Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1328/2022 23.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə onun Gədəbəy rayonunun keçmiş “Şəfəq” adına kolxozda işlədiyi illərin (1970-1996-cı illər) sosial sığorta stajına hesablaması və ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, iddiaçı 1970-1996-cı illərdə Gədəbəy rayonunun keçmiş “Şəfəq” adına kolxozda sürücü vəzifəsində işləmişdir, lakin iddiaçının əmək kitabçasında həmin illər qeyd edilməmişdir. Buna baxmayaraq, iddiaçının həmin illərdə “Şəfəq” adına kolxozda kolxozçu işləməsini təsdiq edən arxiv arayışı vardır. Gədəbəy rayon Dövlət Arxivi tərəfindən verilmiş həmin arxiv arayışında iddiaçının 1970-1996-cı illərdə keçmiş “Şəfəq” adına kolxozda işləməsi ilə əlaqədar qazandığı əmək günləri qeyd edilmişdir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar sənədlərini toplayıb cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2021-ci il tarixli məktub göndərilmişdir. Həmin imtina məktubunda iddiaçının təqdim etdiyi ərizə və arxiv arayışı əsasında “Şəfəq” adına kolxozdakı fəaliyyət dövrünün əmək kitabçasında öz təsdiqini tapmadığına görə həmin dövrlərin sığorta stajına əlavə edilmədiyi, X1 Sisteminin “Pensiya” altsistemində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı, iddiaçı sığorta stajını məhkəmə qərarı ilə təsdiq etdikdən sonra pensiya hüququna yenidən baxıla biləcəyi qeyd edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının həmin illərdə işlədiyini təsdiq edən arxiv arayışı vardır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, iddiaçı 1970-1996-cı illərdə Gədəbəy rayonu “Şəfəq” adına kolxozda işlədiyini iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin 1970-1996-cı illərdə iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd olunmadığından cavabdeh tərəfindən iddiaçıya əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququnun olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş üzrə icraat materiallarından da göründüyü kimi, İddiaçı adına əmək kitabçası tərtib olunmamış, iddia edilən illər əmək kitabçasında qeyd edilməmişdir. Eyni zamanda, iddiaçının inzibati quruma təqdim etdiyi arxiv arayışı (20 il 3 ay 15 gün) və hərbi biletdə (2 il 1 ay) qeyd olunan illər nəzərə alınacağı təqdirdə belə, ümumi stajı 25 ildən azdır. Bu səbəbdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi imkan xaricindədir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 19 saylı regional ərazi filialından daxil olmuş xx.xx.2021ci il tarixli ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. “Əmək pensiyaiarı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası huququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosiai sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.1-ci yarımbəndinə uyğun olaraq, 2006-cı il 01 yanvar tarixinədək olan iş stajı əmək kitabçası, 3.2.2-ci yarımbəndinə uyğun olaraq isə əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəlada hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz ərizə və arxiv arayışı əsasında “Şəfəq” adına kolxozdakı fəaliyyət dövrünüz əmək kitabçanızda öz təsdiqini tapmadığına görə həmin dövrlər sığorta stajınıza əlavə edilməmişdir. X1 Sisteminin “Pensiya” altsistemində xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildiririk ki, sığorta stajınızı məhkəmə qərarı ilə təsdiq etdikdən sonra pensiya hüququnuza yenidən baxıla bilər. Yuxarıda qeyd olunanlara əsasən Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinin tələblərinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti başçısının Samanlıq Kənd İƏD üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 46 saylı arayışından görünür ki, Gədəbəy rayon Samanlıq kənd sakini İddiaçı 2021-2025-ci illərə dair təsərrüfatbaşına kitabın 6-cı səhifəsinə əsasən 8№-li təsərrüfatda qeydiyatdadır və həmin ünvanda yaşayır. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivi tərəfindən iddiaçının nümayəndəsi və vəkili B.Həsənova ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: Sizin 17 fevral 2022-ci il tarixli, 9/1034-19 nömrəli müraciətiniz Gədəbəy Rayon Dövlət Arxivində araşdırılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı və Bakı İnzibati Məhkəməsi tərəfindən İddiaçı sabiq “Şəfəq” kolxozunda 1970-1996-cı illərdə işləməsi barədə Gədəbəy Rayon Dövlət Arxivinə müraciət daxil olmuş və həmin kolxozun 1970-1996-cı illərə dair “Əməyin ödənişi üzrə hesablaşma” kitablarına əsasən vətəndaş İddiaçı qazandığı əmək günü və əmək haqqı barədə məlumatlar qeyd olunaraq “Minimium əmək günü" norması da göstərilməklə aidiyyəti üzrə cavablandırılmışdır. Sizin Gədəbəy Rayon Dövlət Arxivinə ünvanladığınız müraciətdə qeyd olunan “Əmək günü” və “Adam günü” anlayışlarına aydınlıq gətirmək üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya və müavinət İdarəsinin respublikanın bütün rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinə göndərdiyi 23 sentyabr 1993cü il tarixli, 1-120 nömrəli əmrin 2-ci bəndində “Kolxoz üzvlərinin 01 yanvar 1966-cı ildən sonra il ərzində tələb olunan minimium əmək günü norması yerinə yetirilmədikdə iş stajı işlənilən müddətə uyğun olaraq hesablanır” kimi qeyd olunmuşdur. Yuxarıda qeyd olunan əmr məktuba əlavə olunaraq Sizə göndərilir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq Əsasnaməyə görə kolxozçunun iş stajı il ərzində tələb olunan minimum əmək günü normasına uyğun hesablanır. Nəzərə almağınız xahiş olunur. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2021-ci il tarixli, 61 nömrəli məktubla təqdim edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 61/1 saylı arxiv arayışından görünür ki, İddiaçı sabiq “Şəfəq” kolxozunda işləyərək aşağıdakı illər üzrə əmək günü və əmək haqqı qazanmışdır: - 1970-ci il üzrə: qazandığı əmək günü – 33.00; minimum əmək günü norması - 120; - 1971-ci il üzrə: qazandığı əmək günü – 138.00; minimum əmək günü norması - 120; - 1972-ci il üzrə: qazandığı əmək günü – 150.56; minimum əmək günü norması - 120; - 1973-cü il üzrə: qazandığı əmək günü – 134.88; minimum əmək günü norması - 120; - 1974-cü il üzrə: qazandığı əmək günü – 149.60; minimum əmək günü norması - 120; - 1975-ci il üzrə: qazandığı əmək günü – 166.30; minimum əmək günü norması - 120; - 1978-ci il üzrə: qazandığı əmək günü – 124.14; minimum əmək günü norması - 120; - 1979-cu il üzrə: qazandığı əmək günü – 142.74; minimum əmək günü norması - 120; - 1980-ci il üzrə: qazandığı əmək günü – 173.85; minimum əmək günü norması - 120; - 1981-ci il üzrə: qazandığı əmək günü – 339.64; minimum əmək günü norması - 120; - 1982-ci il üzrə: qazandığı əmək günü – 522.91; minimum əmək günü norması - 120; - 1983-cü il üzrə: qazandığı əmək günü – 507.81; minimum əmək günü norması - 120; - 1984-cü il üzrə: qazandığı əmək günü – 337.79; minimum əmək günü norması - 120; - 1985-ci il üzrə: qazandığı əmək günü – 159.67; minimum əmək günü norması - 120; - 1986-cı il üzrə: qazandığı əmək günü – 435.17; minimum əmək günü norması - 120; - 1987-ci il üzrə: qazandığı əmək günü – 492.69; minimum əmək günü norması - 120; - 1988-ci il üzrə: qazandığı əmək günü – 277.06; minimum əmək günü norması - 120; - 1989-cu il üzrə: qazandığı əmək günü – 320.13; minimum əmək günü norması - 120; - 1990-cı il üzrə: qazandığı əmək günü – 550.24; minimum əmək günü norması - 120; - 1991-ci il üzrə: qazandığı əmək günü – 136.01; minimum əmək günü norması - 120; - 1992-ci il üzrə: qazandığı əmək günü – 130.06; minimum əmək günü norması - 120; - 1993-cü il üzrə: qazandığı əmək günü – 221.14; minimum əmək günü norması - 120; - 1994-cü il üzrə: qazandığı əmək günü – 230.18; minimum əmək günü norması - 120; - 1995-ci il üzrə: qazandığı əmək günü – 266.18; minimum əmək günü norması - 120; - 1996-cı il üzrə: qazandığı əmək günü – 199.00; minimum əmək günü norması – 120. İş materiallarında olan Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli arxiv arayışından görünür ki, İddiaçı sabiq “Şəfəq” kolxozunda işləyərək aşağıdakı illər üzrə əmək günü qazanmışdır: - 1970-ci il üzrə: qazandığı əmək günü – 33.00; minimum əmək günü norması - 120; - 1971-ci il üzrə: qazandığı əmək günü – 138.00; minimum əmək günü norması - 120; - 1972-ci il üzrə: qazandığı əmək günü – 150.56; minimum əmək günü norması - 120; - 1973-cü il üzrə: qazandığı əmək günü – 134.88; minimum əmək günü norması - 120; - 1974-cü il üzrə: qazandığı əmək günü – 149.60; minimum əmək günü norması - 120; - 1975-ci il üzrə: qazandığı əmək günü – 166.30; minimum əmək günü norması - 120; - 1978-ci il üzrə: qazandığı əmək günü – 124.14; minimum əmək günü norması - 120; - 1979-cu il üzrə: qazandığı əmək günü – 142.74; minimum əmək günü norması - 120; - 1980-ci il üzrə: qazandığı əmək günü – 173.85; minimum əmək günü norması - 120; - 1981-ci il üzrə: qazandığı əmək günü – 339.64; minimum əmək günü norması - 120; - 1982-ci il üzrə: qazandığı əmək günü – 522.91; minimum əmək günü norması - 120; - 1983-cü il üzrə: qazandığı əmək günü – 507.81; minimum əmək günü norması - 120; - 1984-cü il üzrə: qazandığı əmək günü – 337.79; minimum əmək günü norması - 120; - 1985-ci il üzrə: qazandığı əmək günü – 159.67; minimum əmək günü norması - 120; - 1986-cı il üzrə: qazandığı əmək günü – 435.17; minimum əmək günü norması - 120; - 1987-ci il üzrə: qazandığı əmək günü – 492.69; minimum əmək günü norması - 120; - 1988-ci il üzrə: qazandığı əmək günü – 277.06; minimum əmək günü norması - 120; - 1989-cu il üzrə: qazandığı əmək günü – 320.13; minimum əmək günü norması - 120; - 1990-cı il üzrə: qazandığı əmək günü – 550.24; minimum əmək günü norması - 120; - 1991-ci il üzrə: qazandığı əmək günü – 136.01; minimum əmək günü norması - 120; - 1992-ci il üzrə: qazandığı əmək günü – 130.06; minimum əmək günü norması - 120; - 1993-cü il üzrə: qazandığı əmək günü – 221.14; minimum əmək günü norması - 120; - 1994-cü il üzrə: qazandığı əmək günü – 230.18; minimum əmək günü norması - 120; - 1995-ci il üzrə: qazandığı əmək günü – 266.18; minimum əmək günü norması - 120; - 1996-cı il üzrə: qazandığı əmək günü – 199.00; minimum əmək günü norması – 120. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 49 nömrəli və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 61/1 saylı arxiv arayışlarından görünür ki, iddiaçı “Şəfəq” kolxozunda 1971-1975-ci və 1978-1996-cı illərdə işləmişdir. Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, kolxozçunun iş stajı il ərzində tələb olunan minimum əmək günü normasına uyğun hesablanır. Buna uyğun olaraq qeyd olunan arxiv arayışlarına əsasən iddiaçının “Şəfəq” kolxozunda işlədiyi illərdə qazandığı əmək günü və minimum əmək günü norması nəzərə alınmaqla iddiaçı 24 il staja malikdir. İddiaçının hərbi xidmət keçdiyi dövr - 2 il 1 ay 1 gün (xx.xx.1975-xx.xx.1977) və kolxozda işlədiyi 24 il nəzərə alınmaqla, iddiaçı ümumilikdə 26 il 1 ay 1 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının sığorta stajı 25 ildən çoxdur. İddiaçının xx.xx.1956-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 65 yaşının tamam olduğu vaxtdan, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olundu ki, iddiaçı hazırda pensiyaçı deyil və yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh iddiaçının tələb olunan sığorta stajı az olduğu üçün iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Halbuki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının müəyyən edildiyi sənədlərdən biri də arxiv müəssisələri tərəfindən verilən sənədlərdir. Öz növbəsində nəzərə almaq lazımdır ki, iş materiallarında olan arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddətlər iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, iddiaçının 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1328/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1328/2022
23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver