Məhkəmə qərarları › İş №2-1(112)-13212/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13212/2024

25.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13212/2024 25.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X9) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 37 ünvanında yerləşən 40 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı binanın 40 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Mənzildə iddiaçıdan başqa mənzilin keçmiş sakini X8 da qeydiyatdadır. O, həmin mənzildə qeydiyyatda olsa da, burada yaşamır. İddiaçı mənzili alqı-satq müqaviləsi ilə almışdır və mənzildə olan keçmiş sakinlər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 3802/2018 saylı qətnaməsi ilə qeydiyyatdan çıxarılmışdır. Lakin Nizami Rayon Məhkəməsinin qətnaməsində keçmiş sakin kimi göstərilən və qeydiyyatda çıxarılan X5 yetkinlik yaşına çatmayan oğlu X9 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 37 saylı binanın 40 saylı mənzilində qeydiyyatdadır. X4 pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Bakı Şəhər Nizami Rayon Polis İdarəsinə müraciət edilmişdir. Lakin onun müraciətinin təmin olunmasından imtina olunmuşdur. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh tərəfindən iddia tələbinə yazılı münasibət təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmaması ehtimalının mövcud olması mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtlərini yoxlamalıdır. İşin faktiki hallarından görünür ki, iddiaçının hazırki iddia tələbi ilə nail olmaq istədiyi məqsəd Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 37 nömrəli evin 40 nömrəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olan X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasıdır. İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa (xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli) istinad edərək mənzilin onun mülkiyyətində olmasına əsaslanaraq həmin tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə araşdırılması zamanı mənzilin hazırki mülkiyyətçisinin dəyişdiyi və iddiaçının həmin mənzilə dair hər hansı bir hüququn mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 37 nömrəli evin 40 nömrəli mənzilinə dair təqdim olunmuş sənədlərdən görünür ki: -Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 16 dekabr 2011-ci il tarixli, 161 №-li Sərəncamı ilə C.Naxçivanski küçəsi 37№-li evin yaşayış sahəsi 47 kv.m olan 3 otaqlı 40-cı mənzilinin kirayə müqaviləsi 7 nəfər ailə tərkibi ilə (özü, 3 oğlu, 2 qızı, nəvəsi) X6 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab olunmuşdur. -xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak üzərində X7 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -AN-İ № ******* nömrəli, xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X10 ünvan 1 ünvanında yerləşən əmlakı X3. -xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak üzərində X13 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -AN-İ № ******* nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X19 ünvan 1 ünvanında yerləşən əmlakı İddiaçı satmışdır. -xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. -xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən əmlakı X1. -xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak üzərində X11 xüsusi mülkiyyət hüquqları qeydə alınmışdır. Müəyyən edildiyi kimi, iddiaçının mübahisə predmeti olan əmlaka dair hüquqları əvvəlki mərhələdə mövcud olmuşdur. Lakin həmin hüquqlar müvafiq qanunvericilik çərçivəsində bağlanmş bağışlama müqaviləsi əsasında X2. Bu isə o deməkdir ki, bağışlama müqaviləsinin hüquqi nəticəsi olaraq iddiaçı mübahisə predmeti olan əmlak üzərində mülkiyyət hüququnu, eləcə də bu hüquqdan irəli gələn digər hüququ tələblərini tam şəkildə itirmişdir. Qeyd olunan hüquqi vəziyyət, iddiaçının hazırki mərhələdə mənzilə dair hər hansı hüquqi iddia və ya tələb irəli sürmək üçün hüquqi əsaslarının olmadığı qənaətinə gəlməyə imkan verir. Beləliklə, hüquqi baxımdan mövcud olan faktlar və təqdim edilmiş sübutlar əsasında, iddiaçının bu əmlaka dair hüquqi statusunun müvafiq olaraq başa çatdığını və hazırda həmin əmlakla bağlı hüquqi subyekt kimi çıxış edə bilməyəcəyini təsbit etmək mümkündür. Bu hüquqi yanaşma əsasında Məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edən mənzilin mülkiyyətçisi dəyişdiyindən və iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi 03 sentyabr 2024-cü il tarixdə mənzilin mülkiyyətçisi hesab olunmadığından, onun nə həmin tarixdə, nə də ki indiki halda üçüncü şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etmək üçün subyektiv hüququ olmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X9) “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540) şikayət verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar