Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-13317/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli 8194759-L nömrəli qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əfqanıstan Respublikasının vətəndaşı İddiaçı 2018-ci il tarixdən Azərbaycan Respublikasında yaşayır. Onun qızı X1 Azərbaycan Respublikasının Bakı şəhərində anadan olub. İddiaçı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komisarlığının tərəfindən qaçqın statusu verilmiş və bunun əsasında cavabdeh İddiaçı Azərbaycan Respublikasında müvəqqəti olmasına icazə verilmişdir. Həmçinin xx.xx.2021-ci il tarixli ******* nömrəli qərarla İddiaçı Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılmışdır. Qeyd olunan sonuncu qərar xx.xx.2023-ci il tarixli (N 819759-L) qərarla ləğv edilmişdir. İddiaçı hazırkı iddia ərizəsini özü birbaşa verir. Ərizəçi Əfqanıstan vətəndaşı və Vərdək vilayəti sakinidir. Etnik mənsubiyyətinə görə həzaradır. Ərizə-anketdə göstərilmiş anket məlumatlarını təsdiqləyir. Ərizəçi qadın cinsinə aid Əfqanıstan vətəndaşıdır, etnik mənsubiyyətinə görə Hazara, dini mənsubiyyətinə görə Şiədir. Ərizəçinin hər iki valideyni hazırda Əfqanıstanda yaşayır. Ərizəçi ailəsi ilə Bakı şəhərinə sığınmışlar, belə ki, ərizəçi Əfqanıstan Respublikasında polis əməkdaşı olmuşdur və Taliban qruplaşmasına qarşı xidmət etmişdir. Buna görə də ərizəçi və onun ailəsi Əfqanıstan Respubliaksını tərk etmişdir. Taliban tərəfindən təqib ediləcəyi qorxusu ilə mənşə ölkəsini tərk etdiyini iddia edir. Ərizəçinin sözlərinə görə onların Əfqanıstanda olan evlərinə dəfələrlə Taliban qruplaşmasının üzvləri gəlmiş və həyat yoldaşını axtarmışlar və hal-hazırda da ölkəsinə qayıtsa Taliban tərəfindən müəyyən edilib öldürüləcəyindən qorxur. Ərizəçi 2018-cu ildən Əfqanıstanı tərk etmişdir. Ərizəçi öz ailəsi ilə Azərbaycan Rüspublikasına gəldikdən sonra qısa müddət sonra şərlənərək həbs olunub və hal-hazırda Bakı İstintaq Təcridxanasındadır. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə istintaqı gedir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin (bundan sonra - MOM) uzadılması barədə xx.xx.2021-ci il tarixli ******* qərar qəbul edilmişdir. Sonradan aparılmış icraat nəticəsində şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsasın yarandığı müəyyən edilmiş və yuxarıda sözügedən qərar xx.xx.2023-cü il tarixli 8194759-L nömrəli qərarla ləğv edilmişdir. Hesab edirlər ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 60 gün müddətində MOM verilməsinə baxmayaraq onun Xidmətə hər hansı müraciəti (MYİ alınma və s.) daxil olmamışdır. Miqrasiya Məcəlləsinin 20.1-ci maddəsinə əsasən viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, 90 gündən artıq ola bilməz. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmamışdırsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməmişdirsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər. Miqrasiya Məcəlləsinin 43.1.6-cı maddəsinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir. Əlavə olaraq bildirmək lazımdır ki, ölkə ərazisində xüsusi karantin rejiminin yumşalması ilə əlaqədar 2020-ci ilin sonlarından hazırkı dövrədək beynəlxalq uçuşlara icazə verilmişdir. Beləliklə, şəxslər barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səlahiyyətli nümayəndələri vasitəsilə məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə tərəflərin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
5. xx.xx.1993-cü il təvəllüdlü İddiaçı P01021219 nömrəli pasporta əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşıdır.
6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərini Tənzimləmə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-37/2- 192xx-xx/2023/3139 nömrəli məktubla iddiaçı və övladı barəsində qəbul edilmiş 21 iyul 2023-cü il tarixli 8194759-L nömrəli “Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarının ləğv edilməsi barədə” qərara əsasən Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi məsələsinə baxılması zərurəti yaranmışdır. Aparılmış icraat nəticəsində şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsasın yarandığı müəyyən edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 59-cu maddəsini və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsini rəhbər tutaraq, Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı barəsində qəbul olunmuş xx.xx.2021-ci il tarixli ******* nömrəli Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı ləğv edilmiş, İddiaçı müvəqqəti yaşama icaəsinin verilməsi üçün müraciət etmədiyi təqdirdə, 10 gün ərzində ölkə ərizəsini tərk etməsi və bu bəndin icrasına nəzarət edilməsi məqsədilə Miqrasiya nəzarəti baş idarəsinə məlumat verilməsi qərara alınmışdır.
7. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
8. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hazırki mübahisədə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyini nəzərə alaraq, cavabdeh tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunub-olunmamasını, diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilibkeçirilməməsini yoxlayaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
9. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər
14. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.
15. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli qərarının mübahisələndirilməsinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı cavabdehin 21 iyul 2023-cü il tarixli Azərbaycan Respublikasında müvəqqi olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi barədə Qərarı mübahisələndirir. Həmin qərarla cavabdeh tərəfindən iddiaçının müvəqqəti Azərbaycan Respublikasında olması ilə bağlı müddətin uzadılması haqqında xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmişdir. Həmin qərar onunla əsaslandırılmışdır ki, aparılmış icraat nəticəsində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinə əsasən şəxsin müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğv edilməsi üçün hüquqi əsas yaranmışdır.
18. Qeyd olunmalıdır ki, hazırkı iddia mübahisələndirmə növündə iddia hesab edildiyindən AR İPM-nin 14-cü maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
19. Məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, bununla da, dolayısı ilə iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən hazırkı iddia rədd edilməlidir.
20. Bununla əlaqədar olaraq ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 43.1. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadılmır, əvvəl verilmiş müvəqqəti olma müddətinin uzadılması haqqında qərar isə ləğv edilir: 43.1.1. onların Azərbaycan Respublikasında müvəqqəti olması Azərbaycan Respublikasının milli təhlükəsizliyinə zərər vura biləcəyi hallarda; 43.1.2. onların Azərbaycan Respublikasında müvəqqəti olması ictimai asayişə zərər vura biləcəyi hallarda; 43.1.3. onlar Azərbaycan Respublikasında müvəqqəti olma müddətini uzatmaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; 43.1.4. onların şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda; 43.1.5. onların Azərbaycan Respublikasının ərazisinə girişinə qadağa qoyulduqda; 43.1.6. onların Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətini uzatmaq üçün əsas olmuş hal aradan qalxdıqda; 43.1.7. onların Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə.
21. Göründüyü kimi, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri müvəqqəti olma müddətinin uzadılması haqqında qərarın ləğvi üçün birbaşa əsas qismində göstərilmişdir.
22. İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
23. Hazırki qərarın yuxarı hissəsində göstərilmiş qanunvericilik normalarının müddəalarının tələbləri baxımından qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir.
24. Məhkəmə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi zamanı diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmuş, diskresion hüquq həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilərək qanunçuluq prinsipinə əməl olunmuşdur.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
26. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
27. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
28. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
29. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva