Məhkəmə qərarları › İş №2-1(112)-13191/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13191/2024

23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13191/2024 23.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdeh3 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalına və Cavabdeh3nə qarşı “kompensiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalına və X9 publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq tibbi müayinələrin düzgün aparılmaması nəticəsində hərbi xidmətə yararsız olduğu halda, oğlu X3 yararlı hesab edilməsi, bununla bağlı həm özünün, həmçinin iddiaçının səhhətində yaranan problemlərin yaşatdığı maddi və mənəvi sarsıntılar nəzərə alınaraq cavabdehlərin ona vurmuş olduğu mənəvi zərərin əvəzinin ödənilməsi məqsədilə cəmi 45000 (qırx min) manat məbləğində kompensasiyanın (cavabdehlərin hər birindən 15000 - on beş min manat olmaqla) tutularaq xidiaçının xeyrinə ödənilməsini nəzərdə tutan inzibati aktı qəbul etmək öhdəliyinin cavabdehlərin üzərinə qoylması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, oğlu X6, xx.xx.2006-cı ildə anadan olmuşdur. Ağsu rayonu Hərbi Xidmətə Çağırış Komissarlığının müvafiq göndərişinə əsasən X7 tibbi müayinələrdən keçərkən yanlışlıqla sağlamlıq vəziyyətinin normada olduğu qənaətinə gəlinmiş, nəticədə yekun rəyə əsasən hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə cəlb edilmişdir. “Sağlamlıq vəziyyətinin müayinə edilməsi” Aktından göründüyü kimi, X5 şikayətləri üzrə hər iki ayaqda ağrıların olduğunu, bir neçə ildir özünü xəstə hesab etdiyini qeyd etmiş, lakin yekun diaqnozu düzgün qeyd etməmişdir. Bundan əlavə, Dövlət Sərhəd Xidməti hərbi xidmətə qəbul etdiyi vətəndaşları xidmətə qəbul edərkən müvafiq hərbi hissənin öz komissiyasında yoxlamalara cəlb etməli olduğu halda, buna heç bir təşəbbüs göstərməmiş, nəticədə oğlu xidmətə yararlı hesab olunaraq xidmət göstərməyə başlamışdır. Bir neçə ay keçdikdən sonra vəziyyəti pisləşdiyi zaman iddiaçının dəfələrlə təkid və israrlarından sonra oğlu Dövlət Sərhəd Xidmətinin Hospitalında müayinə edilmiş, Xəstəlik şəhadətnaməsində bu dəfə də məlumatlar təhrif edilərək xəstəliyin xidmət dövründə yarandığı, oğlunun müayinələr zamanı heç bir şikayət bildirmədiyi qeyd edilmişdir. Bununla da, aparılan qeyri-dəqiq tibbi müayinələrə hüquqi don geydirilməyə cəhd göstərilmişdir. Yekun olaraq oğluna planlı müayinə zamanı “Deformasiyaedici osteoatrozu olmayan sağtərəfli üçüncü, soltərəfli ikinci dərəcəli boylama yastıayaqlılıq” diaqnozu qoyulmuşdur. Ərizəyə qoşma qismində əlavə edilmiş 1069 nömrəli şəhadətnamədə təhrif edilərək bu formada qeyd edilmişdir: “Şəhadətləndirilənin dediklərinə əsasən yastıayaqlılığı barədə məlumatı olmamış, həkimə müraciət etməmişdir”. Halbuki hərbi xidmətə çağırılarkən şəhadətləndirildiyi zaman oğlunun adıçəkilən müəssisələr tərəfindən müayinələri düzgün həyata keçirilməmiş, onların təqsiri ucbatından hərbi xidmətə yararlı hesab edilmişdir. Digər tərəfdən adıçəkilən xəstəlik sonradan qazanılma xarakter daşımadığından müvafiq müayinələr zamanı həmin xəstəliyin əvvəlcədən aşkar edilməməsi maraq doğurur. Beləliklə, yekun olaraq Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi-Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Xəstəliklər Cədvəlinin müvafiq qrafalarına əsasən, X2 dövründə hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Bununla da, hərbi hissəyə göndərildiyi xx.xx.2024-cü il tarixdən etibarən may ayına qədər hərbi xidmətdə olduğu müddətin, yəni sülh dövründə xidmətə yararsız olduğu halda hərbi xidmət keçməyinin oğluna vurduğu mənəvi zərərin təqsirkarı qismində adıçəkilən müəssisələrdir, tibb müəssisələrinin müayinələri ilkin etapda düzgün aparılmamışdır. Bununla belə qeyd olunan müddət ərzində 44 günlük Vətən müharibəsi zamanı mərmi partlayış travması xəsarəti almış olan onun (İddiaçı) vəziyyəti oğluna görə keçirdiyi narahatlıq nəticəsində xeyli pisləşmişdir; belə ki, bu müddətdə dəfələrlə təcili tibbi yardım xidməti ilə əlaqə saxlamış, ambulator müalicə almışdır. Qeyd edilənlərdən görünür ki, müvafiq tibbi müayinələrin düzgün aparılmaması eyni zamanda bir ailənin 2 üzvünü çətinliklərlə üz-üzə qoymuş, həm oğlunda, həm onda dərin sarsıntı yaratmışdır. Cavabdeh məhkəməyə yazılı etirazını təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə etdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabehin nümayəndəsi iddiaya etiraz etdi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə işin hallarını araşdıraraq aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, işdə olan X6 məxsus SX №0807626 hərbi biletdən görünür ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq, həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2024-cü il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.2024-cü ildə N nömrəli hərbi hissə komandirinin N nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-18- 9/2-Q-2550-27/28 nömrəli məktubundan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə DSX Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 №-li qərarı ilə təsdiq edilmiş “Xəstəliklər cədvəli”nin 68 “c”, 35 maddələrinin İİ qrafasına və “Əlavə tələblər cədvəli”nə əsasən ’’Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. 1) Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. 1) Ümumi xəstəlikdir.” qərarı verilərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İddiaçı hazırda oğlu X1 dövründə hərbi xidmətə yararsız olduğu halda, yararlı kimi qiymətləndirilərək hərbi hissəyə göndərilməsinin qanunsuz olduğunu bildirərək, bununla bağlı oğluna, həmçinin ona dəymiş mənəvi zərərin əvəzi kimi cəmi 45000 manat məbləğində kompensasiyanın ödənilməsini xahiş edir. Göründüyü kimi, hərbi xidmətə yaralı hesab edilməklə həqiqi hərbi xidmətə çağırılan, daha sonra isə sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olması əsası ilə hərbi xidmətdən tərxis edilən şəxs iddiaçı deyil, onun yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətinə malik olan oğlu X6 olmuşdur. Belə olan halda aydındır ki, əgər E.Quluzadənin sağlamlıq vəziyyəti düzgün qiymətləndirilməmişsə, bu hal iddiaçının deyil, E.Quluzadənin hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçıya deyil, E.Quluzadə zərər vurulması, zərərlə bağlı onun tələbetmə hüququnun olması deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə qeyd edir ki, Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə bir tələb hüququna istinad etməlidir. İddia qaldırmaq səlahiyyəti yalnız o halda mövcud olur ki, hüquqa müdaxilə açıq-aydın və birmənalı şəkildə nəzərə çarpsın. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı işdə iddiaçının hüququna belə bir müdaxilə müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2ahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar