Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1329/2021 21.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, cavabdehin imtinasının əsassız hesab edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01.09.1980-ci il tarixdən 25.06.1985-ci il tarixədək M.Əzizbəyov adına X11 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi və 26.02.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 izahatında bildirdi ki, İddiaçı 1980-1985-ci illər M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunda əyani şöbədə 5 il təhsil almış və “İstilik energetik mühəndisi” ixtisasına yiyələnmişdir. 26.08.1985-ci ildə Mingəçevir şəhərində yerləşən "xxxx"-nin Qazan-Turbin sexinin Əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilərək 21.11.1985-ci il tarixədək həmin vəzifədə, 21.11.1985-ci il tarixdən 31.03.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist, 31.03.1987-ci il tarixdən 04.12.1987-ci il tarixədək həmin sexdə enerji blokun maşinisti, 04.12.1987-ci ildən 14.11.1988-ci ilədək avadanlıqların sazlanması və sınağı sexində mühəndis vəzifəsində, 14.11.1988-ci ildən 15.06.1990-cı il tarixədək həmin sexdə böyük mühəndis vəzifəsində, 15.06.1990-cı il tarixdən 02.09.1996-cı ilədək həmin sexdə sex rəisinin müavini vəzifəsində, 02.09.1996-cı ildən 11.08.1999-cu ilədək həmin sexdə rəis vəzifəsində, 11.08.1999-cu ildən 11.03.2004cü ilədək yanacaq nəqliyyat sexində rəis vəzifəsində işləmişdir, hazırda “Azərbaycan İES» MMC-nin direktoru vəzifəsində işləyir. 26.08.1985-ci ildə Mingəçevir şəhərində yerləşən "xxxx" adlandırılan X3 işə başlamış, 11.03.2004-cü il tarixədək, yəni 19 ildən artıq müddətdə stansiyada işlədiyi sahələrdə iş şəraitinin vəziyyəti müvafiq dövlət orqanları tərəfindən attestasiya olunaraq iş şəraitinin zərərli olması barədə sənədlər, iş yerinin attestasiya xəritəsi tərtib olunmuş və həmin sənədlər əsasında ona əmək haqqına əlavə faizlər və əlavə məzuniyyət verilmişdir. İddiaçının işlədiyi nəzarətçi maşinist, turbin avadanlıqları üzrə nəzarətçi maşinist və enerji bloku maşinisti vəzifələri bilavasitə Siyahıda göstərilmiş, Avadanlıqların Sazlanması və Sınağı sexində işlədiyi mühəndis, böyük mühəndis, sex rəisinin müavinin və sex rəisi vəzifələri bilavasitə Siyahıda göstərilməmişdir. Lakin iddiaçı qeyd edilən vəzifələrdə işləyərkən gündəlik iş müddətində qazan və turbin avadanlıqlarına xidmət etmiş, iş yeri müvafiq orqanlar tərəfindən attestasiya olunmuş, Siyahıda bilavasitə göstərilən vəzifələrdə çalışan şəxslərlə eyni həcmdə, yəni 12% əlavə əmək haqqı almış və ona əlavə məzuniyyət verilmişdir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi, böyük mühəndisi, sex rəisinin müavinin və sex rəisi vəzifələrində işləyərkən Siyahıda bilavasitə göstərilən şəxslərlə birlikdə eyni avadanlıqda, eyni şəraitdə, eyni vəziyyətdə, yəni qazan və turbin avadanlıqlarının istismarı zamanı həmin avadanlıqlara xidmət etmişdir. Yanacaq Nəqliyyat sexində işlədiyi müddət ərzində zərərli işə görə daim 8% həcmində əlavə əmək haqqı almış və əlavə məzuniyyət verilmişdir. İddiaçı 26.08.1985-ci il tarixdən 11.03.2004-cü il tarixədək 19 ildən artıq müddətdə zərərli iş şəraitində işləmişdir. Məhkəməyə təqdim edilmiş rəsmi sənədlər də bunu sübut edir. Avadanlıqların Sazlanması və Sınağı sexində, həmçinin Yanacaq Nəqliyyat sexində işlədiyi vəzifələrlə, Siyahıda bilavasitə göstərilən vəzifələrin uyğunluğu mütəxəssislər qrupu tərəfindən texniki sənədlər əsasında hazırlanmış izahlı arayışda da öz əksini tapmışdır. Ona görə də zərərli iş stajının 12 il 6 aydan az olması ilə əlaqədar cavabdeh orqanın imtinası qanunsuz və əsassız sayılmalıdır. Bundan əlavə "xxxx" MMC adlandırılan X1 vəzifələr ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verilən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nda göstərilən vəzifə adlarının üst-üstə düşməməsi və müxtəlifliyi stansiyada idarəetməni optimallaşdırmaq və iqtisadi səmərələliyini artırmaq məqsədilə stansiyanın strukturu müəyyən olunarkən qeyd olunan Siyahıdakı vəzifələrin adları və zərərli iş şəraitinin nəzərə alınmaması ilə izah olunur. Vəzifələrin adı müxtəlif olsa da iddiaçı Siyahıda göstərilən vəzifəli şəxslərlə eyni vaxtda, eyni şəraitdə, eyni avadanlıqlara xidmət etmişdir. Vəzifə adlarının müxtəlifliyi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Belə ki, iddiaçı 04.12.1987-ci il tarixdən 11.08.1999-cu il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi kimi vəzifələrdə işləyərkən müvafiq olaraq Siyahıda bilavasitə göstərilən enerji blokunun maşinisti, enerji blokunun böyük maşinisti, qazanxana sexinin rəisi və onların müavinləri ilə birlikdə qazan turbin sexinin binasında iş günü ərzində, eyni zərərli və təhlükəli şəraitdə qazan və turbinin istismarının həyata keçirilməsi üçün işlədiyi vəzifələrə uyğun funksiyaları yerinə yetirmiş və onlarla zərərli iş şəraitinə görə eyni həcmdə 12% əmək haqqı almaqla əlavə məzuniyyət almışdır. Eyni zamanda iddiaçı Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyi vaxt yanacaqötürmə sexinin növbə rəisi ilə birlikdə eyni ərazidə eyni binada, eyni zərərli şəraitdə mazutun açıq üsulla boşaldılması, rezervuarlara vurulması, mazutu yanma prosessinə hazırlamaq üçün müxtəlif texnoloji proseslərdən sonra mazutu nasosları vasitəsilə qazanlara ötürülməsinə mazut nasosxanasına, yəni “yanacaqötürmə sexinin növbə rəisi”nə rəhbərlik etmiş və zərərli işə görə 8% əlavə əmək haqqı ödənilməklə əlavə məzuniyyət almışdır. İddiaçının güzəştli iş stajı (26.08.1985-11.03.2004ci illər) 13 ildən artıq, ümumi stajı isə (01.09.1980-01.01.2006-cı illər) 25 il təşkil edir. İddiaçının 57 yaşı isə 26.02.2020-ci ildə tamam olmuş, fərdi hesabının sığorta hissəsində qeyd olunmuş pensiya kapitalı hal-hazıra kimi 131.000 manatdan çoxdur, yəni pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasını idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş 27.08.1985-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 04.12.1987-11.08.1999-cı il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, 11.08.1999- 01.03.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az müddət təşkil edir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 24.06.2020-ci il tarixli **********5 saylı məktubda qeyd edilir: Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 regional “ASAN xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) rəhbərlər və mütəxəssislər (24B) bəndində qazanxana sexlərinin rəisləri və onların müavinləri, turbin atom stansiyasının idarə edilməsi üzrə mühəndislər vəzifəsi nəzərdə tutulmuşdur. İdarəyə təqdim edilmiş 27.08.1985-ci il tarixli İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunanlara əsasən 04.12.1987-11.08.1999-cı il tarixləri arasındakı dövr ərzində "Azərbaycan DRES”-in Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi, 11.08.1999-01.03.2004-cü il tarixləri arasındakı dövr ərzində isə Yanacaq Nəqliyyat sexinin rəisi vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə yuxarıda qeyd olunan sahəyə uyğun deyil. Bu səbəbdən Sizin güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan İddiaçı məxsus HB seriyalı 969001 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1980-ci ildə M.Əzizbəyov adına X11 ordenli Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuş, 1985-ci ildə “İstilik elektrik stansiyaları” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1985-ci il tarixli qərarı ilə “İstilik energetik mühəndisi” ixtisasına yiyələnmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X7” MMCnin “İstehsalat fəaliyyəti haqqında” 18.03.2020-ci il tarixli 07-14 saylı arayışından görünür ki, "xxxx" MMC-nin direktoru 1963-cü il təvəllüdlü İddiaçı 26.08.1985-ci il tarixdən 21.11.1985-ci il tarixədək "xxxx"-nin Qazan-turbin sexinin əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş (Əmr № 773, 27.08.1985), 21.11.1985-ci il tarixdən 31.03.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist (Əmr № 216, 21.11.1986), 31.03.1987-ci il tarixdən 04.12.1987-ci il tarixədək həmin sexdə enerji blokun maşinisti (Əmr № 77, 08.05.1987), 04.12.1987-ci il tarixdən 14.11.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis (Əmr № 201, 16.12.1987), 14.11.1988-ci il tarixdən 15.06.1990-cı il tarixədək həmin sexdə böyük mühəndis (Əmr № 110, 24.11.1988), 15.06.1990-cı il tarixdən 02.09.1996-cı il tarixədək həmin sexdə sex rəisinin müavini (Əmr № 88/K, 18.06.1990), 02.09.1996-cı il tarixdən 11.08.1999-cu il tarixədək həmin sexdə sex rəisi (Əmr № 151/K, 27.08.1996), 11.08.1999cu il tarixdən 01.03.2004-cü il tarixədək Yanacaq-Nəqliyyat sexinin rəisi (Əmr № 72/K, 11.08.1999), 01.03.2004-cü il tarixdən 29.12.2015-ci il tarixədək İdarə aparatı, Baş mühəndisin istilik avadanlıqlarının istismarı və əməyin mühafizəsi üzrə müavini (Əmr № 57/KŞ, 01.03.2004), 29.12.2015-ci il tarixdən 17.11.2017-ci il tarixədək "xxxx" MMC-nin baş mühəndisi, 17.11.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. İddiaçı 26.08.1985-ci il tarixdən 04.12.1987-ci il tarixədək 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən əsas və köməkçi avadanlıqların istismarı ilə məşğul olmuşdur. Göstərilən sahə zərərli iş yeri hesab olunur və onun əmək haqqına əlavə 12% əmək haqqı ödənilmişdir. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Avadanlıqların Sazlanması və Sınağı Sexi qazan, turbin, forsunka və titrəmə qruplarından ibarətdir. Sexin rəisi, rəis müavini, böyük mühəndisi qazan və turbin avadanlıqlarının iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədi ilə istismar sınaqlarının keçirilməsinə və sazlama işlərinin aparılmasına bilavasitə rəhbərlik edir. Sazlama və sınaq işləri yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında yerinə yetirilir. Sazlama və sınaq işləri yüksək səs-küy, titrəmə, temperatur və təzyiq olan sahələrdə aparılır. Göstərilən sahələr zərərli iş yeri hesab olunur və 04.12.1987-ci il tarixdən 11.08.1999-cu il tarixədək onun əmək haqqına əlavə 12% əmək haqqı ödənilmişdir. İş şəraitində zərərli kimyəvi maddələr, mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Yanacaq-Nəqliyyat sexi zərərli iş yeri hesab olunur və həmin sexin rəisinin iş fəaliyyəti bütün iş günü müddətində mazut təsərrüfatında olduğu üçün 11.08.1999-cu il tarixdən 01.03.2004-cü il tarixədək onun əmək haqqına əlavə 8% əmək haqqı ödənilmişdir. İş şəraitində zərərli kimyəvi maddələr mq/m3, 3-4 sinif təhlükəli, səs-küy, infraqırmızı şüalanma, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İddiaçı 26.08.1985-ci il tarixdən 11.08.1999-cu il tarixədək tutduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının 24-cü bölməsinin “a”, ”b” bəndlərinə uyğundur. Zərərli iş şəraitində işlədiyi iş stajı 13 il 08 ay 21 gün təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X7” MMCnin 18.03.2020-ci il tarixli 07-15 saylı arayışından görünür ki, "xxxx" MMC-nin direktoru 1963-cü il təvəllüdlü İddiaçı 26.08.1985-ci il tarixdə “Azərbaşenerji”-nin göndərişi ilə "xxxx"nin Qazan-Turbin sexinin Əməliyyat heyətinə, nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş, ilk dəfə əmək fəaliyyətinə “Azərbaycan DRES"-də başladığı üçün İddiaçı adına müəssisə tərəfindən 27.08.1985-ci il tarixdə İT-İ seriyalı ******* nömrəli əmək kitabçası açılmış, lakin titul vərəqəsinə möhür vurulmamışdır. Həmin müddətdə müəssisənin adı "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan DRES" MMC - “Azərbaycan X7” MMC adlandırılmışdır. Əvvəlki möhürlər qanunvericiliyə uyğun olaraq təhvil verildiyi üçün halhazırda Kadrlar şöbəsinin möhürü dəyişdirilmişdir. İddiaçı 26.08.1985-ci il tarixdən bir müəsissədə işlədiyi üçün əmək kitabçasının titul vərəqəsinə "xxxx" MMC-nin Kadrlar şöbəsinin möhürü vurulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 15.05.2020-ci il tarixli 01-306 saylı arayışından görünür ki, İddiaçı 1980-cı ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Energetka fakültəsinin “X7” ixtisası üzrə əyani şöbənin İ kursuna daxil olmuş (Əmr № 012/737, 21.08.1980-ci il), 1985-ci ildə həmin ixtisas üzrə əyani şöbəni bitirmişdir (Əmr № 02/787, 25.07.1985-ci il). Diplom HB №969001, qeyd № 1180, 26.07.1985-ci il. İş materiallarında olan "xxxx" MMC adlandırılan X5 Avadanlıqlarının Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisi və müavini, həmçinin Yanacaqnəqliyyat sexinin rəisi vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabineti 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsində göstərilən vəzifələrdən hansına uyğun olması barədə” izahlı arayışında qeyd olunur: Hazırda "xxxx" MMC adlandırılan X7 8 enerji blokundan ibarətdir. Enerji bloku dedikdə qazanxana, turbin, generator və köməkçi avadanlıqlar, həmçinin güc transformatoru nəzərdə tutulur, X3 6 enerji bloku bir binada, digər 2 enerji bloku isə başqa binada yerləşdirilmişdir. Ancaq bir binada yerləşdirilən 6 enerji bloku stansiyanın strukturunda 1 nömrəli qazan-turbin sexi kimi, digər binada yerləşdirilən 2 enerji bloku isə 2 nömrəli qazan-turbin sexi struktur vahidi kimi formalaşdırılmışdır. Vəzifələrin uyğunluğu “Funksionallıq”, “Vaxt”, “Zərərlilik”, “Təzyiq”, “Temperatur”, “Səs-küy”, “Titrəmə”, “Təhlükəlilik” göstəriciləri və eyni avadanlıqlara xidmət göstərilməsi əsas götürülərək təsdiq olunmuş texniki sənədlər, vəzifə təlimatları, əsasnamələr, texniki istismar qaydaları, enerji blokunun avadanlıqlarının texniki xarakteristikalarına və əmək şəraitinə görə iş yerinin attestasiya xəritəsinə əsasən müəyyən edilir. İzahlı arayışda göstərilən vəzifəli şəxslərin hər birinin aşağıdakı əsas vəzifələri vardır: İstehlakçıların enerji ilə təchiz olunması üçün avadanlıqların etibarlı, qəzasız və qənaətli işinin təmin olunması; Operativ dispetçer intizamına əməl etməklə buraxılan enerjinin normal keyfiyyətinin, enerji istehsalının maksimal qiymətinin, etibarlığının təmin edilməsi; Avadanlıqların, bina və qurğuların istismara hazır vəziyyətdə saxlanılması, avadanlığın istismara prossesində partalayış, yanğın, əməyin gigiyena və təhlükəsizlik tələbinin yerinə yetirilməsi. İstehsalatın adamlara və ətraf mühitə olan zərərli təsirini azaltmaq üçün yeni texnologiyanın mənimsənilməsi, təmir işlərinin keyfiyyətinin yüksəldilməsi, avadanlıq və qurğuların avtomatlaşdırılması, sexin plan-tapşırıqların yerinə yetirməsi. Uyğunluğu göstərilən vəzifələrdə işləyən şəxslər, qeyd olunan vəzifələri yerinə yetirmək üçün eyni iş günü ərzində, eyni məkanda və avadanlıqda, eyni zərərli və təhlükəli iş şəraitində, yəni yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarının istismarının həyata keçirilməsi üçün müxtəlif funksiyaları həyata keçirirlər. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi vəzifəsi qeyd olunan siyahıda bilavasitə göstərilən enerji blokunun maşinsti vəzifəsinə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxs eyni zərərli iş şəraitində, eyni məkanda, eyni avadanlıqlara eyni vəziyyətdə, yəni istismar zamanı xidmət edirlər. Belə ki, enerji bloku maşinisti enerji blokunda olan hər bir avadanlığın zavod təlimatına uyğun istismarını həyata keçirmək üçün müxtəlif funksiyaları həyata keçirir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi isə qazan və turbin avadanlıqlarının istismarı zamanı iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə istismar sınaqları keçirir, sazlama işlərini normadan yüksək səs-küy, titrəmə, temperatrur və təzyiq olan sahədə aparır və hər iki vəzifədə işləyən şəxs əmək şəraitinin eyni dərəcədə zərərli olmasına görə əmək haqqına 12% əlavə əmək haqqı almaqla onlara əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi qeyd edilən Siyahıda göstərilən enerji blokunun böyük maşinsti vəzifəsi ilə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxs eyni iş günü ərzində, eyni zərərli iş şəraitində, eyni məkanda, eyni avadanlıqlara eyni vəziyyətdə, yəni istismar zamanı rəhbərlik edirlər. Belə ki, enerji blokunun böyük maşinisti enerji blokunun maşinisti ilə eyni yerdə işləyərək onların işinə nəzarət və rəhbərlik edir. Avadanlıqların Sazlanması və Sınağı sexinin böyük mühəndisi isə qazan və turbin avadanlıqlarının iş rejimlərini yoxlayan, həmin avadanlıqların optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə sınaqlarını keçirən, sazlama işlərini aparan mühəndisi təlimatlandırır, işlərinə rəhbərlik edir və bu işləri sexdə yəni, normadan yüksək səs-küy, titrəmə, temperatur və təzyiq olan sahədə aparır və ona görə də hər iki vəzifədə işləyən şəxs əmək şəraitinin eyni dərəcədə zərərli olmasına görə 12% əlavə əmək haqqı alır və onlara əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavini vəzifələri qeyd olunan siyahıda göstərilən “qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifəsi”nə uyğundur. Ona görə ki, hər iki vəzifəni daşıyan, yəni qazanxana sexlərinin rəisləri və onların müavinləri, Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavinləri eyni zərərli iş şəraitində, eyni məkanda eyni avadanlıqlara eyni vəziyyətdə yəni istismar zamanı bilavasitə rəhbərlik edirlər. Belə ki, qazanxana, yəni qazan qurğuları sistemi "xxxx" MMC adlandırılan X3 Qazan və Turbin sexi kimi formalaşdırılmışdır. Odur ki, qazan- turbin sexinin rəisi (qazanxana sexinin rəisi) yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarının istismarına bilavasitə rəhbərlik edirlər. Avadanlıqların Sazlanması və Sınağı sexinin rəisi və rəis müavini isə yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında iş rejimlərini yoxlayır, qazan və turbin avadanlıqlarının optimal texniki istismar parametrlərinin təyin olunması məqsədilə İstismar sınaqlarının keçirilməsinə bilvasitə rəhbərlik edirlər. Sazlama və sınaq işləri yüksək parametrlərlə işləyən qazan və turbin avadanlıqlarında yerinə yetirilir. Sazlama və sınaq işləri qazan və turbin avadanlıqlarında normadan artıq səs-küy, titrəmə, temperatrur və təzyiq olan sahələrdə aparılır. Qeyd olunan sahələr zərərli iş sahəsi hesab olunur və ona görə həmin vəzifəli şəxslərə aylıq əmək haqqına 12% əlavə əmək haqqı və əlavə məzuniyyət verilir. Avadanlıqların Sazlanması və Sınağı sexinin mühəndisi, böyük mühəndisi, sex rəisi və müavini tərəfindən qeyd olunan işlər il ərzində mütəmadi olaraq hər bir enerji blokunun qazan və turbin avadanlıqlarında aparılır. Yanacaq-nəqliyyat sexinin rəisi vəzifəsi yuxarıda qeyd edilən siyahıda bilavasitə göstərilən “qazanxana, turbin (buxar-qaz turbini), qazan-turbin (tozhazırlama) və “yanacaq ötürmə sexlərinin növbə rəisləri”, “qazanxana sexlərinin rəisi və onların müavinləri” vəzifələrinə uyğundur. Çünki, hər iki vəzifəni daşıyan şəxslər mazutun boşaldılması, rezervuarlara vurulması, həmçinin mazutun yanmaya hazırlanması üçün müxtəlif texnoloji proseslərdən keçdikdən sonra mazutu qazana ötürülməsi üçün- yanacaqötürmə - yanacaq nasosları ilə qazanlara vurulmasına bilavasitə rəhbərlik edirlər və qeyd olunan işləri eyni dərəcədə zərərli iş şəraitində eyni məkanda yerinə yetirirlər. Belə ki, qazanxana, turbin (buxar-qaz turbini), qazan-turbin (tozhazırlama) və yanacaq ötürmə sexlərinin növbə rəisləri, mazut müxtəlif texnoloji proseslərdən keçdikdən sonra qazana ötürülməsinə rəhbərlik edirlər və qazanxana sexlərinin rəisi və onların rəis müavinləri isə mazutun alınması və lazımi texnolji proseslərin aparılmasına, qazana ötürülməsinə, qazanxananın iş fəaliyyətinin təşkil edilməsinə bilvasitə rəhbərlik edirlər. "xxxx" MMC adlandırılan X3 Yanacaq Nəqliyyat sexi müstəqil sex kimi fəaliyyət göstərir, balansında 11,6 km dəmiryolu xətti, 6 ədəd teplovoz, hər birinin tutumu 20000 m3 olan 12 ədəd rezervuar, mazutun qəbul edilməsi açıq üsulla boşaldılması üçün 2 ədəd boşaltma qurğusu var. Gün ərzində 240 sistern və ya 1400 ton mazut boşaldıla bilir, mazut təsərrüfatında mazutun yanma prosesinə hazırlamaq üçün müxtəlif texnoloji proseslərdən sonra mazut nasosları vasitəsilə qazanlara ötürülməsi bilavasitə rəhbərlik etməklə həmin avadanlıqların istismarı və təmirinə nəzarət edir. Yanacaq Nəqliyyat sexinin rəisinin iş otağı mazut nasosxanasında yerləşir, yəni zərərli iş zonası hesab edir və ona görə də həmin vəzifədə işləyən şəxsə 8% əlavə əmək haqqı verilməklə hər il əlavə məzuniyyət verilir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 10.09.2020-ci il tarixli izahlı arayışına əlavədən görünür ki, İddiaçı "xxxx" MMC-nin Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini və sex rəisi vəzifələrində işlədiyi müddətdə 16.12.1987-ci ildən 11.08.1999-cu il tarixədək zərərli işə görə ona 1789,29 rubl və 1239560,96 manat əlavə əmək haqqı ödənilmişdir və hər iş ili üçün 6 gün əlavə məzuniyyət verilmişdir. Müəssisədə 1992-ci ilin avqust ayınadək ödəniş rubl ilə həyata keçirilmişdir. 11.08.1999-cu il tarixdən 01.03.2004cü il tarixədək Yanacaq nəqliyyat sexinin rəisi vəzifəsində işləyərkən zərərli işə görə ona ******* manat əlavə əmək haqqı ödənilmiş və hər iş ili üçün 6 gün əlavə məzuniyyət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC “Azərbaycan X7” MMCnin 17.05.2021-ci il tarixli 07-24 saylı güzəştli iş stajına dair arayışından görünür ki, 1963cü il təvəllüdlü İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli və ağır iş şəraiti olan vəzifələrdə çalışmışdır: 1. 26.08.1985-ci il tarixdən 21.11.1985-ci il tarixədək "xxxx"nin Qazan-turbin sexinin əməliyyat heyətinə, nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 773, 27.08.1985). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən qazanxana avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə uyğundur. 2. 21.11.1985-ci il tarixdən 31.03.1987-ci il tarixədək həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində (Əmr № 216, 21.11.1986). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən turbin avadanlığı üzrə nəzarətçi maşinist vəzifəsinə uyğundur. 3. 31.03.1987-ci il tarixdən 04.12.1987-ci il tarixədək həmin sexdə enerji blokun maşinisti vəzifəsində (Əmr № 77, 08.05.1987). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun maşinisti vəzifəsinə uyğundur. 4. 04.12.1987-ci il tarixdən 14.11.1988-ci il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində mühəndis vəzifəsində (Əmr № 201, 16.12.1987). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun maşinisti vəzifəsinə uyğundur. 5. 14.11.1988-ci il tarixdən 15.06.1990-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində böyük mühəndis vəzifəsində (Əmr № 110, 24.11.1988). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “a” bəndində göstərilən enerji blokunun böyük maşinisti vəzifəsinə uyğundur. 6. 15.06.1990-cı il tarixdən 02.09.1996-cı il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində rəis müavini vəzifəsində (Əmr № 88/K, 18.06.1990). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. 7. 02.09.1996-cı il tarixdən 11.08.1999-cu il tarixədək Avadanlıqların Sazlanması və Sınağı Sexində rəis vəzifəsində (Əmr № 151/K, 27.08.1996). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. 8. 11.08.1999-cu il tarixdən 01.03.2004-cü il tarixədək Yanacaq-Nəqliyyat sexinin rəisi (Əmr № 72/K, 11.08.1999). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin “b” bəndində göstərilən qazanxana sexlərinin rəisləri və onların müavinləri, habelə “qazanxana”, “turbin” (buxarqaz-turbin), qazan-turbin (toz hazırlama) və yanacaqötürmə sexlərinin növbə rəisləri vəzifələrinə uyğundur. Zərərli iş şəraitində işlədiyi iş stajı 18 il 06 ay 05 gün təşkil edir. İş materiallarında olan İddiaçı məxsus 27.08.1985-ci il tarixli İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 26.08.1985-ci ildə "xxxx"-nin Qazan-turbin sexinə əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmişdir, 21.11.1985-ci ildə həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsinə keçirilmişdir, 31.03.1987-ci ildə həmin sexdə enerji blokun maşinisti vəzifəsinə keçirilmişdir, 04.12.1987-ci ildə Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis vəzifəsinə keçirilmişdir, 14.11.1988-ci ildə həmin sexdə böyük mühəndis vəzifəsinə keçirilmişdir, 15.06.1990-cı ildə həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçirilmişdir, 02.09.1996-cı ildə həmin sexdə sex rəisi vəzifəsinə keçirilmişdir, 11.08.1999-cu ildə Yanacaq-Nəqliyyat sexinin rəisi təyin edilmişdir, 01.03.2004-cü ildə İdarə aparatı, Baş mühəndisin müavini (istilik texnikası avadanlıqlarının istismarı üzrə) təyin edilmişdir, 25.04.2003-cü ildə "xxxx" ASC-nin idarəetmə strukturunun təkmiləşdirilməsi ilə əlaqədar "xxxx" "xxxx" MMC adlandırılmışdır, 05.01.2006-cü ildə "xxxx" ASC-nin idarəetmə strukturunun təkmiləşdirilməsi ilə əlaqədar "xxxx" MMC «Azərbaycan X7» MMC adlandırılmışdır, 29.12.2015-ci ildə "xxxx" MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilmişdir, 17.11.2017-ci ildə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. O, 1980-1985-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda “İstilik elektrik stansiyaları” ixtisası üzrə təhsil alaraq “İstilik energetik mühəndisi” ixtisasına yiyələnmişdir. İddiaçı 26.08.1985-ci ildə "xxxx"-nin Qazan-turbin sexinə əməliyyat heyətinə nəzarətçi maşinist vəzifəsinə işə qəbul edilmiş, 21.11.1985-ci ildə həmin sexdə turbin avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsinə keçirilmiş, 31.03.1987-ci ildə həmin sexdə enerji blokun maşinisti vəzifəsinə keçirilmiş, 04.12.1987-ci ildə Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis vəzifəsinə keçirilmiş, 14.11.1988-ci ildə həmin sexdə böyük mühəndis vəzifəsinə keçirilmiş, 15.06.1990-cı ildə həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçirilmiş, 02.09.1996-cı ildə həmin sexdə sex rəisi vəzifəsinə keçirilmiş, 11.08.1999-cu ildə Yanacaq-Nəqliyyat sexinin rəisi təyin edilmiş, 01.03.2004-cü ildə İdarə aparatı, Baş mühəndisin müavini (istilik texnikası avadanlıqlarının istismarı üzrə) təyin edilmiş, 29.12.2015-ci ildə "xxxx" MMC-nin baş mühəndisi vəzifəsinə təyin edilmiş, 17.11.2017-ci ildə "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. 25.04.2003-cü ildə "xxxx" "xxxx" MMC adlandırılmış, 05.01.2006-cü ildə "xxxx" MMC «Azərbaycan X7» MMC adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 1980-1985-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda təhsil aldığı müddət sosial sığorta stajına əlavə edilməlidir. Göründüyü kimi, iddiaçının təhsil müddəti nəzərə alınmaqla, o, 01.01.2006-cı il tarixədək 25 ildən artıq (25 il 4 ay 06 gün) ümumi sığorta stajına malikdir. Lakin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı 04.12.1987-ci ildən 11.08.1999-cu ilədək "xxxx"-nin Avadanlıqların Sazlanması və Sınağı sexində mühəndis, böyük mühəndis, sex rəisinin müavini, sex rəisi, 11.08.1999-cu ildən 01.03.2004-cü ilədək Yanacaq-Nəqliyyat sexinin rəisi vəzifələrində işləmişdir. Həmin vəzifələr isə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmamışdır. İddiaçının təqdim etdiyi arayışlarda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bölməsinin (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) «a» (enerji bloklarının maşinistləri, enerji bloklarının böyük maşinistləri) və «b» (qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri, qazanxana sexlərinin rəisləri və onların müavinləri) bəndlərində göstərilən vəzifələrə uyğunluğu qeyd olunsa da, məhkəmə qeyd edir ki, güzəştli iş stajının hesablanması üçün müvafiq sahə və vəzifələr həmin siyahılarda göstərilməlidir. Lakin iddiaçının işlədiyi həmin vəzifələrlə uyğunluğu qeyd olunan vəzifələr tamamilə başqa vəzifələrdir və iddiaçının işlədiyi həmin vəzifələr qeyd olunan siyahılarda göstərilməmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı məhz həmin siyahılarda göstərilən sahə və vəzifələrdə iş illərinə əsasən hesablanmalıdır. Göründüyü kimi, iddiaçının işlədiyi həmin vəzifələr qeyd olunan Siyahılarda nəzərdə tutulmamışdır. Bu səbəbdən də qeyd olunan dövrlər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən staj kimi nəzərə alına bilməz. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən də onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1329/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1329/2021
21.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver