Məhkəmə qərarları › İş №2-1(112)-13250/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13250/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13250/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamə verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum haqqında təkrar şəhadətnamə verilməsi (doğum haqqında şəhadətnamənin bərpa edilməsi) və həmin şəhadətnamənin “Vətəndaşlıq vəziyyəti akt”larının reyestri xidmətinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini 1982-ci ildə başa vurduqdan sonra hərbi xidmətə getmişdir. Müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikasında yaşamışdır. Lakin indiyə qədər müvafiq səbəbdən Azərbaycan Respublikasına məxsus şəxsiyyət vəsiqəsi ala bilmir. Şəxsiyyət vəsiqəsi ücün ASAN Xidmətə müraciət edən zaman adının müvafiq sistemdə olmadığını bildirmişlər. Bu məqsədlə təkrar doğum haqqında şəhadətnamə almaq üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-16-5/8-4xx/xx-2023 saylı məktubla bildirilmişdir ki, doğum aktı qeydində düzəlişin aparılması, şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı məhkəməyə müraciət etməlidir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2 (004)-3341/2023 nömrəli 14 iyun 2023-cü il tarixli qərardadı ilə vətəndaşlıq vəziyyəti aktlarınında yol verilən səhvlərin və başqa qeyd olunan halların həmin orqanlar tərəfindən düzəldilə bilər qənaətinə gələrək iddia ərizəsini əlavə olunan sənədlərlə birlikdə geri qaytarmışdır. Məhkəmənin həmin qərardadını əsas tutaraq şəxsiyyət vəsiqəsi almaq üçün təkrar doğum şəhadətnaməsinin verilməsi və həmin sənədin müvafiq sistemdə yerləşdirilməsi məqsədi ilə yenidən Cavabdehnə müraciət etmişdir. Cavabdeh 26 iyul 2023-cü il tarixli 3-16-5/8-873/15/23 saylı məktubu ilə xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmağı barədə doğum haqqında şəhadətnamənin 15 oktyabr 1965-ci ildə 156 saylı akt ilə Cavabdeh tərəfindən qeydə alındığını və ona A3B 135278 saylı doğum haqqında şəhadətnamə verildiyini təsdiq etmiş, lakin bu barədə qeyd aktının “Vətəndaşlıq vəziyyəti akt”larının reyestri xidmətində aşkar edilmədiyini bildirmişdir. Başqa sözlə onun doğum haqqında şəhadətnaməsinin bərpa edilməsindən imtina etmişdir. Milli mənsubiyyəti azərbaycanlı olduğu halda ondan asılı olmayan səbəbdən şəxsiyyət vəsiqəsi ala bilmir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-16-5/8-873/15/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, doğum haqqında şəhadətnamə xx.xx.1965-ci il tarixdə 156 saylı akt ilə Cavabdeh tərəfindən qeydə alınmış və A3B 135278 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin doğum haqqında akt qeydi Yasamal rayonu qeydiyyat şöbəsində və “Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti”ndə aşkar edilməmişdir. Azərbaycan Respublikasının “Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən, şəxsiyyətini təsdiq edən sənədi təqdim etməyi üçün doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmişdir. Cavabdeh şəxsiyyətin müəyyən edilməsi və şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görür. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-16-5/8-440/15/23 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün həmin qeydin əvvəllər olmasını təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikasının “Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir, itmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən Cavabdeh doğum akt qeydinin bərpa edilməsi, bərpa edildikdən sonra şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi üçün aidiyyətı üzrə məhkəməyə müraciət etməyi məsləhət görür. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətə dair ******* saylı bildirişə əsasən İddiaçı müraciəti ilə əlaqədar sorğunun qeydiyyata alındığı vaxtdan etibarən nəticəsi ilə əlaqədar 20 gün müddətində (xx.xx.2023-cü il tarixədək) müvafiq sənədin hazır olacağı barədə məlumatlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilmiş ******* saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 50067/m nömrəli xx.xx.2023-cü il tarixli müraciətinə baxılaraq onun Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş AZ seriyalı ******* saylı xx.xx.1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 156 nömrə ilə qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş AZB seriyalı 135278 saylı xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğum akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 156 nömrə ilə qeyd edilmişdir. Doğum akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 156 nömrə ilə qeyd edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş AA seriyalı, 390943 nömrəli Azərbaycan Respublikasının sürücülük vəsiqəsində iddiaçının doğum tarixi xx.xx.1694-cü il adı isə X1 qeyd edilmişdir. (etibarlılıq müddəti xx.xx.2001-xx.xx.2011) İddiaçı tərəfindən təqdim edilmiş НЗ seriyalı, ******* saylı Hərbi biletdə iddiaçının doğum tarixi xx.xx.1964-cü il adı isə X1 qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3341/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı adların eyni şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. İddiaçı inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/8-39xx/xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, vətəndaşa xx.xx.1965-ci il tarixdə 156 saylı akt ilə Cavabdeh tərəfindən A3B 135278 №-li doğum haqqında şəhadətnamə verilməsinə baxmayaraq, doğum haqqında akt qeydi Cavabdehndə və “Vətəndaşlıq vəziyyəti aktlar”ının reyestri xidmətində aşkar edilməmişdir. Bu səbəbdən doğum haqqında akt qeydinin surətini göndərilməsi imkan xaricindədədir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-16-5/8-4004/3/2023 saylı xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, doğum haqqında şəhadətnamə xx.xx.1965-ci il tarixdə 156 saylı akt ilə Yasamai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış və A3B 135278 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Lakin doğum haqqında akt qeydi Yasamal rayonu qeydiyyat şöbəsində və “Vətəndaşlıq vəziyyəti aktlar”ının reyestri xidmətində aşkar edilməmişdir. Azərbaycan Respublikasının “Vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Göstərilənlərə əsasən şəxsiyyəti təsdiq edən sənəd təqdim edilmədiyi üçün doğum haqqında şəhadətnamənin bərpa edilməsindən imtina edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırda iddia tələbi doğum haqqında təkrar şəhadətnamə verilməsi (doğum haqqında şəhadətnamənin bərpa edilməsi) və həmin şəhadətnamənin “Vətəndaşlıq vəziyyəti akt”larının reyestri xidmətinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması- doğum akt qeydinin bərpasına dair iddiadır. Məhkəmə qeyd edir ki, iddiaçının özünə aid olduğunu bildirərək təqdim etdiyi sənədlərdə onun adı müxtəlif formalarda – X2, İddiaçı kimi, doğum tarixi kimi isə fərqli tarixlər – xx.xx.1964-cü və xx.xx.1964-cü illər göstərilmişdir. Həmçinin iddiaçının özü tərəfindən AZ seriyalı ******* saylı xx.xx.1965-ci il tarixli və AZB seriyalı 135278 saylı xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamələr təqdim edilmiş, hər iki sənəddə onların verilməsi üçün əsas kimi cavabdeh qurumda mövcud olmayan xx.xx.1965-ci il tarixli 156 nömrəli doğum akt göstərilmişdir. Belə olan halda iddiaçının təqdim etdiyi sənədlərdə olan uyğunsuzluqlar onun tərəfindən təqdim edilmiş iki müxtəlif vaxtlarda müxtəlif adlarla verilmiş şəhadətnəmələrin mötəbərliyinə şübhə yaradır. Bununla əlaqədar məhkəmənin xx.xx.1967-ci il tarixli 156 saylı doğum akt qeydinin və eləcə də, iddiaçının adına hər hansı doğum akt qeydinin olub-olmaması barədə məlumatın olduğu təqdirdə həmin sənədlərin lazımi qaydada təsdiq olunmuş surətlərinin tələb edilməsinə dair sorğusuna cavab olaraq cavabdeh tərəfindən iddiaçının adına doğum akt qeydinin mövcud olmaması bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh qurumda iddiaçıya dair doğum akt qeydinin mövcud olmaması onun iddiaçının tələbi əsasında bərpasını da mümkünsüz edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 nömrəli Qərarının 4-cü bəndində qeyd olunur ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinin tələbində əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı öz məqsədinə yaşadığı yer üzrə ümumi məhkəməyə “hüquqi əhəmiyyəti olan (doğumun qeydə alınması) faktın müəyyən edilməsi haqqında” ərizə ilə müraciət etməklə nail ola bilər. Odur ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar