Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1326/2021 09.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı “dövlət özəlləşdirmə çeklərinin əvəzində pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası qanununda nəzərdə tutulmuş qaydada 20 (iyirmi) min manat təzminat öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, özəlləşdirmə çeki əvəzinə 20 (iyirmi) min manat pulun ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, müharibə veteranıdır və ikinci qrup əlildir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1996-cı il tarixli 450 nömrəli Fərmanına uyğun olaraq dövlət özəlləşdirmə payı (çeki) vətəndaşlara verilmişdir. Lakin o, həmin çeki almadığı üçün cavabdeh orqana müraciət edərək ona həmin özəlləşdirmə paylarının (çeklərinin) əvəzinə pul vəsaitinin verilməsini xahiş etmişdir. Ona yazılı formada cavabdeh tərəfindən cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin əsasnaməsində və digər qanunvericilik aktlarında vətəndaşlara dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzinə pul vəsaitinin verilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Onun özəlləşdirmə paylarını (çeklərini) almaq hüququnu cavabdeh kobud surətdə pozmuşdur. O, əvvəllər elə bilirdi ki, özəlləşdirmə çekini hərbi qulluqçulara vermirlər, yalnız mülki şəxslərə verirlər. Ona görə də özəlləşdirmə çekini almamışdır, hazırda isə onun əvəzinə pul tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” xx xxxx 1996-cı il tarixli 450 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi haqqında” xx xxxxxx 1996-cı il tarixli 174 nömrəli Qərarına əsasən Dövlət Əmlak Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanının, Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Əmanət Bankının nümayəndələrindən ibarət komissiyalar tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında 1997-ci il martın 1-dən 1997-ci il avqustun 16-dək əhaliyə dəyəri ödənilmədən pasportlarında xüsusi qeydiyyat aparılaraq dövlət özəlləşdirmə çekləri paylanmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxx 2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin Əsasnaməsində və digər qanunvericilik aktlarında Xidmətin vətəndaşlara dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzində pul vəsaitinin verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********33 saylı məktubda qeyd olunur: Sizin tərəfinizdən alınmamış dövlət özəlləşdirmə paylarının (çəklərinin) əvəzində pul vəsaitinin verilməsi barədə xx.xx.2020-ci il tarixli müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətində baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin Əsasnaməsi”ndə və digər qanunvericilik aktlarında Xidmətin vətəndaşlara dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzində pul vəsaitinin verməsi səlahiyyəti nəzərdə tutulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********98 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” xx xxxx 1996-cı il tarixli 450 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi haqqında” xx xxxxxx 1996-cı il tarixli 174 nömrəli Qərarına əsasən Dövlət Əmlak Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanının, Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Əmanət Bankının nümayəndələrindən ibarət komissiyalar tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında 1997-ci il martın 1-dən 1997-ci il avqustun 16-dək əhaliyə dəyəri ödənilmədən pasportlarında xüsusi qeydiyyat aparılaraq dövlət özəlləşdirmə çekləri paylanmışdır. Müraciətinizlə bağlı bildiririk ki, X1 dövlət özəlləşdirmə paylarını alıb-almaması barədə X4 Xidmətində məlumat yoxdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxx 2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli **********40 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” xx xxxx 1996-cı il tarixli 450 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi haqqında” xx xxxxxx 1996-cı il tarixli 174 nömrəli Qərar verilmişdir. Bu Qərara əsasən Dövlət Əmlak Nazirliyinin, yerli İcra Hakimiyyəti orqanının, Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Əmanət Bankının nümayəndələrindən ibarət komissiyalar yaradılmış və komissiyalar tərəfindən Azərbaycan Respublikasının şəhər və rayonlarında 1997-ci il mart ayının 1-dən 1997-ci ilin avqust ayının 16-dək əhaliyə dəyəri ödənilmədən pasportlarında xüsusi qeydiyyat aparılmaqla dövlət özəlləşdirmə çekləri paylanılmışdır. X1 dövlət özəlləşdirmə çeklərini alıb- almaması barədə X4 Xidmətində məlumat yoxdur. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində istifadənin təmin olunması sahəsində əlavə tədbirlər haqqında” xx xxxxxx 2009-cu il tarixli 202 nömrəli Fərmanı ilə dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatmışdır. “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 450 nömrəli Fərmanının 2-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) Azərbaycan Respublikasının hər bir vətəndaşına Azərbaycan Respublikasına məxsus dövlət mülkiyyətinin bir hissəsinin əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır. Azərbaycan Respublikasının hər bir vətəndaşı 4 (dörd) çekdən ibarət 1 (bir) dövlət özəlləşdirmə payı almaq hüququna malikdir. Həmin Fərmanın 3-cü bəndinə əsasən dövlət özəlləşdirmə paylarının (çeklərinin) Azərbaycan Respublikasının vətəndaşlarına verilməsinin 1996-cı il avqustun 1-dən başlanması və 1996-cı il oktyabrın 1-dək başa çatdırılması qərara alınmışdır. Həmin Fərmanın 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət X3 üzrə Dövlət Komitəsinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) hazırlanmasını, dövriyyəyə buraxılmasını təmin etmək üçün lazım olan bütün təşkilati tədbirləri həyata keçirməsi həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 25 mart tarixli, 450 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları (çekləri) haqqında Əsasnamə”nin: 1-ci bölməsinin 1-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) dövlət mülkiyyətində olan əmlakın bir hissəsinin Azərbaycan Respublikası vətəndaşlarına əvəzsiz olaraq verilməsini təmin edən qiymətli kağızdır; 1-ci bölməsinin 2-ci bəndinə əsasən dövlət özəlləşdirmə payları (çekləri) satıla, bağışlana, girov qoyula, irsən verilə və Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş digər formalarda özgəninkiləşdirilə bilər; 3-cü bölməsinin 2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları, hərbi hissələrin komandanlığı və müvafiq dövlət orqanları tərəfindən tərtib olunmuş siyahılar Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə təqdim edilir. Bu Əsasnamədə müəyyən edilmiş qaydada tərtib edilmiş siyahılara uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi dövlət özəlləşdirmə payları (çekləri) almaq hüququ olan Azərbaycan Respublikasının hər bir vətəndaşına həmin payların dövriyyəyə buraxıldığı gündən etibarən özünün yerli şöbələri vasitəsilə verilməsini təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin Əsasnaməsi”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidməti (bundan sonra - Xidmət) dövlət X3, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində (bundan sonra müvafiq sahə) dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olan qurumdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, dövlət özəlləşdirmə payları (çekləri) qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq paylanmışdır və dövlət özəlləşdirmə çeklərinin tədiyyə vasitəsi kimi istifadə müddəti başa çatmışdır. Hazırda iddiaçı həmin özəlləşdirmə çeklərini almadığını bildirməklə həmin çeklərin əvəzinə pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Lakin həm “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinin Əsasnaməsi”ndə, həm də digər qanunvericilik aktlarında cavabdehin dövlət özəlləşdirmə paylarının (çeklərinin) əvəzində pul vəsaiti verməsi vəzifəsi nəzərdə tutulmamışdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçı dövlət özəlləşdirmə paylarını (çeklərini) özünün təqsiri nəticəsində almadığını bildirir, iddiaçı dövlət özəlləşdirmə paylarını (çeklərini) cavabdeh inzibati orqanın təqsiri nəticəsində almadığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X4 Xidmətinə qarşı “dövlət özəlləşdirmə çeklərinin əvəzində pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1326/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1326/2021
09.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver