Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1320/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Hacıbəyоvanın sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi vəkili X6, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiаçı "xxxx" MTK -nın cavabdeh Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı “cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli **********152738 saylı Səyyar Vergi yoxlamasının təyin edilməsi barədə qərarını və xx.xx.2019-cu il tarixli **********178730 saylı vergi ödəyicisinin vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: iddiаçı İddiaçı MTK- nın cavabdeh Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə qarşı “cavabdeh tərəfindən qəbul olunmuş xx.xx.2018-ci il tarixli **********152738 saylı səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarını və xx.xx.2019-cu il tarixli **********178730 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər məhkəmə iclasında 24 noyabr 2020-ci il tarixli barışıq sazişini təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 24 noyabr 2020-ci il tarixli barışıq sazişində göstərilmişdir: “ Biz, bir tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra iddiaçı), həmin kooperativin sədri X4 şəxsində və digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi (bundan sonra cavabdeh), həmin baş idarənin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarənin rəis müavini X3 şəxsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci və 66-ci maddəsinə əsasən aşağıda qeyd olunanlar barədə barışıq sazişi bağlayırıq: 1. Tərəflər razılaşır ki, bu Sazişdə qeyd olunan şərtlərlə məhkəmə mübahisəsini sona çatdırırlar. İddiaçı anlayır ki, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi məhkəmə mübahisəsi üzrə işə xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yeni iddianın məhkəmə tərəfindən yolverilməzliyinə görə qəbul edilməsindən imtina üçün əsasdır. 2. Cavabdeh iddia tələbini təşkil edən, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********178730 nömrəli qərar ilə əlavə 1606946,65 manat məbləğdən 1379979,7 manatını (o cümlədən 2011-2013-cü illər üzrə 1980 manat torpaq vergisi) və azaldılan vergilərə müvafiq olaraq hesablanmış faizləri iddiaçının şəxsi hesab vərəqəsindən azaltmağı öz öhdəsinə götürür. 3. Vergi Məcəllənin 88-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı tərəfindən 2019-cu ilin dekabr ayından etibarən dövlət büdcəsinə ödənilmış 300000 manat ödənişin 225106,95 manatı mübahisələndirilən məsuliyyət qərarı ilə əlavə hesablanmış (qüvvədə olan) vergilərə, qalan hissəsi isə həmin borcun gecikdirilməsinə görə hesablanmış faizlərə aid edilir. 4. İddiaçı bu barışıq sazişinin imzalanması müqabilində iddia tələbindən tam şəkildə imtina etməyi öhdəsinə götürür. 5. Cavabdeh tərəfindən bu sazişin şərtlərinin icra olunmadığı halda iddiaçının məhkəmədən icra sənədi almaq hüququ vardır.6. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir.7. Bu saziş 3 nüsxədə və azərbaycan dilində tərtib olunub imzalanır.Tərəflərin hər birində Barışıq sazişinin bir nüsxəsi saxlanılıir.Tərəflər məhkəmədən xahiş edir ki, barışıq sazişini təsdiqləsin və iş üzrə icraata xitam verilsin.” Barışıq sazişi tərəflərin səlahiyyətli şəxsləri tərəfindən imzalanıb və tərəflərin möhürləri ilə təsdiq olunub. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1. –ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 1.2. –ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. İnzibati Prosessual Məcəllənin 15.2. –ci maddəsinə əsasən, İnzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. İnzibati Prosessual Məcəllənin 66.1.-ci maddəsinə əsasən mübahisənin predmeti barədə sərəncam hüququna malik olduqları hallarda, tərəflər mübahisənin tam və ya qismən həll edilməsi məqsədilə barışıq sazişi bağlaya bilərlər. Barışıq sazişinin məzmunu məhkəmənin iclas protokoluna qeyd edilməlidir. Həmin Məcəllənin 66.2. –ci maddəsinə əsasən, barışıq sazişinin bağlanılması ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd olduğu hallarda, məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina etməlidir. Mübahisənin həllinin xüsusi ictimai maraq kəsb etdiyi hallarda da məhkəmə barışıq sazişini təsdiqləməkdən imtina edə bilər. Məhkəmə tərəflərin təqdim etdiyi barışıq sazışinı nəzərdən keçirərək hesab edir ki, barışıq sazışı təsdiq edilməlidir. Belə ki, barışıq sazişi ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması ilə bağlı qanunvericiliyə zidd deyil. İnzibati Prosessual Məcəllənin 66.3. –ci maddəsinə əsasən, məhkəmə, sədrlik edən və ya məruzəçi hakim barışıq sazişinin bağlanması barədə tərəflərə məhkəmə qərardadı formasında təklif verməyə haqlıdır. Bu halda barışıq sazişi tərəflərin məhkəmənin təklifinə yazılı formada razılığı əsasında bağlana bilər. Həmin Məcəllənin 66.4. –ci maddəsinə əsasən, protokollaşdırılan barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardad qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5. –ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasınnda bağlanılmış 24 noyabr 2020-cu il tarixli barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 261-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 66-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tərəflər arasında bağlanılmış aşagıdakı məzmunda 24 noyabr 2020-ci il tarixli Barışıq sazişi təsdiq edilsin: “ Biz, bir tərəfindən İddiaçı Mənzil Tikinti Kooperativi (bundan sonra iddiaçı), həmin kooperativin sədri X4 şəxsində və digər tərəfdən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi (bundan sonra cavabdeh), həmin baş idarənin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarənin rəis müavini X3 şəxsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci və 66-ci maddəsinə əsasən aşağıda qeyd olunanlar barədə barışıq sazişi bağlayırıq: 1. Tərəflər razılaşır ki, bu Sazişdə qeyd olunan şərtlərlə məhkəmə mübahisəsini sona çatdırırlar. İddiaçı anlayır ki, məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişi məhkəmə mübahisəsi üzrə işə xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yeni iddianın məhkəmə tərəfindən yolverilməzliyinə görə qəbul edilməsindən imtina üçün əsasdır. 2. Cavabdeh iddia tələbini təşkil edən, Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********178730 nömrəli qərar ilə əlavə 1606946,65 manat məbləğdən 1379979,7 manatını (o cümlədən 2011- 2013-cü illər üzrə 1980 manat torpaq vergisi) və azaldılan vergilərə müvafiq olaraq hesablanmış faizləri iddiaçının şəxsi hesab vərəqəsindən azaltmağı öz öhdəsinə götürür.
3. Vergi Məcəllənin 88-ci maddəsinin tələbləri nəzərə alınmaqla, iddiaçı tərəfindən 2019cu ilin dekabr ayından etibarən dövlət büdcəsinə ödənilmış 300000 manat ödənişin 225106,95 manatı mübahisələndirilən məsuliyyət qərarı ilə əlavə hesablanmış (qüvvədə olan) vergilərə, qalan hissəsi isə həmin borcun gecikdirilməsinə görə hesablanmış faizlərə aid edilir. 4. İddiaçı bu barışıq sazişinin imzalanması müqabilində iddia tələbindən tam şəkildə imtina etməyi öhdəsinə götürür. 5. Cavabdeh tərəfindən bu sazişin şərtlərinin icra olunmadığı halda iddiaçının məhkəmədən icra sənədi almaq hüququ vardır.6. Bu saziş məhkəmə tərəfindən təsdiq olunduğu andan qüvvəyə minir.7. Bu saziş 3 nüsxədə və azərbaycan dilində tərtib olunub imzalanır.Tərəflərin hər birində Barışıq sazişinin bir nüsxəsi saxlanılıir.Tərəflər məhkəmədən xahiş edir ki, barışıq sazişini təsdiqləsin və iş üzrə icraata xitam verilsin.” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1320/2020 nömrəli inzibati iş üzrə icraata xitam verilsin.
Hakim Miminat Hacıbəyova