Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1332/2021 15.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı Azərbaycan Respunblikası Dövlət Sərhəd Xidmətinin Maliyyə Plan İdarəsi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi Qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin sonuncu abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217 nömrəli 28 sentyabr 2012-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə hesablanaraq, birdəfəlik ödənilməsi üçün cavabdeh Dövlət Sərhəd Xidmətinə üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 2-1(112)-5687/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maliyyə Plan İdarəsi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildən 2017-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində zabit qismində xidmət etmiş və 2017ci ildə Silahlı Qüvvələrin ehtiyyatına buraxılmamış, Silahlı Qüvvələrdə təqvim ili 24 il 4 ay xidmət etmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 1-ci maddəsinin axırıncı abzasına və “Hərbi qulluqçuların Statusu haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq ona ehtiyyata buraxılarkən növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə 11.06.2020-ci il tarixli (DSX-nin ünvanına çatma 12.06.2020-ci il) ərizə təqdim etmiş. Lakin bu günədək qanunvericilikdə müəyyən olunmuş müddət (35 gündən artıq) keçməsinə baxmayaraq, ərizəsinə cavab verilməmişdir. Ona görə də bu faktı (ərizəsinin cavablandırılmaması) inzibati orqanın imtinası hesab edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən, həmçinin də “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin tələblərinə görə Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyinə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətinə verilir. Göründüyü kimi Qanunvericilikdə nəzərdə tutulmuş, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 06.08.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İş üzrə cavab Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Maliyyə Plan İdarəsinin iddia ilə bağlı yazılı münasibətləri (etirazları) məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxış iclası 15 aprel 2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsalar da, məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilmişdir: növbəti məzuniyyət; qısa müddətli məzuniyyət; v) xəstəliyə görə məzuniyyət; q) tədris-təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar məzuniyyət; e) tədris məzuniyyəti; y) yaradıcılıq məzuniyyəti; z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa görə qulluq etmək üçün məzuniyyətlər; i) əlavə məzuniyyət. Həmin Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Sözügedən əsasnamənin 120-ci maddəsinə görə növbəti məzuniyyətin aşağıdakılara verilməsi göstərilmişdir: müddətli həqiqi hərbi xidmət qulluqçularına-müddətli həqiqi hərbi xidmət ərzində- bir dəfə 10 gün; müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına- hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara- hər təqvim ili üçün 35 gün; q) zabitlərə- hər təqvim ili üçün 45 gün.Silahlı qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyət 3 ay müddətinə verilir. Qeyd olunan Əsasnamənin 121-ci maddəsinə əsasən növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (divizya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə edilmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Hərbi vəzifə və hərbi Xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 41-ci maddəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların dairəsi müəyyən edilmişdir. Sabiq hərbi qulluqçu İddiaçı sözügedən Qanunun 41.0.9-cu maddəsinə uyğun olaraq (öz arzusu ilə) Dövlət Sərhəd Xidməti rəisinin 22.11.2017-cı il tarixli, 1810 nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, sabiq hərbi qulluqçu hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətə görə 1395,15 manat kompensasiya 19.02.2021-ci il tarixdə plastik kart hesabına köçürülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki iddiaçının iddiа tələbi təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Xidməti rəisinin 22.11.2017ci il tarixli 1810 ş/h №-li əmrindən çıxarışın (arxiv çıxarışı) surətindən görünür ki, Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsi üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq mayor İddiaçı dövlət sərhədinin mühafizəsi bölməsinin baş zabiti vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə Silahlı Qüvvələrin ehtiyatına buraxılmış. Hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə göndərilmiş. Mayor İddiaçı 01 noyabr 2017-ci il tarixə xidmət illəri: təqvimi 24 il, 02 ay, 18 gün; güzəştli 05 il, 04 ay, 11 gün; cəmi 29 il, 06 ay, 29 gün qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı 21.07.2020-ci il tarixli № 10/84 saylı məktubun surətindən görünür ki, iddiaçının müraciətinə Maliyyə-Plan İdarəsi tərəfindən cavab göndərilərək qeyd edilmişdir ki, həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri aidiyyəti üzrə araşdırılır. Həqiqi hərbi xidmətdə olduğu dövrün istifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 27.02.2021-ci il tarixli № 10/169 saylı məktubla cavab göndərərək qeyd etmişdir ki, sabiq hərbi qulluqçusu İddiaçı hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətə görə 1395,15 (bir min üç yüz doxsan beş manat 15 qəpik) manat kompensasiya 19.02.2021-ci il tarixdə ******************** nömrəli plastik kart hesabına vəsait köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Əsasnamənin 120-ci maddəsində göstərilmişdir ki, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Əsasnamənin 121-ci maddəsində göstərilmişdir ki, növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda (41.0.2); xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda (41.0.3); öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlət (41.0.9). Məhkəmə araşdırması zamanı işin mübahisələndirilməyən hallarından müəyyən olunmuşdur ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin 22.11.2017-ci il tarixli, 1810 ş/h nömrəli əmri ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən istifadə etmədiyi məzuniyyətə görə 1.395.15 manat məbləğində pul 19.02.2021-ci il tarixdə iddiaçının hesabına köçürülmüşdür. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətində növbəti məzuniyyət verilməsi nəzərdə tutulmuşdur. Lakin işin araşdırılan hallarından da göründüyü kimi, hazırki iş üzrə iddiaçı qeyd olunan (yaşa və ya xəstəliyə) əsaslarla deyil, öz arzusu ilə ehtiyata buraxılmışdır və belə olan halda qanunvericilikdə ona 3 ay müddətində növbəti məzuniyyət verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda qanunvericilikdə hazırki iş üzrə iddiaçıya onun tərəfindən tələb olunan 3 ay müddətində növbəti məzuniyyətin verilməsi nəzərdə tutulmadığından, həmçinin iddiaçının istifadə etmədiyi məzuniyyətə görə 1.395.15 manat məbləğində pul ödənildiyindən idida tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki iddia tələbi əsassız olduğu üçün təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1332/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1332/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver