Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1330/2022 09.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: Laçın rayon Mərkəzi Xəstəxanası) qarşı “ikinci dərəcəli əlillik qrupunun müddətsiz olaraq təyin edilməsi” tələbinə dair iş üzrə iddiaçının “iddiadan imtina barədə” ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının 2-ci dərəcəli əlillik qrupunun müddətsiz olaraq təyin edilməsi, 2021-ci ilin aprel ayının 1-dən hesablamaqla yekun məhkəmə qərarı qüvvəyə minənədək ödənilməmiş 342 manat aylıq pensiya məbləğinin tam olaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin “ikinci dərəcəli əlillik qrupunun müddətsiz olaraq təyin edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə icraatının gedişində cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixdən 5 illik üçüncü dərəcə əlillik təyin edildiyindən və ödənilməmiş pensiya məbləğinin hissə-hissə ödənilməsinə başlanıldığından iddiadan imtina etməsinin qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiadan imtina barədə ərizə qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı iddiadan imtina edilməsi haqqında ərizəsində cavabdeh tərəfindən tələbinin təmin edildiyi və ona xx.xx.2021-ci il tarixdən 5 illik üçüncü dərəcə əlillik təyin olunduğunu bildirmişdir. Ərizəyə əlavə edilən iddiaçıya məxsus sosial arayışdan görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən “əlin və pəncənin iflici, bir ətrafın nəzərəçarpan parezi” diaqnozu ilə 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli **********9 saylı məktubda da iddiaçıya 5 il müddətinə 3-cü dərəcə əlillik təyin olunduğu təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. İnzibati prosessual qanunvericilik iddiaçının iddiadan imtina etməsinin yalnız şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra cavabdehin razılığı olmadan yolverilməz olması ilə məhdudlaşdırmışdır ki, hazırkı işdə bu hal yoxdur. Yəni iddiaçı məhkəmə çıxışları başlayana qədər, hazırlıq icraatı zamanı iddiadan imtina etmişdir. Həmçinin iddiadan imtina edilməsi hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. İPM-in 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. İPM-in 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: Laçın rayon Mərkəzi Xəstəxanası) qarşı “ikinci dərəcəli əlillik qrupunun müddətsiz olaraq təyin edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməlidir. Habelə iddiaçıya izah olunur ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Göstərilənlərə əsaslanaraq və İPM-in 55 və 83.3.6-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (üçüncü şəxs: Laçın rayon Mərkəzi Xəstəxanası) qarşı “ikinci dərəcəli əlillik qrupunun müddətsiz olaraq təyin edilməsi” barədə iddiasından imtinası qəbul edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1330/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1330/2022
09.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver