Məhkəmə qərarları › İş №2-1(112)-13315/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-13315/2023

24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13315/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “soyadın dəyişdirilməsi üçün icazənin verilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ovladlarının hazırki Bayramov(a) soyadlarının dəyişdirilərək Şahzadə soyadına keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh qismində Nərimanov Rayon İcra Hakimiyyəti göstərməklə xx.xx.2014 təvəllüdlü X15 və xx.xx.2017 təvəllüdlü X16 və xx.xx.2022 təvəllüdlü X1 dəyişdirilib Şahzadə soyadı ilə əvəz olunması üçün icazə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə vəsatət təmin edilmişdir. İş üzrə Cavabdeh əsl olan cavabdeh Nəriman Rayon İcra Hakimiyyəti ilə əvəz edilmiş, iddia tələbi “xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X1 dəyişdirilib Şahzadə soyadı ilə əvəz olunması üçün icazə verilməsi” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının və həyat yoldaşının X3 razılığ ilə övladları xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2022-ci il təvəllüdlü X1 dəyişdirilərək Şahzadə olmaları üçün Nərimanov rayon İcra Hakimiyyətinin YYÇİHMKna müraciət etmişdir. Lakin müraciəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsi rəhbər tutularaq müsbət həll olunmamışdır.

5. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyim nəzərə alaraq icazə verə bilər. Komissiya iddiaçının azyaşlı övladlarınının dəyişmək istədiyi soyadlarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə zidd olduğundan məsələnin həllini məqsədəmüvafıq hesab etmir. Sözügedən məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

6. AZ-İ 857123 qeydiyyat nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən İddiaçı və X6 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir.

7. X9 doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı X12 qeyd olunmuşdur.

8. X11 doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı X16 qeyd olunmuşdur.

9. X10 doğum haqqında şəhadətnaməsində adı, soyadı və ata adı X17 qeyd olunmuşdur.

10. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, **********403 nömrəli ərizədə qeyd olunur ki, X7 03.0.2.2014-cü il təvəllüdlü qızı - X9, xx.xx.2022-ci il təvəllüdlü oğlu - X10 və xx.xx.2017-ci il təvəllüdlü oğlu – X2 dəyişdirilərək rəsmi sənədlərdə Şahzadə kimi yazılmasına etiraz etmir.

11. Şifahi məhkəmə dinləmələri (məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

12. Məhkəmə iclasında cavabdeh iştirak etmir.

II. İddianın növü

13. Azərbaycan Respublikası Ailə Məcəlləsindən: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.19. Ad, ata adı, soyad dəyişdirildiyi halda qeydiyyat şöbəsi və ya konsulluq 3 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və o, qeydiyyat şöbəsinə və ya konsulluğa gəldiyi gün adın, ata adının, soyadın dəyişdirilməsini qeydə alır və müvafiq şəhadətnamə verir. 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.

16. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

17. İddia məcburetmə haqqında iddiadır. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir.

19. X19 Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi həyatına hörmət hüququna malikdir. X19 Məhkəməsinin presedent hüququna əsasən “şəxsi həyat” fərdin özəl həyatına nisbətən daha geniş anlayışdır, belə ki, hər bir fərdin müstəqil inkişaf etdiyi və şəxsiyyət kimi formalaşdığı sahələri, o cümlədən digər şəxslərlə münasibətlərini və ətraf aləmlə təmaslarını da əhatə edir. Şəxsə ad qoyulması və ailənin mənşəyi barədə məlumat əldə etməsi “şəxsi həyat”ın əhatə dairəsinə aiddir.

20. İlk növbədə qeyd edilməlidir ki, X19 Məhkəməsinin presedent hüququna əsasən, bir şəxsi adını dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, əhalinin qeydiyyatının düzgün olaraq aparılması, şəxsi kimliyin müəyyən olunması və/və ya müəyyən bir adı daşıyanların müəyyən bir ailə bağlılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir (Kemal Taşkin və digərləri Türkiyəyə qarşı 30206/04 Qərar 2.2.2010 [İİ Bölmə]).

21. Odur ki, məhkəmə şəxsin soyadın (sonluğunun) dəyişdirilməsi ilə bağlı məsələnin həm daxili qanunvericilik, həm də X19 Məhkəməsinin presedent hüququ baxımından qiymətləndirilməsi üçün aşağıdakı məsələləri araşdırmalıdır: - Müdaxilə qanunla nəzərdə tutulubmu? - Müdaxilə qanuni məqsəd daşıyırdımı? - Müdaxilə demokratik cəmiyyətdə zəruri idimi?

22. X19 Məhkəməsinin presedent hüququna əsasən: - “zəruri” anlayışı “əvəzolunmaz” anlayışının sinonimi deyil, o cümlədən bu anlayış “qəbul edilən”, “adi”, “ağlabatan”, “faydalı” və ya “arzu edilən” ifadələrinə xas olan çevikliyə malik deyil; - Razılığa gələn dövlətlər məhdudiyyətlərin tətbiqi zamanı müəyyən, lakin qeyri-məhdud olmayan qiymətləndirmə sərbəstliyi hüququna malikdirlər, lakin onların Konvensiyaya uyğunluğuna dair yekun qiymətləndirmə Avropa Məhkəməsinin səlahiyyətindədir; - “demokratik cəmiyyətdə zəruri” anlayışı onu ifadə edir ki, müdaxilə Konvensiya ilə uzlaşmaqla “təxirəsalınmaz ictimai ehtiyaca” uyğun və “qarşıya qoyulmuş qanuni məqsədə mütənasib” olmalıdır; - Hüquqların təminatının məhdudlaşdırılmasına dair Konvensiyadakı maddələr məhdud təvsir olunmalıdırlar (X4rşı).

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”ndan: 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.

24. Yetkinlik yaşına çatmayan X9 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X5r.

25. Yetkinlik yaşına çatmayan X11 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.2017-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X5r.

26. Yetkinlik yaşına çatmayan X10 doğum haqqında şəhadətnaməsindən görünür ki, o, xx.xx.2022-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X5r.

27. Beləliklə, məhkəmə qeyd edir ki, uşağın soyadı, valideynlərin (onlardan birinin) soyadı ilə müəyyən edilir. Qanunun tələblərinə əsasən hazırki iş üzrə yetkinlik yaşına çatmayan uşaqların soyadlarının dəyişdirilməsinə yol verilən hal, yəni valideynlərindən birinin soyadının dəyişdirilməsi halı baş verməmişdir.

28. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

29. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 73, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar