Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13173/2022 03.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icra sənədi üzrə icra prosesində iştirakına şərait yaradılması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Binəqədi rayon İcra Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hüquqlarına və maraqlarına toxunan şəxs kimi onun da, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra prosesində iştirakına şərait yaradılması və ona mütəmadi məlumat verilməsinin təmin edilməsi, icra sənədinin yekun tamamlanması aktının tərtib olunmasında onun rəsmi iştirakının təmin edilməsi öhdəliyinin cavabdehə hvaələ edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1016/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsi ilə iddiaçı Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi cavabdehlər Hacıyev Ə.Ə., Cabbarov Ə.Z., Rzayev C.M., Məmişov Ə.Ə. və Səmədov F.Ə. qarşı onlara məxsus 47, 48, 49, 51 və 52 mənzillərdə binanın əsas yükdaşıyıcı beton divarların özbaşına dağıdılaraq genişləndirilmiş boşluqların öz vəsaitləri hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması barədə iddiası qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.S.Axundov küçəsi İB saylı binanın 47 saylı mənzilinin mülkiyyətçisi X2, 48 saylı mənzilin mülkiyyətçisi X1, 49 saylı mənzilin mülkiyyətçisi X4, 51 saylı mənzilin mülkiyyətçisi X3 və 52 saylı mənzilin mülkiyyətçisi X5 üzərinə müvafiq olaraq mənzillərində öz vəsaiti hesabına layihə əsasında, tikinti norma və qaydalarına uyğun bərpa gücləndirmə işlərinin aparılması vəzifəsinin həvalə edilməsi qət edilmişdir. Bildirir ki, o, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1016/2021 saylı, xx.xx.2021-ci tarixli qətnaməsi üzrə maraqlarına toxunan şəxsdir və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.S.Axundov küçəsi 1B saylı binanın 50 saylı mənzilinin mülkiyyətçisidir. Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.S.Axundov küçəsi 1B saylı binanın 47 saylı mənzilinin 48 saylı mənzilin 49 saylı mənzilin, 51 saylı mənzilinin və 52 saylı mənzilin əvvəlki vəziyyətinə qaytarılması onun mülkiyyətində olan 50 saylı mənzilin və ümumi olaraq 1B saylı binanın təhlükəsizliyinin, dayanıqlığı və zəlzələyə davamlılığının tam təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikasının İcra haqqında Qanununun 8.3-cü maddəsinə əsasən, xeyrinə və ya maraqlarına uyğun olan icra sənədi verilmiş fiziki və ya hüquqi şəxs tələbkar sayılır. Onu da, qeyd edir ki, onun Fövqəladə Hallar Nazirliyinin Əməliyyat İstintaq İdarəsinə ərizəsi əsasında istintaq aparılmış və xx.xx.2020-ci il tarixində qərar qəbul edilmişdir. İstintaq qərarında qeyd edilmişdir ki, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən 1 B saylı binanın dayanıqlılığının və zəlzələyə davamlılığının tam təmin olunması üçün 47, 48, 49, 51, 52 saylı mənzillərdə layihə əsasında Tikinti Norma və Qaydalarına uyğun bərpa gücləndirmə işlərinin aparılması ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsinin zəruruliyi yerli icra hakimiyyəti orqanlarının nəzərinə təqdimatla çatdırılsın. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi icrası məcbur olan xx.xx.2020-ci il tarixli istintaq qərarını etmək əvəzinə, çoxsaylı şikayətləri əsasında məcbur qalıb xx.xx.2020-ci il tarixində cavabdehlər Hacıyev Ə.Ə., Cabbarov Ə.Z., Rzayev C.M., Məmişov Ə.Ə. və Səmədov F.Ə. qarşı onlara məxsus 47, 48, 49, 51 və 52 mənzillərdə binanın əsas yükdaşıyıcı beton divarların özbaşına dağıdılaraq genişləndirilmiş boşluqların öz vəsaitləri hesabına bərpa edilib əvvəlki vəziyyətinə qaytarılması barədə iddianı qaldırmışdır. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədinin icrası bilavasitə onun mülkiyyət, mənzil və mənzil toxunulmazlığı hüquqlarının bərpasına yönəlməlidir. Ona görə də, hesab edir ki, yaşadığı binada və mənzildə təhlükəsiz yaşayışın təmin olunması üçün, binanın təhlükəsizliyinin, dayanıqlığının və zəlzələyə davamlılığının tam təmin olunması məqsədilə, bərpa gücləndirmə işlərinin tam olaraq istismarçı olan və tikinti təşkilatı olmayan 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinə tam həvalə edilməsini məqsədəmüvafiq hesab etmir. Lakin, onu da, zəruri hesab edir ki, icra sənədinin icrasında səlahiyyətli və ixsitaslaşdırılmış tikinti və təhlükəsizlik dövlət müəssisələrinə müraciət edilməlidir. Yəni Respublikada tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələblərinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanı olan FHN-in Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyinə (Əsas: Agentliyin xx.xx.2022-ci il tarixli məktubu) rəsmi müraciət edilməlidir. Belə ki, iş üzrə borclu şəxslər tərəfindən özbaşına aparılmış yenidən qurma işləri onun hüquqlarını (mülkiyyət, mənzil və mənzil toxunulmazlığı) və qanuni maraqlarını pozduğuna, həyat və sağlanıığma təhlükə yaratdığına görə icra prosesində onun iştirakı mütləq təmin olunmalıdır. O, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli ərizələrlə Binəqədi rayon İcra şöbəsinə müraciət edərək, “İcra haqqında” Qanununun 8.3- cü maddəsinə əsasən tələbkar kimi xahiş etmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci Mikrorayon, S.S.Axundov küçəsi İB sayl binanın 47 saylı, 48 saylı, 49 saylı, 51 saylı və 52 saylı mənzillərində aparılacaq bərpa gücləndirmə prosesi həyati vacib məsələ olduğundan, bu işdə səhlənkarlığa, məsuliyyətsizliyə və layihədən kənarlaşma hallarına yol verilməsin deyə, Binəqədi rayon İcra şöbəsi tərəfindən tam nəzarətə götürülməsi, hüquqlarına və maraqlarına toxunan şəxs kimi onun da, icra prosesində iştirakına şərait yaradılması və ona mütəmadi məlumat verilməsi təmin edəilsin. İcra sənədinin yekun tamamlanması aktının tərtib olunmasında onun rəsmi iştirakı təmin olunsun. Cavabdeh Binəqədi rayon İcra şöbəsi xx.xx.2022-ci il ərzəsinə cavab məktubu göndərərək, bildirmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1016/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədi üzrə tərəf olmadığı və ya tərəflərdən hər hansı birinin təmsil etmə səlahiyyəti olmadığı üçün tərəflərindən cavab vermək mümkün deyildir. Cavabdehin bu hərəkəti onun Azərbaycan Respublikası Konstitusiyasında və dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş inzibati qaydada və məhkəmədə müdafiə olunmaq hüququnun və mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkətsizliyi qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə məhkəmə iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş ica sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər.” Beləliklə, həmin qərardan müəyyən olunur ki, ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.” İş materiallarından görünür ki, hazırkı mübahisənin predmetini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-1016/2021nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə maraqlarına toxunan şəxs kimi onun iştirakına şərait yaradılması təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı həmin tələblərlə aidiyyəti üzrə icra sənədini vermiş müvafiq məhkəməyə (Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə) şikayət verməli və hazırkı iddia inzibati icraat qaydasında baxılan iddia hesab olunmayaraq mümkünsüz sayılmalıdır. Bununla bağlı məhkəmə qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir: «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. MPM-də olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir». İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır; 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. «İcra haqqında» Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün isə aşağıdakı məsələlər nəzərə alınmalıdır. «İcra haqqında» Qanunun 29.1-ci maddəsinə görə, icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. «İcra haqqında» Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, «İcra haqqında» Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsi də «Əfəndiyeva Azərbaycana qarşı» iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında göstərmişdir ki, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır (§55, əlavə olaraq, «Burdov Rusiyaya qarşı iş», §35). Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Qeyd edilənlərin işə tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının şikayəti icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlı olmuşdur. Ona görə də, icra qurumunun hərəkətlərinin, hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi halda, iddiaçı icranın qanuniliyini icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə iddia ərizəsi deyil, şikayət verməklə mübahisələndirə bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməmiş, inzibati məhkəmədə ayrıca iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-13173/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13173/2022
03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver