Məhkəmə qərarları › İş №2-1(112)-1326/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1326/2022

04.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1326/2022 04.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 (Məhkəmə mübahisələri üzrə iş şöbəsinin böyük mütəxəssisi, Balakən rayonu, Tülü ərazi dairəsi, Tülü kəndində qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın yenidən hesablanması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh orqanın hərəkətsizliyinin qanunsuz və əsassız sayılması, iddiaçıya pensiya hüququnun yarandığı gün, yəni 52 yaşının tamam olduğu 13.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12.10.2021-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən dəftərxana vasitəsilə ərizə ilə məhkəməyə müraciət etmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən ödənilməyən 13.03.2016-cı il tarixindən 29.04.2018-ci il tarixinədək pensiyanın hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edəndən sonra, cavabdeh tərəfindən ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir, lakin pensiyanın məbləği hüququnun yarandığı 13.03.2016-cı ildən deyil, müraciət etdiyi 27.04.2021-ci il tarixdən 3 il əvvəlki, yəni 29.04.2018-ci il tarixdən hesablanmışdır. Halbuki, o, cavabdehə müraciətində, 52 yaşından pensiya təyin edilməsini və həmin dövrlərin pensiya məbləğinin hesablanaraq mənə ödənilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7728/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, ona 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsininə dair 27.04.2021-ci il tarixdə tələb olunan sənədlərlə birlikdə cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun ərizəsini 27.04.2021-ci il tarixində almış, lakin üstündən 35 gündən çox vaxt keçsə də heç bir cavab verməmişdir. İddiaçıya 01.01,2006-cı il tarixədək qüvvədə olan X1 haqqında Qanuna əsasən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Çünki tələb olunan 10 il xüsusi, 20 il ümumi stajı 01.01.2006-cı il tarixinədək qazanmışdır. İddiaçı onun 1 nömrəli siyahı üzrə ən azı 10 il, ümumi isə 20 il sığorta stajının olmasına əsaslanaraq ona 52 yaşından pensiya təyin edilməlidir. İddiaçı bildirir ki, o, xx.xx.1964-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 26.08.1981-ci il tarixdə M.Əzizbəyov adına X4 Ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olaraq, 26.07.1986-cı ildə Geoloji-kəşfiyyat fakültəsinin “Hidrogeologiya və mühəndis geologiyası” ixtisası üzrə tam əyani kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 1986-cı il tarixli qərarı ilə Dağ mühəndisi hidrogeoloq ixtisası verilərək adına HB seriyalı 009660 nömrəli Diplom verilmişdir. İddiaçıya məxsus HT-İ № ******* nömrəli, 27 yanvar 1987-ci il tarixli əmək kitabçasının və iş yerindən verilən 27.04.2021-ci il tarixli arayışın məlumatlarına əsasən: 27.01.198-ci ildən 1989-cu ilədək təhlükəsizlik texnikası üzrə köməkçisi, 26.02.1989-cu ildən 10.07.1989-cu ilədək təhlükəsizlik texnikası üzrə mühəndis, 26.02.1989-cu ildən 10.07.19S9-cu ilədək “Şelf-3” X5 4-cü dərəcəli qazmaçı köməkçisi, 10.07.1989-cu ildən 01.11.1990-cı ilədək “Şelf-3” X5 5-ci dərəcəli qazmaçı köməkçisi, 02.11.1990-cı ildən 11.04.1991-ci ilədək Kooperativdə ayaqqabı üzü biçən çəkməçi, 13.04.1991-ci ildən 20.01.1994-cü ilədək “60 il Oktyabr” X5 5-ci dərəcəli qazmaçı, 20.01.1994-cü ildən 01.11.1999-cu ilədək Qazma Qurğusunda 5-ci dərəcəli qazmaçı köməkçisi, 01.11.1999-cu ildən 11.12.2000-ci ilədək “Xəzər-5” Qazma Qurğusunda 5-ci dərəcli xidmət üzrə çilingər, 11.12.2000-ci ildən 03.12.2001-ci ilədək “Xəzər-4” X5 12-ci dərəcli buruq ustası, 04.12.2001-ci ildən 11.02.2008-ci ilədək "xxxx" MMC-də su təminat qurğuları üzrə mühəndis-texnik peşələrində işləmişdir. İddiaçıya məxsus ******* nömıəli, 25 noyabr 1999-cu il tarixli ikinci əmək kitabçasının və iş yerindən verilən 20 nömrəli, 19.04.2021-ci il tarixli arayışın məlumatlarına əsasən, iddaiaçı 25.11.1999-cu ildən 31.10.2014-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunda mühəndis vəzifəsində işləmişdir. Yuxarıda göstərilən peşələr, yəni 26.02.1989-cu ildən 01.11.1999-cu ilədək işlədiyi qazmaçı köməkçisi, 01.11.1999-cu ildən 11.12.2000-ci ilədək işlədiyi qazmaçı köməkçisi, 01.11.1999-cu ildən 11.12.2000-ci ilədək işlədiyi xidmət üzrə çilingər, 11.12.2000-ci ildən 03.12.2001-ci ilədək işlədiyi buruq ustası peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li Siyahısı”nın X bölməsində Neftin qazılması və qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz kondensatı, kömür və şiştin kömür və şistin emalında şirf 1100000a-11297 neft və qaz və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçılan, şirf 1100000a-18497 buruqlara xidmət üzrə çilingərlər, şirf 1100000b-23196 buruqların ustaları və onların köməkçiləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Beləliklə 01.01.2006-cı il tarixədək iddiaçının aldığı əyani təhsillə birlikdə ümumi iş stajı 25 il təşkil edir. Həmin 25 il stajın 12 il, 3 ay, 25 günü zərərli sahələrə aiddir. Bu zərərli sahələrdə işlədiyinə görə, ona güzəştli şərtlərlə yaşa görə 52 yaşından, yəni 13.03.2016-cı il tarixdən əmək pensiyası təyin edilməlidir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğundan rədd rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirak olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti məhkəmə sorğu əsasında cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə tərəfindən tədqiq edilmişdir. İş materiallarına əlavə edilmiş AZE№******** saylı şəxsiyyət vəsiqəsinin surətndən görünür ki, İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. Pensiya işinə əlavə edilmiş əmək pensiyasının təyin edilməsi haqqında 028510 saylı, 17.08.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı 13.03.2016-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə (ümumi iş stajı 23 il, 3 ay, 19 gün (01.06.2006-dək) güzəştli iş stajı 11 il, 2 ay, 15 gün) 385,48 manat əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında 30.08.2021-ci il tarixli, 028510 saylı qərardan görünür ki, İddiaçı 13.03.2016-cı il tarixdən təyin edilmiş pensiya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən yenidən hesablanaraq, 385,48 manat məbləğində müəyyən edilmiş, 29.04.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək ötən dövrlər üzrə alınmamış pensiya məbləği hissə-hissə aylıq ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçıya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli Qərarına müvafiq olaraq hüququnun 03 mart 2016-cı il tarixdə yaranmasına baxmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 5 il sonra 27 aprel 2021-ci il tarixdə müraciət etməsinin səbəbləri barədə məlmatın məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq iddaçı tərəfindən təqdim edilən 01 mart 2022ci il tarixli ərizədə iddiaçı 52 yaşının tamam olduğu 13.03.2016-cı il tarixdə DSMF-nun Nərimanov rayon şobəsinə yaxınlaşdığını, orada ona məxsus əmək kitabçasına, şəxsiyyət vəsiqəsinə və digər sənədinə baxaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa gorə əmək pensiyasının təyin edilməsinin 01.01.2006-cı il tarixli qanunla ləğv edildiyi, mövcud qanunvercilikdə hazırda kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnn 57 yaşdan nəzərdə tutulduğu, 57 yaşının tamam olduğu təqdirdə yenidən müraciət etməsi, 2021-ci ilin təxminən may-aprel aylarında Bakı şəhəri, Ziya Bünyadov prospekti 43 ünvanında yerləşən 1 saylı DOST mərkəzinə müraciət etdiyini, lakin müraciətinin təmin edilməsindən imtina edildiyi bildirilmişdir. İddiaçı ərizədə həmçinin bildirmişdir ki, tanışlardan 52 yaşdan pensiyaya çıxmaq mümkün olduğunu eşitmiş və buna müvafiq olaraq ona da 52 yaşdan pensiya təyin edilməsi üçün cavabdeh inzibatı orqana müraciət etmişdir. İnzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyindən 35 gündən sonra məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etdikdən sonra iddiaçıya 29.04.2021-ci il tarixindən 52 yaşdan yaşa görə əmək pensiyası təyin edilmiş son 3 ilin pensiyası hesablanmış, lakin qalan dövrlərin pensiyası nəzərə alınmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın (2019-cu ilin may ayına kimi DSMF-nun Nərimanov rayon şöbəsinin) ucbatından pensiyaya vaxtında çıxa bilməmişdir. Bundan əlavə, iddiaçı pensiya hüququnun qanuna edilmiş dəyişikliyədək, yəni 13.03.2016-cı ildə yaranmış, son 3 ilin ödənilməsi isə 01.07.2017-ci ildə qüvvəyə minmişdir. Beləliklə 13 mart 2016-cı il tarixdən təyin olunan, lakin verilməsi iddiaçının müraciət etdiyi tarixdən 3 il geriyə olan dövrün hesablanıb ödənilməli olmasından narazı qalan iddiaçının dəlillərini əsaslı saymayan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı pensiya təyin olunması ilə bağlı ilk dəfə 27.04.2021-cı il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciətinə cavab verilmədiyindən iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona pensiya hüququnun yarandığı, 52 yaşının tamam olduğu 13.03.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb birdəfəlik ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə gedişatı dövründə cavabdeh inzibati orqan tərəfindən 17 avqust 2021ci il tarixli qərar əsasında iddiaçıya 52 yaşının tamam olduğu 13 mart 2016-cı il tarixdən pensiya təyin edilmiş, sonradan 028510 №li pensiyanın yenidən hesablanması haqqında Qərara görə iddiaçının müraciət etmiş olduğu 29 aprel 2021-ci il tarixdən 3 il geriyə olan dövr hesablanmaqla iddiaçıya təyin olunan pensiya məbləğinin üzərinə gəlməklə ödənilməyə başlanıldığı müəyyən edilmişdir. Göründüyü kimi məhkəmə araşdırması dövründə iddiaçı tərəfindən inzibati orqana nə vaxt müraciət etdiyi vaxt araşdırılmış, iddiaçı tərəfindən 52 yaşının tamam olduğu 13.03.2016-cı il tarixdə DSMF-nun Nərimanov rayon şobəsinə yaxınlaşdığı qeyd edilsə də, lakin buna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən pensiya işinin tədqiqi zamanı iddiaçının ilk dəfə inzibati orqana 27 aprel 2021-ci il tarixli müvafiq ərizə ilə müraciət etməsi öz təsdiqini tapmışdır. Məhkəmə iddiaçının 13 mart 2016-cı il tarixdən 29 aprel 2018-ci il tarixədək olan dövr üzrə pensiya məbləğinin hesablanıb ona verilməli olmasına dair arqumentinə münasibət bildiərək qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olduğundan, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğundan, iddiaçının müraciətindən əvvəlki üç ildən əvvələ olan dövr üçün pensiya hesablanması barədə dəlili əsassızdır və hesablana bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli Qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Kollegiya nəticədə qərara almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 23 sentyabr 2021-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “Həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən (8 oktyabr 2020-ci il tarixli) qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarına istinadən işin faktiki halı ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmış, iddiaçı həmin vaxta qədər bununla bağlı cavabdehə müraciət etməmiş (müraciət etdiyi təqdirdə buna dair sübutları məhkəməyə təqdim etməmişdir), cavabdeh iddiaçıya pensiyanı 52 yaşının tamam olduğu 16 mart 2016-cı il tarixdən təyin olunaraq, müraciət etmiş olduğu 29 aprel 2021-ci il tarixdən 3 il geriyə olan dövrü hesablamış, arada olan fərqi təyin olunan pensiya məbləğinin üzərinə gəlməklə ödəməyə başlamışdır. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçıya təyin olunan pensiyanın 13.03.2016-cı il tarixindən 29.04.2018-ci il tarixinədək hesablanaraq ödənilməsi tələbi əsaslı olmadığından iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar