Məhkəmə qərarları › İş №2-1(112)-13280/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13280/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13280/2023 21.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakm Dövlət reyestrindən “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat və **********12- 05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 24.31 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2021-ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra cavabdeh inzibati orqan) tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 xüsusi mülkiyyət hüququ ilə İddiaçı (bundan sonra iddiaçı) adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 -ci il tarixdə, ********** qeydiyyat və **********12-05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 56,31 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmışdır. Qeyd olunan yaşayış sahəsi yarasız olduğundan fərdi yaşayış evi kimi inşa edilməsi üçün "xxxx" MMC (lisenziyası əlavə olunur) tərəfindən tərtib edilmiş layihə Xətai rayon İcra Hakimiyəti tərəfindən təsdiq edilmiş və İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə tikintiyə icazə verilməsi bildirilmişdir. Həmin icazədən sonra fərdi yaşayış evi inşa edilmişdir. Bundan sonra iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin Bakı səhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2021-ci il tarixli eskiz layihəsinə uyğun olaraq fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. İddiaçının müraciətinə uyğun olaraq cavabdeh inzibati orqan xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir: '‘Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hiiquqmüəyyənedici sənədlər təqdim edilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. ”İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassız olmuşdur, belə ki iddiaçı müvafiq sənədləri təqdim etsə də, onun müraciətinə baxılmamışdır. Halbuki iddiaçının müraciəti qanuni və əsaslı olduğundan təmin edilməli idi. Belə ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdə ilkin olaraq X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nm 4Ə-58 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 32.0 kv. metri X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə-1076 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin digər 24.31 kv. metri İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nm 4Ə-262 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 32.0 kv. metri X11 adına qeydiyyatdan keçmişdir. Mənzilin 24.31 kv. metri hazırki iş üzrə İddiaçı və 32.0 kv. metri X11 mülkiyyətində olmuşdur. Qeyd olunanlar Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9514/2022 saylı, xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən olunmuşdur. Belə ki, iddiaçı ilə paylı mülkiyyətçi olmuş, X17 eyni iddia ilə məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9514/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə X13 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat və **********12-05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 32 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində X11 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh inzibati orqana həvalə edilmişdir. Məhkəmədə həmin işə baxılarkən hazırki iş üzrə İddiaçı 3-cü şəxs kimi cəlb olunmuşdur. Qeyd olunan işə baxılarkən məhkəmənin sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin **********68 saylı xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki;

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən sahəsi 56,31 kv. metr olan mənzil xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 2597 nömrəli reyestr kitabının 241958 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. AN-İ seriyalı ******* №-li, xx.xx.2017-ci il tarixli Daşınmaz əmlakın alqı- satqısına dair müqavilənin surətindən görünür ki, X14 Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 56.31 kv. metr olan mənzilin 32.0 kv. metr hissəsini X6 alqı - satqı yolu ilə almışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən sahəsi 56,31 kv. metr olan mənzilin 32,0 kv. metr hissəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə X5 adına Daşınmaz əmlakın dövlət reyestrində 2597 nömrəli reyestr kitabının 241958 nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. Daşınmaz əmlakın alqı-satqısına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən ümumi sahəsi 56.31 kv. metr olan mənzilin 24,31 kv. metr hissəsini X6 alqı- satqı yolu ilə almışdır. Göründüyü kimi iddiaçının mənzil üzərində mövcud mülkiyyət hüququnu təsdiq edən sənədlər mövcuddur, o həmin sənədləri, o cümlədən icra hakimiyyətinin icazə sənədini və icra hakimiyyəti tərəfindən təsdiq olunmuş eskiz layihəni daşınmaz əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması məqsədilə cavabdehə təqdim etmişdir. Onu da nəzərinizə çatdırırıq ki, iddiaçının sözügedən daşınmaz əmlak üzərində hüququnun qeydi ilə bağlı ona reyestrdən cavabdeh inzibati orqanın verdiyi çıxarış qüvvədədir, qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin çıxarış hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Cavabdehin imtinasında istinad etdiyi mənzilin fərdi yaşayış evinə keçirilməsi və yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlərin təqdim olunmaması ilə bağlı dəlilinə münasibətdə qeyd edirik ki, əvvəla mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı hansı sənədlərin cavabdeh inzibati orqana təqdim edilməli olması hər hansı qanunvericilikdə nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqanın iş üzrə iddiaçının müraciəti ilə bağlı əlavə hüquqmüəyyənedici sənəd (bu sənədlərin adı cavabdeh tərəfindən çəkilmir) tələb etməsi ilə bağlı hərəkətləri qanuni sayıla bilməz. Bu müddəa həm də “İnzibati icraat haqqında” Qanunda da öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir.

2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı münasibətində (etiraz) qeyd edilmişdir ki, İddiaçı iddianın təmin edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşımaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat və **********12-05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 24.31 kv.metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhər Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olumuş 2021ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2023-cü il tarixli ********** tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən əmlak İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Belə ki, sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər idarəyə təqdim edilməmişdir. Həmçinin bildiririk ki, ünvan 4 ünvanında yerləşən mənzil xx.xx.2017-ci il tarixdə ilkin olaraq X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-58 reyestr nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 32.0 kv.m X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə-1076 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən sözügedən mənzilin digər 24.31 kv.m İddiaçı adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 6 saylı DNK-nın 4Ə-262 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzilin 32.0 kv.m X11 adına qeydiyyatdan keçmişdir və mənzilin 24.31 kv.m İddiaçı, 32.0 kv.m X11 paylı müıliyyətində olmuşdur. Daha sonra X11 paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən mənzili Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-9514/2022 saylı qərarına əsasən fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində X11 adına xüsusi mülkiyyət hüququ ilə **********55-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə göstərilən daşınmaz əmlaka yerli baxış zamanı qeydiyyatdan keçmiş mənzil faktiki göstərilən ərazidə mövcud olmadığı və iddiaçının şifahi məlumatına əsasən qeydiyyatdan keçmiş mənzilin sökülməsi və torpaq sahəsində 2(iki) mərtəbəli fərdi yaşayış evi inşa olunması məlum olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə uyğun olaraq üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport olduğu halda həyata keçirilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar- texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: - icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1- ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddələrini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edirik

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.2017-ci il qeydiyyat tarixli, **********12-05101-093001 reyestr nömrəli Hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrerindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 56,31 kv.m olan ünvan 10 xüsusi mülkiyyt hüquqi ilə X7 adına qeydiyyata alınmışdır. - xx.xx.2021-ci il qeydiyyat tarixli, **********12-05101-093001 reyestr nömrəli, Hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrerindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 56,31 kv.m olan ünvan 10 xüsusi mülkiyyt hüquqi ilə İddiaçı adına qeydiyyata alınmışdır. - xx.xx.2022-ci il qeydiyyat tarixli, **********55-10301 reyestr nömrəli Hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrerindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 586,6 kv.m olan ünvan 8 ünvanında yerləşən mənzil xüsusi mülkiyyt hüquqi ilə X11 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X11 müraciətinə cavab olaraq verdiyi xx.xx.2022-ci il tarixli məktubda bildirmişdir ki, sökülmüş əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan mənzil kimi qeydiyyatdan keçmişdir. Yeni inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə Sizin adınıza dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeyd olunan fərdi yaşayış evinə dair texniki inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmamışdır. Bundan əlavə, mənzil kimi qeydiyyatdan keçmiş evin istifadəsində olan torpaq sahəsi binaya xidmət etmək üçün ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. Bu səbəblərdən, ərizənizin icrası mümkün olmamışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X8 (iddiaçının) müraciətinə cavab olaraq verdiyi xx.xx.2023cü il tarixli məktubda bildirmişdir ki, sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı’nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. - Azərbaycan Respublikası Xətai Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 273 nömrəli «Fərdi yaşayış evinin tikintisinə icazə verilməsi haqqında» Sərəncamımından görünür ki, vətəndaş X4 Xətai rayonu, Ərəstun Kərimov küçəsi ev 4 ünvanında istifadəsində olan torpaq sahəsində şəxsi mülkiyyətində olan fərdi yaşayış evinin sökülüb yenidən tikilməsinə icazə verilmiş, Şəhərsalma və tikinti Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə əməl etməklə yaşayış evinin tikintisinin layihə sənədlərinin tərtib edilməsi vətəndaş X5 hesabına yerinə yetirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Bakı Şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətlə əlaqədar təqdim edilən sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Xətai rayonu, Ərəstun Kərimov küçəsi ev 4 ünvanında yerləşən mənzil Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən pay hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Göstərilən ünvanda yenidən tikintisi nəzərdə tutulmuş fərdi yaşayış evinin memarlıq-planlaşdırma həlli layihəsi "xxxx" MMC tərəfindən hazırlanmışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır: - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış memarlıq planlaşdırma həlli layihə əsasında aparılmalıdır; - tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılmalı, qanunvericilikdə müəyyən edilmiş qonşuluq prinsiplərinə riayət edilməlidir. Nəzərinizə çatdırırıq ki, tikinti işləri razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə uyğun aparılmadığı təqdirdə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusna cavab olaraq, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktunbunda qeyd edilmişdir ki, Məhkəmənin 2- 1(112)-9514/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı xx.xx.2022- ci il tarixli məktubla qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehin və üçüncü şəxsin iddia ərizəsində qeyd olunmuş ünvanına göndərilmişdir. Məhkəmənin sözügedən qərarından apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi İdarəsinin xx.xx.2023cü il tarixli məktubu iə tələb olunan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, **********12-05101-093001 reyestr nömrəli Hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrerindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 56,31 kv.m olan ünvan 10 ünvanında yerləşən mənzilin, 24,31 kv.m sahəsi xüsusi mülkiyyt hüququ ilə ilə ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı, 32, 0 kv.m hissəsi isə ********** qeydiyyat nömrəli Çıxarış əsasında X12 adına qeydiyyata alınmışdır. - Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, **********55-10301 reyestr nömrəli Hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrerindən Çıxarışın surətindən görünür ki, ümumi sahəsi 586,6 kv.m olan ünvan 8 ünvanında yerləşən mənzil xüsusi mülkiyyt hüququ ilə **********0 qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış əsasında X12 adına qeydiyyata alınmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9514/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qərarı ilə iddia təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə X11 adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat və **********12- 05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 32 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2017-ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində X11 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Belə ki, iş materialları və işin halları ilə müəyyən edilir ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 56,31 kv.m olan mənzil X9 mülkiyyətində olmuş və mənzil xx.xx.2017-ci il tarixdə onun adına qeydiyyata alınmışdır. Sonradan xx.xx.2017-ci il tarixdə həmin mənzilin 32.0 kv.m olan hissəsi X16 tərəfindən, X2 və qeyd edilən mənzilə dair X10 xx.xx.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2022ci il tarixdə isə qeyd edilən mənzil 32,0 kv.m olan hissəsi X14 tərəfindən X1. Qeyd edilən mənzilin 24,31 kv.m olan hissəsi isə xx.xx.2017-ci il qeydiyyat tarixli ********** nömrəli çıxarış əsasında X7 adına qeydiyyata alınmış və xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X16 mənzilin qeyd edilən 24.31 kv.m olan hissəsini İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdin də görünür ki, ümumi sahəsi 56,31 kv.m olan ünvan 10 ünvanında yerləşən mənzilin, 24,31 kv.m sahəsi xüsusi mülkiyyt hüququ ilə ilə ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarış əsasında İddiaçı, mənzilin 32, 0 kv.m hissəsi isə ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Çıxarış əsasında X12 adına qeydiyyata alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq məktubunda qeyd etmişdir ki, ünvan 11 ünvanında yerləşən mənzilin fərdi yaşayış evinə keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sözügedən fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəfə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfi dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. Göründüyü kimi iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydə alınmış paylı mülkiyyət olmuş “mənzil”ə daiq qeydin “fərdi yaşayış evinə” dəyişdirilməsi yox, tamamilə sökülmüş, yəni məhv olmuş əmlakın yerində yeni inşa etdiyi fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından ibarətdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri sayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: M a d d ə 2 . Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. M a d d ə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasları 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; ............... M a d d ə 1 8 . Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 150. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi 150.1. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı müraciətinə və məhkəməyə qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən birini əlavə etmədiyindən cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin tələbləri baxımından düzgün olmuşdur. M a d d ə 1 1 . Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. M a d d ə 1 5 . Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının 56.31 kv.m-lik mənzili sökülmüş onun yerində və ya yaxınlığında 293,4 kv.m-lik daşınmaz əmlak inşa edilmişdir. İş materialları müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış evi (mənzil) göstərilən ünvanda olmuş və mülkiyyətçinin iradəsi ilə sökülmüşdür. Cavabdeh inzibati orqanın mütəxəsissləri tərəfindən xx.xx.2023cü il tarixdə göstərilən daşınmaz əmlaka yerli baxış zamanı qeydiyyatdan keçmiş mənzil faktiki göstərilən ərazidə mövcud olmadığı və iddiaçının qeydiyyatdan keçmiş mənzilinin sökülməsi və torpaq sahəsində 2 (iki) mərtəbəli fərdi yaşayış evi inşa olunması müəyyən olunmuşdur. İddiaçının mülkiyyət hüquqları qeydə alınmış mənzilin hal-hazırda mövcud olmadığı (söküldüyü, yəni məhv olduğu) və həmin 56.31 kv.m-lik mənzilin yerləşdiyi topaq sahəsinə dair iddiaçının hər hansı hüquqlarının qeydə alınmadığı işin mübahisəsiz hallarına aiddir. Yəni iddiaçının 56.31 kv.m-lik sökülmüş mənzilinin və yerində inşa edilmiş 293,4 kv.m-lik daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin mövcud olmaması mübahisəsizdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan da müəyyən olunur ki, iddiaçıya məxsus hazırda yerində inşa etdiyi daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsində əvvəllər mövcud olmuş mənzil üzərində mülkiyyət hüququna dair qeyd (çıxarış) qüvvədədir və ləğv edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, eyni torpaq sahəsində mövcud olan və ya mövcud olmuş daşınmaz əmlaklarla bağlı reyestrdə 2 qeyd aparıla (qüvvədə ola) bilməz. İddia uğurlu olsa belə, eyni torpaq sahəsində əvvəllər mövcud olan daşınmaz əmlaka dair mülkiyyət hüququna dair qeyd ləğv olunmamış, yəni hazırda qüvvədə olan qeyd mövcud olduğu halda, həmin torpaq sahəsində inşa olunmuş digər daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınması mümkün deyildir. Əgər ki, iddiaçı hazırda inşa edilmiş 293,4 kv.m-lik daşınmaz əmlakın əvəllər mövcud olmuş mənzilin yerləşdiyi torpaq sahəsindən kənar torpaq sahəsində inşa etdiyini iddia edirsə, o zaman müvafiq qanunvericiliyin tələblərinə əsasən yeni inşa etdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədləri mövcud olmalı idi ki, həmin sənədlərin iddiaçıda olmadığı məhkəmə araşdırması ilə də müəyyən olunmuşdur. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının istər əvvəllər mülkiyyət hüququnun qeydə alındığı mənzilin, istərsə də sonradan inşa etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüququ mövcud olmadığından (buna dair hüquq müəyyənedici sənədi) hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1-ci maddəsinə əsasən Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat və **********12-05101-093001 reyestr nömrəsi ilə sahəsi (payı) 24.31 kv. metrdən ibarət olmaqla mənzil kimi qeydiyyata alınmış, Bakı şəhəri, Xətai rayonu, Ərəstun Kərimov küçəsi, ev 4 ünvanında yerləşən yaşayış sahəsinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş 2021-ci il tarixli eskiz layihəsinə uyğun fərdi yaşayış evi kimi Daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakm Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar