Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1323/2021 22.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 (ünvan 1 ünvanında qediyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kirayə pulunun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kirayə üçün ödədiyi 48600 (qırx səkkiz min altı yüz) manat pulun iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, O, 1999-cu ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirmişdir, Ali Hərbi məktəbinə qəbul olmuşdur. 2003-cü il ildən 2004-ci ilə qədər təlim tədris X4 bölməsini bitirmişdir. 2004-cü ildə 930 X1 xidmətə yönəldilmişdir. Müxtəlif hərbi vəzifələrdə layiqincə xidmət göstərmişdir. Xidmət vaxtında müxtəlif psixoloji travmalar keçirmişdir. Elə buna görə də Diviziyanın Qərargah rəisinin kəşfiyyat üzrə köməkçisi olarkən müxtəlif döyüş təlimlərində uğurlu şəkildə iştirak etmişdir. 2006-cı ildən 2007-ci ilə qədər, Müdafiə Nazirliyinin psixiatriya şöbəsində 6 dəfə stasionar müalicə almışdır. Hərbi Xidmət keçmə haqqında Azərbaycan Respublikasının qanunun 156-cı maddəsinin “v” bəndinə əsasən (xəstəliyə əsasən) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 0609 saylı, xx.xx.2007-ci il tarixli əmrinə əsasən N saylı hərbi hissə komandirinin N nömrəli xx.xx.2007-ci il tarixli əmrinə əsasən Silahlı Qüvvələrdən hərbi xidmətdən 17 b İİİ qrup qrafasına əsasən xəstəlik Hərbi xidmət dövründə alınmış Müşahidəçiyə ehtiyac olduğuna əsasən davranış pozuntuları ilə müşayiət olunan və istifadə olunmuş nevrasteniya və davamlı olaraq hər il ambulator və statisianor psixiatriya şöbəsində müayinə olunmuşdır. 2015-ci ildə şəxsiyyətin stosianal davranış pozuntusu, tez-tez davamlı dekompensasiyalar və anamneziyada baş beyin travması ilə təsdiq olundu. Hərbi xidmət dövründə xidmət edərkən mənzillə təmin olunmamışdır. Ordu sıralarında ehtiyata buraxılandan sonra bu günə qədər nə mənzillə, nə də ki, kirayə pulu ilə təmin olunmamışdır. 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu onu İİ qrup əlil olduğuna görə cəmiyyət içərisində psixoloji beyin travmasına əsasən, müşahidəçiyə ehtiyacı olduğu üçün işləyə bilməmişdir. Ona dövlət tərəfindən pensiya ayrılmışdır. Dəfələrən 2011-ci ildən 2019-cu ilədək cavabdehə müraciət edərək, onu evlə təmin etmələrini xahiş etmişdir, lakin onların səhlənkarlığı nəticəsində, xəstəliyi nəzərə alınmamış öz vətəndaşı ilə heç bir vaxt maraqlanmamışlar. Tərxis olunandan bu müddətədək kirayələrdə qalmış, kirayə pulunu da öz pensiyasından ödəmişdir. Bu barədə onlara müraciət etmişdir ki, bu haqda onu nə üçün məlumatlandırmamışlar, bildirmişlər ki, 3 ay müddəti ötürmüşdür. Lakin o özünü xəstəliyilə əlaqədar olaraq idarə edə bilməmişdirm. Ona görə də üzrlü səbəbdən müraciət edə bilməmişdir. Ehtiyat və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilir; yaşa, xəstəliyə, ailə vəziyyətlərinə görə, habelə 5 təqvim xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alınadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. Bakı şəhəri üzrə - 150 manat; Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hə bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Həyat yoldaşı X5 2-ci qrup əlildir, heç bir yerdə də işləmir. Üç övladları var, ancaq pensiya ilə dolanırlar. Bunun da çox hissəsi kirayə xərclərinə gedir. Cəmi 48600 manat təşkil edir, bu da məhkəmə qaydasında cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən onun ev növbəsinə salındığı gündən, yəni, xx.xx.2013-cü il tarixindən hesablayaraq, 33.750 manat kompensasiya məbləğinin onun hesabına nağdsız ödənilməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə ilkin iddia tələbləri göstərilərkən bildirilmişdir ki, iddiaçı cavabdehdən 48.600 manat tələb edir. Lakin, həmin məbləğin hansı hesablamalar nəticəsində əmələ gəlməsi göstərilməmişdir. Halbuki, müəyyən edilmiş qanuni qaydasına görə, həmin məbləqin yaranma meyarları əsaslandırılmalıdır. Həmçinin, ilkin iddia ərizəsindən fərqli olaraq, bildirir ki, iddiaçının 2 yox, faktiki 3 uşağı mövcuddur. Sonradan cavabdeh, xx.xx.2013-cü il tarixli 327 saylı Sərəncamla iddiaçını ümumi və güzəştli mənzil növbəsi siyahısına daxil etmiş və o, ümumi siyahıda 1185-ci, güzəştli siyahıda isə 655-ci sırada olduğu bildirilmişdir. Həmçinin, cavabdeh, xx.xx.2019-cu il tarixlə qeyd edilən məktubla, mənzil uçotuna götürülmüş zabitlərə kirayəsi üçün ayrılmış kompensasiyanın ödənilməsi ilə bağlı, dəfələrlə edilən müraciətlərə, nəhayət cavab verilərək “...seçilmiş yaşayış yerinə qəldikləri günün 3 aylıqdan müraciət etməlidirlər..”, bununla işarə edir ki, güya iddiaçı, hansısa qanun şərtini pozmuşdur. Lakin, nəzərə alınmalıdır ki, iddiaçı 2011-ci ildən mənzil ilə təmin olunması xahişi ilə, dəfələrlə cavabdehə rəsmi və qeyri-rəsmi edilən müraciətlər etmişdir. Hesab edirlər ki, cavabdeh, iddiaçını və ailə üzvlərini xx.xx.2013-cü il tarixli Sərəncamı ilə Səbail rayonu üzrə mənzil növbəsinə götürsə də, eyni zamanda Nazirlər Kabinetinin 174 saylı xx.xx.2012-ci il tarixli Qərarın şərt və imkanları barədə iddiaçıya heç bir məlumat verməyərək, həmin qanunla müəyyən edilmiş vəzifələrini icra etməmişlər. Cavabdehin dəftərxanasından məlumat eldə edilmişdir ki, iddiaçı ilə ümumiyyətlə 2016-cı ilədək olan bütün məktublaşma Milli Arxiv İdarəsinə təhvil verilmişdir, sonuncu isə, müvafiq sorğuya, xx.xx.2021 -ci il tarixli 11 saylı məktubla bildirmişdir ki,: “..vətəndaşların müvafiq icra strukturlarına ünvanladığı ərizə və sorğular fərdi qaydada Dövlət Arxivinin Bakı filialına təhvil verilmir.” Beləliklə, müəyyən edilmişdir ki, iddiaçının müvafiq rəsmi müraciət yazışma məktubları, həmçinin, qeyd edilən, xx.xx.2011 -ci il tarixli məktubu, cavabdeh tərəfindən qəsdən məhv edilmişdir. Nazirlər Kabinetinin 174 saylı xx.xx.2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarı ilə müəyyən edilmişdir ki, yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə., hər ay 1.1 Bakı şəhərində - 150 manat., və, onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün .. göstərilən məbləqin 50 % miqdarında nağdsız qaydada kompensasiya ödənilir. Beləliklə, iddiaçı və onunla birlikdə yaşayan hər bir ailə üzvü (özü, həyat yoldaşı və 3 uşağı) daxil olmaqla, kompensasiya məbləqi, hər aya görə, özünə - 150 manat, digər 4 ailə üzvlərinin hərəsinə isə - 75 manat, yəni 150 + (75x4)=450 manat təşkil edir. Həmin kompensasiya məbləqi, cavabdeh tərəfindən iddiaçının ev növbəsinə salındığı gündən, yəni, xx.xx.2013-cü il tarixindən hesablanaraq, hazıradək - 75 aya görə, onun kompensasiya məbləği = 33.750 manat təşkil edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmi olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1323/2021 saylı qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də cavabdeh nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının hansı tarixdən götürüldüyü və neçənci sırada olmağı barədə məlumatın verilməsinə dair ərizəsinə baxılmış və bildirilmişdir ki, iddiaçı mənzil növbəsinə alınmağı ilə bağlı 2013-cü il tarixdə müraciət etmiş, Cavabdeh Başçısının 07 noyabr 2013-cü il tarixli, 327 saylı Sərəncamı əsasında ehtiyatda olan hərbçi kimi 5 nəfər ailə tərkibində, ünvan 3 ünvandan, yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon icra hakimiyyətinin nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilmiş, ümumi siyahıda 1185-ci, güzəştli siyahıda 655-ci sıradadır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 03 iyul 2019-cu il tarixli, 6-A- 66-068 saylı məktubdan görünür ki, iddiaçının mənzil ilə təmin olunanadək mənzil kirayə xərcinin ödənilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılmış və bildirilmişdir ki, iddiaçı xx.xx.1999-cu ildən xx.xx.2007-ci il tarixədək SQ xidmət etmiş, 2007-ci ilin dekabr ayında ehtiyata buraxılmış və bundan 6 il sonra 2013-cü ildə mənzil növbəsinə alınmağı ilə bağlı müraciət etmişdir. Cavabdeh başçısının xx.xx.2013-cü il tarixli, 327 saylı Sərəncamı əsasında ehtiyatda olan zabit kimi 5 nəfər ailə tərkibində, ünvan 3 ünvandan, yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların Rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına, eləcə də ehtiyada olan zabitlərin siyahısına daxil edilmişdir. İddiaçıya bildirilmişdir ki, “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 saylı Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlər, gizirlər və miçmanlar, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi ilə bağlı seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından müraciət etməlidirlər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işdə olan 25 oktyabr 2007-ci il tarixli 1821 №li xəstəlik haqqında Şəhadətnamədən görünür ki, N saylı Hərbi Hissə Komandirinin 18 sentyabr 2007-ci il tarixli, 728 saylı Sərəncamına əsasən, MN MHKH terapiya profilli hospitalın hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir. Davranış pozuntuları ilə müşaiyət olunan, mülayim dərəcədə ifadə olunmuş nevrasteniya xəstəliyi hərbi xidmət dövründə alınmışdır. “Xəstəliklər cədvəlinin” 17b maddəsinin İİİ qrafasında və Azərbaycan Respublikası nazirlər Kabinetinin 18 mart 2000-ci il tarixli 48 saylı qərarı ilə təsdiq edilmiş “hərbi həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən dinc dövrdə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı olduğu bqeyd edilmişdir. xx.xx.2007-ci ildən hal-hazıradək müalicədədir. Məhkəmə araşdırması dövründə iddiaçının adına daşınmaz əmlakın qeydə alınıbalınmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********03 saylı məktubdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması dövründə həmçinin iddiaçının adına torpaq sahəsinin ayrılıbayrılmaması, ayrıldığı təqdirdə buna dair sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 09/3-124 saylı məktubdan görünür ki, İddiaçı adına bələdiyyə ərazisində torpaq sahəsinin olmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə araşdırması dövründə həmçinin ehtiyatda olan xx xxxxx 1982-ci il təvəllüdlü İddiaçı hərbi xidmət illəri barədə, həmçinin hərbi xidmətdən ehtiyata buraxılmasının əsasları sorğu əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1/2686 saylı məktubdan görünür ki, Şəxsi Heyət Baş İdarəsində aparılan uçot sənədlərinə əsasən (şəxsi heyət üzrə əmrlər əsasında) ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2003-cü il tarixədək kursant qismində, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək zabit qismində Azərbaycan ordusunda həqiqi hərbi xidmət keçmiş, Müdafiə nazirinin xx.xx.2007-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin V bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Qaradağ rayon hərbi komissarlığına göndərilmişdir. Məhkəmə gedişatı ərəfəsində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh Başçısının 07 noyabr 2013-cü il tarixli 327 saylı Sərəncamında qeyd edilmişdir ki, Bakı şəhəri, Badamdar yolu, 222 saylı evin yaşayış sahəsi 37,9 kv.m., 2 otaqlı 48 saylı mənzilində 2009-cu ildən qeydiyyatda olan, xx.xx.1999-cu ildən xx.xx.2007-ci il tarixdək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş və hərbi xidmətdən xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmış, xx.xx.2009-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail rayon idarəsində hərbi qeydiyyatda olan baş leytenant İddiaçı müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə mənzil növbəsinə götürülməsini xahiş edir. Toplanmış sənədləri, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddələrinin tələblərini və vətəndaş İddiaçı ərizəsini nəzərə alaraq: ehtiyatda olan baş leytenant İddiaçı 5 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı, iki oğlu və qızı ) mənzil növbəsinə götürülərək, yaşayış yeri üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların rayon İcra Hakimiyyəti nəzdindəki ümumi və güzəştli mənzil növbəsi siyahılarına daxil edilsin; Sərəncamın surəti Səbail rayon İHB Aparatının Hüquq şöbəsinə və vətəndaş İddiaçı göndərilsin. - İşdə olan X3 ilə İddiaçı arasında bağlanmış 12 noyabr 2020-ci il tarixli kirayə müqaviləsindən görünür ki, kirayə verən X3 mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 39 kv.metr, yaşayış sahəsi 38 kv.metr, yardımçı sahəsi 1 kv.metr olan 2 otaqlı mənzili xx.xx.2025-ci il tarixədək kirayə vermişdir. İş materiallarından görünür ki, həqiqətən də iddiaçı ehtiyata buraxıldığı zaman 08 ildən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən yaşayış yeri seçilmədiyinin müəyyən olunması əsası ilə müraciəti müsbət həll etməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilərkən «Hərbi xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi düzgün tətbiq edilmədiyindən iddia təmin edilməlidir. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, həmin norma xəstəliyə gərə ehtiyata buraxılmış hərbi qulluqçuların mənzil növbəsinə alınması hüququnu məhdudlaşdırmır. Həmçinin «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li xx.xx.2012-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə araşdırması zamanı Cavabdehndən xx.xx.2019-cu il tarixli 6-A-66-068 saylı cavab məktubunun İddiaçı hansı müraciətinə cavab olması barədə məlumatın və həmin müraciətin surətinin məhkəməyə göndərilməsi sorğu əsasında tələb olunmuş, lakin cavab verilməmişdir. O cümlədən məhkəmə araşdırması dövründə cavabdeh inzibati orqan tərəfindən bu halın əksini sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin qismən təmin edilməli olduğunu belə əsaslandırır ki, iddiaçı cavabdeh tərəfindən onun ev növbəsinə salındığı gündən, yəni, xx.xx.2013-cü il tarixindən hesablanaraq, 33.750 manat kompensasiya məbləğinin onun hesabına nağdsız ödənilməsini tələb etsə də, lakin məhkəmə araşdırması zamanı iddiaçı inzibati orqana sözügedən tələblə bağlı müraciətinin dəqiq vaxtının müəyyən edilməsinə dair sübutlar təqdim edilməmiş, o cümlədən məhkəmə araşdırması zamanı bu halı təsdiq edən sübutların mövcud olması işin araşdırılan halları ilə müəyyən edilməmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil növbəsinə götürülməsinə dair cavablandırdığı imtina məktubunda göstərilənlərdən müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət etmiş və inzibat orqan tərəfindən onun müraciəti təmin edilmiş, buna müvafiq olaraq sərəncam verilmişdir. Belə olan halda məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı inzibati orqana müraciət etdiyi tarixindən hesablanaraq kirayə pulunun verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏRARA ALDİ:
İddia qismən təmin edilsin. İddiaçı inzibati orqana müraciət etdiyi tarixindən hesablanaraq kirayə pulunun verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fərid Mədətli