Məhkəmə qərarları › İş №2-1(112)-13276/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-13276/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13276/2022 23.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə (müstəntiq, polis kapitanı X4) qarşı “cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və O.X.Kərimovun cinayət məsuliyyətinə cəlb edilməsi” barədə tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə (müstəntiq, polis kapitanı X4) qarşı iddia qaldıraraq “cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və O.X.Kərimovun cinayət məsuliyyətinə cəlb edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Elvin F.Ağayevin iddiaçının müraciəti əsasında aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş 13 oktyabr 2021-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından narazı qaldığına görə qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəməyə şikayət etməklə qərarı mübahisələndirir. İddiaçı AR Baş Prokurorluğuna ünvanladığı şikayətində göstərmişdir ki, barəsində Nizami və Nərimanov rayon X3 şöbələrində araşdırma aparıldığı dövrdə X7 onu cinayət məsuliyyətindən azad etmək və cinayət işinə xitam vermək vədini verərək 6000 manat pul almış, sonra məlum olmuşdur ki, onu aldatmışdır. X2 pulu geri qaytarmaqdan yayınmış, sonra isə ümumiyyətlə imtina etmişdir. Baş Prokurorluğa ünvanladığı şikayətlər DİN-nin Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X1 icraatına verilmişdir. Həmin şəxs qüvvədə olan qanunvericiliyin tələblərini pozaraq heç bir araşdırma aparmadan yalnız Oqtay Kərimovun izahatının alınması ilə kifayətlənmiş, nəticə etibarilə Cinayət Prosessual qanunvericiliyini pozaraq 09 iyun 2021-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd olunması barədə” qərar qəbul etmiş və qərarın nüsxəsi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Həsən İsmayılovun 10 iyun 2021-ci il tarixli məktubu ilə iddiaçıya göndərilmişdir. İddiaçı həmin qərardaddan şikayət edərək onun ləğv olunmasına nail olmuş və əlavə araşdırılma aparılması Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X5 həvalə edilmişdir. Elvin F.Ağayev Cinayət Prosessual qanunvericiliyinin tələblərini pozaraq O.X.Kərimovun izahatının alınması ilə kifayətlənərək 13 oktyabr 2021-ci il tarixdə “Cinayət işinin başlanılmasının rədd olunması barədə” qərar qəbul etmişdir. İddiaçı hesab edir ki, həmin qərar inzibati akt kimi ləğv edilməli və O.Kərimov barəsində cinayət işi qaldırılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddia tələbi cavabdeh tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cinayət məsuliyyətinə cəlb edilmə barədə qərar qəbul edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Göründüyü kimi cavabdeh inzibati orqan olsa da belə iddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxılanılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsi (müstəntiq, polis kapitanı X8) tərəfindən iddiaçının iddia tələbində göstərilən qərarın qəbul edilməsi zamanı həyata keçirilən fəaliyyətilə bağlı hüquq isə cinayət prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki, iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə məhz cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında ümumi məhkəmədə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmənin gəldiyi nəticəyə görə İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə (müstəntiq, polis kapitanı X4) qarşı “cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və O.X.Kərimovun cinayət məsuliyyətinə cəlb edilməsi” iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq şöbəsinə (müstəntiq, polis kapitanı X4) qarşı “cavabdehin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və O.X.Kərimovun cinayət məsuliyyətinə cəlb edilməsi” iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar