Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13163/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (ünvan: ünvan 1əyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2025-ci ilədək əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə 2-ci dərəcə ümumi xəstəliklə əlaqədar 5 il müddətinə, yəni xx.xx.2025-ci ilədək əlillik təyin edilmişdir. Səhhətində olan ağırlaşmalara əsasən xx.xx.2023-cü ildə ona tibb müəssisəsinin Z00084450DUV göndərişi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə göndərilmiş, lakin cavabdeh tərəfindən xx.xx.2023-cü ildə ona xəstəlikləri tam nəzərə alınmadan ziyanına olaraq 3-cü dərəcə ümumi xəstəliklə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. Hal-hazırda çox ağır xəstədir. Hesab edir ki, cavabdehin onun 5 il müddətinə 2-ci dərəcə əlillik təyinatını əsassız ləğv edərək 3-cü dərəcə 1 illik əlilliyin təyin etməsi qanunsuzdur. Ali Məhkəmənin 2-1(102)-2004/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Ali Məhkəmənin 2-1(102)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Ali Məhkəmənin 2-1(102)-996/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-188/2022 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-29/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1426/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarları nəzərə alaraq iddia ərizənin təmin edilməsini xahiş edir. Qeyd edir ki, əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünkı, axırıncı dəfə 2020-ci ildə qiymətləndirilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma, qarışıq forma nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstravktiv xəstəliyi, kəskinləşmə mərhələsi.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Astma => Qarışıq astma => Orta ağır gedişli - mülayim tez-tez kəskinləşmələr (ildə 3-6 dəfə) və orta ağır tutmalarla (qismən nəzarət olunan, orta ağır olan persistə edən bronxial astma) l-ll dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” səbəbi ilə (orqanizmin funksiyalarının 35 % pozulması) 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək iddia tələbinin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəmənin təklifini qəbul etmədiyindən və işə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməməsi səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X1 haqqında arayışdan görünür ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2020-ci il tarixdə ikinci dərəcə əlillik – 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9, J35-J37.1J41.0-J70.9, J84-J86.9, J91-J95.8) 5 il müddətinə xx.xx.2025-ci ilədək təyin edilmişdir. Diaqnoz: allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, allergik komponentin üstünlüyü ilə gedən astma, ağır gedişi, İV pillə; ağciyərlərin xroniki pbstruktiv xəstəliyi, kəskinləşmə dövrü, İİİ dərəcə. Allergik rinit. Tənəffüs çatmamazlığı İİ dərəcə. - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədə əsasən iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbisosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma, qarışıq forma nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstravktiv xəstəliyi, kəskinləşmə mərhələsi.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Astma => Qarışıq astma => Orta ağır gedişli - mülayim tez-tez kəskinləşmələr (ildə 3-6 dəfə) və orta ağır tutmalarla (qismən nəzarət olunan, orta ağır olan persistə edən bronxial astma) l-ll dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” səbəbi ilə (orqanizmin funksiyalarının 35 % pozulması) 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (qərarın 1.1, 1.3, 1.4, 2.1, 2.3, 6.1-ci bəndləri). Məhkəmə qeyd edir ki, baxılmaqda olan işdə iddiaçı öz hüquqi maraqlarını qorumaq üçün cavabdehin barəsində qəbul etdiyi və qüvvədə olan əlverişsiz inzibati aktı və onun nəticələrini mübahisələndirmədən cavabdehin üzərinə iddiaçıya xx.xx.2020-ci il tarixdə təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddiası şəxsin hüquqi maraqlarına toxunma halının mövcudluğu və ya ən azından əsaslı ehtimalının olmasıdır. Hüquqi maraq isə bir qayda olaraq qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının şəxslərin qanunla qorunan maraqlarına toxunması halını yarada bildikdə mövcud olur, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə aktının digər şəxslərin maraqlarına birbaşa təsir törətməsi halından o zaman söz edilə bilər ki, həmin məhkəmə aktı iddiaçının şəxsin hüquqi statusuna təsir etmiş olsun, yəni ona münasibətdə konkret hüquqlar və vəzifələr yaratsın, yaxud mövcud hüquqları və vəzifələri ləğv etsin və ya dəyişdirsin. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Hazırki iddiaya münasibətdə cavabdehin üzərinə öhdəlik qoyulması iddiaçı üçün heç bir hüquqi maraq yaratmayacaqdır. Belə ki, Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənədə əsasən iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə; Diaqnozun mətni: Qarışıq astma, Bronxial astma, qarışıq forma nəzarət olunmayan, ağır gedişli, kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Ağciyərlərin xroniki obstravktiv xəstəliyi, kəskinləşmə mərhələsi.; Meyar: Tənəffüs sistemi orqanlarının xəstəlikləri => Astma => Qarışıq astma => Orta ağır gedişli mülayim tez-tez kəskinləşmələr (ildə 3-6 dəfə) və orta ağır tutmalarla (qismən nəzarət olunan, orta ağır olan persistə edən bronxial astma) l-ll dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə” səbəbi ilə (orqanizmin funksiyalarının 35 % pozulması) 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən inzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. İnzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Konkret halda da məhz, iddiaçı öz hüquqi maraqlarını qorumaq üçün cavabdehin barəsində qəbul etdiyi və qüvvədə olan əlverişsiz inzibati aktı və onun nəticələrini mübahisələndirmədən cavabdehin üzərinə məcburetmə haqqında iddia vasitəsi ilə onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini, ikinci dərəcə əlilliyin bərpa edilməsini məhkəmədən tələb edir. Belə olan halda iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri yerinə yetirilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, barəsində qəbul edilmiş əlillik təyinatından imtina barədə qərarı məhkəmədə mübahisələndirmək hüququ var. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38.2, 39, 85.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13163/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13163/2023
29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver