Məhkəmə qərarları › İş №2-1(112)-1324/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1324/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1324/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı və digər iddiaçıların qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı, X7 və X8 cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu və övladları olan X19 ilə X8 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22 Dağlıq küçəsi, 10/18A-da yerləşən yaşayış sahəsinə qeydiyyata alınması öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçılar məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, onlara yəni, İddiaçı, X19na və X10 verilmiş şəxsiyyət vəsiqələrinin ünvan hissəsində olan məlumata düzəliş edilməsi və ünvanlarının ünvan 1 kimi qeyd olunmaqla, yeni şəxsiyyət vəsiqələrinin verilməsi öhdəliyinin cavabdeh- Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi 10/18A-da övladları olan X19 və X20 ilə yaşayır. Həmin evi onun qaynatası X11 tikmişdir. Qayınatası 11.11.2017-ci il tarixdə ölmüşdür. Qayınatası vəfat edənə qədər qeyd etdiyi ünvanda qeydiyyatda olmuşdur. Hal-hazırda o, övladları ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatdadırlar. Həmin yaşayış sahəsinə onları Binəqədi rayon polis idarəsi səhvən qeydiyyata almışdır. O, övladları ilə birlikdə ünvan 4 ünvanına aid olan ev kitabında qeyd olunublar. Buna dair Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsindən onlara 05.05.2021-ci il tarixli arayış təqdim edilmişdir. O, Binəqədi rayon Polis İdarəsinə rəsmi müraciət edərək, onun və övladlarının səhvən qeydiyyata alınmış ünvandan çıxardıb. ünvan 6a yerləşən yşayış sahəsinə qeydiyyata alınmasını xahiş etmişdir. Ordan ona 07.06.2021-ci il tarixli imtina məktubu gələrək məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 25 iyun 2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqanın iddiaya dair münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İPM-nin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən inzibati mübahisəyə dair bir vahid (eyni) qərarın bütün prosessual həmiştirakçılar haqqında qəbul edilməli olduğu hallarda və ya prosessual həmiştirakçılığın başqa əsaslara görə zəruri olduğu hallarda, prosessual həmiştirakçılardan hər hansı biri məhkəmə iclasına gəlmədikdə və ya müəyyən olunmuş prosessual müddəti buraxdıqda, məhkəmə iclasında iştirak edən və ya prosessual müddətə əməl edən digər həmiştirakçılar onları təmsil etmiş sayılır. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; Bakı şəhəri Binəqədi rayon VVAQ söbəsi tərəfindən verilmiş 05.10.2007-ci il tarixli AZ-İ seriyalı 360469 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X21 ilə İddiaçı 05.10.2007-ci il tarixdə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2007-ci ilin 10cu ayının 05-ci günündə 1177 nömrəsi ilə qeydə alınmışdır. “Asan 3” tərəfindən 08.10.2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1980-ci ildə Ermənistan, Ararat rayonunda doğulmuş İddiaçı ünvan 7 ünvanında; AZE seriyalı 15816375 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən isə müəyyən olunur ki, 27.09.1956-ci ildə Bakı şəhərində doğulmuş X21 ünvan 8 ünvanında qeydiyyatdadırlar. “Asan 3” tərəfindən müvafiq olaraq 06.04.2016-cı il və 19.08.2018-ci il tarixlərdə verilmiş AZE 12989683 və AZE 12001929 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, 27.03.2009-cu il təvəllüdlü X19 və X20 ünvan 9 ünvanında qeydiyyatdadırlar. 1 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli İİ seriyalı 168305 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 09.10.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 11-ci ayının11-ci günündə 1814 nömrəsi ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə Nümayəndəsi tərəfindən verilmiş 03.05.2021-ci il tarixli 1247 №li arayışda (surətində) qeyd olunmuşdur ki, mərhum X11 Bakı şəhəri, Binqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi 10/18 saylı evdə pasport qeydiyyatında olmuşdur. O, 09.10.2017-ci ildə vəfat etmişdir. X2 oğlu X21, gəlini İddiaçı, nəvəsi X20, nəvəsi X19 nümayəndəlikdə olan ev kitabına əsasən 22-ci Dağlıq küçəsi, ev 10/18A ünvanında qeydiyyatdadırlar. Bakı şəhəri Binəqədi rayon icra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə Nümayəndəsi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli 1293 saylı arayışda qeyd olunmuşdur ki, İddiaçı və onun övladlarının şəxsiyyət vəsiqəsində qeyd olunan 22-ci Dağlıq küçəsi, ev 18A ünvanı nümayəndəlikdə olan ev kitabında Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, ev 10/18a (10a/18a) kimi qeyd olunmuşdur. Eyni zamanda iş üzrə tədqiq olunmuş 06.05.2021-ci il tarixdə verilmiş Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı, X12, X22, Cəfərov Heydər elçin oğlu, X20, X19, X13, X14, X5, X6, Cəfərova sevda Soltan qızı, X9, Cəfərov elçin Heydər oğlu, X3, X4, X15,X1 ünvan 7 ünvanında qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri, Binəqədi rayon polis idarəsi tərəfindən verilmiş 07.06.2021-ci il tarixli 059-18693M saylı cavab məktubunda qeyd edilmişdir ki, onun və ailə üzvlərinin QMB-nin arxivində saxlanılan Forma 1 (fərdi uçot kartoçkasfnda) ünvan şəxsiyyət vəsiqəsində olduğu kimi qeyd edilib. Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat" haqqında Qanunun tələblərinə əsasən onların şəxsiyyət vəsiqəsində səhvin düzəlməsi imkanları xaricindədir. Nəzərlərinə çatdırırlar ki, bu məsələ ilə bağlı onun məhkəmə orqanlarına müraciət etmək hüququ var. Məhkəmənin müvafiq sorğularına cavab olaraq: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli **********86 saylı məktubunda qeyd olunmuşdur ki, ünvan 13 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 14.10.2021-ci il tarixli 018-1329-1221 saylı məktubunda qeyd olunmuşdur ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı 11.06.2009-cu il tarixdən hal-hazıradək ünvan 14 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Qeyd olunan şəxsin qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 20.10.2021-ci il tarixli 059-39119-1221 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı 11.06.2009-cu il tarixdən ünvan 15 ünvanında qeydiyyatdadır. Bildirirlər ki, qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün ona təqdim olunması imkanları xaricindədir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra—şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyriməhdud müddətə verilir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya şəxsiyyət vəsiqəsi, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud vəsiqənin üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirildikdə, şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Bu maddənin ikinci hissəsində göstərilən hallardan biri baş verdikdən sonra vətəndaş şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün bir ay müddətində vəsiqəni verən orqana müraciət etməlidir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.29-ci bəndində əsasən bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.29.1. vətəndaşın yaşadığı yer və boyu barədə məlumat — vəsiqə verən orqan; Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. İş materiallarından müəyyən olunur ki, “Asan 3” tərəfindən 08.10.2015-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində xx.xx.1980-ci ildə Ermənistan Ararat rayonunda doğulmuş İddiaçı; Bakı şəhəri Nəsimi RPİ tərəfindən 06.04.2016-cı il tarixdə verilmiş AZE 12989683 nömrəli şəxsiyyət vəsiqəsində 27.03.2009-cu il tarixdə Bakı şəhərində doğlumuş X7; “ASAN 3” tərəfindən 19.08.2018-ci il tarixdə verilmiş AZE 12001929 saylı şəxsiyyət vəsiqəsində 07.10.2013-cü il tarixdə Bakı şəhərinə doğulmuş X8 “yaşayış yeri” bölməsində qeyd olunmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi, ev 10/18A qeyd olunmalı olduğu halda, şəxsiyyət vəsiqələrinin “yaşayış ünvanı” bölməsində səhv olaraq ünvan 15 kimi qeyd olunmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “Asan 3” tərəfindən 08.10.2015-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində xx.xx.1980-ci ildə Ermənistan Ararat rayonunda doğulmuş İddiaçı; Bakı şəhəri Nəsimi RPİ tərəfindən 06.04.2016-cı il tarixdə verilmiş AZE 12989683 nömrəli şəxsiyyət vəsiqəsində 27.03.2009cu il tarixdə Bakı şəhərində doğlumuş X7; “ASAN 3” tərəfindən 19.08.2018-ci il tarixdə verilmiş AZE 12001929 saylı şəxsiyyət vəsiqəsində 07.10.2013-cü il tarixdə Bakı şəhərinə doğulmuş X8 “yaşayış ünvanı” bölməsində qeyd olunmuş ünvan 17 ünvanı, ünvan 18vanına düzəliş edilməklə, yeni şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. “Asan 3” tərəfindən 08.10.2015-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsində xx.xx.1980-ci ildə Ermənistan Ararat rayonunda doğulmuş İddiaçı; Bakı şəhəri Nəsimi RPİ tərəfindən 06.04.2016-cı il tarixdə verilmiş AZE 12989683 nömrəli şəxsiyyət vəsiqəsində 27.03.2009-cu il tarixdə Bakı şəhərində doğlumuş X7; “ASAN 3” tərəfindən 19.08.2018-ci il tarixdə verilmiş AZE 12001929 saylı şəxsiyyət vəsiqəsində 07.10.2013-cü il tarixdə Bakı şəhərinə doğulmuş X8 “yaşayış ünvanı” bölməsində qeyd olunmuş ünvan 17 ünvanı, ünvan 18vanına düzəliş edilməklə, yeni şəxsiyyət vəsiqələrinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon polis idarəsinə həvalə olunsun Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar