Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1327/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhəri Ərazi İdarəsinin 09 iyul 2020-ci il tarixli imtinasının əsassız sayılmasını, Dövlət reyestrindən verilmiş 20 avqust 2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan ünvan 1 ünvanında yerləşən mənzilin faktiki ölçülərinə uyğun olmaqla dövlət reyestrində adına qeydiyyata alınması və həmin mənzilə və 20 avqust 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinə vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehəhəvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzilin yerləşdiyi ümumi sahəsi 0,01 ha (100 kv.metr) olan torpaq sahəsi onun mülkiyyətindədir və bu barədə dövlət reyestrində qeydiyyat aparılmaqla 20 avqust 2019-cu il tarixli Çıxarışlar verilib. Lakin mənzilə dair verilmiş çıxarışda mənzilin ümumi sahəsi onun faktiki ölçülərinə uyğun yazılmamaqla yanaşı, mənzilin yerləşdiyi torpaq sahəsi barədə də heç bir məlumat yazılmayıb.Belə ki, mənzilə dair verilmiş çıxarışda mənzilin ümumi sahəsi 63.60 kv.metr göstərilib ki, mənzilin faktiki ölçüsü onun yerləşdiyi torpaq sahəsinin hüdudları ilə üst-üstə düşür. Həmin torpaq sahəsinin ümumi ölçüsü isə 0,01 ha (100 kv.metr) dır. Buradan aşkar görünür ki, mənzilin ümumi sahəsi kimi göstərilən 63,60 kv.metr mənzilin faktiki ölçüləri deyil. Bundan başqa mənzilə dair verilmiş texniki sənəddə göstərilən ölçülər də faktiki ölçülərə uyğun deyil. Halbuki, qeydiyyata alınma zamanı mənzilin ölçüləri indiki ölçülərdə olub və tərəfindən mənzilin ölçülərinə hər-hansı müdaxilə olunmayıb, yuxarıda qeyd etdiyim kimi mənzilin faktiki ölçüləri onun yerləşdiyi torpaq sahəsinin hüdudları daxilindədir.Ona məxsus əmlaklar, yəni həm torpaq sahəsi, həm də üzərində yerləşən mənzil onun mülkiyyətindədir. Həmin əmlaklardan mənzilinə dair verilmiş çıxarışda, eləcə də texniki pasportda mənzilin ölçüləri faktiki ölçülərinə uyğun yazılmayıb. Bütün bu “yanlışlıqların aradan qaldırılması və ona məxsus əmlaklara dair vahid əmlak şəklində çıxarışın verilməsi tələblərinə dair” ərizəsi və ona qoşma edilmiş müvafiq sənədləri ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı şəhəri Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir.Müraciətinə 09 iyul 2020-ci il tarixli imtina məktubu ilə cavab verən cavabdeh isə imtinasını belə əsaslandırıb ki, guya mənzilinin yerləşdiyi torpaq sahəsi çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil edir.Belə ki, yuxarıda göstərdiyi kimi mülkiyyətinə verilmiş torpaq sahəsinin hüdudları həmin torpaq sahəsində yerləşən və mülkiyyətində olan mənzilin hüdudları ilə üst-üstə düşür. Bu isə o deməkdir ki, mülkiyyətində olan həmin torpaq sahəsində başqalarına məxsus mənzilin yerləşməsindən söhbət gedə bilməz.Hesab edir ki, mülkiyyətində olan əmlaklara vahid əmlaka dair çıxarışın verilməsi, eləcə də mənzilinin ölçüləri ilə əlaqədar dövlət reyestrində aparılmış qeydiyyatdakı yanlışlıqların aradan qaldırılması, mənzilə dair verilmiş texniki sənədin mənzilin faktiki ölçülərinə uyğun olaraq tərtib edilib verilməsi cavabdehin birbaşa vəzifəsidir və bundan cavabdehin imtinası əsassızdır.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirmişdir ki, iddiaçı müvafiq tələblə 20.05.2020-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir.Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyindən mənzilə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunamüvafiq deyildir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********40 saylı, 25.12.2020-ci il tarixli məktub ünvanlanmışdır.Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili İddiaçı iddia tələbi üzrə hüquqi məsələlərə dai izahat verərək,rməhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan sənədlər: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 09 iyul 2020-ci il tarixli **********07 saylı məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyindən mənzilə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunamüvafiq deyildir. - 20.08.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən 0,01 ha torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - 20.08.2019-cu il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, ev 3, mənzil 12 saylı mənzilə dair (ümumi sahəsi 63,60 kv.metr) İddiaçı xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.03.2021-ci il tarixli **********75 saylı məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, ev 3, 12 saylı mənzil 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 26.07.2019-cu il tarixli, 4Ə-1233 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.08.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlaka dair İddiaçı adına ********** qeydiyyat nömrəli, 20.08.2019-cu il tarixli çıxarış verilmişdir. ünvan 5 ünvanda yerləşən 0.0100 ha torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 22470HJ, Kod 00400003 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 26.07.2019-cu il tarixli, 4Ə-1234 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.08.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlaka dair İddiaçı adına ********** qeydiyyat nömrəli, 20.08.2019-cu il tarixli çıxarış verilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli **********94 saylı məktubundan görünür ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi çox mənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyindən mənzilə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qanunamüvafiq deyildir. Beləliklə, işin məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, İddiaçı ünvan 5 ünvanda yerləşən 0.0100 ha torpaq sahəsi üzərində 20.08.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, ev 3, 12 saylı mənzil üzərində 20.08.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı qeyd olunan çıxarışlara əsasən mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinə vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsini xahiş etmişdir. Cavabdeh qeyd olunan torpaq sahəsinin çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyini qeyd edərək, mənzilə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, imtinası əsaslıdır. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə görə Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının (29.06.2004-cü il tarixli) Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Torpaq islahatı haqqında Qanunun 19-cu maddəsi torpaqların alqı-satqısının ümumi qaydaları və şərtlərini tənzimləyir. Həmin maddəyə əsasən: Bələdiyyə ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları, Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar alqısatqı müqavilələrinin predmeti ola bilər. Azərbaycan Respublikasında torpaq sahələri üzərində mülkiyyət hüququ mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (şəxslərin razılığı) ilə bilavasitə, torpaq hərracları və müsabiqələri vasitəsilə alınıb satıla bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət hüququ yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu Qanun qüvvəyə mindiyi gündən sonra yaşayış evi, həyətyanı və bağ sahəsi üçün Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bələdiyyənin ehtiyat fondundan torpaq sahələri müəyyən edilmiş normalara uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada satılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahələri bir dəfə pulsuz verilir. Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri qeyri-kənd təsərrüfatı ehtiyacları üçün bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararsız torpaqlarını texniki, tikinti və digər müvafiq normativlərə uyğun olaraq müəyyən edilmiş ölçüdə və qaydada satın ala bilərlər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və ya yararsız torpaqlarını öz vəsaitləri hesabına yararlı hala salmaqla kənd təsərrüfatı məhsulları istehsal etmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə torpaq sahələrinin verilməsində (satılmasında) qanunvericiliklə müəyyən edilmiş qaydada güzəştlər tətbiq edilir. Dövlət, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda fiziki və hüquqi şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahələrinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaqların alqı-satqısının digər xüsusiyyətləri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Torpağa mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. İddia ərizəsindən aydın olduğu kimi iddiaçının tələbi 2 hissədən ibarətdir: 1-Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, ev 3, 12 saylı mənzilin faktiki ölçülərinə uyğun olmaqla dövlət reyestrində qeydiyyata alınması; 2-Qeyd edilən mənzil və mənzilin yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi. İddiaçının 1-ci tələbinə münasibətdə Məhkəmə qeyd edir ki, iş üzrə araşdırma zamanı, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, ev 3, 12 saylı mənzilinin iddiaçının adına qeydiyyata alınmasına əsas olan sənədlərin təqdim edilməsi üzrə məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş məktubdan, həmçinin arxiv qovluğunda saxlanılan və məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Səbail rayonu, Abdulla Şaiq küçəsi, ev 3, 12 saylı mənzil 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 26.07.2019-cu il tarixli, 4Ə-1233 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.08.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Sözügedən əmlaka dair İddiaçı adına ********** qeydiyyat nömrəli, 20.08.2019-cu il tarixli çıxarış verilmişdir. Mülkiyyət hüquqları qeydiyyata alınarkən, mənzilə texniki pasport tərtib edilmişdir. Həmin Texniki pasportda mənzilin yerləşdiyi bina haqqında və mənzil haqqında məlumat qeyd edilmiş, binanın 1902-ci ildə tikildiyi 2 mərtəbəli olduğu, sözügedən mənzilin 1-ci mərtəbədə yerləşdiyi, 3 otaqdan ibarət olması, arxiv sənədlərinə əsasən mənzilin ümumi sahəsinin 63,6 kvm, yaşayış sahəsinin 40,8 kvm olmasına baxmayaraq, texniki inventarlaşma zamanı ümumi sahəsi 67,4 kvm, yaşayış sahəsi 42,8 kvm aşkar edildiyi qeyd edilmişdir. Göründüyü kimi, sözügedən daşınmaz əmlakın təyinatı “mənzil” olmuş və texniki inventarlaşma zamanı arxiv sənədlərinə uyğun sahəsinin 63,6 kvm olması qeyd edilmiş və iddiaçının da mülkiyyət hüquqları məhz həmin sahə üzrə qeydiyyata alınmışdır. İddiaçı çıxarış və texniki pasportda mənzilin faktiki ölçülərinə uyğun qeydiyyatın aparılmadığını iddia etsə də, mənzilin qeyd edilən sahədən artıq sahəyə malik olmasına, sahənin nə qədər olmasına dair sübut, hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. İddiaçının 2-ci tələbinə münasibətdə Məhkəmə qeyd edir ki, iddiaçı mənzillə birlikdə onun yerləşdiyi torpaq sahəsinə vahid əmlaka dair çıxarışın verilməsini xahiş edir. İşin araşdırılmış hallarından göründüyü kimi, ünvan 5 ünvanda yerləşən 0.0100 ha torpaq sahəsi keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN 22470HJ, Kod 00400003 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə, 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş, 26.07.2019-cu il tarixli, 4Ə-1234 reyestr nömrəli, daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən 20.08.2019-cu il tarixində İddiaçı adına qeydiyyatdan keçmişdir. Dövlət reyestrində saxlanılan məlumatlara əsasən həmin torpaq sahəsi çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil edir. Üzərində yerləşən daşınmaz əmlakın da təyinatı “mənzil”dir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının (29.06.2004cü il tarixli) Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Məhkəmənin tələbi ilə qeyd edilən torpaq sahəsi və mənzilə mütəxəssislər tərəfindən texniki baxış zamanı da qeyd edilən torpaq sahəsinin çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil etdiyi müəyyən edilmişdir. Hazırkı məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı vahid əmlak dair çıxarışın verilməsini tələb etdiyi mənzilin yerləşdiyi torpaq sahəsi çoxmənzilli yaşayış binasının bir hissəsini təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mənzilə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlı deyildir. Cavabdehin imtinası qanuni və əsaslıdır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “vahid əmlaka dair çıxarışın verilməsi və mənzilin texniki pasportunun faktiki ölçülərə uyğun yenidən tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1327/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1327/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver