Məhkəmə qərarları › İş №2-1(112)-13225/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13225/2023

30.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13225/2023 30.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi - Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli 1MK-2101/2003 saylı qətnaməsinin icra edilməməsinə görə iddiaçıya vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 29 yanvar 1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Buna baxmayaraq, 1993cü ildən o, ailə üzvləri ilə birlikdə şəxsi mülkiyyətində olan mənzildə yaşamaq hüququndan məhrum olmuşdur. Belə ki, iddiaçıya verilmiş mənzil Ağdam rayonundan məcburi köçkün düşmüş X4, X6 və onların ailə üzvləri tərəfindən zəbt edilmişdir. Bu səbəbdən iddiaçı X4 və X3 ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-də yerləşən məzildən çıxarılması barədə iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd olunsa da, Apelyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının X4 və X5 qarşı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, 166 saylı evdən çıxarılmaları barədə iddiası təmin edilmiş, cavabdehlərin ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsinin Qaradağ rayon İcra Hakimiyyətinə tapşırılması, Prezidentin sərəncamına görə cavabdehlər mənzillə təmin edilənədək qətnamənin icrasına möhlət verilməsi qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2003-cü il tarixli qərarı ilə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2003cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışıdır. Lakin Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qətnaməsi icra edilmədiyindən iddiaçı İnsan Hüquqlarının və X2 X1 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 1 saylı Protokolunun 1-ci maddəsi (mülkiyyətin müdafiəsi) ilə qorunan hüquqlarının pozulmasına dair ərizə ilə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmiş, "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiyanın 34-cü maddəsinə əsasən Azərbaycan dövlətinə qarşı verdiyi şikayətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi 21 oktyabr 2014-cü il tarixli qərar çıxarmışdır. Həmin işə baxılarkən, Hökumət 17 may 2014-cü il tarixli məktubla məhkəməyə məlumat vermişdir ki, ərizə ilə qaldırılan məsələnin həlli üçün birtərəfli bəyanatla çıxış edir, bəyənnamədə qeyd edilmişdir: "Azərbaycan Respublikası Hökuməti bununla birtərəfli bəyənnamə yolu ilə ərizəçinin Kovensiyanın 6-cı maddəsi və Konvensiyaya aid olan 1 saylı Protokolun 1-ci maddəsi ilə təmin edilmiş hüquqlarının pozulması faktını etiraf etmək niyyətindədir. Hökümət ərizəçi İddiaçı 14244 Avro məbləğində pul ödəməyə hazırdır ki, bunun da 7189 avrosu maddi ziyana yörə, 4800 avrosu mənəvi zərərə görə, 2255 avrosu isə məhkəmə qarşında çəkilmiş məsrəflər üçün nəzərdə tutulmuşdur". Azərbaycan Respublikası sözügedən qərarı 3 ay müddətində icra etməli idi. Lakin qərar maddi və mənəvi ziyanın ödənilməsi hissəsində icra edilsə də, 9 ildən artıq müddətin keçməsinə baxmayaraq, iddiaçı indiyə qədər ona məxsus mənzilə köçürülməmişdir. Hətta, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini R.Yusifov xx.xx.2006-cı il tarixli 5/1261 saylı məktubla Qaradağ rayon İcra Şöbəsinə müraciət edərək, həmin köçkün ailələrinə "Ümid" qəsəbəsində 18 saylı kotec tipli ev ayrıldığını bildirsə də, onlar qeyd olunan mənzili boşaltmaqdan qətiyyətlə imtina etdiklərini bildirmişlər. Göründüyü kimi, Azərbaycan Respublikasının müvafiq qurumlarına edilən çoxsaylı müraciətlər nəticəsiz qalmış, 2023-cü ildə də Azərbaycan Respublikası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını görməməzlikdən gəlmişdir. Beləliklə də, AİHM qərarının mövcudluğuna baxmayaraq, onun "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə qorunan hüququ bərpa edilmədən qalmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmiş və göstərmişdir ki, hazırkı iddia tələbinin Maliyyə Nazirliyinə qarşı yönəldilməsinin heç bir hüquqi əsası yoxdur və iddia tələbi təmin edilə bilməz, eyni zamanda Ali Məhkəmənin hazırkı praktikasına və qəbul etdiyi qərarına görə Maliyyə Nazirliyinin iş üzrə cavabdeh qismində prosessual iştirakına xitam verilməlidir. Belə ki, iddiaçının qeyd etdiyi sahə Maliyyə Nazirliyi tərəfindən hər hansı bir söküntüyə məruz qalmamış və Maliyyə Nazirliyinin qanunvericiliklə belə bir səlahiyyəti mövcud deyildir. Maliyyə Nazirliyi tərəfindən iddiaçının hüquqlarının hər hansı şəkildə pozulmasına yol verilməmişdir. Məhkəmə qətnaməsində cavabdehlərin başqa yaşayış sahəsi ilə təmin edilmək vəzifəsi Maliyyə Nazirliyinə deyil, Qaradağ Rayon İcra Hakimiyyətinə tapşırılmışdır. Həmiçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. İddia tələbi o fiziki və ya hüquqi şəxsə qarşı yönəldilir ki, həmin fiziki və ya hüquqi şəxs iddiaya cavab verməli olsun, habelə öz qanunsuz hərəkətləri (və ya hərəkətsizliyi) ilə iddiaçının qanunla qorunan maraqlarını və mənafelərini pozmuş olsun. Halbuki, iddiaçı onun hüquqlarının Maliyyə Nazirliyi tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir. İddiaçı ərizəsində Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən X4, X6 və onların ailə üzvlərinin Bakı şəhəri, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 166-da yerləşən mənzildən çıxarılmaları barədə tələbi təmin edilmiş, lakin həmin qərarın indiyə kimi icra edilmədiyini bildirmiş və dəymiş ziyanın Maliyyə Nazirliyindən ödənilməsini tələb etmişdir. Buradan da göründüyü kimi inzibati orqan olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən iddiaçıya münasibətdə heç bir hüquq pozuntusuna yol verilmədiyindən, ümumiyyətlə, iddia ərizəsində göstərilən hallarla əlaqədar Nazirlik tərəfindən hər hansı qeyri-qanuni hərəkətə (və ya hərəkətsizliyə) yol verilmədiyindən, hazırki iddia tələbi üzrə Maliyyə Nazirliyi cavabdeh ola bilməz, iddianın Maliyyə Nazirliyinə yönəldilməsinin heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı (Qərardad əlavə olunur) ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir: “İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Həmçinin sözügedən qərardadda qeyd olunmuşdur ki, Maliyyə Nazirliyinin iştirakı ilə baxılan, dövlət büdcəsindən maliyyələşən inzibati orqanlara qarşı məhz həmin orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin həyata keçirilməsi nəticəsində irəli sürülən pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları proses iştirakçısı olan Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Sadəcə olaraq dövlət büdcəsindən maliyyələşən müvafiq inzibati orqandan, yəni həmin inzibati orqanın özünün hesablaşma hesabından müəyyən kompensasiya məbləği tutulur ki, bunun da üçüncü şəxs qismində Maliyyə Nazirliyinin hesablaşma hesabına heç bir aidiyyəti yoxdur. Maliyyə Nazirliyinin ümumən dövlət büdcəsinin icrasına nəzarət etməsi, ona son nəticədə dövlət büdcəsindən ödənilməli olacaq məbləğlərlə bağlı məsələni həll edən bütün məhkəmə aktlarından şikayət vermək hüququ vermir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfi dinləyib, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsi ilə Aidə və Elmira Əliyevaların ailə üzvləri ilə birlikdə Lökbatan qəsəbəsi, 3-cü massivdə yerləşən 166 saylı evdən çıxarılmaları, onların başqa yaşayış sahəsi ilə təmin edilməsi vəzifəsinin Qaradağ rayon İcra Hakimiyyətinə tapşırılması, həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən cavabdehlər mənzillə təmin olunanadək qətnamənin icrasına möhlət verilməsi qərara alınmışdır. İcra sənədi müvafiq qaydada icraya yönəldilmişdir. Cavabdehlərin mənzillə təmin olunması üçün məhkəmə icraçısı tərəfindən dəfələrlə Qaradağ rayon İcra Hakimiyyətinə müraciət edilmiş, lakin onların rayon ərazisində yaşayış sahəsi ilə təmin edilməsinin İH-nin imkanları xaricində olması bildirilmişdir. Bu səbəbdən məhkəmə qərarının icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə icraçısına tapşırılmışdır ki, icra sənədinin qanunla müəyyən edilmiş qaydada icrası istiqamətində zəruri icra tədbirlərinin həyata keçirilməsini təmin etsin. İddiaçı hazırda Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qətnaməsinin icra edilməməsinə görə ona dəymiş zərərin ödənilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndinə qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində isə qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını ... qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını ... yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir ... İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə iddianın mümkünlüyü baxımdan işin hallarını yoxlayaraq hesab edir ki, iddiaçı düzgün cavabdehə qarşı iddia qaldırmamışdır. Çünki məhkəmə qərarının icrası hazırkı cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyil. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -maadə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. - maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.1. Məhkəmələr tərəfindən : Azərbaycan Respublikası məhkəmələrinin qərarları; - Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. - Maddə 87.1. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir İstinad olunan normalardan görünür ki, məhkəmə qərarının icrası hazırkı cavabdeh tərəfindən deyil, icra məmurları tərəfindən həyata keçirilir və şəxsin həmin icra məmurunun icra sənədinin icrası ilə bağlı hərəkət və hərəkətsizliyindən müvafiq məhkəməyə şikayət etmək hüququ mövcuddur. Belə olan halda isə müəyyən olunur ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi fiziki şəxslər tərəfindən icra edilməyən məhkəmə qərarı nəticəsində iddiaçıya vurulan zərərin ödənilməsi tələbi üzrə cavabdeh qismində çıxış edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 2 Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar