Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1314/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır), iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, vəkil),cavabdehin nümayəndəsi Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, hüquqların dövlət qeydiyyatı üzrə qeydiyyatçı vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı obyekt və obyektin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisənin predmeti 1.İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 425 №-li sərəncamı ilə Qarabağ müharibəsi veteranı X3 verilmiş, X2 vəfatından sonra onun vərəsəsi olan X6 ərizəsi əsasında Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 131 №-li, 14 noyabr 2016-cı il tarixli sərəncamı ilə X4 adına keçirilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metro stansiyasının şimal-şərq çıxışında yerləşən ticarət obyektinə və sözügedən ticarət obyektinin yerləşdiyi torpaq sahəsinə X4 adına mülkiyyət hüququnu qeydə alaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 353 nömrəli sərəncamı ilə Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 03/102 saylı məktubu nəzərə alınaraq, Q.Qarayev pr., “Xalqlar Dostluğu” metro stansiyasının şimal-şərq çıxışında yüngül konstruksiyalardan ticarət cərgəsinin layihələndirilməsi və quraşdırılması üçün 70 kv/m torpaq sahəsi ayrılmışdır.Həmin torpaq sahəsinin 12 kv/m hissəsi Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-ci il tarixli, 425 №-li sərəncamı ilə Qarabağ müharibəsi veteranı X3 verilmişdir. X5 hələ sağ olduğu zaman həmin torpaq sahəsində mişar daşı ilə obyekt tikmişdir. Sözügedən obyektin tikintisinə 20 sentyabr 2003-cü ildə başlanmış, 25 dekabr 2003-cü il tarixində tikinti başa çatdırılmışdır. Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı da mövcuddur. X2 vəfatından sonra onun vərəsəsi olan X10 göstərilən ticarət obyektinin iddiaçının adına keçirilməsi üçün ərizə ilə Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Fəridə xanımın ərizəsi əsasında sözügedən ticarət obyekti iddiaçının adına keçirilmişdir. Bu barədə Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 131 №-li, 14 noyabr 2016-ci il tarixli sərəncamı vardır.Sözügedən torpaq sahəsində tikilmiş obyekt 2003-cü ildən hal-hazıra kimi işləyir. Fəaliyyət göstərdiyi bu 20 il ərzində heç bir şəxsə və heç bir ticarət obyektinə maneçilik törətməmişdir. Həmin obyektə və obyektin yerləşdiyi torpaq sahəsinə öz adına çıxarış almaq istəsə də cavabdeh iddiaçıya müxtəlif bəhanələrlə imtina cavabı vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının adına qeyri-yaşayış binasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, qeyri-yaşayış binasının istismara qəbul edilməsinə dair qəbul komissiyasının aktı X2 adına tərtib edilmişdir. Həmçinin, qeyri-yaşayış binasının istismara qəbul edilməsinə dair qəbul komissiyasının aktı Azərbaycan Respublikasının Dövlət tikinti normalarına uyğun tərtib edilməmiş, qəbul aktında yerli icra hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və X8 nümayəndəsinin iştirakı təmin olunmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İİ.İddianın növü və mümkünlüyü.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 4.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Tərəflərin çıxışları və tədqiq edilmiş sənədlər. 5.Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
Məhkəməyə təqdim edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 353 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncamının kserosurətinə əsasən Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 03/102 saylı məktubu nəzərə alınaraq Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metro stansiyasının şimal şərq çıxışında yüngül konstruksiyalardan ticarət cərgəsinin layihələndirilməsi və quraşdırılması üçün 70 kv metr torpaq sahəsi ayrılmışdır; Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 425 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamının kserosurətinə əsasən Qarabağ müharibəsi veteranı B.A.Cəfərova Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışında Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ticarət obyektlərinin quraşdırılması üçün ayrılmış əlavə torpaq sahəsində 12,0 kv metr yer ayrılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi DYNİ-nin rəis əvəzi E.Allahverdiyevdən, Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadir Eyvazovdan, və X1 ibarət tərkibdə komissiyanın tərtib etdiyi “Tikinti quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda” xx.xx.2009-cu il tarixli aktın kserosurətinə əsasən Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışında yerləşən Qarabağ müharibəsi veteranı X3 məxsus ticarət obyekti binasının layihəyə uyğun tikinti norma və qaydalarına əməl olunmaqla keyfiyyətli başa çatdırıldığı nəzərə alaraq obyektin istismara qəbul olunması qərara alınmışdır; Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi - memar X7, X1, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi DYNİ-nin rəis əvəzi E.Allahverdiyevdən, Nizami rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nadir Eyvazovdan ibarət tərkibdə komissiyanın tərtib etdiyi “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı”nın kserosurətinə əsasən Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışında yerləşən Qarabağ müharibəsi veteranı X3 məxsus ticarət obyekti binasının layihəyə uyğun tikinti norma və qaydalarına əməl olunmaqla keyfiyyətli başa çatdırıldığını nəzərə alaraq komissiya obyektin istismara qəbul olunmasını qərara almışdır; Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 131 nömrəli, xx.xx.2016-cı il tarixli “Mövcud ticarət obyektinin addan-ada keçirilməsinə dair” sərəncamının kserosurətinə əsasən Q.Qarayev prospekti, metronun “Xalqlar Dostluğu” stansiyasının şimal-şərq çıxışında 12 kv metr torpaq sahəsindəki mövcud ticarət obyekti mərhum Bayram Cəfərovun adından onun vərəsəsi ilə imzalanmış qarşılıqlı razılaşma əsasında İddiaçı adına keçirilmişdir; Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən, Nizami rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə adına keçirilmiş qeyri-yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə müraciəti təmin edilməmişdir.
İV. Məhkəmənin mövqeyi
7.Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir:
8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində,hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 9.İşin faktiki hallarına əsasən iddiaçının üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi qeyri-yaşayış sahəsinə və torpaq sahəsinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər cavabdehə, hazırda isə məhkəməyə təqdim edilməmişdir və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi sərəncamlara gəldikdə isə məhkəmə qeyd edir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Lakin iddiaçının istinad etdiyi sərəncamlarda ticarət sahəsinin iddiaçının (vərəsəsi olduğu şəxsin) adına özgəninkiləşləşdirlməsi (iddiaçıya satılması), iddiaçının icarəsinə və ya istifadəsinə verilməsi göstərilməmişdir, hər hansı bir əmlakın addan ada keçirilməsi kimi sənədin (sərəncamın) isə daşınmaz əmlakın dövlət reyestrində hüququn qeydə alınması üçün əsas olması qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş tikilinin istismara qəbul edilməsi aktlarına gəldikdə isə əvvəla həmin aktlar iddiaçının adına tərtib edilməmişlər, daha sonra isə məhkəmə qeyd edir ki qeyd edilən aktlar Azərbaycan Dövlət Tikinti Komitəsinin xx.xx.1999-cu il tarixli, 7 №li qərarının (Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları AzDTN 1.6 -1) tələblərinə uyğun tərtib edilməmişlər. Belə ki, həmin Qaydaların 6.4-cü bəndinin “v” yarımbəndinə əsasən kollektiv və ictimai təşkilatların və şəxsi vəsait hesabına tikilən sosial-məişət və mənzil obyektlərini yerli icra hakimiyyətinin, bələdiyyənin təyin etdiyi dövlət qəbul komissiyası, inzibati və istehsalat təyinatlı obyektləri isə sifarişçinin (investorun) təyin etdiyi qəbul komissiyası istismara qəbul edirlər, həmin Qaydaların 6.8-ci bəndinə əsasən dövlət qəbul və qəbul komissiyalarına sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, yerli icra hakimiyyətinin, bələdiyyənin, sanitar, yanğın təhlükəsizliyi, ekologiya, memarlıq-tikinti nəzarəti orqan və xidmətlərinin və X8 (istehsalat, sosial-məişət və iaşə təyinatlı obyektlər üzrə) nümayəndələri mütləq daxil edilməlidirlər. Halbuki təqdim edilmiş tikilinin istismara qəbul edən komissiyanın tərkibinə yalnız yerli icra hakimiyyətinin təsərrüfat şöbəsinin əməkdaşı, sifarişçi, yanğına nəzarəti xidmətinin və gigiyena və epidemiologiya orqanının nümayəndələri daxil edilmişlər.Odur ki, iddiaçının iddia ərizəsində göstərdiyi tikili də qanunla müəyyən edilmiş qaydada istismara qəbul edilmiş hesab edilə bilməz.
10. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metro stansiyasının şimal-şərq çıxışında yerləşən ticarət obyektinin və sözügedən ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin X4 adına mülkiyyət hüququnu qeydə alaraq dövlət reyestrindən çıxarış verilməsi barədə müraciətinin təmin edilməsindən imtina etməklə cavabdeh tərəfindən hər hansı bir qanuna zidd hərəkətlərə yol verməmişdir və cavabdehin hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun normalarına uyğun olmuşdur. 11.Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 425 №-li sərəncamı ilə Qarabağ müharibəsi veteranı X3 verilmiş, X2 vəfatından sonra onun vərəsəsi olan X6 ərizəsi əsasında Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 131 №-li, 14 noyabr 2016-cı il tarixli sərəncamı ilə X4 adına keçirilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metro stansiyasının şimal-şərq çıxışında yerləşən ticarət obyektinin və sözügedən ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin X4 adına mülkiyyət hüququ ilə qeydə alaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. 12.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 425 №-li sərəncamı ilə Qarabağ müharibəsi veteranı X3 verilmiş, X2 vəfatından sonra onun vərəsəsi olan X6 ərizəsi əsasında Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti Başçısının 131 №-li, 14 noyabr 2016-cı il tarixli sərəncamı ilə X4 adına keçirilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, “Xalqlar Dostluğu” metro stansiyasının şimal-şərq çıxışında yerləşən ticarət obyektinin və sözügedən ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin X4 adına mülkiyyət hüququ ilə qeydə alaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova