Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-133/2022 14.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X18 Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X5, Cavabdehin nümayəndəsi X3, 3-cü şəxsin nümayəndəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11 İdarəsi işə cəlb edilməklə malların ixracatçı ölkənin təqdim etdiyi invoysda və mənşə sertifikatında göstərilən alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məlumatların digərləri” malın təsvirinə uyğun yazılmasının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin idxal etdiyi **********1511 saylı gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan malların təsvirinin və “33.Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər minaral maddələrdən digər məlumatların digərləri” malın təsvirinə uyğun yazılmasının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC uzun müddətdir sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkarlıq fəaliyyətini genişləndirmək məqsədilə İran İslam Respublikasının Astara şəhərində yerləşən “X21 SİNA” Şirkəti ilə 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə bağlayaraq xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə 8462 kv.m “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri adlı materialları (KOD:**********) almışdır. Malın adı, KOD-u, sayı, invoys dəyəri İran İslam Respublikasının gömrük orqanı tərəfindən verilən ixrac gömrük bəyyanaməsində öz əksini tapmışdır. Eyni zamanda mənşə sertifikatı da, bu göstəricləri təsdiq etmişdir.Bakı Baş Gömrük İdarəsi onlara aid yükün istehsalçı və ixracaatçı ölkə tərəfindən verilən qanuni kodunu dəyişib, digər aid olmayan 69-cu qrupa ********** saylı alt yarımmövqe koduna dəyişməyə onları məcbur edir. 69 saylı malların təsnifat kodu üzrə malların tərifində (Nazirlər Kabinetinin xx.xx.2017ci il tarixli, 500 saylı Qərarına əsasən 69-cu qrupa daxil olan keramika məhsullarının tərifi aşağıdakı kimidir: Bu qrupa yalnız, qəliblənmədən sonra yandırılmış keramika məmulatları daxil olunur. Deyilən qəliblənmədən sonra yandırılmış keramika məmulatları olmasını müəyyən edə bilən müvafiq maddi-texniki bazası yoxdur. Maddi-texniki bazası olmayan X11 İdarəsi nə əsasla yükün ********** saylı alt yarımmövqe koduna aid olmasını göstərməsi qeyri-müəyyəndir. Qanuni əsaslar ola-ola qeyri-müəyyən, kiminsə şəxsi fikri və ya tələbi ilə onları qanunsuzluğa məcbur edirlər. Avadanlıq mövcud olmadığından hazırkı yükə də, 69 saylı malların təsnifat kodu üzrə malların tərifində deyilən qəliblənmədən sonra yandırılmış keramika məmulatları olmasının deyilməsini qeyri-mümkün edir. Əgər malın hansı mal nomenklaturasına aid olması müəyyən edilə bilmirsə, ixracatçı ölkənin müəyyən etdiyi konkret KOD ilə rəsmiləşdirilməlidir. Əks halı gömrük orqanı iddia edirsə, bunu sübut etmək vəzifəsi də, onların üzərinə düşür. Onların bunu sübut etmək kimi, qanunvericilikdə hər hansı bir məcburiyyətləri yoxdur. Bakı Baş Gömrük İdarəsi iddiasını sübut etmək əvəzinə, onlara məxsus yükü qanunsuz olaraq saxlamaqla, onlara zərər vuraraq, onların dediklərinə məcbur etməklə məşğuldurlar. Bu isə vəzifədən, vəzifənin verdiyi imkanlardan sui-istifadə halıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 73cü maddəsinin İİ hissəsində göstərilir: “Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz”. Hazırda Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsi Bakı Baş Gömrük idarəsi tərəfindən kobud pozularaq, onların qanuni əsaslar olmayan rüsum və vergilər ödəməyə məcbur edirlər. Yəni, onlar Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin İ hissəsində göstərilən borclarını (“Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur”) vaxtında ödəmişlər və yükün buraxılması üçün gömrük orqanına müraciət etmişlər, lakin gömrük orqanı yükü 2 gün müddətinə buraxmalı olduğu halda, onları əlavə xərclər ödəməyə məcbur qoyurlar, qazanclarından edirlər. Eyni zamanda bildirirlər ki, məhkəmə işinə əlavə etdikləri sənədlərdən görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə, saat 17:34:58 radəsində rəsmiləşdirilmənin dayandırılması barədə 050-245-14- 55 saylı telefona mesaj göndərilmişdir. Rəsmiləşdirilmənin dayandırılması səbəbi kimi sənədlərin X11 İdarəsinə (Laboratoriyaya) göndərilməsi göstərilmişdir. Sənədlər X11 İdarəsinə göndərilməklə rəsmiləşdirmə müddəti qəsdən suni surətdə uzadılır. X11 İdarəsi gömrük orqanının istəyindən kənar nə vaxt rəy verimişdir? Sual olunur: maddi-texniki bazası olmadan, kabinetdə əyləşərək, gömrük orqanının əməkdaşları malın hansı KOD-a aid olmasını necə müəyyən edirlər? Malın KOD-nun səhv olmasını hansı meyarla müəyyən edirlər? Bu yuxarıda göstərilən qanunsuz hərəkətləri ilə onları canlarından bezdiriblər ki, nəticədə xx.xx.2019-cuil tarixdə o, tam affekt vəziyyətinə düşərək prezident aparatının qarşısında özünü yandırmışdır və 2, 3A, 3B, 4-cü dərəcəli ağır bədən yanıq xəsarətləri almış və hal-hazırda da, müalicə olunur, vəziyyəti heç də, yaxşı deyildir. Bu barədə Səbayıl Rayon Prokurorluğunda cinayət işi açılmış, hal-hazırda iş Bakı Şəhər Prokurorluğunun icraatındadır. Bu cinayət işi üzrə zərərçəkən qismində tanınmış və onun bu vəziyyətə düşməsinin səbəbkarlarından biri də, Ceyhun Tarverdiyevdir. X14 havadan, sudan bəhanələr gətirərək, onların tərtib etdikləri gömrük bəyannaməsini geri qaytarır. Hər dəfə də, müxtəlif bəhanələr gətirir. Sual olunur onun bu hala düşməsində şübhəli bilinən şəxs ona aid işlərdə necə qərar verə bilər? Bu ona təzyiq sayılırmı? Tərəflərindən tərtib olunan ilk gömrük bəyannaməsi ilə əlaqədar X8 İdarəsi tərəfindən avadanlıq olmadığı üçün rəy verə bilmədikləri söylənmişdir. Yeni ekspertizanın təyin olunması üçün əlavə vaxt tələb olunduğu üçün ümumi razılığa gəlmişlər və ilkin gömrük bəyannaməsi ləğv edilmişdir, müvəqqəti saxlanc bəyannaməsi tərtib olunmuşdur, mallar onlara məxsus anbarda müvəqqəti saxlanca verilmişdir. Daha sonra ekspertiza üçün Dadaşov adına elmi-tədqiqat institutuna müraciət olunmuş və oradan da, imtina cavabı gəlmişdir. Bu Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının daha da, qəzəbinə səbəb olmuş və onu daha çox incitməyə başlamışlar. Daha sonra onlar yenidən gömrük bəyannaməsi tərtib edərək, Bakı Baş Gömrük İdarəsinə göndərmişlər. Bu bəyannamə üzrə bütün qanuni rüsum və vergilərin tamamı büdcəyə ödənilmişdir. Buna baxmayaraq mallarını sərbəst dövriyyəyə buraxmadılar. xx.xx.2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsinə qarşı onların incidilməsinin dayandırılması və mallarının buraxılması tələbini qoymuşdur. Bu əsnada Bakı Bakı Baş Gömrük İdarəsinə DGK-nın sədri Səfər Mehdiyev bir dəstə adamın və kameranın müşaiyəti ilə daxil olmuşdur. İddiaçının qanuni təmsilçisi onunla bu halı müzakirə etmiş, vəziyyətin nədən ibarət olduğunu izah etmiş, o, isə cavabında sahibkar haqlıdır, malını buraxın. Bundan sonra onun məşəqqətli halı başlamışdır. Bundan daha da, qəzəblənən DGK-nın nümayəndəsi (həmin gün adının Fərid olduğunu, sonradan Fərid Əliyev olduğunu öyrənmişdir) və Bakı Baş Gömrük İdarəsinin əməkdaşları onu daha da, çox incitmiş, şəxsiyyətini, ləyaqətini alçaltmışlar və nəticəsi bəlli olan hadisə baş vermişdir. xx.xx.2019-cu il tarixdə o, özünü yandırandan, iki gün sonra, 09 07.2019-cu il tarixdə saat 17:50:34 radəsində Ceyhun Tarverdiyev iş vaxtının qurtarmasına bir neçə dəqiqə qalmış tələm-tələsik işi yenidən X11 İdarəsinə göndərir. Bir neçə gün öncə imtina vermiş X11 İdarəsi nədənsə bu dəfə tələm-tələsik adına rəy dedikləri, lakin onlara nədənsə təqdim etmədikləri, “sənəd” əsasında guya malın kodunun ********** olduğunu göstərmişdir. Bu halda sual olunur ki, bir neçə gün öncə imtina vermiş X11 İdarəsi bir neçə gündən sonra malın kodunu necə müəyyən etmişdir? Bu halda iki nəticədən birinin yalan olması tam aydındır. X14 xx.xx.2019-cu il tarixdə, saat 13:04:45 radəsində (qeyri-iş saatında) geri qaytararaq səbəbi isə: X11 İdarəsinin xx.xx.2019-cu il 2200-012/0xx-xx/004940 nömrəli rəyinə əsasən mal XİF MN ********** alt yarımmövqeyində sinifləşdirilsin göstərmişdir. Ceyhun Tarverdiyevdən sual olunur: hansı malı X11 İdarəsinə təqdim etmişdir? Görəsən onların iştirakları ilə mal götürmüşdürmü ki, həmin malı X11 İdarəsinə təqdim etsin? X11 İdarəsinə ikinci dəfə təqdim olunan malın onlara aid olub-olmadığı bəlli deyildir. Bu qədər qaranlıq məqamlar olduğu halda X11 İdarəsinin adına rəy dedikləri, lakin onlara təqdim etmədikləri xx.xx.2019-cu il tarixli, 2200- 012/0xx-xx/004940 nömrəli “sənəd”-in nə qədər mötəbər olub-olmaması sual altındadır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən sübut etmə vəzifəsi dövlət orqanının üzərinə qoyulur. X11 İdarəsinə isə dediklərinin heç birini sübut edə bilmir, yalnız əllərindəki imkanlardan sui-istifadə edərək, onların istədiyini etməyə məcbur edirlər. Sübutetmə vəzifəsinin dövlət orqanının üzərinə qoyulmasına baxmayaraq, onlar gömrük bəyannaməsində göstərilən bütün göstəriciləri təsdiq edən sənədləri təqdim etmişlər, lakin nədənsə Bakı Baş Gömrük İdarəsinin əməkdaşları qanun və qanuni sənədləri tanımaq istəmir, özlərinə sərf edəni tətbiq etməyə onları məcbur edirlər. Odur ki, onlar pozulmuş hüquqlarının bərpası üçün həmin **********1511 saylı gömrük bəyannaməsinin “31. Malların təsviri” bölümündə olan malların təsvirinin və “33. Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracaatcı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” malın təsvirinə uyğun yazılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia tələbinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdeh Bakı Baş Gömrük İdarəsi iddiaçının ərizəsində irəli sürülən tələbə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: hesab edirlər ki, qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmaqla, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilməyərək rədd edilməlidir. Məlum olduğu kimi, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçı "Ulduz-Elektron” MMC-nin iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin və Gömrük Məcəlləsinin tələblərinə zidd olaraq tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Belə ki, İddiaçı MMC-nin **********1511 saylı gömrük bəyannaməsinin “31 Malların təsviri” bölümündə olan malların təsvirinin və “33. Malın kodu" bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” malın təsvirinə uyğun yazılması öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 146.1-ci, 148.3cü, 150.2-ci, 153.4-cü və bununla məhdudlaşmayan bir çox maddələrinə ziddir və bu əsasla işə baxan məhkəmə tərəfindən iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin yuxarıda qeyd etdiyi maddələrində müvafiq olaraq göstərilmişdir: 146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 148.3.Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinın vəzifələri aşağıdakılardır: 148.3.1 malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək; 148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək; 148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək; 148.3.4. gömrük ödənişlərini ödəmək; 148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək. 150.2. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirılməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin xx.xx.2014-cü il tarixli, 100/143 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikasının 2.1-ci bəndində gömrük bəyannaməsinin 31-ci və 33-cü qrafalarının bəyannaməçi tərəfindən doldurulmalı olduğu göstərilmişdir. Göründüyü kimi ,gömrük bəyannaməsində malın təsvirinə uyğun yazılması öhdəliyinin Bakı Baş Gömrük İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi tamamilə qanuna ziddir, iddiaçı özünün tərtib etməli və məlumatlarının düzgünlüyünə cavabdeh olmaqla təsdiq etməli olduğu gömrük bəyannaməsinin müvafiq qrafalarının yazılması öhdəliyini cavabdehin üzərinə qoymaqla qanuna və digər normativ hüquqi aktlara zidd hərəkət edir və ümid edirlər ki, məhkəmə tərəfindən buna müvafiq hüquqi qiymət veriləcəkdir. İşin mahiyyəti ilə bağlı qeyd etmək istəyirlər ki, “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”nın tələbinə əsasən gömrük bəyannaməsinin malların təsviri adlanan 31-ci qrafasında bəyan olunan malların X9 Mal Nomenklaturası üzrə mal mövqelərinin adları altında göstərilməsinə yol verilmir. Buna baxmayaraq, iddiaçı malların adını və növünü gizlədərək "Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri" kimi təsvir edir. Halbuki, heç bir ekspertizaya ehtiyac olmadan adi gözlə müşahidə etdikdə belə həmin malların döşəmə plitələri (kafel, metlax) olduğu açıq-aydın görünür. Buna baxmayaraq, Bakı Baş Gömrük İdarəsi Azərbaycan Respublikasının X9 Mal Nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli, 500 saylı Qərarı ilə təsdiq edilmiş X9 Mal Nomenklaturası (bundan sonra- XİF MN) üzrə müvafiq kodun müəyyən edilməsi üçün X11 İdarəsinə müraciət etmiş, həmin idarə tərəfindən nümunələr üzərində ilkin və kompleks ekspertiza aparılaraq ‘‘Ulduz Elektron” MMC-nin ünvanına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə ********** alt yarımmövqeyində sinifləşdirildiyi müəyyən olunmuşdur. Bununla da, iddiaçının **********1511 sorğu nömrəli gömrük bəyannaməsində ölkəyə gətirdiyi döşəmə plitələrinin kodunu dəyişdirərək, ********** saylı alt yarımmövqe kodu və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” kimi bəyan etməklə malların gömrük dəyərinin 15%-ni ödəyərək, əslində ödənilməli olan kvadrat metrə görə 2 ABŞ dolları təşkil edən gömrük rüsumundan yayınmaq istədiyi aşkar olunmuşdur. Gömrük Məcəlləsinin 322.1.2-ci maddəsinə əsasən malların X9 mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi məqsədilə gömrük ekspertizası aparılır. Həmin Məcəllənin malların təsnifatı adlanan 321-ci maddəsinə əsasən mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların X9 mal nomenklaturasında kodu (kodları) müəyyən olunur. Bəyan edilən malların X9 mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədıkdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər. Malların təsnifatını apararkən, gömrük orqanları X9 mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10- cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər. Yuxarıda qeyd etdiklərinə nəzər saldıqda Bakı Baş Gömrük İdarəsinin heç bir hüquqi və ya fiziki şəxslə ədavətinin, qərəzinin olmadığı, sadəcə dövlətin iqtisadi təhlükəsizliyinə cavabdeh olan inzibati orqanlardan biri kimi üzərinə düşən vəzifələri yerinə yetirdiyi açıqaşkar görünür. Bir daha qeyd etmək istəyirlər ki, iddiaçı tərtib etdiyi gömrük bəyannaməsindəki məlumatları düzgün qeyd etməli və müvafiq gömrük ödənişlərini ödəməli, bu vəzifələrini gömrük orqanına həvalə etməməlidir. Əlavə olaraq bildirir ki, İran İslam Respublikasının Astara şəhərində yerləşən X21 Sına şirkəti ilə 17 avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE********. UE19081805, UE19081806 saylı invoyslar ilə "Ulduz-Elektron” MMC-nin ünvanına daxil olmuş malların gömrük rəsmiləşdirilməsi cəmiyyətin xx.xx.2019cu il tarixli, **********8454 sorğu nömrəli gömrük bəyannaməsinə əsasən aparılmış, mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında tələbkarın özünə məxsus anbarına yerləşdirilmişdir və bu prosedur Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının təsdiq edilməsi haqqında 27 avqust 2013-cü il tarixli Qərarı ilə tənzimlənir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 9.0.3-cü maddəsində göstərilir ki, gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq gömrük orqanının hüququdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 104.1-ci maddəsində göstərilir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Həmin Məcəllənin 104.2-ci maddəsində göstərilir ki, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cu maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gomruk orqanları malların buraxılışını həyata keçirirlər. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir (Gömrük Məcəlləsinin 162.1 və 162.2. maddələri). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4364/2019 saylı, 07 noyabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə X11 İdarəsi üçüncü şəxs qismində cəlb edilmişdir. Şifahi məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən olunur ki: - Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı MMC xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X10r. - İran İslam Respublikasının Astara şəhərində yerləşən X21 SENA Şirkəti ilə İddiaçı MMC arasında bağlanmış 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invosyslar ilə ididaçının ünvanına “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri” KOD ********* kodu altında mallar daxil olmuşdur. - X21 SENA Şirkəti tərəfindən sözügedən malların mənşə sertifikatı təqdim edilmişdir. - İddiaçı tərəfindən **********6082 sorğu nömrəli, xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş qısa idxal bəyannaməsi təqdim edilərək, 31. Malın tam təsviri hissəsində - Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri, 33. Malın kodu hissəsində - ********* göstərilmişdir. - İddiaçı tərəfindən yenidən **********1511 sorğu nömrəli, xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş Gömrük bəyannməsi təqdim edilərək, 31. Malın tam təsviri hissəsində - Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən digər məmulatların digərləri, 33. Malın kodu hissəsində - ********* göstərilmiş və həmin bəyannaməyə əsasən dövlət büdcəsinə ödənilməli olan bütün gömrük rüsumları və ödənişləri ödənilmişdir. - Gömrük əməkdaşları tərəfindən gömrük bəyannaməsi bəyannaməçiyə xx.xx.2019-cu il tarixdə, saat 14:30:45 və xx.xx.2019-cu il tarixdə, 17:27:08 radələrində qaytarılaraq səbəb kimi 31-ci qrafa malın adı və ölçülərinin düzgün yazılması, 33-cü qrafa malın kodunun düzgün, ********** yazılmalı olması göstərilmiş, xx.xx.2019-cu il tarixdə, saat 17:24:49-da qaytarılaraq GB-ilə əməliyyatları dayandırmaq üçün səbəb kimi XİFMN kodunun araşdırılması üçün S.Ə.Dadaşov adına E.T.L.K.M İnstitutuna müraciət edilməsi göstərilmiş, xx.xx.2019-cu il tarixdə, saat 10:14:17 radələrində GB-ilə əməliyyatları dayandırmaq üçün səbəb kimi 31-ci qrafa malın adı və ölçülərinin düzgün yazılmaması, 33-cü qrafa malın kodunun düzgün, ********** yazılmalı olması göstərilmiş, xx.xx.2019-cu il tarixdə 17:50:34 radələrində GB-ilə əməliyyatları dayandırmaq üçün səbəb kimi laboratoriya müayinəsi üçün səbəb: yükün koduna rəy verilməsi göstərilmiş, xx.xx.2019-cu il tarixdə, saat 09:16:09 radələrində GB-ni bəyannaməçiyə qaytarmaq üçün səbəb kimi malların MGEİ-nin müəyyən etdiyi kod altında bəyan olunması (**********), 37-ci və 40-cı qrafaların düzgün doldurulmalı olması, malların təsvirinin tam və düzgün göstərilməli olması, invoysda göstərilən valyutanın dəqiqləşdrilməsi, yükləri buraxan təyinat gömrük postunun bəyannaməçi tərəfindən düzgün seçilməli olması göstərilmişdir, xx.xx.2019-cu il tarixdə, saat 13:04:45 radələrində GB-ni bəyannaməçiyə qaytarmaq üçün səbəb kimi X11 İdarəsinin xx.xx.2019-cu il tarixli, 2200-012/0xx-xx/004940 nömrəli rəyinə əsasən malın XİF MN ********** alt yarımmövqeyində sinifləşdirilməli olması göstərilmişdir. - Cavabdeh tərəfindən X8 İdarəsinə 1400-012/0xx-xx/006115 nömrəli, xx.xx.2019cu il tarixli məktubla “İddiaçı MMC-nin ünvnaına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan yükün XİF MN görə sinifləşdirilməsi məqsədilə təqdim olunmuş nümunələrin laboratoriyada istifadə olunan avadanlıqlarda yaranmış texniki nasazlıq səbəbindən nümunələrdə göstərilən parametrlər üzrə analizlərin aparılması mümkün olmadığından XİF MN üzrə sinifləşdirilməsinin mümkün olmaması barədə X8 İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla imtina edilmişdir. - Cavadeh tərəfindən X8 İdarəsinə 1400-012/0xx-xx/006574 nömrəli, xx.xx.2019-cu il tarixli məktubla müraciət edilərək, İddiaçı MMC-nin ünvanına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan yüklərin kodunun müəyyən edilərək, rəy verilməsi xahiş edilmişdir. - Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” xx.xx.2019-cu il tarixdə, saat 11:00-da, İpək yolunda tərtib edilmiş aktdan görünür ki, İddiaçı MMC tərəfindən UE19081806 nömrəli, xx.xx.2019-cu il tarixli invoysla idxal edilmiş 53A591/2 nömrəli anbardan gömrük ekspertizasının keçirilməsi üçün gömrük laboratoriyasına göndərilməsi məqsədilə Əkbərov Mehdi (mühafizəçi) tərəfindən mallardan prob və nümunələr - UE19081806 nömrəli invoysdakı üzlük, Gömrük Məcəlləsinin 322.1-ci maddəsinə uyğun olaraq kod təyin edilməsi məqsədilə tətq edilməsi üçün götürülmüşdür. Prob və nümunələrin götürülməsində iştirak etmələrini mühafizəçi Ələkbərov Mehdi və nümayəndə Abasquliyev Rəfayıl imzaları ilə təsdiq etmişlər. Prob və nümunələr laboratoriyaya xx.xx.2019-cu il tarixində, saat 12:00-da Ələkbərov Mehdi oğlu tərəfindən təhvil verilmişdir. - X8 İdarəsi tərəfindən Bakı Baş Gömrük İdarəsinə təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 2200-012/0xx-xx/004940 nömrəli rəyə əsasən, ekspertizanın aparılması üçün əsas 1400-012/0xx-xx/006574 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubu; ekspertizanın məqsədi və qarşıda qoyulan sullar yükün XİF MN üzrə kodunun müəyyən edilməsi; ekspertizanın vaxtı və yeri xx.xx.2019-xx.xx.2019, X8 İdarəsi; ekspertizanın növü ilkin və kompleks ekspertiza; təqdim olunan materiallar və sənədlər UE19081801, UE1908102, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar, yol nəqliyyat sənədi (CMR), gömrük bəyannaməsi, mənşə sertifikatı, müqavilə, prob və nümunələrin götürülməsi haqqında akt, sənədlərin (materialların) daxil olma tarixi sənədlər – xx.xx.2019, nümunələrin təqdim olunması xx.xx.2019; təqdim edilmiş malların adı (qablaşdırılması və rekvizitləri) Suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələr; icra edən ekspert X12, şöbə rəisi, kimyaçı X1, baş kimyaçı – ekspert, kimyaçı X13; sual yükün XİF MN üzrə kodunun müəyyən edilməsi, tədqiqat obyektinin vəziyyəti döşəmə örtüyü, tədqiqat metodu sənədlərin araşdırılması, vizual, İQspektrofotometriya üsulu, ГОСТ 27180-2001, ölçmə üsulu; sınaq nəticələri MGEİ-nin 6029/2019 nömrəli sınaq protokolunda qeyd olunmuşdur. Normativ sənəd XİF MN, XİF MN-na dair İzahnamə, nəticə ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC-nin ünvanına UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 nömrəli invoyslar üzrə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə 6907 21 900 0 alt yarımmövqeyində sinifləşdirilir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi X11sə İdarəsinin 6029/2018 nömrəli sınaq protokolundan görünür ki, nümunənin adı – döşəmə üçün üzlük, nümunənin miqdarı və çəkisi 1 × 2 ədəd, nümunənin götürülmə yeri – X24, nümunənin götürülmə vaxtı – xx.xx.2018, nümunənin qəbul şöbəsinə təqdim olunduğu tarix xx.xx.2018-ci il tarix göstərilsə də, sınaq protokolunun tərtib edilmə tarixi xx.xx.2019-cu il göstərilmişdir. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4364/2019 saylı, xx.xx.2019-cu il tarixli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-367/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadları ilə işin obyektiv araşdırılması məqsədilə məhkəmə ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilsə də, həmin sahə üzrə müvafiq mütəxəssisin ekspertiza tədqiqatında iştirakının təmin edilə bilməməsi səbəbindən məhkəmə qərardadının icrasından imtina edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-298/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə işin obyektiv araşdırılması məqsədilə yenidən məhkəmə ekspertizasının təyin edilməsi, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilməsi qərara alınmışdır. Ekspert qarşısında suallar qoyulmuşdur: təqdim edilən nümunə qəliblənmədən sonra yandırılmış keramika məmulatımıdır?; əgər belə isə qəliblənmədən sonra yandırılmış keramika məmulatı olması hansı meyarla və necə müəyyən edilir?; İddiaçı MMC ilə X21 Sına şirkəti arasında bağlanmış 17 avqust 2019-cu il 2019/08/17/01 saylı müqavilə əsasında xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə İran İslam Respublikasından idxal olunan mallardan götürülmüş nümunələrin adı, növü və təyinatı nədən ibarətdir?; birinci sualda göstərilmiş nümunələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş X9 mal nomenklaturası üzrə “********** - Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər mineral maddələrdən məmulatlar (karbon lifləri, karbon liflərindən məmulatlar və torfdan məmulatlar daxil olmaqla) digər məmulatlar digərləri” təsnifat kodu ilə sinifləşdirilirmi? birinci sualda göstərilmiş nümunələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş X9 mal nomenklaturası üzrə “********** - Döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün keramik üzlük lövhəcikləri; mozaika işləri üçün keramika kubikləri və ya analoji məmulatlar, əsasda və ya onsuz; bəzək üçün keramika məmulatları 6907 30 və 6907 40 yarımmövqelərinə daxil olanlardan başqa, döşənmə üçün plitələr, döşəmələr, sobalar, kaminlər və ya divarlar üçün üzlük lövhəcikləri su udma əmsalı 0,5 kütlə %-dən çox olmayan digərləri” təsnifat kodu ilə sinifləşdirilirmi? - Azərbaycan Respublikasının Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 6/2763-9/3493 nömrəli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatı ilə məhkəmə qərardadının icrasından imtina edilmişdir. İmtinaya əsas kimi – Mərkəzdə müvafiq maddi-texniki baza olmadığı üçün 1-ci sual üzrə tədqiqat aparılmaması, 1-cu sual cavablandırılmadığından məhkəmə əmtəəşünas ekspert qarşısında qoyulmuş 4-cü və 5-ci suallar üzrə tədqiqatın aparılmaması göstərilmişdir. Beləliklə, məhkəmə işin mahiyyəti ilə bağlı qeyd edir ki, hazırda iddiaçı idxal etdiyi **********1511 saylı gömrük bəyannaməsində göstərilən “31.Malların təsviri” bölümündə olan malların təsvirinin və “33.Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər menaral maddələrdən digər məlumatların digərləri” malın təsvirinə uyğun yazılmasının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehə həvalə edilməsini tələb edir. Hazırki işin hallarından məlum olur ki, iddiaçının təqdim etdiyi **********1511 sorğu nömrəli bəyannamə cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, 1400-012/0xx-xx/006574 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubu əsasında yükün X2 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə gömrük orqanı tərəfindən ilkin və kompleks ekspertiza təyin edilmiş, ekspertiza X8 İdarəsi tərəfindən aparılmış, tədqiqat obyekti döşəmə örtüyü olmaqla, aparılmış ekspertizanın nəticəsində müəyyən edilmişdir ki, iddiaçının ünvanına xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar ilə idxal olunan suda udma əmsalı 0.04 kütlə % olan, üst qatı minalanmış keramikadan döşəmə plitələri XİF MN görə 6907 21 900 0 alt yarımmövqeyində sinifləşdirilir. Bundan sonra sözügedən rəy əsas gətirilərək gömrük orqanı tərəfindən bəyannamənin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə həmin rəyə münasibətdə qeyd edir ki, rəydən görünür ki, tədqiq olunan material və sənədlər - xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar, yol nəqliyyat sənədi (CMR), gömrük bəyannaməsi, mənşə sertifikatı, müqavilə, prob və nümunələrin götürülməsi haqqında akt göstərilmişdir. Tədqiqat obyekti kimi – döşəmə örtüyü göstərilmişdir. Sənədlər tədqiqata xx.xx.2019-cu il tarixdə, nümunələr isə xx.xx.2019-cu il tarixdə təqdim edilmişdir. İş materiallarında olan “Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, plomblu nümunə - UE19081806 saylı invoys üzrə üzlük xx.xx.2019-cu il tarixdə, 11:00-da götürülmüş, xx.xx.2019-cu il tarixdə, saat 12:00-da laboratoriyaya təhvil verilmişdir. Həmçinin, plomblu nümunələrin götürülməsində İddiaçı MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, akt mühafizəçi M.Ələkbərovun və R.Abasquliyev adlı nümayəndənin iştirakı ilə tərtib edilmişdir. Plomblu nümunələri götürərək, təhvil verən şəxs isə mühafizəçi M.Ələkbərov olmuşdur. Digər tərəfdən rəydə, rəyin verilməsinə əsas olmuş aparılmış sınaq nəticələrinin əks olunduğu MGEİ-nin 6029/2019 nömrəli sınaq protokoluna istinad olunmuşdur ki, məhkəmə tərəfindən həmin sınaq protokoluna baxış keçirilərkən müəyyən edilmişdir ki, sınaq protokolunun nömrəsi 6029/2018 göstərilmiş, nümunənin adı – döşəmə üçün üzlük, nümunənin götürülmə vaxtı xx.xx.2018-ci il, nümunənin qəbul şöbəsinə təqdim olunduğu tarix xx.xx.2018-ci il göstərilmiş, sınaq protokolunun tərtib olunma tarixi isə xx.xx.2019-cu il tarix göstərilmişdir. Göstərilən hallar isə, sınaq protokolunun nəticələrinin, nəticə etibarı ilə isə X8 İdarəsinin rəyinin mötəbərliliyini şübhə altına almağa əsas vermişdir. Məhkəmə eləcə də, qeyd edir ki, məhkəmə tərəfindən X2 Nomenklaturası (XİFMN) üzrə kodunun müəyyən edilməsi məqsədilə məhkəmə ekspertiza təyin edilsə də, müvafiq mütəxəssis və Mərkəzdə müvafiq tədqiatın aparılması üçün texniki bazanın olmadığı əsas gətirilərək, ekspertizanın aparılmasından imtina edilmiş, sözügedən hal isə bir növ bəyan edilmiş malların 6907 21 9000 kodu altında sinifləşdirilməsi halını istisna etmişdir. Məhkəmə malın düzgün kod altında bəyan edilməsi məsələsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəf ünvanına idxal olunmuş malın kodunu öz mövqeyinə və iradəsinə əsasən deyil, mənşə ölkəsi İran İslam Respublikasının Astara şəhərində yerləşən “X21 SİNA” Şirkəti ilə bağlanmış 17 avqust 2019-cu il tarixli, 2019/08/17/01 saylı müqavilə, xx.xx.2019-cu il tarixli UE19081801, UE19081802, UE19081803, UE19081804, UE19081805, UE19081806 saylı invoyslar və mənşə sertifikasında göstərilənlərə əsasən müəyyən etmiş və gömrük orqanına bəyan etmişdir. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsində təsbit edilmişdir ki, bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslandırılmaldır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Həmin Qanunun 11.3-cü maddəsinə əsasən bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Həmin Qanunun 11.4-cü maddəsinə əsasən yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı MMC-nin idxal etdiyi **********1511 sorğu nömrəli gömrük bəyannaməsinin “31.Malların təsviri” bölümündə olan malların təsvirinin və “33.Malın kodu” bölümündə olan alt yarımmövqe kodunun ixracatçı şirkət tərəfindən təqdim edilən invoysda və eyni zamanda ixracatçı ölkənin təqdim etdiyi mənşə sertifikatında göstərilən ********** saylı alt yarımmövqe koduna və “Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan, daşdan və ya digər minaral maddələrdən digər məlumatların digərləri” malın təsvirinə uyğun yazılmasının qəbul edilməsi öhdəliyi Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-133/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-133/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver