Məhkəmə qərarları › İş №2-1(112)-13153/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13153/2024

15.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13153/2024 15.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə qarşı “Sabunçu rayon icra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülzar Hüseynovanın “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati məhkəmə icraatının mümkünlüyünün müəyyənləşdirilməsi məsələsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə qarşı “Sabunçu rayon icra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülzar Hüseynovanın “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4.-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla səaslandırılmışdır ki, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Gülzar Hüseynovanın icraatında iddiaçıdan 4000 AZN məbləğində pul vəsaitinin və 60 AZN dövlət rüsumunun tələbkar X1 xeyrinə tutulması barədə icra işi vardır. İcra sənədi Sabunçu Rayon Məhkəməsinin e-2(008)-592/2024 saylı, xx.xx.2024-cü il tarixli (Hakim-Nilufər Cəfərli) Qətnaməsi əsasında verilmişdir. Qeyd edilməlidir ki, iddiaçı və eyni zamanda tələbkar Zülfiyyənin ona lotoreya borcu olmuş, onu dolaşdırmaq məqsədiylə lotoreyadan yaranmış borcun əvəzinə qızıl verib və onun dediyi lombarda satmağını bildirmiş, qızılın ilkin ödənişini özü ödəməli olduğu üçün pulun müəyyən hissəsini qaytarmasını xahiş etmişdir. İddiaçı isə riyazi savadsızlıqdan və qarşı tərəfin hansı mənafe güddüyündən xəbəri olmadan pulun əvəzinə qızıl götürmüş və avamcasına özünü belə bir oyuna salmışdır. Həmçinin, Zülfiyyə əri ilə bərabər iddiaçını oyuna gətirmiş, lotereya pulunu verməmiş, üstəlik etibarından sui-istifadə edərək pulumu ələ keçirmiş, hətta bununla kifayətlənməyib onu lotoreya söhbəti bitəndən bir il keçəndən sonra əsassız varlanmaq məqsədi ilə polisə vermiş, polisdə cinayət işi açdırmağa müvəffəq olmadıqda isə mülki tələblə məhkəməyə müraciət etmişlər. Belə əsassız və uydurma tələblərini məhkəmə təmin etmiş və ondan 4000 AZN məbləğində pul vəsaitinin və 60 AZN dövlət rüsumunun tələbkar X1 xeyrinə tutulmasını qət etdirmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki iddiaçı icra sənədi ilə razı deyil, şər-böhtanla ondan tutulmuş bu məbləğ barəsində verilmiş icra sənədi tam əsassızdır və Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Gülzar Hüseynovanın “İcraata başlamaq haqqında” Qərarı ləğv edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsini dinlədikdən və iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur; 12.-ci bəndinə əsasən, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının iddiası Sabunçu rayon icra şöbəsinin icra məmurunun “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi tələbindən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” Qərarına əsasən, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin e-2(008)-592/2024-020 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 26. icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir - 29.1.tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. - 87.1. icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Burada qanunverici tərəfindən inzibati iddia olmayan şikayət nəzərdə tutulmuşdur. Belə ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlməmişdir və onların inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İcra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən icra sənədi üzrə icraatı zamanı məcburi hərəkəti etmədikdə və ya qanuna zidd hərəkətləri etdikdə, həmin hərəkətləri məhkəmə qərarının icrası ilə bağlı olduğundan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamıdır, bu halda icra vərəqi Bakı İnzibati Məhkəməsi tərəfindən verilmədiyi üçün həmin hərəkətlərlə (hərəkətsizliklə) bağlı məsələyə inzibati mübahisə qaydasında Bakı İnzibati Məhkəməsində deyil, mülki işin davamı kimi şikayət formasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə qarşı “Sabunçu rayon icra şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu Gülzar Hüseynovanın “icraata başlama haqqında” xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar