Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13262/2025 18.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra iddiaçı) məxsus ******* nömrəli Hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 19-20 səhifədəki qeydlər: N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixdə 129 nömrəli əmrlə 5 MSB-dən 2-ci MSB-yə keçirilmişdir və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirinin xx.xx.1996-cı il 46 nömrəli əmrilə şəxsi heyət siyasından çıxarılmışdır (sıra 389). Mərkəzi Arxivinin xx.xx.2005-ci il tarixli 26/2-3146 saylı məktubu. 24-25-ci səhifədəki qeydlər: xx.xx.2003-cü il tarixdə Füzuli hərbi prokurorluğu tərəfindən şəraitin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Əsas: Füzuli hərbi prokurorluğunun xx.xx.2003-cü il tarixli 17/289-c-03 saylı qərarı və məktubu. N saylı hərbi hissənin xx.xx.2003-cü il tarixli 423 nömrəli Arayışından görünür ki, N saylı hərbi hissənin sabiq əsgəri İddiaçı həqiqətən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Sol baldırın aşağı 1/3-nin ilan dişləməsi diaqnozu ilə N saylı hərbi hissədə stasionar müalicədə olmuşdur. Füzuli hərbi prokurorluğunun xx.xx.2003-cü il tarixli 17/289-c-03 saylı məktubunun surətindən görünür ki, N saylı hərbi hissənin sıravi əsgəri İddiaçı qulluq yerini özbaşına buraxıb getməsinə dair 17/289-c-03 saylı material üzrə şəraitin dəyişməsi ilə əlaqədar Azərbaycan Respublikası CPM-in 40.2.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Mərkəzi Arxivinin xx.xx.2005-ci il tarixli 26/2-3146 saylı məktubunun surətindən görünür ki, İddiaçı N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixdə 129 nömrəli əmrlə 5 MSB-dən 2-ci MSB-yə keçirilmişdir və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirinin xx.xx.1996-cı il 46 nömrəli əmrilə şəxsi heyət siyasından çıxarılmışdır (sıra 389). Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir: “...268 N-İi hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 03 N-li əmrində (əsas: §-4, səh-6, sıra-5, əmrdə adı “Hafis” yazılmışdır) Respublika Toplanış məntəqəsindən gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və 1-ci aşbazlar bölüyünə keçirilmiş çağırışçıların siyahısında, Füzuli RHK-nın çağırışçısı X6 adı qeyd olunmuşdur. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 22 N-li əmrində (əsas: §-1, səh- 6, sıra-37, əmrdə adı “Hafis” yazılmışdır, atasının adı qeyd olunmamışdır) hərbi andı qəbul etmiş və “sıravi” hərbi rütbəsi verilmiş əsgərlərin siyahısında Hafis Məmmədovun adı qeyd olunmuşdur. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 55 N-li əmrində (əsas: §-6.§-15, səh-49, sıra-34, əmrdə soyadı “Mamedov” yazılmışdır) təcrübə keçmək üçün Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə gönrərilən kursantların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 67 N-li əmrində (əsas: §-1, səh- 61, sıra-1, əmrdə adı “Hafis” yazılmışdır) sıravi X9 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq nömrəli Direktivinə əsasən, fərari hesab olunaraq hərbi hissənin siyahısından və bütün növ təminatlardan silinməsi qeyd edilmişdir. N N-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 30 N-li əmrində (əsas: §-7, səh- 29, sıra-68, əmrdə adı “Hafis” yazılmışdır) həqiqi hərbi xidməti özbaşına tərk etmiş, hospitalda özbaşına tərk etdiklərinə, hospitalda və məzuniyyətdə olub qayıtmadıqlarına görə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş X2 İdarəsinə göndərilən hərbi qulluqçuların siyahısında, sıravi X6 adı qeyd olunmuşdur. Fərarilikdən qayıtmış, sıravi X10 N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 129 N-li əmrilə (əsas: §-4, səh-137, sıra-17, əmrdə vəzifəsi yazılmamışdır) xx.xx.1994-cü il tarixdən keçmiş 5-ci MAT-dan 2-ci MAT-a keçirilərək qazan təminatına qoyulmuşdur. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 139 N-li əmrilə (əsas: §-6, səh- 154, sıra-8, əmrdə vəzifəsi yazılmamışdır) sıravi X10 xx.xx.1994-cü il tarixdən keçmiş 5-cı MAT-dan 2-ci MAT-a keçirilmişdir. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 220 N-li əmrilə (əsas: §-10, səh-155, sıra-4, əmrdə vəzifəsi yazılmamışdır) 3-cü MAT-ın hərbi qulluqçusu, sıravi X10 hərbi hissənin tibb məntəqəsinin qazan təminatından çıxarılaraq müalicəsini davam etdirmək üçün xx.xx.1994-cü il tarixdə N N-li hərbi hospitala göndərilmişdir. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 159 Ns-li əmrində (əsas: §-4, səh-62, sıra-18, əmrdə adı “Haviz”, hərbi rütbəsi “çavuş” yazılmışdır) N N-li hərbi hissənin hərbi qulluqçusu, xəstə, çavuş X7 hospitalın bütün təminatı ilə təmin olunması qeyd edilmişdir. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 163 N-li əmrində (əsas: §-5, səh-67, sıra-8, əmrdə hərbi rütbəsi “çavuş” yazılmışdır) N N-li hərbi hissənin hərbi qulluqçusu, çavuş X8 hospitalın bütün təminatlarından azad edilməsi qeyd olunmuşdur. N N-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 264 N-li əmrilə (əsas: §-7, səh- 48, sıra-4, əmrdə adı “Hafis”, hərbi rütbəsi “çavuş” yazılmışdır, vəzifəsi yazılmamışdır) 3cü MAT-ın hərbi qulluqçusu, çavuş X9 xx.xx.1994-cü il tarixdən hospitaldan qayıtmış hesab edilərək qazan təminatına qoyulmuşdur. 3-cü MAT-ın hərbi qulluqçusu, Füzuli RHK-nın çağırışçısı, sıravi X9 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq nömrəli əmrinə əsasən, N N-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 46 N-li əmrilə (əsas: §-1, səh-109,sıra-389, əmrdə adı “Hafis”, hərbi rütbəsi “sıravi” yazılmışdır) xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır.” Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra cavabdeh) tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubunda göstərilmişdir: “...Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 2757 nömrəli arayışına əsasən xidmət zamanı N və N nömrəli hərbi hissələrdə özbaşına tərketmə faktı olduğuna görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.” İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona "Müharibə veteranı" statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ona "Müharibə veteranı" statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2025-ci il tarixli 3-25-14/2-M-l79xx-xx/2025 saylı cavab məktubu ilə ona müharibə veteranı adının verilməsindən imtina etmişdir. Cavabdeh imtinanın əsası kimi məktubunda onun N və N nömrəli hərbi hissələrdə özbaşına tərketmə faktını göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə hesab edir ki, ona "Müharibə veteranı" statusu və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. İşin faktiki halları budur ki, o, 1994-cü ildən 1995-ci ilə kimi Füzuli rayonunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Həmin dövrlərdə iştirak etdiyi döyüşlər nəticəsində Füzuli rayonun Aşağı Əbdülrəhmanlı və Seyid Əhmədli kəndləri düşməndən işğalından azad edilmişdir. Yaxşı döyüşçü olduğu üçün ona çavuş rütbəsi verilmişdir. Cavabdeh imtinanın əsası kimi qeyd etdiyi halla bağlı onu bildirmək istərdi ki, Füzuli rayon hərbi prokurorluğunun 01 noyabr 2003-cü il tarixli 17/289-C-03 saylı qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bu fakt Hərbi komissarlığın xx.xx.2007-ci il tarixli 4/229 saylı arayışında öz əksini tapmışdır. Bundan başqa, Füzuli Hərbi Prokurorunun, Füzuli rayon hərbi komissarına və N saylı hərbi hissənin komandirinə göndərilmiş məktubda da təsdiq olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə fakt onun hərbi biletində də qeyd olunubdur. Həmçinin əlavə olaraq qeyd edir ki, o, Prezident təqaüdçüsüdür . İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasa gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müadifiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3-25- 29/2-169/2025 nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin 05.01,1994-cü il tarixli 03 nömrəli əmri ilə Respublika Toplanış məntəqəsindən gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və 1-ci aşbazlar bölüyünə keçirilmiş çağırışçıların siyahısında. Füzuli RHK-nın çağrışçısı X8 adı geyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 55 nömrəli əmrində təcrübə keçmək üçün Bakı Ali Birləşmiş Komandanlığ Məktəbinə göndərilən kursantların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 67 nömrəli əmrində siravi X10 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq nömrəli Direktivinə əsasən, fərari hesab olunarag hərbi hissənin siyahısından və bütün növ təminatlardan silinməsi qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 30 nömrəli əmrində həqiqi hərbi xidməti özbaşına tərk etmiş, hospitalda özbaşına tərk etdiklərinə, hospitalda və məzuniyyətdə olub qayıtmadıqlarına görə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və hərbi qeydiyyat sənədləri Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş X2 İdarəsinə göndərilən hərbi qulluqçuların siyahısında, siravi X8 adı qeyd olunmuşdur. Fərarilikdən qayıtmış, siravi X10 N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 129 nömrəli əmri ilə xx.xx.1994-cü il tarixdən keçmiş 5-ci MAT-dan 2-ci MAT-a keçirələrək qazan təminatına qoyulmuşdur. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 46 nömrəli əmri ilə xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd olunanlardan göründüyü kimi iddiaçı qanuni əsaslarla ehtiayata buraxılmamış, xidmət dövründə dəfələrlə hərbi hissəni özbaşına tərk etdiyinə görə şxəsi heyətin siyahısından çıxarılmışdır. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddiaçı xx.xx.2025-ci il tarixli imtina məktubunu aldıqdan sonra xx.xx.2025-ci il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının X3 Dövlət Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. ... Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının əsasını iddiaçının qulluq keçdiyi hərbi hissəni özbaşına tərk etməsi təşkil edir. İş materiallarında olan Müadifiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli 3- 25- 29/2-169/2025 nömrəli arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 03 nömrəli əmri ilə Respublika Toplanış məntəqəsindən gəlmiş hesab edilərək hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və 1-ci aşbazlar bölüyünə keçirilmiş çağırışçıların siyahısında. Füzuli RHK-nın çağrışçısı X8 adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 55 nömrəli əmrində təcrübə keçmək üçün Bakı Ali Birləşmiş Komandanlığ Məktəbinə göndərilən kursantların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 67 nömrəli əmrində siravi X10 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli müvafiq nömrəli Direktivinə əsasən, fərari hesab olunaraq hərbi hissənin siyahısından və bütün növ təminatlardan silinməsi qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 30 nömrəli əmrində həqiqi hərbi xidməti özbaşına tərk etmiş, hospitalda özbaşına tərk etdiklərinə, hospitalda və məzuniyyətdə olub qayıtmadıqlarına görə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış və hərbi qeydiyyat səsnədləri Azərbaycan respublikası Silahlı Qüvvələrin Baş X2 İdarəsinə göndərilən hərbi qulluqçuların siyahısında, siravi X8 adı qeyd olunmuşdur. Fərarilikdən qayıtmış, siravi X10 N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 129 nömrəli əmri ilə xx.xx.1994-cü il tarixdən keçmiş 5-ci MAT-dan 2-ci MAT-a keçirələrək qazan təminatına qoyulmuşdur. İddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 46 nömrəli əmri ilə xx.xx.1996-cı il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeyd olunanlardan göründüyü kimi iddiaçı qanuni əsaslarla ehtiyata buraxılmamış, xidmət dövründə hərbi hissəni özbaşına tərk etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. Füzuli hərbi prokurorluğunun Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2003-cü il tarixli 17/289-c-03 saylı Qərarının təsdiq edilmiş surətindən görünür ki, “1995-ci ilin avqust ayının axırlarında iddiaçı xidməti yerini özbaşına buraxıb, yaşadığı evinə getmişdir. Bunlar iddiaçının izahatı ilə yanaşı Füzuli rayon hərbi komissarlığının 360 nömrəli xx.xx.2003-cü il tarixli arayışı, adına yazılmış ******* nömrəli hərbi bileti, X4 Arxivinin 26/2-1065 saylı xx.xx.2003-cü il tarixli arayışı, N saylı hərbi hospitalının 424 nömrəli arayışı və materiala əlavə edilmiş digər sənədlərlə təsdiq edilmişdir. ... iddiaçının cinayət törətdiyi vaxtdan səkkiz ildən artıq müddət keçdiyi və həmin müddət ərzində başqa cinayət etmədiyi üçün şəraitin dəyişməsi nəticəsində o, öz ictimai təhlükəliliyini itirmişdir. Bununla əlaqədar iddiaçı barəsində qulluq yerini özbaşına buraxıb getməsi faktı üzrə olan material əsasında cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.” Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmətdə olması faktına istinad etməsi yuxarıda qeyd olunan normaların müddəaları baxımından ona “Müharibə veteranı” adının verilməsi üçün yetərli sayıla bilməz. Bu zaman həm də iddiaçının xidmət etdiyi hərbi hissənin, eləcə də həmin hərbi hissənin tərkibində onun döyüş əməliyyatlarında iştirakı, eləcə də qanunla müəyyən olunmuş qaydada ehtiyata buraxıldığı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığı da sübut edilməli və bununla bağlı müvafiq sənədlər təqdim olunmalıdır. Bu mənada hazırkı mübahisəyə münasibətdə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün yuxarıda istinad olunan normalarla müəyyən edilmiş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilmədiyi iş üzrə materiallarla təsdiq olunur. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva