Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1313/2021 26.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı şəhər poliklinikasına qarşı “əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması” tələbi bаrədə ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı şəhər poliklinikasına qarşı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, 16.11.2019-cu il tarixdə səhər saatlarında iddiaçının sinəsində qəflətən yaranmış, sol qoluna və kürək nahiyəyə yayılan kəskin ağrılar səbəbindən iddiaçı təcili-tibbi yardım xidmətinə zəng etmişdir. Sabunçu təcili-tibbi yardım xidməti tərəfindən müayinə edildikdən sonra, ilkin diaqnoz infarkt olmaqla müdaxilələr edilmiş və tibbi göstərişlərə uyğun olaraq dərman tətbiqinə başlanılmışdır. Bundan dərhal sonra yaxınlarının müraciəti əsasında “Zəfəran” hospitalının təcili-tibbi yardım xidməti gələrək iddiaçını həmin hospitala aparmış və dərhal müayinələr edilərək, ürəyin işemik xəstəliyi - ürəyin sol mədəciyinin ön divarının kəskin miokard infarktı (X3, 10cu redaksiya üzrə : i 21.0) diaqnozu qoyulmuşdur. Aparılmış yoxlama zamanı (anjuografıya) ürəyin ön divarındakı koronar damarın tamamilə (98%) tutulması aşkar edilmişdir. Hospitalda dərhal ürəyinin qapalı əməliyyatı icra edilmiş və tutulmuş damara stend yerləşdirdərək, damarda qanın axını bərpa edilmişdir. Əməliyyat bitdikdən 3 gün sonra xəstəxanadan orta-kafi vəziyyətdə stasionar müalicə məqsədi ilə buraxılmışdır. Bundan sonra 18.11.2019-cu il tarixdən 07.12.2019-cu il tarixədək xəstəlik vərəqəsi açılmış və 07.12.2019-cu il tarixdən iddiaçının könüllü istəyi ilə işinə davam etmək məqsədi ilə poliklinikadakı xəstəlik tarixçənin bağlanmasını xahiş etmişdir (bunu “əmək qabiliyyətinin olmaması vərəqəsi”ndəki qeyddən də görmək mümüküdür). Xəstəlik tarixçəni dayandırması heç də xəstəliyinin bərpa olunması və sağalmağı demək deyildir. Yəni bütün kardioloqlar və eləcə də tibb təhsili olan həkimlər də bilir ki, “infarkt” sağalan xəstəlik deyil və onun yaratdığı fəsadlər, qan dövranındakı pozğunluqlar və nəhayət ürək çatışmamazlığı tədricən özünü birüzə verir. Məhz buna görə də hazırda ürək çatışmamazlığının ilkin əlamətlərinin (bir az əsəbləşən kimi tənginəfəslik, öskürək, arterial təzyiqin yüksəlməsi, sol qolunda kəskin formada keyimə-uyuşma və s) iddiaçıda olduğuna görə müalicə həkimi (“Zəfəran” hospitalın həkimi Mehman Ağamalıyev) tərəfindən bu istiqamətdə qabaqlayıcı dərman-müalicə tədbirləri hazırda da davam etdirilir. İddiaçının xəstəliyi AR Səhiyyə Nazirliyinin Akademik C.Abdullayev adına X5 institutunda aparılmış exokardioqrafiya müayinəsində də təsdiqini tapır. İddiaçı son bir neçə ay ərzində dəfələrlə 11 saylı Poliklinikaya müraciət edərək əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi məqsədi ilə xəstəliklərinin tibbi-sosial ekspert komissiyasına göndərilməsini xahiş etmişdir. Poliklinika tərəfindən sənədlərinin tibbi sosial ekspert komissiyasına göndərilməsindən, bir sözlə göndəriş edilməsindən imtina edilmişdir. Poliklinikada iddiaçını müayinə edən kardioloq (Xuraman həkim) və baş həkim Nəriman Məmmədov tərəfindən iddiaçıya bildirilmişdir ki, onun keçirdiyi xəstəlik üzrə əlillik qrupunun verilməsi mümkün deyildir, göndərişin verilməsi üçün mütləq qaydada şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olması vacibdir. Miokardın kəskin infarktı elə bir xəstəlikdir ki, bu xəstəliyi daşıyan şəxs 6 ay yox, 6 il stasionar və ya ambulator müalicə alsa belə, onun sağalması mümkün deyildir. Qanunvericiliyin tələbindən göründüyü kimi "şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətinə fasiləsiz və ya son 12 (on iki) ay müddətinə fasilələrlə ümumilikdə 6 (altı) ay ümımilidkə 6 (altı) aydan çox ambulator və ya stasionar) müalicəsinə baxmayaraq, orqanizmin pozulmuş funksiyanısın bərpa olunmaması və...”peşə-əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi" tibbi-sosial ekspert komissiyasına göndərişin verilməsi əsaslarından biridir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1-ci bəndində qeyd edilmiş “ürəyin işemik xəstəlikləri” üzrə “121” kod adı X2 10-cu redaksiyasında “kəskin miokard infarktı” adlanır. Madam ki, Əsasnamədə 2-ci qrup əlilliyin təyini üçün “121” kod adı ilə qeyd edilmiş xəstəlik “X3”na görə “kəskin miokard infarktı” xəstəliyidir və iddiaçının xəstəliyinin diaqnozu da məhz “kəskin miokard infarktı”dır, bu zaman Poliklinika tərəfindən göndərişin verilməməsi səbəbi iddiaçı üçün qaranlıqdır. Halbuki, göndərişin verilməsi poliklinikanın həkimin və ya baş həkimin müraciəti ilə poliklinikanın həkim komissiyasının birbaşa vəzifəsidir. İddiaçının xəstəliyi həm ''Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə və həm də “X3’'na uyğun olaraq göndərişin verilməsinə və əlilliyin təyin edilməsinə həm hüquqi və həm də faktiki əsas verir. Lakin bu məsələdə süründürməçiliyə yol verilməsi və bu günədək göndərişin verilməməsi qanunvericiliyin, eləcə də hüququnun pozulması kimi qiymətləndirilməklə dərhal aradan qaldırılmalı olduğu halda iddiaçının hüququ bərpa olunmamışdır. Poliklinika tərəfindən müraciətinə müsbət cavab verilmədiyini gördükdən dərhal sonra, iddiaçı tərəfindən həm Azərbaycan Respublikasının Prezidentinə, həm TƏBİB-ə və həm də Səhiyyə Nazirliyinə müraciət edərək məsələ barədə məlumat vermişdir. Səhiyyə Nazirliyi müraciətinə cavab olaraq İcbari Sığortalar Bürosuna müraciət göndərərək məsələni araşdırmağı xahiş etmişdir. TƏBİB isə müraciətinə cavab olaraq 11 saylı Poliklinikaya iddiaçını müayinə edərək, məsələni aydınlaşdırmağı tapşırmışdır. Lakin indiyə kimi 11 saylı Poliklinika heç bir araşdırma aparmamış və ümumiyyətlə nə mənim, nə də TƏBİB-in məktubuna cavab verməyi lazım bilməmişdir. Dəfələrlə həm Poliklinikaya, həm də TƏBİB-ə müraciət etdiyinə baxmayaraq bu heç bir nəticə verməmişdir. Poliklinikanın baş həkiminin verdiyi məlumata görə Səhiyyə Nazirliyinin nəzarətində olan “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”də elə bir sistem qurulmuşdur ki, 6 ay ambulator şəraitdə müalicə olmadan, yəni xəstəlik tarixçəsi açılmadan göndərişin həmin sistemə yerləşdirilməsi mümkün deyil və sistem bu cür məlumatı qəbul etmir. Bu isə tamamilə qanunsuz və əsassızdır. İddiaçının xəstəliyi ürəyindədir və ürəyin funksiyaları bərpa olunan deyil, gün ərzində 5 ədəd ayrı ayrı adda pereparataları qəbul edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş iddiaya dair etirazın təqdim edilməsi haqqında məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı və cаvаbdеh məhkəmə bахışınа öz səlahiyyətli nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Odur ki, məhkəmə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək, hеsаb еdir ki, iddia təmin еdilməməlidir. İş materiallarına əlavə edilmiş: 18.11.2019-cu il tarixli Zəfəran Hospitalında tərtib olunmuş epikrizin surətindən görünür ki, İddiaçı “ÜİX (ürəyin işemi xəstəliyi): sol mədəciyin ön divarının kəskin miokard infarkt”ı diaqnozu ilə kardioligiya şöbəsinə daxil olmuşdur. Şikayətlər: sinədə yaranan, sol qola və kürəyə yayılan göynədici, yandırıcı xarakterli ağrılar, ürəkdöyünmə və halsızlıq. 16.11.2019-cu il tarixdə səhər saatlarında qəflətən şikayətlərinin yarandığını bildirir. Xəstə yaxınları klinikanın çağrı mərkəzinə müraciət etmiş və TTY-la klinikaya gətirilərkən xəstə orta ağır vəziyyətdə kardioreanimasiya şöbəsinə qəbul edilmişdir. Konsilium qərarı ilə LAD-yə primer angioplastika məsləhət görüldü. LAD-yə 3,5x18 mm stent implantə edildi. Koronar angioplastika sonrası iki gün dinamik müşahidə altında saxlanılaraq 18.11.2019cu il tarixində xəstə orta-kafi vəziyyətdə müvafiq təyinat verilərək evə yazılmışdır. Azərbaycan Həmkarlaq İttifaqı Konfederasiyası Sanator-Kurort kitabçasından görünür ki, iddiaçıya 20.10.2020-ci il tarixdə fizioterapiya müalicəsində olmuşdur. Diaqnoz: “ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, gərginlik stenokardiyası İ faza, hipertoniya xəstəliyi”. 11 nömrəli şəhər poliklinikasının 07.03.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaların ümumi maddələrin 1.5.1-ci bindinə “şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətinə fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olması”na əsasən baxilir. İddiaçı həmçinin iddia tələbini təsdiq edən sübutlar qismində şəxsiyyət vəsiqəsinin, kardioqramların, “Zəfəran Hospital”ın 16.11.2019-cu il tarixli PTCA-Stent və Koronar Angioqrafiya, 25.02.2020-ci il tarixli Rəngli Doppler exokardioqrafiya protokolların, Akademik C.Abdullayev adına X1 Transtorakal Exokardioqrafiya barədə sənədinin, 494910 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsinin, 03.03.2020-ci il tarixli, 13.03.2020-ci il tarixli və 15.07.2020-ci il tarixli ərizələrin surətləri, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 10 mart 2020-ci il tarixli və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 01.05.2020-ci il tarixli məktubları məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-in T25/2021 nömrəli ekspert rəyinə əsasən vətəndaş İddiaçı 16-18.11.2019-cu il tarixlərdə “Zəfəran Hospital”ın kardiologiya şöbəsində “ürəyin işemik xəstəliyi, sol mədəciyin ön divarının kəskin miokard infarktı” daqnozu ilə daxil olarkən aparılmış müvafiq müayinələrdən sonra stasionar müalicədə olmuş və stent implanta edilmişdir. 25.02.2020-ci il tarixdə məhkəmətibb ekspert komissiyası tərəfindən göndərişlə aparılan rəngli doppler axokardioaqrafiyası zamanı sol mədəciyin sistolo-diastolik ölçüləri və sistolik finksiyaları normal olmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin quymətləndirilməsi üçün qüvvədə olan “Əsasnamənin meyarlarına” uyğun ona əlillik dərəcəsinin verilməsindən imtina düzgün olmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddiaçını iddia tələbində haqlı hesab etmir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir). 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İşin faktiki hallarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”nın 1.5.1-ci bəndində nəzərdə tutulmuş əsasların olması cavabdeh tərəfindən müəyyən edilməmişdir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı şəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı şəhər poliklinikasına qarşı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması hаqqındа iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri 11 saylı şəhər poliklinikasına qarşı əlillik dərəcəsinin müəyyən olunması məqsədi ilə göndərişin tərtib edilməsi və “Tibb-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsi vəzifəsinin Bakı şəhəri 11 saylı şəhər poliklinikasının (həkim komissiyasının) üzərinə qoyulması hаqqındа iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-1313/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1313/2021
26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver