Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-13323/2025 13.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı üçüncü şəxs qismində Bakı şəhəri Qaradağ Rayonu Sahil Bələdiyyəsi cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair üzrə iş materiallarına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Qaradağ rayon Sahili Bələdiyəsinin və Qaradağ rayon icra hakimiyyəti tərəfindən mülkiyyətinə verilmiş 270 kv.m torpaq sahəsi torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsində qeydə alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Sahili Bələdiyəsinə müraciət edərək torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Sahili Bələdiyəsi və Qaradağ rayon icra hakimiyyəti tərəfindən 37 ailəyə ilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin "Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 3-cü və 4-cü bəndini, 19cu maddəsinin 4-cü maddəsinin, 33-cü maddəsinin 3-cü bəndinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" AR qanunun müvafiq tələblərini əsas tutaraq Qaradağ rayon icra hakimiyyətinin razılığına əsasən, Qaradağ rayon nizamnaməsinə uyğun olaraq Qaradağ qəsəbəsinin Bələdiyəsinin hüdudları çərçivəsində istifadəsində olan 270 kv.m torpaq sahəsi mülkiyyətimə verilmişdir. Qeyd edilən torpaq sahəsinin eskizi hazırlanaraq ona təqdim edilmişdir. Qeyd edilən torpaq sahəsində eskiz əsasında ev inşa edərək onun mülkiyyətində olmaqla bu gün də yaşayır. Bələdiyyə qaz-işıq rüsumları ödənilir. Göstərilənlər Əmlakın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsində qeydə alınaraq çıxarış verilməsini zəruri etmişdir. Bununla əlaqədar Əmlakın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki , Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2025-ci il tarixli, ********** nömrəli müraciətə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayonu Sahil Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehin etirazından görünür ki, İddiaçı “Bakı şəhəri Qaradağ rayon Sahili Bələdiyəsinin və Qaradağ rayon icra hakimiyyəti tərəfindən mülkiyyətinə verilmiş 270 kv.m torpaq sahəsi torpaq sahəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 1 Saylı Bakı Ərazi İdarəsində qeydə qərar alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbi etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və **********87 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə sahəsinin 270 kv.m qeyd olunsa da, faktiki 238 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaradağ rayon Sahil Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli SB-01/24 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Sahil qəsəbəsi, M.Seyidov küçəsi Yeni Massiv ünvanında qeydiyyatsız yaşayır. Qeyd olunan ünvan üzrə istifadəsində olan həyətyanı sahə və fərdi yaşayış evi X1 Sistemində əmlak və vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-A-0328-8/2025 **********87 nömrəli məktubdan görünür ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunan müvafiq hüquqmüəyyənedici sənədlər təqdim ediləcəyi təqdirdə müraciətə yenidən qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)- 13932/2024 nömrəli qərardaddan görünür ki, iddia mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin İnzibati kolegiyasının xx.xx.2025-ci il tarixli 2-1(103)-1144/2025 nömrəli qərardaddan görünür ki, apellyasiya şikayəti təmin edilmiş,Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayonu Sahil Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli SB-05/133 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında “Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin xx.xx.2019-cu il tarixli 37 nömrəli Sərəncamına dair xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş Tədbirlər Planının icrası ilə əlaqədar Sahil qəsəbəsi (yaşayış massivi) üzrə 2000-ci ilədək tikilmiş ,lakin rəsmiləşdirilməmiş fərdi yaşayış evlərin Sahil bələdiyyəsi tərəfindən qeydiyyat aparılmışdır. Vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixdə öz təşəbbüsü ilə istifadəsində olan torpaq və əmlak sahəsini Sahil Bələdiyyəsində könüllü qeydiyyatdan keçirmiş və 2020-2025-ci illər üzrə əmlak və torpaq vergisini ödəmişdir. Eyni zamanda bildiirilir ki, vətəndaş X2 həmin torpaq sahəsinin ayrılması və ya hüquqi mülkiyyət hüququnun tanınması barədə hər hansı bir qərar Sahil bələdiyyəsində mövcud deyil. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-42467/2025 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 0.0238 ha təşkil edir. Sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddiaçı hazırda mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada ona verilməsini təsdiq edən sənəd (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.-cı maddəsində sadalanmış hüquqmüəyyənedici sənədlər) təqdim etməmişdir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair bağlanmış hər hansı müqavilə müəyyən edilməmiş və yalnız qeyd edilən etibarnamə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi, iddiaçının hazırkı tələb üzrə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Etibarnamə əsasında torpaq sahəsinə etibar edilən şəxsə çıxarışın verilməsi istisna olunur. Beləliklə, iddia olunan torpaq sahəsinə dair iddiaçı üçün hüquqi əsas ola biləcək mötəbər hüquqmüəyyənedici sənədi mövcud deyildir. Odur ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə bir daha qeyd edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına dair hüquqi marağının mövcudluğunu (subyektiv hüququnu) təsdiq edən sənəd əlavə etməmiş, iddiaçıya hüquqi yardım edilərək subyektiv hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlərin məhkəməyə təqdim edilməsi üçün müddət müəyyən edilmiş, qeyd edilən çatışmazlıqların aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi izah edilmişdir. Lakin qeyd edilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddianın mümkün sayılmaması iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1, 2, 3, 16 və 35- ci maddəsini rəhbər tutaraq, məhkəmə
qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Aydın Babayev