Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13209/2024 05.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1044 nömrəli bağ sahəsi üzərində mərhum X5 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, onun adına çıxarışın, plan və sxemin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə müvafiq qərar qəbul edilməsi barədə iddia tələb ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1156 kv.m torpaq sahəsi olan 1044 saylı bağ yaşayış sahəsinin mərhum X6 xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/370 nömrəli qərarına əsasən 108 nömrəli ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1044 nömrəli bağ sahəsi 21 nömrəli order əsasında X6 ayrılmışdır. Daha sonra X8 sözügedən orderin müqavilə ilə əvəz edilməsi ilə bağlı xx.xx.1998-ci il tarixli ərizə ilə X7 müraciət etmişdir. Həmin razılıq ərizəsi əsasında X8 ilə xx.xx.1998-ci il tarixli 21862 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilə iddia ərizəsinə əlavə edilir. Anası X8 xx.xx.2015-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı və digər vərəsə olan bacısı X10 anasından miras qalmış bağ sahəsinə dair AR ƏN 3 saylı Bakı Asan Xidmətində Notariat ofisinə müraciət etmişlər. Həm Notariat ofisi, həm də tərəfindən anası Ş.İ.Qasımovnaya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən. 0.12 hektar torpaq sahəsi olan 1044 nömrəli bağ sahəsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Cavabdeh tərəfindən müxtəlif tarixdə göndərilmiş cavab məktublarında (sonuncu xx.xx.2024) ərizələrin icrasından imtina edilmiş və imtinanın əsası kimi elektron kadastr məlumatlarına əsasən hazırkı ərazidən fərqli sahə göstərildiyi, həmçinin faktiki sahənin bir hissəsinə digər şəxsin müraciətinin olduğu və sənədlərə əsasən torpaq sahəsinin ölçüsünü 0,12 ha deyil, idarənin mütəxəssisləri tərəfindən aparılmış çöl-ölçmə işləri zamanı faktiki torpaq sahəsinin 0,1174 ha olduğu qeyd edilmişdir. Mübahisəyə dair işin hallarından görünür ki, xx.xx.1998-ci il tarixdə X3 və İstismarı Birliyi ilə Ş.İ.Qasımova arasında bağlanılmış 21862 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin ərazisində 1044 nömrəli bağ sahəsi anasının icarəsinə verilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğü konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bundan başqa hesab edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh Reyestr Xidməti tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, 945a və 945 saylı bağ sahələrinə dair cavabdeh tərəfindən müvafiq çıxarışlar verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur.
4. Cavabdehin iddiaçıya olan imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən əvvəlki müraciət zamanı hazırki ərazidən fərqli sahə göstərilmişdir. Həmçinin faktiki sahənin bir hissəsinə digər şəxsin müraciəti olmuşdur. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən aparılan çöl-ölçmə işləri zamanı faktiki torpaq sahəsinin 0,1174 ha olduğu müəyyən edilmişdir.
5. Cavabdehin iddiaya dair yazılı etirazını onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən əvvəlki müraciət zamanı hazırki ərazidən fərqli sahə göstərilmişdir. Həmçinin faktiki sahənin bir hissəsinə (18 kv.m) digər şəxsin (X11) müraciəti olmuşdur. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən aparılan çöl-ölçmə işləri zamanı faktiki torpaq sahəsinin 0,1174 ha olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
6. Cavabdehin X9 ünvanladığı məktubda bildirilmişdir ki, Bakı Şəhər İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 10/370 nömrəli qərarına əsasən 108 nömrəli ВТК nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1044 nömrəli bağ sahəsi 21 nömrəli order əsasında X6 ayrılmışdır. Daha sonra X8 sözügedən orderin müqavilə ilə əvəz edilməsi ilə bağlı xx.xx.1998-ci il tarixli ərizə ilə X7 müraciət etmişdir. Həmin razılıq ərizəsi əsasında X8 ilə xx.xx.1998-ci il tarixli 21862 nömrəli müqavilə bağlanılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1044 nömrəli bağ sahəsinə dair bağlanılmış xx.xx.1998-ci il tarixli, 21862 nömrəli müqavilənin təsdiq edilmiş surəti təqdim edilir.
7. X3 və İstismarı Birliyi ilə Ş.İ.Qasımova arasında bağlanılmış xx.xx.1998-ci il tarixli 21862 saylı müqaviləyə əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivinin ərazisində 0.12 ha olan 1044 nömrəli bağ sahəsi X5 icarəsinə verilmişdir. Müqavilənin müddəti 20 ildən artıq olmayan müddətə müəyyən olunmuşdur.
8. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat ofisinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli 538 nömrəli məktubunda qeyd edilmişdir ki, X1mış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi - İddiaçı, X10 tərəfindən Bakı şəhəri 3 sayh “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət daxil olmuş və V-6W/2018 saylı vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Odur ki, yuxanda yazılanları nəzərə alaraq Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq dair hüquqmüəyyənedici sənədin- Çıxarışın verilməsi xahiş edilir.
9. Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Ləhiş bağ massivi 1044 saylı bağın hüquq müəyyənedici sənəd üzrə sahəsi 0,12 ha, faktiki 0,1174 ha təşkil edir, bağ sahəsinin sərhədləri 3 sıra mişar daşı ilə hörülüb, tikili yoxdur.
10. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.
11. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək onun təmin olunmamasını xahiş etdi.
İİ. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. İddia mümkündür.
İİ Məhkəmənin mövqeyi
16. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Ləhiş bağ massivində yerləşən 0,12 ha torpaq sahəsi olan 1044 saylı bağ sahəsi X6 icarəyə verilmişdir, həmin şəxs xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin cavabdehə ünvanlanmış məktubuna əsasən iddiaçı vəfat etmiş şəxsin varisidir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.
17. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
20. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
21. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
22. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
23. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
25. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
28. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
29. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ləhiş bağ massivində yerləşən 0,12 ha olan 1044 saylı bağ sahəsi xx.xx.1998-ci il tarixli 21862 nömrəli müqavilə əsasında X6 ayrılmışdır. Torpaq sahəsi iddiaçının anasına qanuni əsaslarla ayrılmış, torpaq sahəsi geri alınmamış, bağ sahəsinin ayrılmasına dair müqavilə ləğv edilməmiş və torpaq sahəsi ilə bağlı mübahisə yoxdur.
30. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, əvvəlki müraciət zamanı hazırkı ərazidən fərqli sahə göstərilmiş, həmçinin faktiki sahənin bir hissəsinə (18 kv.m) digər şəxsin (X11) müraciəti olmuşdur. Sənədlərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha qeyd edilsə də, idarənin mütəxəssisləri tərəfindən aparılan çöl-ölçmə işləri zamanı faktiki torpaq sahəsinin 0,1174 ha olduğu müəyyən edilmişdir.
31. Məhkəmə öz hüquqi mövqeyini bildirərək qeyd etməyi zəruri hesab edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum anasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
32. Belə ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış və plan-ölçü verilməlidir.
33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
34. İş materiallarından görünür ki, torpaq sahəsinin sənəd üzrə ölçüsü 1200 kv.m, faktiki isə 1174 kv.m təşkil edir. Eyni zamanda müəyyən olundu ki, həmin torpaq sahəsinin 18 kv.m sahəsinə digər şəxsin müraciəti vardır.
35. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, faktiki sahədən yerdə qalan sahə - 1156 kv.m sahəyə dair mülkiyyət hüququ tanınmalıdır. İddiaçı iddia tələbini dəqiqləşdirərək 1044 nömrəli bağın 1156 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun mərhum X6 məxsus olmasına dair arayışın verilməsini xahiş etmişdir.
36. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “1044” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur və 1156 kv.m torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina əsassız olmuşdur.
37. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuni hesab edilə bilməz və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1156 kv.m torpaq sahəsi olan 1044 saylı bağ yaşayış sahəsinin mərhum X6 xüsusi mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdehin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva