Məhkəmə qərarları › İş №2-1(112)-1317/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1317/2023

20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1317/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, iddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılması” barədə iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı (bundan sonra mətndə Yasamal RİH) cavabdeh X10 qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında X10 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində (“Quru Təmizləmə” çamaşırxana) yeraltı orta təzyiqi D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində tikilmiş qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhərinin Baş planına uyğun olaraq, abadlıq-quruculuq işlərinin davamı olaraq Bakı şəhərinin görünüşünə xələl gətirən binaların fasadlarının təmir edilməsi, fasadların rənglənməsi, şəhərsalma normalarına uyğun olmayan tikililərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi Yasamal RİH tərəfindən mütəmadi olaraq həyata keçirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 2-ci ərazi X16 İdarəsi rayon İcra Hakimiyyətinə məktubla müraciət edərək, ünvan 2 ünvanda 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində əlavə artırılmış obyektlərin altından keçən qapalı şəraitdə yeraltı orta təzyiqli daşıyıcı qaz xəttində sızmanın olduğu müəyyən olunmuş və bunun da gələcəkdə yanğın və partlayış hadisəsinin baş verməsinə şəraitin yaratmasını qeyd etmişlər. Qeyd olunanlara əsasən yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin ünvanda komissiya tərəfindən araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi və 2-ci ərazi X16 İdarəsinin məlumatlandırılması xahiş olunmuşdur. Bundan sonra Yasamal RİH-nin nümayəndələri, Energetika Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi 2-ci ərazi X16 İdarəsinin, Bakı Regional Qaz İstismar Departamentinin mərkəzi rayon üzrə TİX-n, X12 və Satışı İdarəsinin əməkdaşları ilə birlikdə sözügedən ünvandakı qeyri-yaşayış obyektlərinə baxış keçirilmiş, ünvan 4nda, 5 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahələrində (zirzəmi və yarımzirzəmilərdə) obyektlərin altından keçən qaz xəttində sızma olduğu müəyyən edilərək, yerində aktlaşdırılmışdır. Tərtib olunmuş aktların bir nüsxəsi qaz xəttinin həmin ünvanda yerləşən obyektlərin daxilindən kənarlaşdırılması üçün tədbir görülməsi məqsədilə qeyd olunan obyektlərin nümayəndələrinə təqdim olunmuşdur. Eyni zamanda ünvan 2 ünvanda 5 mərtəbəli yaşayış binasına bitişik X10 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsi və yarımzirzəmi mövcuddur. Tərtib olunmuş akt üzrə X10 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyriyaşayış sahəsində fəaliyyət göstərən “Quru Təmizləmə” çamaşırxanaya xəbərdarlıq (pretenziya) məktubu göndərilərək obyekt tərəfindən baş vermiş qaz xəttində sızmaya dair sözügedən qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi barədə tədbir görülməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında qərarının 3.8-ci bəndinə əsasən təzyiqi 6 kqq/sm2 (0,6 MPa) qədər olan qaz kəmərləri binaların arası ilə və tağların altından çəkildikdə və bu sahələrdə, habelə binaların və qurğuların hər bir tərəfindən 5 metr məsafədə qaz kəməri tikişsiz borulardan, əyilmiş və ştamplanmış ayırmalardan ibarət olduqda: bütün qaynaq birləşmələri isə rentgen, yaxud qammaqraflama üsulu ilə yoxlanan hallarda, belə borulardan binalara və yeraltı qurğulara qədər olan məsafəni Dövləttikintikomun təsdiq etdiyi Texniki Norma və Qaydalar (TN və Q) şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin planlaşdırılması və abadlaşdırılmasının layihələşdirmə normalarının müvafiq bölməsində göstəriləndən 50%-dək azaltmağa icazə verilir. Bakı Regional Qaz İstismar Departamentindən rayon İcra Hakimiyyətinə təqdim olunmuş RƏ-23 saylı, xx.xx.2022-ci il tarixli Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında sakinlər tərəfindən qoruq zonası pozulmuş d219 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin prinsipal sxeminə əsasən X10 məxsus xüsusi mülkiyyət hüququ əsasında qeyri-yaşayış sahəsində fəaliyyət göstərən “Quru Təmizləmə” çamaşırxana D219 mm-lik qaz xəttinin mühafizə zonasının 3,5 metr məsafəsində yerləşir. Qeyd olunan sahə yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının 3,5 metr məsafəsində yerləşir. Həmin ünvanda “Quru Təmizləmə” çamaşırxana fəaliyyət göstərir. Yeraltı orta təzyiqli D219 mmlik qaz xəttində sızma mövcud olduğundan hər an partlayış olacağı istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, 08 iyun 2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı Yasamal RPİ İPM-nin 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən cavabdeh qismində Cavabdeh, üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi göstərilməklə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında 5 mərtəbəli binaya bitişik və eyni zamanda yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasının üzərində layihədən kənar qanunsuz inşa edilmiş (“Quru Təmizləmə” çamaşırxana) qeyri-yaşayış sahəsinin cavadehin öz hesabına sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş tərəflər və üçücü şəxslər müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədiklərindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. İş materiallarında olan: Daşınmaz Əmlakın Dövlət reyestr Xidməti Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş MH seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində istifadədə olan 0,14848 ha torpaq sahəsində yerləşən 5 nömrəli binanın zirzəmisində 96,7 kv. metr ümumi, 84,7 kv. metr əsas, 12,0 kv. metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə X4 54,0 kv.metr, X2 42,7 kv. metr adlarına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 512 nömrəli vərəqində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli AZ-İ seriyalı, ******* №-li Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X14 Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində istifadədə olan 0,14848 ha torpaq sahəsində yerləşən 5 nömrəli binanın zirzəmisində 96,7 kv. metr ümumi, 84,7 kv. metr əsas, 12,0 kv. metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə X5 məxsus 54,0 kv. metrdən ibarət qeyri-yaşayış sahəsini alqı-satqı yolu ilə almışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında zirzəmi mərtəbəsində yerləşən ümumi sahəsi 119,3 kv. metr olan qeyri-yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 125 nömrəli reyestr kitabının 11726 nömrəli vərəqində X8 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********53- 05101-083021 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli (11/3039 inventar nömrəli) texniki pasportun surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5 ünvanında yerləşən X10 məxsus qeyri - yaşayış sahəsinin əsas sahəsi 107,3 kv. metr, köməkçi sahəsi 12.0 kv. metr, ümumi sahəsi 119,3 kv. metr təşkil edir. AN-İ №li, ******* №-li Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 119,3 kv. metr qeyri-yaşayış sahəsini X6 dəyəri ödənilməklə satın alımışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, ünvan 4nda yerləşən ümumi sahəsi 119,30 kv. metr olan qeyri yaşayış sahəsi xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 2-ci ərazi X16 İdarəsi tərəfindən İddiaçınə ünvanlanmış xx/xx-00635 №-li xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, X9 və X11 tərəfindən, Fövqəladə Hallar Nazirliyinin X1 Mərkəzinin 112 Çevik reaksiya idarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 37/03604 saylı, xx.xx.2022-ci il tarixli, 37/03688 saylı X16 Xidmətində qeydiyyata alınmış müraciətlər əməkdaşları tərəfinuən araşdırılmışdır. Araşdırma zamanı ünvan 4nda, 5 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinin birinci mərtəbəsində Bakı Regional Qaz İstismar Departamentinin Mərkəz TlX-nin rəis müavini X15 ilə birlikdə əməkdaşları tərəfindən yanğın texniki müayinə keçirilmişdir. Müayinə zamanı qeyd olunun ünvanda 5 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinin birinci mərtəbəsində əlavə artırılmış obyektlərin altından keçən qapalı şəraitdə yeraltı orta təzyiqli daşıyıcı qaz xətti keçdiyi və sızmanın olduğu müəyyən olunmuşdur. Bu da gələcəkdə yanğın və partlayış hadisəsinin baş verməsinə şərait yaradır. Tikinti işlərinin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmış layihə əsasında həyata keçirilməsi, tikinti-quraşdırma işləri təsdiq edilmiş layihəyə uyğun aparılması, (“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24 maddəsi, Az.DTN 1.6-1 Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu Qaydaları) eləcə də yanğın və partlayışa qarşı tələblər nəzərə alınmaqla nəzarətdə saxlanılması məqsədi ilə müvafiq sənədlər təqdim edilməmişdir. Qeyd olunan məsələnin ciddiliyini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan ünvanda komissiya tərəfindən araşdırma aparılaraq müvafiq tədbirlərin görülməsinə göstəriş verilməsi və 2-ci Ərazi X16 İdarəsinin məlumatlandırılması xahiş olunmuşdur. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçınə ünvanlanmış RƏ-23 saylı, xx.xx.2022-ci il tarixli məktubda Yasamal rayonu, İzmir qəsəbəsi 5 ünvanında yerləşən Bakı Regional Qaz İstismar Departamentinin istismarında olan yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühfizə zonasının pozulması sxeminin təqdim edildiyi qeyd olunmuşdur. Sxemdə D219 mm-lik yeraltı orta təzyiqli qaz xəttinin mühafizə zonasının “Çamaşırxana və “Pizza Bruno” tərəfindən zəbt edildiyi qeyd olunmuşdur. Bakı şəhəri İddiaçı tərəfindən ünvan 10 ünvanında yerləşən “Quru təmizləmə” obyektinin sahibi X10 ünvanladığı xəbərdarlıq məktubunda göstərilmişdir ki, göstərilən ünvanda baxış keçirilən zaman müəyyən olundu ki, istifadəsində olan qeyri-yaşayış sahəsində Bakı Regional Qaz İstismarı Departamentinin balansında olan qaz kəmərinin mühafizə zonası pozularaq, qapalı şəraitə salınmış, nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” haqqında 21 iyun 1999-cu il tarixli 103 saylı qərarının və “X7 İstismar” qaydalarının tələbləri pozulmuş və qaz kəmərinə nəzarət edilməsi, həmçinin vaxtli-vaxtında xidmət göstərilməsi məhdudlaşdırılmış və nəticədə bədbəxt hadisələrin (partlayış, yanğın) baş verməsinə potensial zəmin yaradılmışdır. Göstərilənləri nəzərə alaraq gələcəkdə insan tələfatı ilə nəticələnə biləcək hər hansı bədbəxt hadisələrin qarşısını almaq, qaz kəmərinin istismarına normal şərait yaradılması və zədələnmə hallarının qarşısının alınması məqsədilə 10 (on) iş günü müddətində sözügedən qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi tələb olunur. Əks təqdirdə baş verə biləcək bədbəxt hadisələrin məsuliyyəti onun üzərində qalacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/1638 saylı ekspert rəyindən görünür ki, ekspert suallar üzrə aşağıdakı nəticəyə gəlmişdir ki, ünvan 11 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (çamaşırxana) ərazidən keçən yeraltı orta təzyiqli D219 mm-lik qaz xətindən 4.50 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin yeraltı orta təzyiqli D219 mm-lik qaz xəttinin mühafizə zonasına düşmədiyi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyası; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti (“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 695 №li Fərmanına əsasən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi) orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.4. Bu Məcəllənin 95.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda tikinti obyekti həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, 74.2-ci maddəsinə uyğun olaraq sökülür. 95.5. Sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. 95.6. Tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. 95.7. Tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İddianın mümkünlük məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə inzibati icraat qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafıq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. İddiaçının tələbindən də göründüyü kimi, o, cavabdehə məxsus qeyri-yaşayış sahəsinin sonuncunun öz hesabına sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılmasını xahiş edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan əsaslar iş keçirilmiş ekspertiza ilə təkzib olunduğundan və qanunvericiliyn tələblərinə əsasən qeyd olunan əsaslarla hazırki tələblə məhkəməyə müraciət etmək hüququ digər müvafiq icra hakimiyyəti orqanların səlahiyyətinə aid olduğundan iddiaçı cavabdehə məxsus qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılmasına dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı Bakı şəhəri İddiaçındən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi və “Azəriqaz” İstehsalat Birliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeyri-yaşayış sahəsinin sökülməsi və yeraltı qaz xəttinin mühafizə zonasının bərpa edilərək, əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair iddiası mümkün sayılmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı Bakı şəhəri İddiaçındən 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar