Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1313/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sığorta haqqının iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasına hesablanıb əlavə edilərək ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “məcburi dövlət sığorta haqqının iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasına hesablanıb əlavə edilərək ödənilməsi” dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə iddiaçının 2009, 2010 və 2011-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda qeyd edilmiş və fərdi şəxsi hesabda əks olunmuş məcburi dövlət sığorta haqqının ona təyin edilmiş yaşa görə əmək pensiyasına hesablanıb əlavə edilərək ödənilməsi öhdəliyinin qoyulmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəmənin 2-1(112)-9323/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı yaşa görə pensiyasının yenidən hesablanması ilə bağlı müraciətinə 20 gün müddəində baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı iddiasına dair iş üzrə xx.xx.2022-ci il tarixli 2-1(112)- 9323/2022 nömrəli qərardadın icrası ilə bağlı qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar məhkəməyə göndərilmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9323/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/500 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılaraq təmin olunmasını xahiş etdmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İddia tələbindən görünür ki, iddiaçı 2009, 2010 və 2011-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda qeyd edilmiş və fərdi şəxsi hesabda əks olunmuş məcburi dövlət sığorta haqqının ona təyin edilmiş yaşa görə əmək pensiyasına hesablanıb əlavə edilərək ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmənin sorğusuna cavab olaraq iddiaçının pensiya işinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş pensiya işindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Nazirliyin “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində sığortaedən Bakı şəhəri üzrə Təhsil İdarəsi (SUN: **********4) tərəfindən təqdim edilmiş 2009-2011-ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) əsasən iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları **********323 nömrəli fərdi şəxsi hesabında əks olunmuşdur. Cavabdeh inzibati orqanın “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1971-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil aldığı dövr nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 33 il 8 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 6.616,91 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən 256,40 manat müəyyən edilmişdir. Eyni zamanda pensiya təyin olunan tarixdən 6 il və daha çox işlədiyi üçün xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11.755,79 manat pensiya kapitalı əsasında yaşa görə əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən 401,36 manat müəyyən edilmişdir. Qanunun 37.3.1-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1.120,40 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən 482,22 manat müəyyən edilmişdir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanın məbləği xx.xx.2021-ci il tarixindən 537,19 manata, xx.xx.2022-ci il tarixindən 555,45 manata çatdırılmışdır. xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirirlər ki, yaşa görə əmək pensiyanın məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Məlumat üçün bildirirlər ki, ötən dövr üzrə (xx.xx.2019-cu il tarixindən) hesablanmış fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə növbəti aylarda sizə ödəniləcəkdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-9323/2022 nömrəli qərardadın icrası ilə bağlı cavabdeh inzobato prqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən SÖTMF-nin xx.xx.2022 ci il tarixli qərarı ilə pensiya hesablanmasında vətəndaşın 2009, 2010 və 2011 ci illər üzrə fərdi hesabın sığorta hissəsində əks olunmuş kapitalı nəzərə alınaraq pensiyası yenidən hesablanaraq 555.45 manat müəyyən olunmuş həmçinin ötən dövr üçün 73.72 manat fərq məbləği hesablanmış və 2022 ci ilin may ayının ödənişində pensiyaçının hesabına köçürülmüdür. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/500 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: “Təqdim edilmiş mülki iş materiallarında olan sənədlər və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 saylı sorğunun cavablandırılması haqqında xidməti məktubunu nəzərə alınmaqla, ekspert qarşısında qoyulmuş suallarla bağlı İddiaçı xx.xx.2014-cü il tarixli müraciətinə əsasən xx.xx.2013-cü il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İlkin təyinat zamanı vətəndaşın təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək, xx.xx.1989-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək 29 il 10 ay 2 gün sığorta stajı müəyyən edilmişdir. 2006-cı il tarixinədək 29 il 10 ay 2 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (29+(10+2/30 gün)/12ay)x170=5072,61 Həmin kapitalın 2013-cü il tarixinə indeksləşdirilmiş məbləği 9056,16 manat təşkil edir. Həmin kapitala əsasən vətəndaşın pensiyası aşağıdakı qaydada hesablanmışdır: 9056,16:144=62,89 xx.xx.2013- 100(baza hissə)+62,89 (sığorta hissə)=162,89 Fondun keçmiş Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin xx.xx.2016-cı il İtarixli arayışında vətəndaşın fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2016-cı il tarixinədək 6390,02 manat pensiya kapitalı olduğu qeyd edilmişdir. Qeyd olunan arayışa əsasən vətəndaşın xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan xx.xx.2013-cü il tarixinədək 4639,94 manat pensiya kapitalı (2016-cı il vəziyyətinə) hesablanmışdır. Həmin kapitala əsasən vətəndaşın pensiyası yenidən hesablanmışdır: 4639,94:144=32,22 xx.xx.2016 - 100 (baza hissə)+67,96 (xx.xx.2006-cı il tarixinədək kapitala əsasən SH)+32,22 (xx.xx.2006-xx.xx.2013-cü illər üzrə kapitala əsasən SH)=200,18 xx.xx.2016-cı il tarixli arayışda vətəndaşın hazırda pensiya məbləğində nəzərə alınmadığını iddia etdiyi 2009-2011-ci illər üzrə kapitalı barədə məlumat (Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında Forma B3 arayışları) təqdim edilmişdir. Nəticədə pensiya məbləğində həmin dövrlər üzrə pensiya kapitalı nəzərə alınmışdır. xx.xx.2019-cu il tarixində vətəndaşın pensiyası Qanunun 37.3.1-ci maddəsinə əsasən işlədiyi 6 il üzrə pensiya kapitalına əsasən aşağıdakı qaydada yenidən hesablanmışdır: X1 Sisteminin Pensiya altsisteminə əsasən xx.xx.2013-cü il tarixindən xx.xx.2019-cu il tarixinədək İddiaçı fərdi hesabınınsığorta hissəsində 10018,36 manat pensiya kapitalı qeydə alınmışdır. 10018,36:72=139,12 xx.xx.2019 - 242,37+139,12=381,39 xx.xx.2020-ci il tarixində vətəndaşın pensiyası işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2020-ci il tarixinədək olan pensiya kapitalı və əyani təhsil müddətinin sığorta stajına daxil edilərək hesablanması üçün müraciətinə əsasən yenidən hesablanaraq 463,96 manat müəyyən edilmişdir. Son olaraq vətəndaşın xx.xx.2022-ci il tarixli müraciətinə əsasən pensiyası aşağıdakı qaydada hesablanaraq 555,45 manat məbləğində müəyyən edilmiş və 2009- 2011-ci illər üzrə pensiya kapitalı xx.xx.2016-cı il tarixində təqdim edilən Forma B3 arayışlarında qeyd edildiyindən həmin kapital pensiyanın məbləğində xx.xx.2016-cı il tarixdən nəzərə alınmış, həmçinin ötən dövr üzrə fərq məbləği də hesablanaraq ödənilməsi müəyyən edilir.” Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçının ona təyin edilmiş yaşa görə əmək pensiyasına hesablanıb əlavə edilərək ödənilməsini tələb etdiyi 2009, 2010 və 2011ci illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda qeyd edilmiş və fərdi şəxsi hesabda əks olunmuş məcburi dövlət sığorta haqqının xx.xx.2016-cı il tarixdən nəzərə alınması, həmçinin ötən dövr üzrə fərq məbləğinin də hesablanaraq ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqi tapmışdır. Belə ki, iddiaçının 2009-2011-ci illər üzrə pensiya kapitalı xx.xx.2016-cı il tarixində təqdim edilən Forma B3 arayışlarında qeyd edildiyindən həmin kapital pensiyanın məbləğində xx.xx.2016-cı il tarixdən nəzərə alınmış, həmçinin ötən dövr üzrə fərq məbləği də hesablanaraq ödənilmişdir. Göründüyü kimi, iddiaçı qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərkən cavabdeh inzibati orqanla onun arasında hər hansı mübahisənin olması, cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanunla qorunan maraqlarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7). İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1313/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1313/2023
19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver