ona güzəştli şərtlərlə pensiya təyini üçün kifayət edir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək ona güzəştli arayışın verilməsi öhdəliyinin “X2” MMC-yə həvalə edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-3855/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə (zərərli) əmək pensiyası hüququ verən işdə çalışması barədə arayışın təqdim edilməsi vəzifəsi cavabdeh “X2” MMC-nin üzərinə qoyulmuşdur. Həmin qətnamədən və iddiaçının əmək kitbaçasında olan qeydlərdən görünür ki, iddiaçı xx.xx.2020-xx.xx.2024-cü illərdə “X2” MMC-d “akkumulyatorçu” vəzifəsində işləmişdir. Həmin qətnamə qanuni qüvvəsini alacağı təqdirdə iddiaçının xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə qədər olan stajı da güzəştli staj kimi nəzərə alına bilər. Göründüyü kimi iddiaçı 60 yaşının tamam olduğu 31 yanvar 2022-ci ildə 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 31 yanvar 2022-ci il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar