Məhkəmə qərarları › İş №2-1(112)-13273/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13273/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13273/2022 22.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanına qeydiyyata alınmalarına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 2016-cı ildən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar və onlar tərəfindən tələb olunan bütün kommunal ödənişlər həyata keçirilir. Həmin ev “Bakı Torpaq” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma Bölməsinin tərtib etdiyi layihəyə uyğun tikilmişdir (inventar nömrəsi 2719). Onlar əvvəllər Bakı şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasında qeydiyyatda olmuşlar və Nizami Rayon Məhkəməsinin müvafiq qərarı ilə qeydiyyatdan çıxarılmışlar. Bundan sonra yuxarıda yaşadıqları evə qeydiyyata alınmaları barədə cavabdehə müraciət etmişlər. Lakin, cavabdeh tamamilə əsassız olaraq onları faktiki olaraq yaşadıqları evə qeydiyyata almaqdan imtina etmiş və bu barədə onlara göndərilən xx.xx.2022-ci il tarixli, 38278i-3222 saylı məktubda məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayədəsi məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məhkəməyə məktubla müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı aşağıdakılar müəyyən edilmişdir: - cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2022-ci il tarixli, 073-38278i-3222 nömrəli imtina məktubuna əsasən, onlara bildirilmişdir ki, qeydiyyatsız yaşadıqları ünvana qeydiyyata alınmaları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (orderin, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsinin və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəflərindən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəflərindən göstərilən sənədlər Sabunçu RPİ QMB-nə təqdim olunmadığından onların göstərilən ünvana qeydiyyata alınmaları imkan xaricindədir. Aidiyyəti üzrə məhkəməyə müraciət etmələri məqsədəmüvafiq hesab edilmişdir. - “Bakı Torpaq” Layihə Smeta Bürosu tərəfindən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin memarlıq və planlaşdırma bölməsi tərəfindən layihəsi işlənmişdir. - cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 073-53754 nömrəli məktuba əsasən Sabunçu rayonu, M.Hüseynzadə küçəsi, dalan 8, ev 8 ünvanında qeydiyyatda olan şəxslər barəsində Sabunçu RPİ-nin QMB-də heç bir məlumat aşkar olunmamışdır. Məhkəmənin sorğusuna əsasən Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 318 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş məlumatdan görünür ki, qəsəbə nümayəndəliyində olan məlumata əsasən, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, dalan 8, ev 8 ünvanı mövcud deyil. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********96 nömrəli məktubla təqdim edilmiş məlumata əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi öz başına tikili olmaqla iddiaçının həmin fərdi yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyil. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan həmin fərdi yaşayış evinin ümumiyyətlə ünvanı yoxdur. İddia ərizəsində göstərilən ünvan şərtidir, iddiaçının öz mülahizəsinə əsasən qeyd edilmişdir. Belə olan təqdirdə onun hazırki iddianı qaldırmaqda subyektiv hüqunun olması, eləcə də, iddianın əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər konkret olaraq göstərilmişdir. Həmin bənddə qeyd edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunvericiliyin yuxarıda sadalanan tələblərini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçının sözügedən fərdi yaşayış evinə dair hər-hansı bir hüquqmüəyyənedici sənədi olmadığından onun hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyil, həmçinin fərdi yaşayış evinin ünvanı olmadığından iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar