Məhkəmə qərarları › İş №2-1(112)-13167/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13167/2024

17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13167/2024 17.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 oktyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X3 14 dekabr 1963-cü il tarixdə Laçın rayonu, Bülüldüz kəndində doğulmuşdur. İddiaçı ilə X6 nikahı xx.xx.1988-ci ildə qeydə alınmış, bu barədə xx.xx.1988-ci il tarixli Şəhadətnamə verilmişdir, nikahdan sonra iddiaçıya Abbasova soyadı verilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək doğum akt qeydində olan yanlışlaqların düzəldiməsi xahiş etmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Laçın rayon Təzəkənd icra nümayəndəliyi tərəfindən xx.xx.1963-cü ildə tərtib edilmiş, 110 saylı doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında uşağın soyadı bənbində “Süleymanov”, adı bəndində “Valeh və Nəzakət”, ata adı “Qəbil oğlu”, cinsi, “kişi, qadın” kimi qeyd olunmuşdur. Təqdim edilən şəxsiyyət vəsiqəsində təsdiq edən sənədlə qeyd olunan məlumatlar ziddiyyət təşkil edir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilir. İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ayrıca akt qeydinin açmaqla, Laçın rayon Təzəkənd icra nümayəndəliyi tərəfindən xx.xx.1963-cü ildə, 110 saylı doğum haqqında akt qeydində düzəliş edilməklə ata qrafasında ata adının “Qabil” yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, doğum haqqında Şəhadətnamə alınarkən Şəhadətnamədə atasının adı “Qəbil” kimi qeyd olunmuşdur. Həmin şəhadətnaməni o itirmişdir. Hal-hazırda o yeni doğum haqqında şəhadətnamə almaq istəyir. Bununla əlaqədar o Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehn müraciət edərək doğum haqqında akt qeydində düzəliş edilərək ona təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin ona imtina edilərək bildirilmişdir ki, onun akt qeydində adı “Valeh və Nəzakət” kimi, soyadı bəndində “Süleymanov”, ata adı bəndində “Qəbil oğlu” yazılmış, şəxsiyyət vəsiqəsi məlumatları ilə ziddiyət təşkil edilir. Bununla bağlı ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər. Ona görə də o məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyi qərara almışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməmiş, və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq:

1. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar» 1-ci bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 2-ci bənd. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. 3-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bənd. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bənd. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bənd. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bənd. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Yuxarıda sadalan qanunvericilik aktlarının mənasından göründüyü kimi, akt qeydində düzəlişlər edilməsi qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin idarələr tərəfindən düzəliş edilməsindən imtina edildiyi halda ərizəçi məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə tərəfindən iddiaçının akt qeydləri sorğu edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktuba akt qeydləri əlavə edilmişdir. İddiaçıya məxsus xx.xx.1693-cü il tarixli, 110 nömrəli doğum akt qeydindən görünür ki, iddiaçının soyadı” Süleymanov”, ata adı “Qəbil”, adı “Valeh, Nəzakət”, cinsi “kişi, qadın” göstərilmişdir. Məhkəmə qeyd edir ki, həmin akt qeydində bir sıra yanlışlıqlar olduğundan akt qeydinə düzəlişlər edilməlidir. Belə ki, iddiaçının adı qrafasınd “Valeh, Nəzakət”, cinsi yerində isə “kişi, qadın” yazılmışdır. İddiaçı iddia ərizəsində bildirmişdir ki, onun ekiz qardaşı olmuş, ona görə də qardaşı ilə ona eyni akt qeydi açılmışdır. Məhkəmə qeyd edir ki, bu yanışlıq aradan qaldırılara iddiaçının adı “Nəzakət”, cinsi “qadın” göstərilməklə akt qeydinə bu barədə müvafiq düzəlişlər edilməlidir. Digər tərəfdən akt qeydində iddiaçının ata adı qrafasında iddiaçının tasının adı “Qabil” əvəzinə, səhvən “Qəbil” yazılmışdır. Belə ki, sorğuya əlavə edilmiş Nikahın bağlanması haqqında xx.xx.1988-ci il tarixli akt qeydində iddiaçının atasının adı qrafasınd ata adı “Qabil” kimi yazılmışdır. Eyni zamanda iddiaçının atasına məxsus Seriya AZE № 02858926 saylı şəxsiyyət vəsiqəsində iddiaçının atasının adı, soyadı və ata adı “X8” oğlu kimi qeyd edilmişdir. İddiaçının atasına məxsus AZ-İİ№122907 saylı, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsində iddiaçının atasının adı, soyadı və ata adı “X8” oğlu kimi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının atasına məxsus şəxsiyyət vəsiqəsində, ölüm haqqında şəhatənamədə, həmçinin iddiaçının Bakir Abbasov ilə nikah akt qeydində iddiaçının atası “Qabil” kimi yazıldığı halda, iddiaçıya məxsus doğum akt qeydində atasının adı səhvən “Qəbil” kimi yazılmışdır. Ona görə də, bu yalnışlıq da aradan qaldırılaraq akt qeydinə müvafiq düzəlişlər aparılmalıdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməli və iddiaçının akt qeydindəki yalnışlıq aradan qaldırılaraq onun adı digər sənədlərinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Laçın rayonu, Təzəkənd nümayəndəliyində qeydə alınmış xx.xx.1963-ci il tarixli, 110 saylı doğum akt qeydində düzəliş edilərək iddiaçının adı qrafasında “Nəzakət”, cinsi qrafasında “qadın”, ata adı qrafasında isə “Qabil” yazılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı Cavabdehin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar