Məhkəmə qərarları › İş №2-1(112)-13160/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13160/2025

01.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13160/2025 01.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı dövlət notariat kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbi barədə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı dövlət notariat kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən 5 ilə yaxındır ki, "xxxx" ASC tərəfindən rəsmiləşdirilmiş “tam” debit plastik kartından istifadə edir. xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində özünə məxsus evdə olarkən istifadəsində olan mobil telefon vasitəsi ilə "xxxx"nın tətbiq bölümündə daxil oldu. Lakin həmin vaxt tətbiq bölümünün açılmamasını müşayət etdi. Bundan sonra iddiaçı ABB-nin Müştəri Xidməti ilə əlaqə saxladı və ona bildirildi ki, kartından 1000 manat çıxarılıb. Bundan sonra onun kartı bloklandı və bu barədə DİN-in “102 xidməti”nə məlumat verdi. İddiaçı kart məlumatlarını heç kimə verməmiş və heç bir linkə daxil olmamışdır. İddiaçı ancaq həmin kartla alış-veriş etmiş, kartından hansı yolla və necə pul çıxarılmasından xəbərsizdir. iddiaçının müraciəti əsasında Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-Cİ maddəsi İlə cinayət işi açılıb. Həmin cinayət işi üzrə iddiaçı müstəntiqin qərarı ilə xx.xx.2024-cü il tarixdə zərərçəkmiş qismində tanınmışdır. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir. Bununla bağlı iddiaçı dəfələrlə Azərbaycan Respublikası Mərkəzi Bankına və "xxxx" ASC-yə müraciət etsə də, onlar iddiaçıya aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etməyini tövsiyyə etmişlər. Bank tərəfindən onun bank kartının təhlükəsizliyi və mühafizəsi etibarlı təmin edilməmişdir. Bank bununla öz məsuliyyətindən yayınaraq kartındam kibercinayətlə oğurlanmış 1000 manat pulun ödənilməsini qanunsuz və əsassız olaraq iddiaçının üzərinə qoymağa cəhd edir. Hətta, iddiaçı yazılı surətdə hüquq-mühafizə orqanlarına mürciət etmək üçün bank hesabından çıxarış tələb etsə də ABB həmin çıxarışı ona vaxtında verməkdən imtina etmişdir. Halbuki iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində ABB-nin Baş Ofisinə müraciət etdi, əməkdaşlar çıxarışın hələ də hazır olmadığnı dedilər. xx.xx.2024-cü il, saat 14:00 radələrində ona məxsus olan hesabdan çıxarışın gecikmə səbəbinin izah etmələrini tələb etdikdə ABB-nin Baş Ofisi tərəfindən bildirildi ki, Azərkart silinməni gec edir. Bu isə absurd bir haldır, müştəri olaraq 2 gün ərzində ona məxsus bank hesabından çıxarış bank tərəfindən müxtəlif bəhanələrlə gecikdirildi. Buna baxmayaraq xx.xx.2024-cü il tarixində Nizami RPİ-yə bu dələduzluq hadisəsinin araşdırılmasını və müvafiq qanuni tədbirlər görülməsini xahiş etdi. Bütün bunlara baxmayaraq ABB öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, notariat orqanına müraciət edərək kibercinayətkarıqla oğurlanmış 1000 manat pulun güya vaxtında ödəliməmiş kimi göstərməklə 1183,62 manatın iddiaçıdan da bankın xeyrinə tutulması barədə qanunsuz icra qeydi çıxarılmasına nail olmuşdur. Halbuki baş vermiş cinayət hadisəsi ilə bağlı qaldırılmış cinayət işi yekunlaşmadığından Bakı şəhəri 30 saylı Noratiat Ofisinin xüsusi notariusu Əli Əliyevin 13 iyun 2025-ci il tarixli icra qeydi tam qanunsuz və əsassız olduğundan ləğv edilmədir. Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi- Bakı şəhəri 30 saylı Noratiat Ofisinin xüsusi notarius tərəfindən verilmiş icra sənədi olan icra qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından idarətdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.0.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə aşağıdakı hallarda baxırlar: 445.0.6. şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir:” Aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən şikayət verilməsi zamanı mübahisəyə mülki, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması ilə bağlı məsələ qanunvericilikdə dəqiq tənzimlənməmişdir. Əksinə, bu məsələ ilə bağlı qanunvericilikdə bir-biri ilə uyğunsuzluq halı yaradan bir sıra normalar vardır və onların məcmusunun qiymətləndirilməsi əsasında hazırkı vəziyyətdə qanunvericinin iradəsini dəqiq aydınlaşdırmaq mümkün olmur. Mülki Prosessual Məcəllənin 445.0.6-cı, İnzibati Prosessual Məcəllənin 8.1.3-1-ci, “Notariat haqqında” Qanunun 41-ci maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda mövcud olan müddəalar aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən verilmiş şikayətlərin məhkəmə aidiyyətinin dəqiq müəyyənləşdirilməsinə imkan vermir. Odur ki, müvafiq təkmilləşdirilmələr aparılmaqla mümkün olan qısa müddət ərzində aidiyyətlə bağlı məsələnin qanunvericilik səviyyəsində həll olunması üçün qanunvericilik təşəbbüsü hüququndan istifadə olunmalı, eyni zamanda, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təmin etmək üçün mövcud mübahisələrə müvəqqəti baxılması qaydası ilə bağlı məhkəmələrə izah verilməlidir. Bu baxımdan, qanunvericilikdə müvafiq tənzimləmələr edilənədək notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılması davam etdirilsin. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Göründüyü kimi iddiaçının iddia tələbi inzibati icraat qaydasında deyil, ümumi məhkəmədə mülki qaydada baxılmalıdır. Məhkəmə yuxarıda göstərilən hallara əsasən hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı dövlət notariat kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi barədə iddası mümkün sayılmamalıdır. İnzibati-Prosessual Məcəlləsinin 35.3.-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar