Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13308/2023 25.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İstehsal və Xidmət X3rşı "əmrlərin icrasının təmin edilməsi və stajının bərpa edilməsi" iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh İstehsal və Xidmət X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “27m və 49m saylı əmrlərin icrasının təmin edilməsi və stajının bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27m və 49m saylı icra sənədlərini kağız üzərində tərtib etmişdir. Lakin icraların heç birini həyata keçirməmişdir. Belə ki, pensiya ilə əlaqədar xx.xx.2022-ci il tarixdə DOST Xidmətinə müraciət etmişdir. DOST Xidməti şifahi məlumat vermişdir ki, xx.xx.1999-cu il tarixdən etibarən kadr olaraq heç yerdə qeydiyyatda yoxdur. xx.xx.2015-ci il köhnə tarixli 161m saylı əmri ilə Əmək Məcəlləsinin 70 “a” “müəssisənin ləğvi” maddəsi ilə 17 il daha köhnə tarixdən xx.xx.1999-cu il tarixdən tutduğu vəzifədən azad hesab edilmişdir. 161m saylı əmri keçmiş baş direktor F.Məlikov imzalasa da, əmri köhnə tarixə M.İmanov qeydiyyata salmışdır. Ali Məhkəmənin xx.xx.2017-ci il, 2(102)-7711/17 saylı qərarı ilə əvvəlki qətnamələr ləğv edilmiş və iş yenidən baxılması üçün geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/18 qərardadı ilə 161m saylı əmrdə əsas göstərilən 24 saylı əmrin əsas olmadığı, müəssisənin ləğv edilmədiyi, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliyinə təhvil verildiyi faktı öz təsdiqini tapmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il tarixli əmr 161m ləğv edilməklə İddiaçı Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına tutduğu vəzifəsinin bərpa olunması qət edilmişdir. Ali Məhkəmənin 03 avqust 2018-ci il 2(102)-5152 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, iş 2(103)- 2426/18 qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Baş direktor M.İmanov icra sənədi 27m saylı əmrdə yazır: İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli, 161m saylı əmri ləğv edilmiş və İddiaçı Bakı şəhəri, Suraxanı rayonunda yerlışən 47 saylı mağazaya müdir vəzifəsinə bərpa edilmişdir (əsas: Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(102)-5152/2018 saylı qərarı). Baş direktor M.İmanov icra sənədi olan 27m saylı əmri tərtib etdikdən bir saat sonra onu mülkiyyətçi dəyişdiyinə görə yeni əmr olan 28m saylı ilə tutduğu müdir vəzifəsindən yenidən azad etmişdir. Halbuki 161m saylı əmri tərib etmək üçün əsas olmamışdır. 161m saylı əmri F.Məlikov imzalasa da, M.İmanov həmin əmri köhnə tarixlərə reqistrasiya etdiyi üçün əmrin əsassız olduğunu bilirdi. Deməli, baş direktor M.İmanov müəssisənin ləğv olunmadığını, faktiki olaraq xx.xx.2020-ci il tarixinə qədər fasiləsiz onun sahibliyində olduğunu və həmçinin həmin tarixdə akt tərtib edilərək ondan alındığını bilə-bilə yazdığı 27m saylı əmri kağız üzərində qoymuş və heç bir əsas olmadan tərtib etdiyi köhnə tarixli xx.xx.2015-ci il tarixli 161m saylı və 17 il keçmiş tarixdən tutduğu vəzifəsindən azad etdiklərini bilə-bilə müəssisənin müdirini icra sənədi 27m saylı əmr yazsa da, müdiri tutduğu vəzifəsinə faktiki olaraq bərpa edilməmiş, əvəzində 28m saylı 27 sentyabr 2018-ci il tarixli yazmışdır: “İddiaçı mağazanın mülkiyyətçisi dəyişdiyi üçün 24 avqust 2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilsin”. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)-4772/2018 saylı qətnaməsi ilə 28m saylı əmr ləğv edilmişdir. Bundan sonra, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin baş direktoru M.İmanov icra sənədi olan 49m saylı əmri tərtib etmişdir: “İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, 28m saylı əmr ləğv edilsin. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin kadr və kargüzarlıq şöbəsi İddiaçı şəxsi işinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın yeni mülkiyyətçisi X5 təhvil verilməsi təmin edilsin”. Belə olan halda necə olur ki, xx.xx.1999-cu il tarixdən sonra onun stajı olmur və 49 saylı icra sənədi də kağız üzərində qalır? Beləliklə, 27m və 49m saylı əmrlərin icrası faktiki olaraq həyata keçirilməmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 24 saylı xx.xx.1999-cu il tarixli əmrinə əsasən Bakı şəhəri rayon ticarət və ictimai iaşə idarələri ləğv edilmiş, onların tabeliyində olan bütün müəssisə və obyektlər İstehsalat və Təsərrüfat İdarəsinin tabeliyinə verilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 161m saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasının müdiri İddiaçı müəssisə ləğv edildiyi üçün 20 iyun 1999-cu il tarixdən tutduğu vəzifəsindən azad olunmuş hesab edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 27m saylı xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/2018 saylı qətnaməsi ilə iş üzrə İddiaçı apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 408/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin “xx.xx.2015-ci il tarixli, 161M saylı əmrin ləğv edilməsi və işə bərpa olunma" tələbinin təmin edilmədiyi hissədə ləğv olunması, həmin iddia tələblərinin təmin edilməsi və İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli, 161M saylı əmri ləğv edilməklə İddiaçı İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazasına müdir vəzifəsinə bərpa olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-5152/2018 saylı qərarı ilə təmin edilməmiş, apollynaiyu instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2015-ci il tarixli, 161M saylı əmr ləğv edilmiş və İddiaçı Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 47 saylı mağazaya müdir vəzifəsinə bərpa edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 28m saylı xx.xx.2018-ci il tarixli əmrinə əsasən Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın müdiri İddiaçı göstərilən mağazanın mülkiyyətçisi dəyişdiyi üçün 24 avqust 2017-ci il tarixdən tutduğu vəzifədən azad olunmuş hesab edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 49m saylı xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)4772/2018 saylı qətnaməsi ilə iş üzrə İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə və qeyrilərinə qarşı “əmrin dəyişdirilməsi, əmrin ləğv edilməsi, hərracın nəticələrinin ləğvi, çıxarışların etibarsız hesab edilməsi və ləğv edilməsi, özünün 47 saylı mağazaya əmlak hüququnun tanınması və buna dair çıxarışın verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin, İstehsal və Xidmət X2kənar əməllərinin istintaqa cəlb edilməsi tələbinə dair iddiası” qismən təmin edilərək, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2018-ci il tarixli 28M saylı əmri ləğv edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-5500/2019 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)4772/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6386/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 5500/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci il tarixli, 2(005)-4772/2018 saylı qətnaməsinin iddianın təmin edilən hissəsinin əsası kimi məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 1-ci və 2-ci hissələrinə istinad etmiş və göstərmişdir ki, bu Məcəllənin qeyd olunan müddəalarına əsasən, qanunverici mülkiyyətçi dəyişdikdə işçilərlə əvvəlki mülkiyyətçi arasında mövcud olan əmək münasibətlərinə birmənalı və imperativ qaydada xitam verilməsini təsbit etməsə də, mülkiyyətçi dəyişdikdən sonra işçi ilə əmək münasibətlərinə xitam verilməsi yeni mülkiyyətçinin səlahiyyətlərinə aid edilmiş və bu məsələdə hər hansı qeyd-şərt nəzərdə tutulmamışdır və bununla da iş üzrə cavabdeh İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi mübahisələndirilən əmri qəbul edərkən 47 saylı mağazanın mülkiyyətçisi olmamış və artıq öz səlahiyyətlərinə aid olmayan əmri qəbul etməklə hüquqi nəticə etibarı ilə həmin vaxt mağazanın mülkiyyətçisi olan X1 mənimsəmişdir. Apellyasiya və kassasiya instansiyası məhkəmələri birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışlar. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, 28m saylı əmr ləğv edilmiş və İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin kadr və kargüzarlıq şöbəsi İddiaçı şəxsi işinin Bakı şəhəri Suraxanı rayonunda yerləşən 47 saylı mağazanın yeni mülkiyyətçisi X5 təhvil verilməsi təmin edilmişdir. İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Nərimanov rayon icra və probasiya şöbəsinə ünvanlanmış **********06 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4772/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin icrası ilə əlaqədar həmin məhkəmə tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra vərəqəsinə və xx.xx.2019-cu il tarixli “icraata başlamaq haqqında” qərarına baxılmışdır. Haqqında bəhs olunan iş üzrə tələbkar İddiaçı tutduğu vəzifəsindən azad edilməsinə dair İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2018-ci il tarixli, 23M saylı əmri xx.xx.2019-cu il tarixli, 49M nömrəli əmr ilə ləğv edilmiş, bununla da istinad edilən məhkəmə qətnaməsi könüllü icra edilmiş və barəsində “İcra vərəqəsi” verilənə qədər icrası tam təmin olunmuşdur. Aidiyyəti əmrin surəti göndərilərək “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinin nəzərə alınması və həmin Qanunun 20.2ci maddəsinə uyğun olaraq icra sənədi üzrə icraata xitam verilməsi üçün müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İşin materialları ilə müəyyən edilir ki, iddia tələbi Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/2018 saylı qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)4772/2018 saylı qətnaməsinin məcburi icrası ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-2426/2018 saylı qətnaməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(005)4772/2018 saylı qətnaməsinin icrası ilə bağlı olduğundan iddia mümkün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnamələrinin icrası ilə bağlı ərizə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova