Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13189/2024 05.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bakı şəhəri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Salyan şossesi 3-cü dalan, 4 saylı evin 9-cu mənzilinin iddiaçının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Marı şəhər X5 verdiyi xx.xx.1990-cı il tarixli, 289 nömrəli mübadilə (obmennıy) orderinə əsasən 2 nəfər ailə üzvlərim ilə birlikdə mənə verilmiş, Marı şəhəri, Sentralnıy küçəsi 47/20 nömrəli evdə olan 2 otaqlı 26,8 kv.metrlik mənzil sahəsini Bakı şəhəri, Salyan şossesi dalan 3, ev 4, mənzil 9-da qeydiyyyatda olmaqla yaşayan X2 1 otaqlı 32 kv.metr yaşayış sahəsi olan mənzili ilə dəyişmişəm. Hazırda da həmin mənzildə o və 3 nəfər ailə üzvü qeydiyyatda olmaqla yaşayırıq. Ailə üzvləri qeyd olunan mənzili iddiaçının adına özəlləşdirilməsinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələri də vermişlər. Qeyd olunan mənzilin onun adına özəlləşdirilməsi üçün Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakln Dövlət Kadastrı və Reyestri publik hüquqi saxsi 1 saylı Bakı Ərazi İadarəsinə etdiyi müraciətə həmin qurumun İdarə Heyətinin sədr müavini Elvin Məmmədovun göndərdiyi 26 dekabr 2023-cü il tarixli 3-2/-3-02\2-X-0270- 8/2023 saylı cavab məktubunda mənzilin özəlləşdirilməsindən imtina edilərək, mənzilin özəlləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. Məktubda göstərilir: "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azerbaycan Respublikasİ Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatlı üçün əsasdlr. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1 198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azerbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə "yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət .vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir”. Ona görə də aidiyyəti sənədlərin əsllərini də əlavə etməklə 07 yanvar 2024-cü il tarixdə ərizəsini Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə təqdim edərək qeyd olunan mənzili onun adına özəlləşdirməsini xahiş etmişdir. Səbail Rayon İcra Hakimiyyətinin ona göndərdiyi xx.xx.2024-cü il tarixli №5- 19/2-6-k-1-091 saylı cavab məktubunda mənzilin iddiaçının adına özəlləşdirilməsindən imtina edilmişdir. İmtina məktubunda göstərilir: "Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizənizə tərəfimizdən baxılmışdır. Marı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 11/50 nömrəli Qərarı əsasında Sizə, İddiaçı adına verilmiş 289 nömrəli Dəyişmə (obmennıy) Orderinə əsasən Marı şəhəri, Sentralnıy küçəsi 47/20 nömrəli evin 2 otaqlı, 26,8 kv.metr olan mənzil sahəsini Bakı şəhəri, ünvan 2 ünvanını X3 ilə dəyişdiyinizi, hazırda həmin mənzildə yaşadığınızı və adınıza özəlləşdirilməsini xahiş etmisiniz. Bildiririk ki, sözügedən mənzilin özəlləşdirilməsi məsələsi Səbail Rayon icra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. Mənzilin Man şəhər XDS İK-nın müvafiq Dəyişmə Orderi əsasında verildiyini nəzərə alaraq, aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməyiniz tövsiyə olunür. Əks təqdirdə Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən hüquq və azadlıqlarınızın, eləcə də maraqlarınızın pozulduğunu hesab etdiyiniz halda, aidiyyəti üzrə məhkəməyə müraciət edərək qanunla qorunan hüquqlarınızdan istifadə etmək imkanına maliksiniz”. Səbail Rayon İcra Hakimiyyətinin imtina məktubundan sonra Bakı İnzibati Məhkəməsində ona qarşı iddia qaldıraraq qeyd olunan mənzilin mənim adıma özəlləşdirilməsi vəzifəsinincavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyevanın İş №2-1(112)-7405/2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadda göstərilir: “18.İddia tələbinin məzmunundan görünür ki, iddiaçı Bakı şəhəri, Salyan şossesi, 3-cü dalan, 4 saylı evin 9-cu mənzilin onun adına özəlləşdirilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Marı şəhər X5 xx.xx.1990- cı il tarixli, 289 nömrəli mübadilə orderinə istinad etmiş və müvafiq order nəticəsində ona verilmiş Man şəhəri, Sentralmy küçəsi, 47/20 nömrəli evdə olan 2 otaqlı 26,8 kv.metrlik mənzil sahəsini Bakı şəhəri, Salyan şossesi, dalan 3, ev 4, mənzil 9- da qeydiyyyatda olmaqla yaşayan X2 1 otaqlı 32 kv.metr yaşayış sahəsi olan mənzili ilə dəyişdirdiyini bildirmişdir. 19.Belə olan təqdirdə məhkəmə prosessual qənaət prinsipindən irəli gələrək hesab edir ki, iddiaçı hüquqi marağına uyğun yekun məqsədinə daha tez, daha münasib və daha sadə yolla nail olmaq üçün səmərəli hüquqi müdafiə vasitəsi olaraq “daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi” tələbi ilə müvafiq orqana (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə) müraciət etməklə və Marı şəhər X5 xx.xx.1990-cı il tarixli, 289 nömrəli mübadilə orderini təqdim etməklə öz məqsədinə çata bilər. 20.Odur ki, iddia tələbi lazımi qaydada qaldırılmamışdır, lakin iddia tələbinin iddiaçının hüquqi marağına uyğun olaraq dəqiqləşdirilməsi iddianın mümkünsüzlüyünü istinsa etmir, belə ki, səlahiyyətli inzibati orqana müraciət yoxdur. Odur ki, məhkəmə hüquqi yardım göstərilməsini prosessual qənaət prinsipindən irəli gələrək məqsədəuyğun hesab etmir. 21.Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlıhq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz”. Məhkəmənin həmin qəradadından sonra yenidən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsiin 1 saylı Bakı ərazi idarəsinə müvafiq sənədlərin surətlərini də əlav etməklə mənzilimin özəlləşdirilməsinin xahiş etsə də, həmin idarədən ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-K- 0177-8/20 **********35 saylı cavabda xx.xx.2023-cü il tarixli **********11 nömrəli məktubla cavab verildiyi bildirilərək ərizəmin təminindən imtina edilmişdir. Belə bir vəziyyətdə hesab edilmişdir ki, cavabdehin qeyd olunan mənzilin onun adına özəlləşdirilməsindən imtina etməsi əsassız və qanunsuzdur. Belə ki, qeyd olunan mənzili qanuni əsaslarla əldə etdiyi və Azərbaycan Respublikasının vətəndaşları olduğuna görə "Mənzil fondunun özelləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən həmin mənzilin adıma özəlləşdirilməsi hüququna malikdir. Cavabdehin absurd imtinasından belə çıxır ki, mənzili bizdən əvvəl cavabdehin verdiyi order əsasında əldə etmiş şəxslərin də həmin mənzili özəlləşdirmək hüququ olmayacaqdı. Bu isə "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə zidd olardı. Beləliklə, həmin qanuna müvafiq olaraq qeyd olunan mənzilin özəlləşdirilməsi hüququ ona və ailə üzvlərinə məxsusdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edilmişdir ki, cavabdehin imtinası əsassiz və qanunsuz olduğu üçün həmin mənzilin iddiaçının adına özəlləşdirməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.
3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən mənzilə texniki baxış keçirilən zaman müvafiq mənzilin faktiki olaraq birmərtəbəli binanın 1-ci mərtəbəsində yerləşdiyi, yaşayış sahəsi 49,6 kv.m, ümumi sahəsi 68,1 kv.m olan 2 (iki) otaqlı olduğu, 18,5 kv.m sahənin binanın konturundan kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, dalan 3, 4 saylı evin, 9 saylı mənzili üzrəində daşınmaz hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2024-cü il tarixli, ********** nömrəli müraciətə baxılmışdır. Nəzərə çatdırılmışdır ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə xx.xx.2023-cü il tarixli, **********11 nömrəli məktubla cavab verilmişdir.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, İddiaçı “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 3-cü dalan, 4 saylı evin 9-cu mənzilinin özəlləşdirilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********11 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq mənzilin sənəd üzrə yaşayış sahəsi 32.0 kv.m qeyd olunsa da, faktiki olaraq yaşayış sahəsinin 49.6 kv.m, ümumi sahəsinin isə 68.1 kv.m olduğu, həmçinin 18.5 kv.m. sahənin binanın konturundan kənarda yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
6. Marı şəhər X5 verdiyi xx.xx.1990-cı il tarixli, 289 nömrəli mübadilə (obmennıy) orderinə əsasən Bakı şəhəri, Salyan şossesi 3-cü dalan, 4 saylı evin 9-cu mənzil İddiaçı ayrılmışdır. (32 kv.m)
7. İş materiallarına əlavə edilmiş **********291 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X6 Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir.
8. İş materiallarına əlavə edilmiş **********292 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X8 Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir.
9. İş materiallarına əlavə edilmiş **********293 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X9 Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir.
10. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
11. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
13. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. X11 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
16. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
17. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
18. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
19. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
20. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanundan:
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Marı şəhər X5 verdiyi xx.xx.1990-cı il tarixli, 289 nömrəli mübadilə (obmennıy) orderinə əsasən Bakı şəhəri, Salyan şossesi 3-cü dalan, 4 saylı evin 9-cu mənzil İddiaçı ayrılmışdır. (32 kv.m) - İş materiallarına əlavə edilmiş **********291 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X6 Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir. - İş materiallarına əlavə edilmiş **********292 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X8 Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir. - İş materiallarına əlavə edilmiş **********293 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən X9 Bakı şəhəri, Səbail rayonu, ünvan 5 ünvanda yerləşən mənzilin İddiaçı adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etmir.
26. Cavabdeh orqan etirazının dəlili olaraq bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman müvafiq mənzilin sənəd üzrə yaşayış sahəsi 32.0 kv.m qeyd olunsa da, faktiki olaraq yaşayış sahəsinin 49.6 kv.m, ümumi sahəsinin isə 68.1 kv.m olduğu, həmçinin 18.5 kv.m. sahənin binanın konturundan kənarda yerləşdiyi müəyyən edilmişdir.
27. Mənzilin sahəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq, cavabdehin etirazının dəlili olaraq qeyd etdiyi binanın konturundan kənarda yerləşən mənzil sahəsinə dair hər hansı bir tələb irəli sürmür. Bunun əksinə olaraq, iddiaçı yalnız Marı şəhər X5 verdiyi xx.xx.1990-cı il tarixli, 289 nömrəli mübadilə (obmennıy) orderi ilə təsbit edilmiş 32 kv.m sahəyə dair mülkiyyət hüquqlarının tanınmasını tələb edir. Bu səbəbdən də, mübahisənin predmeti yalnız orderdə İddiaçı ayrılmış 32 kv.m ilə məhdudlaşdır.
28. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
29. Məhkəmə iddiaçının ailə üzvlərinin razılığının olub-olmamasını araşdırarkən müəyyən edir ki, iş materiallarına əlavə olunmuş ərizələrə əsasən mübahisələndirilən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz edilmir.
30. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq iddiaçıya əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Marı şəhər X5 verdiyi xx.xx.1990-cı il tarixli, 289 nömrəli mübadilə (obmennıy) orderi faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və ailə üzvlərinin istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq iddiaçıya verilmişdir.
31. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
32. İddiaçının hüquqlarının dövlət qeydiyyatından cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
34. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
35. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
36. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 3-cü dalan, 4 saylı evin 9-cu mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq adına çıxarışın verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva