Məhkəmə qərarları › İş №2-1(112)-1321/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1321/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1321/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılması ilə bağlı hərəkətlərin etibarsız hesab edilməsi və pensiyanın bərpa edilərək ödənilməmiş pensiya məbləğinin iddiaçıya ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən onun 2022-ci ilin dekabr ayından pensiyanın dayandırılması ilə bağlı hərəkətlərinin əsassız hesab edilməsi və iddiaçıya pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi, eyni zamanda yaranmış fərqin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

2. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbinin “cavabdeh tərəfindən İddiaçı pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər dayandırılması ilə bağlı hərəkətlərin əsassız hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər olan müddətdə pensiyanın bərpa edilərək ödənilməsi, xx.xx.2021ci il tarixdən ödənilməmiş qalan pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinə etiraz etmədiklərini bildirmişdirlər.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi “cavabdeh tərəfindən İddiaçı pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər dayandırılması ilə bağlı hərəkətlərin əsassız hesab edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilə qədər olan müddətdə pensiyanın bərpa edilərək ödənilməsi, xx.xx.2021ci il tarixdən ödənilməmiş qalan pensiya məbləğinin iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. İddiaçının nümayəndəsi daha sonra ərizə təqdim edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində texniki xəta olaraq “xx.xx.2023-cü il” söz birləşməsinin “xx.xx.2023 il” kimi oxunulmasını xahiş etmişdir.

5. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1954-cü il tarixdə Saatlı rayonunda doğulmuşdur. İddiaçı uzun müddət dövlət qulluğunda işləmiş və xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlil kimi əmək pensiyası almışdır. Lakin 2022-ci ilin dekabr ayından etibarən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. Şifahi olaraq dəfələrlə cavabdehə və onun çağrı mərkəzinə zəng etsə də, normal cavab ala bilməmişdim. İddiaçı qeyd edir ki, ona təyin edilmiş ikinci dərəcəli əlillik hal-hazırda qüvvədədir. Yuxarıda sadaladığı hallarla bağlı rəsmi olaraq cavabdeh orqana müraciət edərək 2022-ci ilin dekabr ayında pensiyamın dayandırılması ilə bağlı hərəkətlər əsassız hesab etməklə pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi, eyni zamanda yaranmış fərqin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-A-100192/2023 saylı məktubla ərizədə qeyd edilənlər halların icrasından imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin olunmuş pensiya dayandırılarkən “İnzibati icraat haqqında” AR Qanununun normaları pozulmuşdur. Belə ki, həmin Qanuna əsasən, cavabdeh inzibati orqanın pensiyanın dayandırılmasına yönəlmiş hərəkəti zamanı inzibati icraat başlanılmalı, bununla bağlı qərar qəbul edilməli və maraqlı şəxs kimi iddiaçı inzibati icraata cəlb edilməli idi. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd edilən heç bir qanunvericilik normasına riayət etmədən qanuni əsaslarla təyin edilmiş pensiyanı dayandırmışdır. Bu isə iddiaçının konstitusiya ilə təsbit olunmuş sosial təminat hüququnun bir başa pozuntusudur.

6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Fondun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında” Qanununa 1 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda iddiaçıya dair mövcud olan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının dövlət qulluğu stajı 15 ildən az (10 il 11 ay (xx.xx.1978xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Əlavə olaraq bildiririk ki, əlillik dərəcənizin yenidən qiymətləndirilməsi ilə bağlı müvafiq məlumatların dəqiqləşdirilməsi üçün sizə əlilliyə görə ödənilən əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə əsasən dayandırılıb.

7. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan yazılı etirazda qeyd olunmuşdur ki, iddiaçı Fondun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Azərbaycan ResMüdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublipensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə ödənilir. Sözügedən Qaydaların 6.2-ci bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 51 nömrəli misalda qeyd edildiyi kimi, təyin edilmiş yeni növ pensiya “Əmək pensiyaları haqqında edilmiş dəyişikliklərə uyğun olaraq hesablanır. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci və 20.11.2ci maddələrinin 1 iyul 2017-ci il tarixindən qüvvədə olanrekimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda olan iddiaçıya dair mövcud olan sənədlərdə qeydonun dövlət qulluğu stajı 15 ildən az (10 il 11 ay (xx.xx.1978-xx.xx.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasınıbaxımından mümkün deyil. Qeyd olunanları nəzərə alaraq, cavabdeh orqan İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. TSEK-Müayinə: - xx.xx.2021-ci il tarixində stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİİ f.s diaqnozun mətni ilə ümumi xəstəlik səbəbi ilə İddiaçı müddətsiz ikinci dərəcə əlillik (təkrar) təyin edilmişdir. - xx.xx.2023-cü il tarixində stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİİ f.s diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tapmaması (əlillik ləğv edilsin qərarı qəbul edilmişdir) səbəbi ilə imtina edilmişdir.

9. Azərbaycan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının Qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini xx.xx.1954-cü il təvəllüdlü İddiaçı (FİN:OYBTZAP) dair tibb müəssisəsinin 27820Q3AAB6T nömrəli göndərişi DTSERA-da əyani müayinəsi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir (ESDAS:**********9). Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-B-11299/2023 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir. Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir.

10. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra-DTSERA) 21 iyul 2023-cü il tarixli 3-17-4/3-1-17702/2023 nömrəli xidməti məruzəsinə verilmiş dərkənara uyğun olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda (bundan sonra - Mərkəzi Filial) baxılmışdır. Bildirilir ki, sözügedən məruzəyə əlavə edilmiş cədvəldə adları qeyd edilmiş 12 şəxsdən 2-nin Mərkəzi Filialda pensiyaçı kimi qeydiyyatda olduğu müəyyən edilib. Onlardan 1-nə - İddiaçı (FİN: xxxxxxx) sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişi DTSERA-nın 16 noyabr 2022-ci il tarixli **********8 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2022-ci il tarixindən, digərinə - X2 (FİN: 3WT28DN) isə İİ dərəcə əlilliyi ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası ödənişi DTSERA-nın 21 iyul 2023-cü il tarixli 3-17-4/3-1-17702/2023 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2023 -ci il tarixindən dayandırılıb.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əlillik vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6T nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Həmin Qanunun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu vasitəsilə xx.xx.2023cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixində barəsində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əlillik vəziyyəti haqqında” xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6T nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əlillik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Sözügedən vətəndaşın xx.xx.2021-ci il tarixli “Əlavə müalicəyə ehtiyacın olması” səbəbli imtina qərarının xx.xx.2022-ci il tarixində etibarsız edilərək əlillik təyinatının bərpası işinə elektron formada baxış keçirilən zaman bu təyinatla bağlı “Əlillik” altsisteminə daxil edilmiş, xx.xx.2022-ci il tarixli, **********9 nömrəli əyani müayinə aktında X6 (FİN: 40KWSG5) barədə məlumatlar aşkar olunmamışdır. Bununla da İddiaçı (FİN: OYBTZAP) əyani müayinədə iştirak etməməsi şübhəsi yarandığından vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu ilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023cü il tarixində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir. İddiaçı dair xx.xx.2021-ci il tarixli əlillik təyinatının ləğv edilməsinə dair tibbi-sosial ekspert komissiyasının qərarının surəti məhkəməyə təqdim olunmuşdur.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan “vətəndaşın əlillik vəziyyəti haqqında” xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6T nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əliilik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlanmışdır. Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu ilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunmuşdur. Lakin cari tarixədək müraciəti qeydə alınmamışdır. Bundan irəli gələrək mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində barəsində xx.xx.2023-cü il tarixindən diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edilmişdir.

14. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, İddiaçı Fondun Səbail rayon şöbəsi tərəfindən 11 sentyabr 2012-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixləri arasındakı dövrlər ərzində ödənilməmiş pensiya məbləği mövcud deyil. Bununla əlaqədar olaraq X1 X4 Sistemindən müvafiq çıxarış məhkəməyə təqdim edilmişdir.

15. Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2024-cü il tarixləri üzrə İddiaçı bank hesabından çıxarış iş materiallarına əlavə olunmuşdur.

16. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

17. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

18. Hazırki iddia öhdəliyinin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

41. Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

21. İddiaçı ona təyin olunmuş əlilliyə görə əmək pensiyasının cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində dayandırılmasını mübahisələndirmişdir.

22. Cavabdeh orqan tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ünvanlanan xx.xx.2023-cü il tarixli xidməti məktubda İddiaçıba (FİN: xxxxxxx) sabiq dövlət qulluqçusu kimi İİ dərəcə əlilliyə görə əmək pensiyası ödənişinin DTSERA-nın 16 noyabr 2022-ci il tarixli **********8 nömrəli xidməti məruzəsinə əsasən verilmiş müvafiq tapşırığa uyğun olaraq xx.xx.2022-ci il tarixindən dayandırıldığı qeyd olunmuşdur.

23. Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan məktublarda İddiaçı xx.xx.2021-ci il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz ikinci dərəcə əlillik təyinatı aparıldığı, əlillik təyinatı barədə qəbul edilmiş qərarların əsaslılığına şübhə yaradan halların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırması çərçivəsində “Ürək xəstəliklərinə dair şübhə doğuran əliilik təyinatları üzrə əlillik vəziyyətinin dəqiqləşdirilməsi məqsədilə bəzi şəxslər barəsində inzibati icraat başlandığı, Vətəndaşın “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq həyata keçirilən araşdırmada iştirak etməsi üçün xx.xx.2023-cü il tarixli, 3-17-4/2-B-11299/2023 nömrəli xəbərnaməli çağırış məktubu ilə xx.xx.2023-cü il tarixində Agentliyə dəvət olunduğu, lakin cari tarixədək müraciəti qeydə alınmadığı üçün mövcud sənədlər üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv edilərək xx.xx.2023-cü il tarixində İddiaçı barəsində diaqnozun öz təsdiqini tapmaması qərarı qəbul edildiyi qeyd olunmuşdur.

24. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim olunmuş TSEK-Müayinə sənədlərinə əsasən müəyyən edir ki, İddiaçı xx.xx.2021-ci il tarixində stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİİ f.s diaqnozun mətni ilə ümumi xəstəlik səbəbi ilə İddiaçı müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2023-cü il tarixində stenokardiyanın digər formaları, ÜİX Gərginlik stenokardiyası İİİ f.s diaqnozun mətni ilə diaqnoz öz təsdiqini tapmaması (əlillik ləğv edilsin qərarı qəbul edilmişdir) səbəbi ilə imtina edilmişdir.

25. Odur ki, məhkəmə qeyd edir ki, İddiaçı təyin olunmuş əlilliyə görə əmək pensiyasının cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2022-ci il tarixində ləğv olunması üçün hər hansı əsas aşkar edilməmişdir.

26. İddiaçı eyni zamanda əlilliyin təyin edildiyi xx.xx.2021-ci il tarixindən pensiya ödənişinin əsassız dayandırıldığı xx.xx.2022-ci il tarixinədək olan dövr ərzində cavabdeh orqan tərəfindən pensiya ödənişlərinin tam həyata keçirilmədiyi bildirmiş və həmin dövr ərzindəki ödənilməmiş pensiya məbləğinin də ödənilməsini tələb etmişdir.

27. Məhkəmə qeyd edir ki, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixləri arasındakı dövrlər ərzində iddiaçıya ödənilməmiş pensiya məbləğinin olmadığı bildirilmiş və X1 X4 Sistemindən Çıxarış məhkəməyə təqdim edilmişdir.

28. Məhkəmə nəzərə alır ki, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci tarixləri arasındakı dövrlər ərzində pensiya məbləğinin iddiaçıya tam ödənildiyi bildirilsə də, məhkəməyə təqdim olunmuş X1 X4 Sistemindən Çıxarışdan aydın olur ki, mübahisələndirilən 15 aylıq dövr üzrə pensiya məbləği İddiaçı tam ödənilməmişdir. Belə ki, X1 X4 Sistemindən Çıxarışdan görünür ki, mübahisələndirilən dövr ərzində təxminən 15 aylıq ödənilməli pensiya məbləğindən yalnız xx.xx.2022-ci il tarixində cari dövr - 719.61 manat, keçmiş dövr - 654.19 manat və xx.xx.2022-ci il tarixində cari dövr – 714.98 manat, keçmiş dövr – 527.34 manat, birdəfəlik 584.98 manat İddiaçı ödənilmişdir.

29. Məhkəmə eyni zamanda nəzərə alır ki, Azərbaycan Beynəlxalq Bankı tərəfindən verilmiş xx.xx.2021-xx.xx.2024-cü il tarixləri üzrə İddiaçı bank hesabından çıxarışdan da görünür ki, İddiaçı pensiya ödənişi yalnız xx.xx.2022-ci il (keşmiş – 654.19 manat, cari – 719.61 manat) və xx.xx.2022-ci tarixlərində (keşmiş – 527.34 manat, cari – 714.98 manat, birdəfəlik – 584,98 manat) həyata keçirilmişdir.

30. Odur ki, Cavabdeh orqanın İddiaçı pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə iddiaçının əmək pensiyası bərpa edilərək həmin dövr üzrə ödənilməmiş əmək pensiyası və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləği cavabdeh tərəfindən İddiaçı ödənilməlidir.

31. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı pensiyasının xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə iddiaçının əmək pensiyasının bərpa edilərək ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməmiş qalan pensiya məbləğinin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar