Məhkəmə qərarları › İş №2-1(112)-13214/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13214/2023

30.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13214/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X10 Ağa qızının katibliyi, İddiaçı, İdidaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı təqdim edilən hüquqmüəyyənedici sənədlərə əsasən ümumi sığorta stajı 25 ildən artıq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixi 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, 21.4-cü bəndində göstərilmiş vəzifələrdə əmək stajı 12 il 6 aydan çox olduğuna görə ona 60 yaşı tamam olduğu tarixdən, yəni 20 yanvar 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilib ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1962-ci ildə Cəbrayıl rayonu, Qovdlu kəndində anadan olmuşdur. 1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün olaraq Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad yeni qəsəbədə ailəsi ilə məskunlaşaraq hazırda da, həmin qəsəbədə yaşayır. 1979-cu ildən əmək fəaliyyətinə başlamış, haızrda 25 ildən artıq ümumi sığorta stajına və 12 il 6 aydan artıq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi hüququ verən əmək stajına malikdir. Əmək kitabçasına əsasən 01 noyabr 1979-cu ildən kolxoz üzvlüyünə daxil olub, xx.xx.1980-ci ilədək (5 ay) “Qələbə” kolxozunda işləmiş; 17 may 1980-ci ildən 08 iyun 1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş (2 il 21 gün); xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilədək X8 Texnikumunda təhsil almış (2 il 6); xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək (6 il 3 ay 9 gün) Cəbrayıl rayonu “Qələbə Kolxozu”nda aqranom vəzifəsində işləmiş; xx.xx.1991-ci ildən xx.xx.1993-cü il tarixədək (1 il 10 ay 1 gün) Cəbrayıl rayon “X1” anbardar vəzifəsində işləmiş, xx.xx.1993cü ildən xx.xx.1994-cü ilədək (10 ay 10 gün) 3 nömrəli Üzən Tikinti-Quraşdırma idarəsində 2-ci dərəcəli betonçu işləmiş; xx.xx.2007-ci ildən xx.xx.2017-ci ilədək (9 il 10 ay 22 gün) "xxxx" QSC-nin Bakı Yük Stansiyasında “Vaqonların hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləmiş; xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək (1 il 9 ay 22 gün) "xxxx" QSC-nin Bakı Yük Stansiyaısında “vaqonlraın hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləmiş; xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilədək (1 il 9 ay 22 gün) "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin Bakı-yük Stansiyasında “Vaqonların hərəkət sisteminin tənzimləyicisi” vəzifəsində işləmiş; xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək (1 il 9 ay 25 gün) "xxxx" QSC-nin İnfrastruktur Departamentinin Bakı Yük Stansiyasında “vaqonların hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləmiş; xx.xx.2021-ci ildən hal-hazıradək "xxxx" QSC-nin Yük Daşımaları Departamenti X2 xidməti Şimal Sahəsinin sinifdənkənar Bakı yük stansiyasında “Vaqonların hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləyir. 60 yaşı tamam olanadək, yəni, xx.xx.2022-ci ilədək olan əmək stajı 7 ay 3 gün. O, cavabdehə ərizə ilə müraciət edərək ona 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ümumi iş stajının 25 ildən az və pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının aşağı həddən az olması səbəbi ilə imtina edilmişdir. Vəkilə müraciət edərək bütün sənədləri topladıqdan sonra yenidən cavabdehə müraciət etmiş, lakin, yenə cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinları qanunsuz və əsassız hesab edilməklə iddiası təmin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Lakin, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür.

7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən 07 sentyabr 2022-ci il tarixli **********8 nömrəli, 09 dekabr 2022-ci il tarixli **********3 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-112-C-159272/2023 nömrəli məktublarla imtina edilmişdir. İmtinaya əsasən iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 31 avqust 1982-ci il tarixli əmək kitabçasında xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Cəbrayıl rayon X1 işləməsinə diar aparılmış qeyd həmin tarixdə qüvvədə olmayan Azərbaycan Respublikasının möhürü ilə, xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”ndə işləməsinə dair aparılmış qeydisə həmin dövrdə mövcud olmayan SSRİ X7 möhürü ilə təsdiqləndiyindən yuxarıda qeyd olunan dövrlər üzrə əmək stajına aid məlumatlraın həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bu səbəbələrdən də, onun ümumi iş stajı 25 ildən az təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminaıtna imkan vermir. Qeyd olunanları nəzər əalaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. İddiaçıya məxsus НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1980ci ildən 08 iyun 1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur.

9. İddiaçının adına 31 avqust 1982-ci il tarixdə açılmış əmək kitabçasına əsasən onun əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 01 noyabr 1979-xx.xx.1980 (5 ay) – “Qələbə” Kolxozu; 17 may 1980-xx.xx.1982 (həqiqi hərbi xidmət); xx.xx.1982-xx.xx.1985 – X8 Texnikumu; xx.xx.1985-xx.xx.1991 – Cəbrayıl rayonu “Qələbə Kolxozu”da aqronom; xx.xx.1991-xx.xx.1993 – Cəbrayıl rayon “X5”-də; xx.xx.1993-xx.xx.1994- 3 nömrəli Üzən Tikinti-Quraşdırma İdarəsində 2-ci dərəcəli betonçu; xx.xx.2007-xx.xx.2017-"xxxx" QSCnin Bakı Yük Stansiyasında “vaqonların hərəkət sürətinin tənzimləyicisi”; xx.xx.2017xx.xx.2019 – "xxxx" QSC-nin Yük Daşımaları Departamentinin Bakı-Yük Stansiyasında “vaqonların hərəkət sisteminin tənzimləyicisi”; xx.xx.2019-xx.xx.2021- "xxxx" QSC İnfrastruktur Departamentinin Bakı Yük Stansiyasında “vaqonların hərəkət sürətinin tənzimləyicisi”; xx.xx.2021-ci ildən-hal-hazıradək "xxxx" QSC Yük Daşımaları Departamenti X2 Xidməti Şimlal Sahəsinin Sinifdənkənar Bakı Yük Stansiyasında “vaqonların hərəkət sürətinin tənzimləyicisi” vəzifəsində işləyir.

10. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışa əsasən X3 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən aşağıdakı peşələrdə (vəzifələrdə) qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: xx.xx.2007-xx.xx.2017 - Bakı Yük Stansiyasında vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2017 - xx.xx.2019 – Yük daşımaları Departamentinin Bakı Yük Stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2019 -xx.xx.2021 – İnfrastruktur Departamentinin Bakı yük Stansiyası vaqonların hərəkət sürətinin tənzimləyicisi; xx.xx.2021-ci il tarixdən – halhazıradək Yük Daşımaları Departamentinin X2 Xidmətinin Şimal Sahəsinin Sinifdənkənar Bakı Yük Stansiyası vaqonların hərəkət sürətinn tənzimləyicisi.

11. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv idarəsi tərəfindən 08 sentyabr 2023-cü il tarixli 3-48-4/2-1899/2023 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”nin tam adı və tabeçiliyi göstərilmədiyinə görə, eləcə də, vətəndaşın əmək kitabçası əlavə olunmadığına görə sözügedən idarə haqqında hər hansı bir məlumat verilməsi imkan xaricindədir.

12. Məhkəmənin sorğusuna əsasən Cəbrayıl rayon İcra Hakimiyyəti Cəbrayıl rayon Dövlət Arxivi tərəfindən 20 oktyabr 2023-cü il tarixli 11/59 nömrəli məktubla bildirilmişdir ki, Cəbrayıl rayon Qələbə adına Kolxozun Arxiv sənədlərinə baxış keçirərkən kolxozçuların staj, qazancının uçot kitabında 1971-1993-cü illərə aid olan hissədə səhifə 152-də olan və ata adı yazılmadığından həmin sənəd İddiaçı Həmid oğluna aid olubolmamasını müəyyən etmək mümkün deyildir. Uçot kitabının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin qeydlərdə iddiaçının kolxozda işləyidi il ərzində əmək günü, adam günləri miqdarı, əmək günlərinin minimumu göstərilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən 19 oktyabr 2023-cü il tarixli 3-48-4/2-2188/2023 nömrəli məktubla bildirilmişdir ki, SSR Nəqliyyat Tikinti Nazirliyi 3 nömrəli “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 31 oktyabr 2023-cü il tarixli 3-27/2-10178/2023 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə işlədiyi SSR Nəqliyyat Tikinti Nazirliyi 3 nömrəli “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”nin şəxsi heyət üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən tələb olunan arxiv sənədlərinin tərəflərindən verilməsi mümkün olmamışdır.

15. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli 13-1/2-9739/2023 nömrəli məktubla bildirilmişdir ki, ididaçı İddiaçı xx.xx.2007-ci il tarixindən hal-hazıradək ADY-nin Sinifdənkənar Bakı Yük Stansiyasında işlədiyi “vaqonların hərəkət sürətinin tənzimləyicisi” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 17-ci abzasında (Kod: 23001000-17863) göstərilən “vaqonların hərəkət sürətinin tənzimləyiciləri” peşəsinə uyğundur.

16. Məhkəmənin sorğusuna əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli 13-1/2-9298/2023 nömrəli məktubla bildirilmişdir ki, ididaçı İddiaçı xx.xx.2007-ci il tarixindən hal-hazıradək ADY-nin Sinifdənkənar Bakı Yük Stansiyasında işlədiyi vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsi üzrə xx.xx.2020-ci il tarixində keçirilmiş iş yerlərinin son attestasiyasının nəticəsinə əsasən əmək şəraitində həyati təhlükəli gərginlik amilinin yüksək olması, 10 kq-dan artıq yükün yerinin dəyişdirilməsi, işləyən zaman gövdənin əyilməsi, yüksək səs-küyün mövcud olması, havada tozun miqdarının sağlamlıq üçün yol verilə bilən normadan artıq olması, zərərli karbohidrogen maddələrlə təmas halında olması, habelə açıq hava şəraitində davamlı işlərin görülməsi kimi insan orqanizmi üçün təhlükəli və zərərli istehsal amillərinin təsirinə məzur qalmasına görə sözügedən peşə üzrə əmək funksiyalarının icrası əmək şəraiti zərərli və ağır olan işlərdən hesab olunur. Bununla yanaşı bildirilmişdir ki, Sinifdənkənar Bakı Yük Stansiyasında qeyd edilmiş tarixdə aparılmış son attestasiyanın nəticəsində vaqonların hərəkət sürətinin tənzimləyicisi peşəsi üzrə əməkhaqqına 24 % əlavə zərərlilik ödəişi müəyyən edilmişdir. Məktuba qoşma şəklində peşə barədə attestasiya sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

23. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüddür. İddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

24. Hazırki mübahisənin predmeti olan cavabdeh tərəfindən mübahisələndirilən illər iddiaçının əmək kitabçasında qeyd edilmiş ümumi iş stajına daxil edilməyən xx.xx.1991-xx.xx.1993-cü il və xx.xx.1993-xx.xx.1994-cü illərdir. Cavabdehin həmin dövrlərlə bağlı dəlili ondan ibarət olmuşdur ki, xx.xx.1991-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində Cəbrayıl rayon X1 işləməsinə dair aparılmış qeydlər həmin tarixdə qüvvədə olmayan Azərbaycan Respublikasının möhürü ilə, xx.xx.1993xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində “Üzücü Tikinti-Quraşdırma Dəstəsi”ndə işləməsinə dair apraılmış qeyd isə həmin dövrdə mövcud olmayan SSRİ X7 möhürü ilə təsdiqlənmişdir.

25. Məhkəmə cavabdehin həmin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

26. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.

27. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Maddə 3.11. Əmək kitabçası işəgötürən və ya işəgötürənin müəyyən etdiyi məsul şəxs tərəfindən imzalanır. Əmək kitabçası ilk dəfə hansı işverən tərəfindən doldurulursa, onun da möhürü ilə təsdiq edilir. Hüquqi şəxs yaratmadan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs işçinin əmək kitabçasında aparılmış qeydləri imzası ilə təsdiq edir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; …

30. Göründüyü kimi, mövcud “Qaydalar”da, "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit edilmişdir. xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə müəyyən olunduğu təsbit edilmişdir.

31. Həmçinin məhkəmə qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

32. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

33. Bu mənada, qüvvədə olan qanunvericilik normaları iddiaçının xx.xx.2006-cı il tarixədək fəaliyyətini əmək kitabçası əsasında iş stajı kimi təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tutur.

34. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli dövrlər üzrə əmək kitabçasına möhürlərin onun işə qəbul edilmə tarixinə deyil, sonradan işdən azad edildiyi tarixdə vurulması iddiaçının təqsiri olmayıb, birbaşa işə götürənin təqsiri olduğundan, həmin hal iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Bundan əlavə həmin müəsissələrin arxiv sənədlərinin arxiv idarələrinə təhvil verilməməsi də, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.

35. Məhkəmə eləcə də qeyd edir ki, iddiaçıya əmək kitabçasına nəzər yetirdikdə həmin əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alacaq, qeydlərdə düzəliş edilməsi və s. hallarına rast gəlinməmişdir. Bu səbəbdən də, həmin qeydlər mötəbər hesab edilməlidir.

36. Göründüyü kimi, sözügedən dövrlər iddiaçının əmək stajına daxil edildikdə onun ümumi iş stajının 25 ildən artıq (01 noyabr 1979-xx.xx.1980-ci ilədək (5 ay); 17 may 1980- 08 iyun 1982 (2 il 22 gün) hərbi xidmət; xx.xx.1982-xx.xx.1985 (2 il 6 ay 3 gün) təhsil müddəti; xx.xx.1985-xx.xx.1991 (6 il 3 ay 10 gün); xx.xx.1991-xx.xx.1993 (1 il 10 ay 22 gün); xx.xx.1993-xx.xx.1994 (10 ay 12 gün); xx.xx.2007-xx.xx.2017 (9 il 10 ay 21 gün); xx.xx.2017-xx.xx.2019-(1 il 10 ay 2 gün); xx.xx.2019-xx.xx.2021 (1 il 9 ay 25 gün); xx.xx.2021-xx.xx.2022 (7 ay 3 gün) olmaqla cəmi, 28 il 2 ay iş stajının olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

37. Məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, hətta iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən işlədiyi dövrlər ((xx.xx.1991-xx.xx.1993 (1 il 10 ay 21 gün); xx.xx.1993-xx.xx.1994 (10 ay 10 gün)) onun sığorta stajına daxil edilməsə belə, onun ümumi iş stajı 25 il 2 ay 29 gün (28 il 2 ay – 2 il 9 ay 1 gün (1 il 10 ay 21 gün+ 10 ay 10 gün)= 25 il 2 ay 29 gün) təşkil edəcəkdir ki, bu da, yenə iddiaçının ümumi iş stajının 25 ildən çox təşkil etdiyini göstərir.

38. İddiaçının güzəştli iş stajı hazırki mübahisənin predmetini təşkil etməsə belə, məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə qeyd edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi "xxxx" ASC tərəfindən verilmiş arayış güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayışda göstərilənlər mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin arayışda iddiaçının işlədiyi vəzifələrin xarakteristikası, xüsusi ilə zərərli əmək şəraitinə malik olması, zərərli əmək şəraitinə görə əlavələr alması, həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bənddə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 17-ci abzasında (kod: 23001000-17863) öz əksini tapması göstərilmişdir. Beləliklə, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan çox təşkil etməsi işin mübahisəsiz halı olmuşdur.

39. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinasının digər əsası fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi olmuşdur ki, məhkəmə həmin imtinanı hazırda qanunvericilikdə elə bir tələbin halın olmaması əsası ilə qanunsuz hesab edir.

40. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.

41. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

42. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

43. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

44. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

45. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

46. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

48. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

51. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar