Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1329/2025 03.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, iddiaçı “İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qeydiyyatın etibarsız sayılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı “İddiaçı” şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının №A233/2302 fevral 2023-ci il tarixli tarixli qərarının qərarınınn ləğvi və X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi, X3 Sokak, No: 15/5 Şişli, İstanbul (TR) adına “Monsu” əmtəə nişanının ******* sayla (Dərc 2022/21 Gaz, xx.xx.2022), 32-ci sinif- "pivə; pivə hazırlamaq üçün preparatlar, yəni pivə hazırlamaq üçün şerbetçiotu ekstraktları; mineral su, bulaq suyu, süfrə suyu, qazlı su; meyvə şirələri və tərəvəz şirələri; içkilərin hazırlanması üçün istifadə edilən meyvə konsentratları; içkilərin hazırlanması üçün istifadə edilən tərəvəz konsentratları; meyvə əsaslı içkilər, alkoqolsuz sərinləşdirici içkilər hazırlamaq üçün ekstraktlar; enerji içkiləri; proteinlə zənginləşdirilmiş idman içkiləri; vitaminlərlə zənginləşdirilmiş sular; vitaminlərlə zənginləşdirilmiş qazlı su; vitaminlərlə zənginləşdirilmiş alkoqolsuz içkilər" əmtəələri üzrə qeydiyyatının etibarsız sayılmasa- barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İş üzrə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddia tələbi “ODES GİDA DAĞİTİM PAZARLAMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ (ünvan: X3 Sokak, No: 15/5 Şişli İstanbul (TR)) adına "MONSU" əmtəə nişanının ******* sayla (Dərc 2022/21 Gaz, xx.xx.2022), 32-ci sinif- "pivə; pivə hazırlamaq üçün preparatlar, yəni pivə hazırlamaq üçün şerbetçiotu ekstraktları; mineral su, bulaq suyu, süfrə suyu, qazlı su; meyvə şirələri və tərəvəz şirələri; içkilərin hazırlanması üçün istifadə edilən meyvə konsentratları; içkilərin hazırlanması üçün istifadə edilən tərəvəz konsentratları; meyvə əsaslı içkilər, alkoqolsuz sərinləşdirici içkilər hazırlamaq üçün ekstraktlar; enerji içkiləri; proteinlə zənginləşdirilmiş idman içkiləri; vitaminlərlə zənginləşdirilmiş sular; vitaminlərlə zənginləşdirilmiş qazlı su; vitaminlərlə zənginləşdirilmiş alkoqolsuz içkilər" əmtəələri üzrə qeydiyyatının etibarsız sayılması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, “İddiaçı”, ABŞ adına Azərbaycan Respublikası ərazisində 5, 29, 30, 32, 35 məhz 32-ci sinif əmtəələri üzrə daha əvvəl ilkinliklə mühafizə olunan olan 2013 1501 saylı (ilkinlik, ərizə 2010 1196, xx.xx.2010 ), 30,32, məhz 32-ci sinif xidmətləri üzrə, adi standart şriftlə verilmiş sözdən ibarət "MONSTER" və sairə əlavədə təqdim edilmiş milli əmtəə nişanlarına hüquqlar əsasında həmin əmtəə nişanlarına qarışdırılacaq dərəcədə oxşar olan, üçüncü şəxs X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi, X3 Sokak, No: 15/5 Şişli, İstanbul (TR) adına daha sonra ilkinliklə qanun pozuntusu ilə qeydiyyata alınmış "Monsu” əmtəə nişanının ******* sayla (Dərc 2022/21 Gaz, xx.xx.2022), 32-ci sinif əmtəələri üzrə beynəlxalq qeydiyyatının etibarsız sayılması barədə verilmiş əsaslandırılmış etiraz ərizəsi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının №A233/23, 02 fevral 2024- cü il tarixli qərarı ilə təmin edilməmişdir. "Cavabdeh" qərar verərkən, ******* saylı (Dərc 2022/21 Gaz, xx.xx.2022), beynəlxalq qeydiyyatla "X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi, Türkiyə şirkətinə "İddiaçı", ABŞ şirkətinin qazanılmış nüfuzundan yararlanaraq əsassız varlanmasına şərait yaradığını, eləcədə "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında qanunun" Qanunun 6-cı maddəsinin "a" və "b" bəndlərindən irəli gələn əsasların pozulması ilə qeydiyyata alındığı üçün, həmin qanunun 29-cu maddəsinə əsasən ləğv edilməli və uyğun "Əmtəə nişanlarının qeydə alınması və ekspertizası qaydalarının" (sonralar "Qaydalar") (29.3, 29.5 "a" və "c", 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 bəndlərinə əsasən səsli (fonetik), qrafik (görünüşlü) və məna ifadəli (semantik) oxşarlığının qarışdırılacaq dərəcədə oxşar olduğu, istehlakçılar arasında yanıltma, qarışdırma yaratdığı, bu sözlərin qarışdırılacaq dərəcədə oxşar olduğı barədə təqdim edilmiş sübutları, əsaslandırılmış dəlilləri nəzərə alınmadığı üçün, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının №A233/23, 02 fevral 2024-cü il tarixli qərarının edilməsi barədə iddia tələbimiz təmin edilməlidir. İddiaçı, adına daha əvvəl ilkinliklə aşağıda göstərilən milli qeydiyyatlarla adi standart şriftlə verilmiş "MONSTER", sözü Azərbaycan Respublikası ərazisində mühafizə olunur. Əmtəə nişanı: Qeydiyyat № Qeyd. tari. Ərizə №-si Ərizənin tarixi Fəaliyyət müddəti MONSTER 2013 1501 xx.xx.2013 2010 1196 xx.xx.2010 xx.xx.2030
Siniflər 5,29,30,32,35, məhz 32: Alkoqolsuz içkilər, o cümlədən enerji içkiləri və qəhvə iyi və dadı ilə enerji içkiləri, hamısı vitaminlərlə, minerallarla, bəsləyici (qıdalı) maddələrlə, aminturşuları və/və ya otlar ilə zənginləşdirilmiş. MONSTER 2021 0542 xx.xx.2021 2019 00346 xx.xx.2019 xx.xx.2029
- Siniflər 30,32, məhz 32: Qazlı içkilər və enerji içkiləri daxil olmaqla alkoqolsuz içkilər; içkilərin hazırlanması üçün, o cümlədən qazlı içkilərin və enerji içkilərinin hazırlanması üçün siroplar, konsentratlar, tozlar və tərkiblər; pivə. MONSTER 2011 1066 xx.xx.2011 2010 0618 xx.xx.2010 xx.xx.2030 ENERGY Siniflər 05,32, məhz 32: Pivə; mineral və qazlı sular və digər alkoqolsuz içkilər; meyvəli içkilər və meyvə şirələri; siroplar və içkilərin hazırlanması üçün digər tərkiblər. MONSTER 2012 0022 xx.xx.2012 2010 1426 xx.xx.2010 xx.xx.2030 RİPPER Siniflər 05,32, məhz 32: İçkilər, o cümlədən alkoqolsuz qazlı içkilər; vitaminlərlə, minerallarla, qida maddələri ilə, proteinlərlə, amin turşuları ilə və / və ya otlarla zənginləşdirilmiş qazlı və qazsız içkilər; qazlı və qazsız enerji və ya idman içkiləri, 32-ci sinfə daxil edilmiş pasterizə edilmiş və ya pasterizə edilməmiş, tərkibində şirə və ya soya olan, tez xarab olan içkilər istisna olmaqla, uzun müddətli saxlama üçün yararlı olan, ümumi həcmdən 50% və ya daha az tərkibində şirə olan içkilər. X-PRESSO 2013 1367 xx.xx.2013 2010 1230 xx.xx.2010 xx.xx.2030 MONSTER Siniflər 05,32, məhz 32: alkoqolsuz içkilər, o cümlədən enerji içkiləri və qəhvə iyi və dadı ilə enerji içkiləri, hamısı vitaminlərlə, minerallarla, bəsləyici (qidalı) maddələrlə, aminturşuları və/və ya otlar ilə zənginləşdirilmiş MONSTER 2013 1623 xx.xx.2013 2011 0839 xx.xx.2011 xx.xx.2031 REHAB Siniflər 05,30,32, məhz 32: alkoqolsuz içkilər, MONSTER 2014 0066 xx.xx.2014 2012 0640 xx.xx.2012 xx.xx.2032 DETOX
Siniflər 05,30,32, məhz 32: alkoqolsuz içkilər, MONSTER 2016 1443 xx.xx.2016 2016 32716 xx.xx.2016 xx.xx.2026 ENERGY Sinif 32: alkoqolsuz içkilər; pivə. MONSTER 2021 0789 xx.xx.2021 2018 01506 xx.xx.2018 xx.xx.2028 REHAB
Sinif 30,32, məhz 32: Qazlı içkilər və enerji içkiləri daxil olmaqla alkoqolsuz içkilər; içkilərin hazırlanması üçün, o cümlədən qazlı içkilərin və enerji içkilərinin hazırlanması üçün siroplar, konsentratlar, tozlar və tərkiblər; pivə. JAVA 2021 1995 xx.xx.2021 2019 00352 xx.xx.2019 xx.xx.2019 MONSTER Sinif 30,32, məhz 32: Qazlı içkilər və enerji içkiləri daxil olmaqla alkoqolsuz içkilər; içkilərin hazırlanması üçün, o cümlədən qazlı içkilərin və enerji içkilərinin hazırlanması üçün siroplar, konsentratlar, tozlar və tərkiblər; pivə.. "İddiaçı" şirkəti tərəfindən yuxarıda göstərilən əmtəə nişanlarının tərkibində mühafizə olunan, adi standart şriftlə verilmiş "MONSTER" sözünə ilkin hüquqlar əsasında ******* sayla qeydiyyata alınan “Monsu” əmtəə nişanının 32-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı Azərbaycan Patent İdarəsinə Madrid Razılaşması və Protokolu Qaydalarına müvafiq xx.xx.2022-ci il tarixdə verilmiş vəsatət ekspertiza tərəfindən təmin edilməmiş, həmin vəsatətə cavab belə verilməmiş, onun ərizə vermə hüququ tanınmamış, yəni hüquq pozuntusu ilə ******* saylı qeydiyyatın qüvvəyə minməsi ilə nəticələnmişdir. Madrid Razılaşması və Protokolu Qaydalarına müvafiq olaraq xx.xx.2022-ci il tarixdə verilmiş ərizə ilə eyni əsaslarla 1665227, sayla beynəlxalq qeydiyyata alınan "Monsu” əmtəə nişanının 32-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı "İddiaçı" şirkəti tərəfindən verilmiş ərizələrin təmin edilməsinə sübut kimi, EUİPO, xx.xx.2022-ci il, İPO tərəfindən 06.02,2023cü il, Ukrayna Patent idarəsinin xx.xx.2023-сЬЙ, MOROCCO Patent idarəsinin xx.xx.2022ci tarixli qərarları ilə ******* saylı beynəlxalq qeydiyyata imtina verilməsi ilə bağlı çıxarışlar təqdim edilir. Rusiya Federasiyası Paten İdarəsinin xx.xx.2022-ci tarixli qərarı ilə ******* saylı beynəlxalq qeydiyyata imtina verilməsi ilə bağlı çıxarış sübut kimi təqdim edilir. ******* sayla beynəlxalq qeydiyyat "Real-timestatus" çıxarışdan göründüyü kimi, AE, AZ, CN, EM, GB, MA, RU, UA, US, EM (EUİPO,) genişləndirməklə verilmiş, "İddiaçı" şirkətinə aid "MONSTER" sözünə ilkin qanuni hüquqları nəzərə alınmaqla CN, EM, GB, MA, RU, UA, US, EM (EUİPO) tərəfindən imtina qərarları verilmiş, AE-Ərəb Əmirlikləri ərazisinə 2024/12 Gaz, xx.xx.2024 dərclə-18 ay müddətində ərizə vermək hüququn mümkün olduğu göstərilmişdir. Yəni, "İddiaçı" şirkətinə məlum olmayan səbələrdən, onun "MONSTER" sözünə ilkin qanuni hüquqları yalnız AZ-Azərbaycan Patent İdarəsi tərəfindən tanınmamış, "Monsu" əmtəə nişanına mühafizə verilmişdir. "İddiaçı" şirkətinə aid nişanlarda mühafizə olunan "MONSTER" sözü adi standart şriftlərlə verilmiş sözdən ibarət nişandır. "MONSTER" və "MONSU" sözdən ibarət nişanlarınn Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları¬nın 29.3, 29.5 "a" və "c", 29.6.1, 29.6.2, 29.6.3, 29.6.4 maddələrinin bəndlərinə istinad edilməklə qarışdırılacaq dərəcədə oxşar olduğu, əsaslandırılmaqla Azərbaycan Respublikası Dövlət Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahədində məsələlərə baxan Apellyasiya Şurasına 04 noyabr 2023-cü il tarixdə verilmiş əsaslandırılmış etirazda təhli edilmiş, sübuta yetirilmişdir. Lakin, Apellyasiya Şurası idddiaçının təqdim etdiyi sübutları təhlil etmək, hüquqi qiymət vermək əvəzinə mübahisədə tərəf olmalı olan, maraqlı şəxs kimi, öz mövqeyini müdafiə etmək üçün iclasa gəlməyən "X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi"-nin mövqeyini müdafiə edərək, öz qərarını əsaslandırarkən göstərmişdir: "'Apellyasiya şurası “Monsu” əmtəə nişanını təhlil edərək müəyyən etdi ki, nişanda boz rəngdə, qrafik obrazda "monsu" sözü verilmişdir. Nişanın xarakterik qrafik xüsusiyyətli hərflərin stillistik obrazda verilməsidir. X4 məxsus Monster adlı əmtəə nişanları isə qara rəngdə standart formada verilmişdir". Apellyasiya şurası, daha əvvəl ilkinliklə mühafizə olunan, mübahisənin,iddianın əsası "MONSTER" sözünə oxşarlığı araşdırmalı olduğu halda, boz rəngdə, qrafik obrazda «monsu" işarəsini araşdırır?, öz qərarına qanuni don geyindirməyə çalışır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları"nın 2-ci maddəsi 3-cü abzasında göstəriliən "Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilər" yəni, "Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda qorunur" məsələn,mOnS-tER kimi istifadə etmək hüququna malik olduğunu bilmir ???, bu səbəbdən düzgün qiymət vermir, səhv edir, səhv qərar verir. Apellyasiya şurası, "MONSTER" əmtəə nişanının "Standart şriftlərlə işlənmiş sözlərdən ibarət nişanlar istənilən qrafik yazılışda istifadə oluna bilməsi" və istənilən rəng çalarlarında istifadə edilə bilməsi" xüsusiyyətini nəzərə almaqla, hüquqi qiymət vermək əvəzinə, göstərmişdir: "Göründüyü kimi, müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, müqayisə edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olmaqla ümumi görünüşlü (müşahidə) təəsüratı, şriftin növü,hərflərin xarakteri nəzərə olmaqla qrafiki yazılış, rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar deyil". Apellyasiya şurası, əsassız olaraq, "İddiaçı" şirkətinin "MONSTER" əmtəə nişanından istənilən qrafik yazılışda istifadə, istənilən rəng çalarında istifadə etmə hüququnu olduğunu nəzərə almır. Apellyasiya şurası, standart şriftlərlə işlənmiş "sözlərdən ibarət ibarət nişanların" oxşarlığı araşdırılarkən bu nişanların oxşarlığına subut kimi, hər iki nişanın eyni latın qrafikası ilə verilməsi, oxşar olması üçün yetərlidir. "MONSTER" tərəfindən mübahisələndirilən beş hərfdən ibarət "Monsu" işarəsində eyni, ardıcıllıqla verilmiş dörd hərfdən ibarət ortaq "mons" oxşar işarəsinin olması, bu nişanların oxşar olduğuna əyani sübutdur. Apellyasiya şurası, öz qərarını əsaslandırmaq üçün "MONSTER" əmtəə nişanının "Qaydalara" müvafiq termin olaraq "Standart şriftlərlə işlənmiş" kimi, göstərmir, "Monster adlı əmtəə nişanları isə qara rəngdə? standart formada verilmişdir"? kimi, qiymətləndirir , bütün mövcud sözdən ibarət nişanların "qara" olduğunu bilərəkdən unudur, bu haldan əsassız olaraq istifadə edir, nəticə etibarı ilə səhv qərar verir. Halbuki, mübahisə istənilən qrafik yazılışda istifadə oluna bilən, standart şriftlərlə işlənmiş "MONSTER" sözünə hüquq əsasında verilmişdir. Apellyasiya şurası sözdən ibarət "MONSTER" əmtəə nişanından hansı yazılışda və hansı rəngdə istifadə edilməsi barədə bilgilərə əsaslanmadan, belə qiymət verməklə, haqsızlıqda ifrata varır. Apellyasiya Şurası əsaslandırılmış etirazda verilmiş mülahizələrə qiymət verməklə, münasibət göstərmək, hansı müddəaları qəbul etmədiyini qanun və qaydalarla əsaslandırmaq əvəzinə öz qərarını əsaslandırarkən onları təkrarlamaqla göstərmişdir: “Apellyasiya şurası” və "MONSTER" əmtəə nişanlarını fonetik cəhətdən müqayisə edərək bildirir ki, "monsu" əmtəə nişanı 5(beş) hərf və iki hecadan ibarət olmaqla "mon-su" kimi tələffüz edilir, "MONSTER" əmtəə nişanları isə 7 (yeddi) hərf və iki hecadan ibarət olmaqla “mon-ster” kimi tələffüz edilir. Göründüyü kimi, "Apellyasiya şurası mübahisədə tərəf olmalı olan "X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi"-nin mövqeyini müdafiə edir, 5(beş) hərfdən ibarət "monsu" işarəsinin ilk dörd hərfdən ibarət "mons" işarəsinin eyni olaraq daha əvvəl ilkinkik hüququna malik "MONSTER" əmtəə nişanlarında təkrarlanmaqla, təqlid edilir. Apellyasiya Şurası "X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi"-nin mövqeyini müdafiə etməkdə ifrata varıraraq göstərir: "Bundan əlavə İddiaçı "Monster" əmtəə nişanını müxtəlif formalarda (monster rehab, java monster və s.) istehlakçılara təqdim etmişdir???. Bu isə müqayisə edilən nişanların bir-birindən fərqləndirən mühüm cəhətlərdən biridir.". Apellyasiya Şurası yaddan çıxarır ki, daha əvvəl ilkinliklə mühafizə olunan, mübahisənin, iddianın əsası "MONSTER" sözüdür və digər MONSTER REHAB- N2013 1623, JAVA MONSTER-N2021 1995, əmtəə nişanlarında ayrılıqda mühafizə olunur, JAVA sözüdə ayrılıqda mühafizə obyektidir, bu həmin nişanların mühafizə qabiliyyətini daha da artırır, ayrı-ayrı məhsul növlərində, çeşidlərində istifadə edilir. Yəni, Apellyasiya Şurasının "MONSTER" və ” nişanları arasında bir-birindən "fərqləndirən mühüm cəhətlərdən biridir" fikri, qərəzlidir, səhvdir və əsassızdır. Apellyasiya Şurası "X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi"-nin mövqeyini müdafiə etməkdə davam etməklə göstərir: "Apellyasiya şurası "monsu" və "MONSTER" əmtəə nişanlarını semantik cəhətdən müqayisə edərək bildirir ki, nişanların qeydiyyatı zamanı hər hansı mənaya malik olmaları barədə xüsusi qeyd edilməmişdir. Bu isə həmin nişanların uydurma söz olduğunu və semantik baxımdan oxşar olmadığını deməyə əsas verir. Odur ki, müqayisə edilən nişanların ümumi intellektual -görünüşlərindəki fərqləri, nişanların qrafik fərqlərə malik olması, vizual cəhətlərdən qarışdırılacaq dərəcədə oxşar olmamasını nəzərə alaraq, müqayisə edilən nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini demək olar". Halbuki, iddiaçı "MONSTER" əmtəə nişanı ilə “Monsu” işarəsinin səslənmə (29.6.2), və bu nişanların latın qrafikası ilə verilməsi qrafiki (29.6.3) oxşar olmalarının onların qarışdırılacaq dərəcədə oxşar olmasına yetərli sübut olduğu üçün mənaca (29.6.4) oxşar olması barədə mülahizələrrini bildirməmişdir. MONSTER- sözü ingilis dilindən tərcümədə, nəhəng, güclü, azman, əzəmətli, ucaboylu adam kimi tərcümə edilir. İddiaçı şirkəti tərəfidən "MONSTER" əmtəə nişanı altında istehsal edilən enerji içkilərinin, meyvə şirələrinin adlanması üçün düşünülmüşdür, içkidən istfadənin təsiri, nəticəsinin mübaliğəsi kimi, uydurulmuşdur. "İddiaçı" şirkəti bildirir ki "Monsu" sözü Monsu - iOS / Android - HP Gameplay Trail kimi, ayrı-ayrı virtual oyunlarda istifadə olunur, istehlakçılar və istehsalçılar arasında "MONSTER" sözünün əzizlənmə, qısaldılmış mənası kimi, qəbul edilə bilər yəni, mənacada, ideyaca oxşardırlar. Daha əvvəl hüquqa malik "MONSTER" əmtəə nişanlarının sahibi, "iddiaçı" şirkəti Apellyasiya Şurasından fərqli olaraq hesab edir ki, "Monsu" sözündən bazarda eyni zamanda istifadəsi, istehlakçılar arasında çaşqınlıq yaratmaqla bərabər "X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi"-nə onun "MONSTER" əmtəə nişanlarının qazanılmış nüfuzundan yararlanaraq əsassız varlanmasına şərait yaradır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1. maddəsinə əsasən "Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir". Həmin Məcəllənin 14.1. maddəsinə əsasən "Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir". Həmin Məcəllənin 32.1. maddəsinə əsasən "Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər".
4. “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********810600 nömrəli Qərara əsasən vergi ödəyicisi "İddiaçı" Məhdud Məsuliyyətli Cəmiyyəti (**********) vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X1 Şurasının xx.xx.2024-cü il tarixli A233/23 nömrəli qərara əsasən X5 Pazarlama Sanayi ve Ticaret Limited Şirkətinin məxsus ******* beynəlxalq qeydiyyat nömrəli “Monsu” əmtəə nişanının ƏXBT-nin 32-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfndən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanunun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi əsassız hesab olunmuş və təmin edilməmişdir.
6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, ******* beynəlxalq qeydiyyat nömrəli “Monsu” əmtəə nişanı Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının 32ci sinif (pivə, pivə hazırlamaq üçün preparatlar, yəni pivə hazırlamaq üçün şerbetçiotu ekstraktları, mineral su, bulaq suyu, süfrə suyu, qazlı su, meyvə şirələri və tərəvəz şirələri, içkilərin hazırlanması üçün istifadə edilən meyvə konsentratları, içkilərin hazırlanması üçün istifadə edilən tərəvəz konsentratları, meyvə əsaslı içkilərin, alkoqolsuz sərinləşdirici içkilərin hazırlanması üçün ekstraktlar, enerji içkiləri, proteinlə zənginləşdirilmiş idman içkiləri, vitaminlərlə zənginləşdirilmiş sular, vitaminlərlə zənginləşdirilmiş qazlı su, vitaminlərlə zənginləşdirilmiş alkoqolsuz içkilər) əmtəələri üzrə 2022-ci il 6 aprel tarixində “ODES GİDA DAĞİTİM PAZARLAMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ” adına beynəlxalq qeydiyyata alınmışdır. Nişana 2022-ci il 9 iyun tarixindən Azərbaycan Respublikası ərazisində hüquqi mühafizə verilmişdir. İddiaçı adına Azərbaycan Respublikası ərazisində ƏXBT-nin 32-ci sinif əmtəələri üzrə aşağıdakı əmtəə nişanları qeydiyyata alınmışdır: MONSTER əmtəə nişanı xx.xx.2013-cü il tarixdə N 2013 1501 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2010-cu ildir. Əmtəə nişanı xx.xx.2030-cu il tarixinə qədər etibarlıdır. MONSTER əmtəə nişanı xx.xx.2021-ci il tarixdə N 2021 0542 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2019-cu ildir. Əmtəə nişanı xx.xx.2029-cu il tarixinə qədər etibarlıdır. MONSTER ENERGY əmtəə nişanı xx.xx.2011-ci il tarixdə N 2011 1066 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2010-cu ildir. Əmtəə nişanı xx.xx.2030-cu il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “ENERGY” söz işarəsi Müstəqil hüquqi mühafizə obyekti deyildir. MONSTER RİPPER əmtəə nişanı xx.xx.2012-ci il tarixdə N 2212 0022 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2010-cu ildir, əmtəə nişanı xx.xx.2030-cu il tarixinə qədər etibarlıdır. X-PRESSO MONSTER əmtəə nişanı xx.xx.2013-cü il tarixdə N 2013 1367 nömrə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2010-cu ildir. Əmtəə nişanı xx.xx.2030-cu il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında “x-presso” söz işarəsi müstəqil hüquqi mühafizə obyekti deyildir. MONSTER REHAB əmtəə nişanı xx.xx.2013-cü il tarixdə N 2013 1623 nömrə 9 qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2011-ci ildir. Əmtəə nişanı xx.xx.2031-ci il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında "REHAB" söz işarəsi müstəqil hüquqi mühafizə obyekti deyildir. MONSTER DETOX əmtəə nişanı xx.xx.2014-cü il tarixdə N 2014 0066 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2012-ci ildir. Əmtəə nişanı xx.xx.2032-ci il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında "DETOX" söz işarəsi müstəqil hüquqi mühafizə obyekti deyildir. MONSTER ENERGY əmtəə nişanı xx.xx.2016-cı il tarixdə N 2016 1443 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2016-cı ildir. Əmtəə nişanı xx.xx.2026-cı il tarixinə qədər etibarlıdır. Əmtəə nişanında "ENERGY" söz işarəsi müstəqil hüquqi mühafizə obyekti deyildir. MONSTER REHAB əmtəə nişanı xx.xx.2021-ci il tarixdə N 2021 0789 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2018-ci ildir. Əmtəə nişanı xx.xx.2028-cı il tarixinə qədər etibarlıdır. JAVA MONSTER əmtəə nişanı xx.xx.2021 -ci il tarixdə N 2021 1995 nömrə ilə qeydiyyata alınmışdır. Əmtəə nişanının ilkinlik tarixi xx.xx.2019-cu ildir. Əmtəə nişanı xx.xx.2029-cu il tarixinə qədər etibarlıdır. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1-ci maddəsinə əsasən əmtəə nişanı - sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarı əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Qanunun 6-cı maddəsinin xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır); Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları. Qanununun 29-cu maddəsinin birinci hissəsinp əsasən, əmtəə nişanı bu Qanunun 1-ci addəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci ə ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” nın (bundan sonra- Qaydalar) 29.3-cü maddəsinə əsasən bütün elementləri eyni olan nişanlar eyni hesab edilir. İddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır; Qaydaların 29.4-cü bəndinə əsasən eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: a) eyni və oxşar nişanların məlumat axtarışı aparılır; b) məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; c) iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir; Qaydaların 29.5-ci bəndinə əsasən qarışdırılacaq dərəcədə eyni və oxşar olan nişanlar üzrə məlumat axtarışı, Qanunun 6-cı maddəsinə və bu Qaydaların 5-ci bəndinə uyğun olaraq aşağıda göstərilən nişanlar üzrə aparılır: a) Azərbaycan Respublikasında qeydə alınan və ekspertizası aparılan əmtəə nişanına nəzərən, daha əvvəl ilkinliyə malik olan əmtəə nişanları və ya Azərbaycan Respublikasında həmcins əmtəələrə və ya xidmətlərə görə daha əvvəl ilkinliklə başqa şəxsin adına qeydə alınmaq üçün iddia olunan nişanlar. Bu zaman Qanunun 31-ci maddəsinə uyğun qeydiyyatı ləğv olunan əmtəə nişanları və Qanunun 12-ci maddəsinə uyğun olaraq qeydə almaq üçün verilməmiş sayılan iddia sənədləri nəzərə alınmır; Nişanların oxşarlığını müəyyən etmək üçün Qaydaların 29.6.1-ci “Sözlərdən ibarət nişanların (işarələrin) oxşarlığını müəyyən etmək üçün onlar müqayisə edilir”, 29.6.2-ci “Səs üzrə (fonetik) oxşarlıq”, 29.6.3-cü “Qrafiki (görünüşlü) oxşarlıq”, 29.6.4-cü “Məna etibarı ilə”, 29.9.1-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstə’rilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır”) və 29.9.2-ci (“Əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır”) bəndlərində göstərilən əlamətlər nəzərə alınmalıdır. Qeyd edilməlidir ki, əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Əmtəə nişanlarının qarışdırılacaq dərəcədə oxşar olub olmaması müəyyən edilərkən müqayisə edilən nişanların qrafik, fonetik və semantik cəhətdən oxşarlığı ilə yanaşı, həmin əmtəə nişanları adı altında eyni və ya həmcins əmtəələrin istehsal edilib edilməməsi, əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi nəzərə alınmalı, həmçinin əlamətlər və meyarlar bütün növ əmtəələr və ya xidmətlər üzrə qeyrimüəyyən şəkildə deyil, mühafizəsi tələb olunan mal və ya xidmətlərə münasibətdə qiymətləndirilməlidir. Qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. “Monsu” əmtəə nişanını təhlil edərək müəyyən etmək olar ki, nişanda boz rəngdə, qrafik obrazda “monsu” sözü verilmişdir. Nişanın xarakterik qrafik xüsusiyyəti hərflərin stlistik obrazda verilməsidir. İddiaçı məxsus “MONSTER” adlı əmtəə nişanları isə qara rəngdə, standart formada verilmişdir. Göründüyü kimi müqayisə edilən nişanlar fərqli təsvir və elementlərdən ibarət olmaqla istehlakçıların zehnində fərqli obrazlar yaradır. Belə ki, müqayisə edilən əmtəə nişanlarının qrafik fərqlərə malik olmaqla ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış, rəng və ya rənglərin uzlaşması (kombinasiyası) baxımından qarışdırılacaq dərəcədə oxşar deyil. “Monsu” və “MONSTER” əmtəə nişanlarını fonetik cəhətdən müqayisə edərək bildirilmişdir ki, “monsu” əmtəə nişanı 5 (beş) hərf və 2 (iki) hecadan ibarət olmaqla monsu kimi tələffüz edilir. “Monster” əmtəə nişanları isə 7 (yeddi) hərf və 2 (iki) hecadan ibarət olmaqla mons-ter kimi tələffüz edilir. Bundan əlavə İddiaçı “MONSTER” əmtəə nişanını silsilə nişanlar kimi müxtəlif formalarda (monster rehab, java monster və s.) istehlakçılara təqdim etmişdir. Bu isə müqayisə edilən nişanların bir-birindən fərqləndirən mühüm cəhətlərdən biridir. Bildirilmişdir ki, qeyd edilən nişanlar müqayisə olunarkən orta istehlakçıda yarada biləcək təəssürata nəzərən (ümumi görünüşlü (müşahidə) təəssüratı) bütövlükdə yanaşılmalıdır. “Monsu” və “MONSTER” əmtəə nişanlarını semantik cəhətdən müqayisə edərək qeyd etməyi zəruri hesab edirik ki, nişanların qeydiyyatı zamanı hər hansı mənaya malik olmaları barədə xüsusi qeyd edilməmişdir. Bu isə həmin nişanların uydurma söz olduğunu və semantik baxımdan oxşar olmadığını deməyə əsas verir. Odur ki, müqayisə edilən nişanların ümumi intellektual görünüşlərindəki fərqləri, nişanların qrafik fərqlərə malik olması, vizual cəhətlərdən qarışdırılacaq dərəcədə oxşar olmamasını nəzərə alaraq, müqayisə edilən nişanların istehlakçılarda eyni təsəvvür yaratmaması və istehlakçıları yanıltmadan bazarda yanaşı mövcud ola biləcəyini demək olar. Əmtəə nişanının təyinatına uyğun olaraq onun əsas məqsədi bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Qeyd olunan fərqliliklər nəzərə alınaraq bildirilmişdir ki, müqayisə edilən nişanlar bazarda eyni zamanda mövcud ola bilər və bu, istehlakçılar arasında çaşqınlıq yaratmayacaqdır. Odur ki, ******* beynəlxalq qeydiyyat nömrəli “Monsu” nişanın qeydiyyatına xitam verilməsi üçün yetərli hesab edilə biləcək hüquqi əsas və dəlillər mövcud deyildir. Göstərilənlərə əsasən hesab edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən dəlillər mötəbər sübutlarla təsdiqini tapmadığından sadəcə iddiaçıya məxsus mülahizə xarakteri daşıyır. Bakı İnzibati Məhkəməsinin iddiaya dair yazılı münasibətin bildirilməsi və inzbati icraat materiallarının təqdim edilməsi haqqında sərəncamı və məktubu nəzərə alınaraq, mübahisələndirilən Qərar ilə əlaqədar aparılmış inzibati icraatın materialları Etiraza əlavə olunur. 2-1(112)-7037/2024 nömrəli inzibati iş üzrə Apellyasiya Şurasının 2023-cü il 5 dekabr tarixi: A173/23 nömrəli Qərarının ləğv edilməsi barədə iddia tələbi təmin edilməməsi xahiş edilmişdir.
7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə ODES GİDA DAĞİTİM PAZARLAMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ (ünvan: X3 Sokak, No: 15/5 Şişli İstanbul (TR)) inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
8. Məhkəmənin hazırki iş üzrə xx.xx.2025-ci il tarixli Qərardadı ilə Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçı “İddiaçı” şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qeydiyyatın etibarsız sayılması” barədə iddia tələbi üzrə yenidən inzibati icraatın aparılması üçün bir ay müddət təyin edilmişdir.
9. İddiaçı tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının №A233/2302 fevral 2023-ci il tarixli tarixli qərarının qərarınınn ləğvi və X5 Pazarlama Sanayi Ve Ticaret Limited Şirketi, X3 Sokak, No: 15/5 Şişli, İstanbul (TR) adına “MONSU” əmtəə nişanının ******* sayla (Dərc 2022/21 Gaz, xx.xx.2022), 32-ci sinif- “pivə; pivə hazırlamaq üçün preparatlar, yəni pivə hazırlamaq üçün şerbetçiotu ekstraktları; mineral su, bulaq suyu, süfrə suyu, qazlı su; meyvə şirələri və tərəvəz şirələri; içkilərin hazırlanması üçün istifadə edilən meyvə konsentratları; içkilərin hazırlanması üçün istifadə edilən tərəvəz konsentratları; meyvə əsaslı içkilər, alkoqolsuz sərinləşdirici içkilər hazırlamaq üçün ekstraktlar; enerji içkiləri; proteinlə zənginləşdirilmiş idman içkiləri; vitaminlərlə zənginləşdirilmiş sular; vitaminlərlə zənginləşdirilmiş qazlı su; vitaminlərlə zənginləşdirilmiş alkoqolsuz içkilər” əmtəələri üzrə qeydiyyatının etibarsız sayılmas barədə iddia BAKİ İNZİBATİ MƏHKƏMƏSİnin İş № 2-1(112)-1329/2025 xx.xx.2025-ci il qərardadı ilə -“Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla iddiaçı “İddiaçı” şirkətinin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “qeydiyyatın etibarsız sayılması” barədə iddia tələbi üzrə yenidən inzibati icraatın aparılması üçün bir ay müddət təyin edilmiş, qeyd edilən müddətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi inzibati icraatın nəticəsi barədə məhkəməyə məlumat verilməsi öhtəliyi qoyulmuşdur. Bununla Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının №A233/23, 30 may 2025-ci il tarixli qərarı məhkəməyə təqdim edilmişdir. Həmin qərar Əqli mülkiyyət X2 sədri tərəfindən 13 iyun 2025-ci il tarixdə təsdiq edilmişdir.
10. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X1 Şurasının xx.xx.2025-ci il tarixli A233/23 nömrəli Qərarına əsasən ODES GİDA DAĞİTİM PAZARLAMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ məxsus ******* beynəlxalq qeydiyyat nömrəli “MONSU” əmtəə nişanının ƏXBT-nin 32-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi təmin edilmişdir. “MONSU” (1665227) əmtəə nişanının Azərbaycan Respublikası ərazisində mühafizəsinə xitam verilmişdir. Qeyd edilənlərlə bağlı Beynəlxalq büroya müəyyən edilmiş qaydada məlumat göndərilməsi qərara alınmışdır.
11. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi sahəsində X1 Şurasının xx.xx.2025-ci il tarixli A233/23 nömrəli Qərarına əsasən ODES GİDA DAĞİTİM PAZARLAMA SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ məxsus ******* beynəlxalq qeydiyyat nömrəli “MONSU” əmtəə nişanının ƏXBT-nin 32-ci sinif əmtəələri üzrə qeydiyyatına qarşı iddiaçının (ərizəçinin) nümayəndəsi, patent müvəkkili Nümayəndə tərəfindən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulmuş əsaslara görə verilmiş etiraz ərizəsi təmin edilmişdir. “MONSU” (1665227) əmtəə nişanının Azərbaycan Respublikası ərazisində mühafizəsinə xitam verilmişdir. Qeyd edilənlərlə bağlı Beynəlxalq büroya müəyyən edilmiş qaydada məlumat göndərilməsi qərara alınmışdır. İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
13. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva