Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13296/2023 30.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı "xxxx" MTK məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə "yaşayış yeri üzrə qeydiyyata alınma" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı "xxxx" MTK məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə "yaşayış yeri üzrə qeydiyyata alınma" tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşagıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının yaşadığı və istifadəsində olan ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 5A, 142 saylı mənzildə yaşayır. Yaşadığı mənzil 2013-cü ildən onun istifadəsindədir, bütün kommunal xərclərini ödəyir. Mənzilinə pasport qeydiyyatına alınması üçün lazım olan sənədlərlə Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, lakin ona imtina edilmişdir. Cavabdehin imtina məktubunu əsassız və qanunsuz hesab edir. Odur ki, bu məsələ ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə qərardadı ilə "xxxx" MTK məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Lakin, cavabdehin etiraz ( mülahizəsi ) məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və 3-cü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin cavabdeh məhkəməyə ərizə ünvanlayaraq iş üzrə təyin edilmiş məhkəmə iclasının nümayəndəsinin iştirakı oımadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, proses iştirakçısına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-13- 53/2-A-45960/11/223 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbayı Respublikası Qanununun müvafiq maddəsinə əsasən ünvan 1 ünvanına qeydiyyata alınaraq, şəxsiyyət vəsiqəsi ilə təmin olunmanızla əlaqədar, tələb olunan sənədlərlə (qeydiyyat vəsiqəsi və ya order) birlikdə Bakı şəhərində yerləşən “Asan Xidmət” Mərkəzlərinin birinə müraciət etməlidir. Əks halda mülki qaydada məhkəməyə müraciət edə bilər. - Azərbaycan Respublikası "xxxx" MTK tərəfindən İddiaçı verilmiş M/H-66 nömrəli, 16 avqust 2023-cü il tarixli arayışa əsasən o, ünvan 2 ünvanında “Yeni ünvan 3 mənzilində qeydiyyatsız olaraq yaşayır. - "xxxx" MTK-nın İddiaçı ilə aralarında bağlanmış 26 oktyabr 2013-cü il tarixli Yaşayış binasında mənzil tikintisi haqqında müqaviləsinin surətinə əsasən "xxxx" MTK ünvan 2 ünvanında yerləşən 142 saylı mənzili İddiaçı satmışdır. - "xxxx" MTK tərəfindən İddiaçı verilmiş 26 oktyabr 2013-cü il tarixli maliyyə arayışının surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 girişi, 4 mərtəbəsində ümumi sahəsi 66,0 kv.m. olan 1 otaqlı, 142 saylı mənzilin pay dəyərinin 38500 (otuz səkkiz min beş yüz) manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli, 2(011)- 6815/2017 nömrəli qətnamənin surətinə əsasən iddiaçı X4 cavabdeh İddiaçı qarşı – cavabdehin Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 30 saylı evin, 66 saylı mənzilindən istifadə hüququnun itirilməsinə dair iddiası rədd edilmişdir. Bu qətnamə İddiaçı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 30 saylı evin, 66 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023cü il tarixli 3-21-3-30/2-34771/2023 **********71 saylı məktubunda bildirilmişdir ki, ünvan 1 ünvanın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən göndərilmiş 2(011)-6815/2017 nömrəli, 18 oktyabr 2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “mülkiyyətçinin dəyişməsi ilə əlaqədar yaşayış sahəsinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə məhkəmənin 2(011)-6815/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi 12 oktyabr 2017-ci il tarixində qanuni qüvvəsini almış və xx.xx.2017-ci il tarixində Bakı şəhəri Xətai Rayon Polis İdarəsi tərəfindən icra edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşin faktiki hallarından və tədqiq edilən sənədlərdən məlum olur ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, M. Xiyabani küçəsi, ev 5A ünvanında yerləşən 142 saylı mənzildə yaşadığından onun həmin ünvana qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən yuxarıda qeyd edilən əsaslara görə ona imtina edilmişdir. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 26 oktyabr 2013-cü il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında” müqaviləyə əsasən "xxxx" MTK tərəfindən ünvan 2 ünvanında yerləşən 142 saylı mənzili İddiaçı satılmışdır. "xxxx" MTK tərəfindən iddiaçıya verilmiş 26 oktyabr 2013-cü il tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyəri 38500 (otuz səkkiz min beş yüz) manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Avropa Məhkəməsinin presedent hüququnda “mənzil” anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşmır (X6rşı, 54-cü bənd), belə ki, mənzildə yaşayan, amma kirayə müqaviləsi onun adına olmayan şəxs də mənzillə bağlı hüquqlara malik olduğunu iddia edə bilər (Prokopoviç Rusiyaya qarşı, 36-cı bənd). Bu anlayış həm də ərizəçinin kirayəçi qismində məskunlaşdığı və kirayə hüququnun müddətinin başa çatdığı bələdiyyə şurasının mənzilinə (X3rşı, 46-cı bənd), yaxud bir neçə il ərzində kirayə hüququ əsasında yaşadığı mənzilə (Brejets Xorvatiyaya qarşı, 36-cı bənd) şamil oluna bilər. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun şərh edilən maddəsindən məlum olur ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə şəxsin həmin yerə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də, Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamında “yaşayış yeri” dedikdə, məhz şəxsin, yuxarıda xüsusi qanunvericilikdə qeyd edilən əsaslarla “yaşadığı yer” başa düşülməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsi vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması ilə bağlı müddəaları özündə əks etdirir. Bu müddəalar qarşılıqlı və bir-birinə sıx əlaqəli olan iki hissədən ibarətdir. Birinci hissədə nəzərdə tutulur ki, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İkinci hissədə isə müəyyən olunur ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Bu müddəalardan göründüyü kimi, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində yaşayış yeri məlum olan vətəndaşların qeydiyyata alınması halları nəzərdə tutulur. Bu hallar vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi, sonradan isə onun, yaşayış yerinin dəyişdirməsi ilə əlaqədardır. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaşdan yaşayış yerinə köçmək üçün əsas verən sənədlərin hamısı deyil, onlardan müvafiq qaydada hər hansı biri tələb edilir. Qeydiyyata almanın məhdudlaşdırılması halları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 8-ci maddəsində dəqiq göstərilmişdir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. Özünə yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıra biləcək hallar Qanunda göstərilənlərdən artıq olmamalı və geniş şəkildə şərh edilməməlidır. Hazırki işin faktiki hallarına gəldikdə qeyd edilməlidir ki, iddiaçı faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, ev 5A ünvanında yerləşən 142 saylı mənzildə yaşayır. Bundan başqa, məhkəmə hesab edir ki, iddiaçının faktiki olaraq yaşadığı yerdə deyil, başqa yerdə qeydiyyatda olması dövlət və cəmiyyətdə maraqlarının gəcələkdə pozulmasına səbəb ola bilər. Belə ki, gələcəkdə həmin şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrasına cəlb edilməsi məqsədilə ilə axtarıldıqda qeydiyyatda olduqları yerdə yaşamadıqları üçün müəyyən çətinliklər yarana bilər. Məhz bu halların yaranmaması üçün iddiaçının təkcə öz maraq və mənafeləri üçün deyil, həm də dövlət və cəmiyyətin maraqları üçün faktiki yaşadıgı yerdə qeydiyyatda olması məqsədə və qanunamüvafiqdir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir. Buna görə məhkəmə iddiaçı X1 faktiki olaraq yaşadığı ünvan 6 ünvanına qeydiyyata alınmalı olduğunu məqsədəmüvafiq hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın həm hüququ, həm də vəzifəsidir. Həmin Qanunun 2-ci maddəsində göstərilmişdir ki, on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Bundan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”-nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda göstərilmiş qeydiyyatın məhdudlaşdırılması hallarından başqa bütün digər hallarda qeydiyyat orqanları vətəndaşın iradəsinə uyğun olaraq onun yaşayış yerinin azad seçilməsi aktını təsdiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşadığı və istifadəsində olan ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı yaşadığı və istifadəsində olan ünvan 7 ünvanına qeydiyyata alınması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 10akim Mehriban Qarayeva