Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1334/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, orta təhsillidir), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçının xx.xx.1983-cü il tarixdən AR “Avtotexniki xidmət” İxtisaslaşmış İdarəsinin 1 nömrəli “Bakı avtotexnikixidmət” sahəsində qaynaqçı kimi xx.xx.1989-cu il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işlədiyi illəri nəzərə alaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2008-ci ildən axırıncı illərin əmək haqqı nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq cavabdehin imtinasının əsassız hesab edilməsi və iddiaçının xx.xx.1983-cü il tarixdən AR “Avtotexniki xidmət” İxtisaslaşmış İdarəsinin 1 nömrəli “Bakı avtotexnikixidmət” sahəsində qaynaqçı kimi xx.xx.1989-cu il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı işlədiyi illərin nəzərə alınaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2008-ci ildən axırıncı illərin əmək haqqı nəzərə alınmaqla təyin edilməsi, həmin vaxtdan yaranacaq fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin öhdəliyinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1951-ci il tarixdə anadan olmuş və 27 sentyabr 1967-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, xx.xx.1983-cü il tarixdən AR “Avtotexniki xidmət" İxtisaslaşmış İdarəsinin 1 nömrəli "Bakı avtotexnikixidmət" sahəsinə qaynaqçı kimi işə qəbul edilərək xx.xx.1989-cu il tarixədək işləmiş, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işləmişdir. Ona təyin edilmiş pensiyanın yenidən hesablanaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizəsinin təmin edilməsindən cavabdeh imtina etmişdir və verilmiş imtina məktubunda yalnız xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr hesaba alınmaqla 7 il 3 ay olması səbəbindən əmək pensiyasının təyin olunmasının mümkün olmaması göstərilmişdir. Cavabdehin hərəkəti tam əsassızdır, belə ki, cavabdeh xx.xx.1983-cü il tarixdən xx.xx.1989-cu il tarixədək olan işlədiyi dövrü nəzərə almamışdır, bu illər də nəzərə alındığı təqdirdə 4 il 7 ay olmaqla ümumi olaraq işlədiyi dövr 12 il 6 aydan artıqdır. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 35-ci bölməsində ümumi peşələr hissəsində və "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıda qaynaq işlərinin də güzəştli şərtlərlə əmək pensiyası hüququ olması təsbit edilmişdir, lakin ona pensiya təyin edilərkən bu hallar nəzərə alınmamış və güzəştli şərtlərlə 57 yaşdan yaşa görə pensiya almaq hüququ olduğu halda tədbir görülməmişdir. Ona görə də iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmalı, ona verilən pensiya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hesab edilməli və həmin əmək pensiyasının təyin edilməsi hüququnun yarandığı tarixdən pensiya yenidən hesablanmalıdır. Təqdim etdiyi sənədlərdən də göründüyü kimi 2006-cı ilin yanvar ayının 1-dək onun ümumi iş stajı 20 ildən artıq olmuşdur və artıq həmin tarixədək güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.AR «Avtotexniki xidmət” İxtisaslaşmış İdarəsi uzun müddət bundan qabaq bağlandığı üçün arayış alınması mümkün olmamışdır və arxiv məlumatı da əldə etmək mümkün deyildir. Halbuki zəruri məlumatlar əmək kitabçasında mövcuddur. Təqdim edilən sənədlərdən də görünür ki, o, qanunla fəaliyyət göstərən müəssisələrdə işləmiş, iş stajı üçün tələb olunan 25 ildən də artıq müddətdə əmək fəaliyyəti olmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı 14 aprel 2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunda ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 4 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Belə ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" MMC-nin ona dair arayışında xx.xx.1998 – xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində (7 il 3 ay 4 gün) əl ilə qaz qaynaqçısı işlədiyi qeyd edilir. İddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1983-xx.xx.1989-cu illərdə işlədiyi peşələr isə ona dair əmək kitabçasında “qaynaqçı” olaraq qeyd edilmişdir. Nazirlər Kabinetinin sözügedən qərarında həmin peşə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxil edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, “məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir”. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında qeyd olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasında həmin Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə alaraq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE 00****** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1951-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. İT ******* nömrəli hərbi biletə əsasən, İddiaçı 14 may 1971-ci il tarixdən 12 iyun 1973cü il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanırlar, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 3 ay 4 gün (xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir, odur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “X4 Birliyi”nin "xxxx" müəssisəsi tərəfindən verilən güzəştli iş stajı haqqında arayışa əsasən, iddiaçı xx.xx.1998-ci il tarixdə "xxxx" Avtoservis müəssisəsində qaynaqçı kimi işə qəbul edilmiş, xx.xx.2005-ci il tarixdə işdən azad edilmişdir, qaz qaynaqçısı kimi qaz qaynaq işlərini primitiv, əl üsulu ilə aparmışdır, 7 il 3 ay 5 gün zərərli sahədə işləmişdir. İddiaçının əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1967-ci ildən xx.xx.1968-cı ilə qədər avtomobil bazasında motorçu köməkçisi və çilingər-motorçu, xx.xx.1969-cu ildən xx.xx.1971-ci ilə qədər sürücü,xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilə qədər “Uzun Arpaçay” ANM-də sürücü, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Alma-Ata tikinti müəssisəsində dülgər, xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilə qədər çilingər, xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilə qədər avtomobil bazasında sürücü, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilə qədər avtomobil çilingəri, xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilə qədər Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında avtomobil çilingəri işləmiş, xx.xx.1983-cü ildə 2-ci peşə - 2-ci dərəcəli qaz qaynaqçısı peşəsi verilmişdir, xx.xx.1988-ci ildə ona avtomobillərin təmiri üzrə 3-cü dərəcə verilmişdir, xx.xx.1989-cu ildə işdən azad edilmişdir, xx.xx.1989-cu ildən xx.xx.1998-ci ilə qədər Bakı şəhər Soveti Avtomobilsevərlərin cəmiyyətində çilingər, xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər "xxxx" İcarə Müəssisəsində qaynaqçı işləmişdir. "xxxx" Müəssisəsinin güzəştli iş stajı haqqında arayışına əsasən iddiaçı xx.xx.1998-ci ildə "xxxx" Avtoservis müəssisəsinə qaynaqçı kimi işə qəbul edilmişdir, xx.xx.2005-ci ildə işdən azad edilmişdir, qaz qaynaqçısı kimi qaz qaynaq işlərini primitiv, əl üsulu ilə aparmışdır, 07 il 3 ay 5 gün zərərli sahələrdə işləmişdir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr üzrə 35-ci bölməsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli **********26 nömrəli müəssisələr haqqında məlumat verilməsi barədə məktubuna əsasən bildirilmişdir ki, “Avtotexniki xidmət” İxtisaslaşdırılmış İdarəsinin 1 nömrəli “Bakı avtotexnikixidmət” sahəsinin, N.Nərimanov adına "xxxx" Kiçik Müəssisəsinin və N.Nərimanov adına Bakı İstehsalat-Trikotaj Birliyinin dövlət qeydiyyatına alınıb-alınmaması, hüquqi formasında dəyişikliyin olub-olmaması, hüquqi varisliyinin müəyyən edilib-edilməməsi, özəlləşdirilməsi və digər məlumatların təqdim edilməsi barədə müraciətlərə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, dövlət əmlakının Registrindən məlumatların əldə edilməsi üçün qeydiyyat obyektini müəyyən etməyə imkan verən rekvizitlərin (ünvanı, tabe olduğu yuxarı orqanının adı və s.) göstərilməsi zəruridir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Vergi Xidmətinin Əsasnaməsi”nin 3.0.11-ci yarımbəndinə əsasən kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hüquqi şəxslərin qeydiyyatı ilə bağlı tələb olunan məlumatların əldə olunması üçün aidiyyəti üzrə Dövlət Vergi Xidmətinə müraciət edilməsi tövsiyyə olunur. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli məlumatın verilməsi barədə məktubunda bildirilmişdir ki, dövlət reyestrində Avtotexniki Xidmət İxtisaslaşdırılmış İdarəsinin Bakı Minik Avtomobillərinin Mərkəzi Xidmət Stansiyasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Avtotexniki Xidmət İxtisaslaşdırılmış İdarəsinin “Bakı Avtotexnikixidmət” və "xxxx" Avtoservis müəssisəsinin arxiv sənədləri Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bunun üçün Bakı şəhəri "xxxx" ASC-yə müraciət edilməsi tövsiyyə olunur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2021-ci il tarixli məlumatın verilməsi barədə məktubunda bildirilmişdir ki, dövlət reyestrində Avtotexniki Xidmət İxtisaslaşdırılmış İdarəsinin Bakı Minik Avtomobillərinin Mərkəzi Xidmət Stansiyasının dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1951-ci il təvəllüdlüdür, xx.xx.2008-ci il tarixində onun 57 yaşı tamam olmuşdur, onun həmin tarixə əsgərlikdə xidmət etdiyi müddət də daxil olmaqla 30 ildən çox əmək stajı vardır, iddiaçı həmin iş müddətinin 12 il 8 aydan çox hissəsini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşədə işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (yalnız Bəhram-Gur” Müəssisəsində işlədiyi 7 il 3 ay müddəti nəzərə alınmaqla) müddət təşkil edir.Odur ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati iş materiallarından göründüyü kimi iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə (qaz qaynaqçısı) güzəştli iş stajı 1983-cü ildən 1988-ci ilədək işlədiyi müddət daxil olmaqla 12 il 06 aydan çox, ümumi iş stajı isə 25 ildən çox olduğu üçün onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdehin imtinasından göründüyü kimi cavabdeh iddiaçının xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilə qədər arasındakı dövrdə güzəştli şərtlərlə pensiya hüququ verən peşədə işləməsini mübahisələndirmir, lakin xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər olan dövrdə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən peşədə işləməsini qəbul etmir ki, məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Belə ki,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçının əmək kitabçasına əsasən iddiaçı Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər qaynaqçı işləmişdir. Məhkəmə iddiaçının əmək kitabçasında göstərilən Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər iddiaçınn qaynaqçı işləməsi barədə məlumatları mötəbər hesab edir, belə ki, həmin dövrdən sonra da iddiaçı 7 il 3 ay qaynaqçı işləmişdir, həmin müddət güzəştli şərtlərlə əmək pensiyası hüququ verir (bu barədə müəssisənin güzəştli arayışı mövcuddur), cavabdeh də həmin iş dövrünü güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı kimi qəbul etmişdir, yəni iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşənin sahibi olması və həmin peşədə işləməsi işin faktiki halıdır, digər tərəfdən isə cavabdeh Bakı 1 nömrəli avtomobil texnikası təchizatı stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər iddiaçının qaynaqçı işləməsini təkzib edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, belə sübutlar barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda iddiaçının xx.xx.2006-ci il tarixinə qaynaqçı peşəsində iş stajı 12 il 6 aydan çoxdur. xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” bölməsinə əsasən 23200000—11620 kodu ilə qeyd edilmiş əl ilə qaynaq aparan qaz qaynaqçı peşəsi və hal- hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “35.Ümumi peşələr bölməsi”ndə göstərilən qaz qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmə iddiaçını onun güzəştli şərtlərlə pensiya almaq hüququnun olması, həmin hüququn xx.xx.2008-ci ildən yaranması barədə tələbi hissəsində haqlı hesab edir. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı isə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdehə 14 aprel 2021-ci ildə müraciət etdiyi üçün ona güzəştli şərtlərlə pensiya təyinatı 3 il əvvəlki 14 aprel 2018-ci il tarixdən təyin edilməlidir. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə pensiya huququnu əldə etdiyi tarix “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Həmin Qanunun 10.2-ci maddəsində göstərilir: «Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.Həmin Qanunun 10.3-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir:YH=PYK/T, burada:YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir;PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır;T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır.Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: burada: Pyaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir;YH yaşa görə əmək pensiyasının yığım hissəsidir. Göründüyü kimi hazırda qüvvədə olan və iddiaçının pensiya hüququnun yarandığı dövrdə əmək pensiyaları ilə bağlı münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda iddiaçının tələb etdiyi qaydada – axırıncı illərin əmək haqqı nəzərə alınmaqla pensiyanın hesablanması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsassız hesab edilməklə onun xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər və xx.xx.1998ci ildən xx.xx.2005-ci ilə qədər qaynaqçı peşəsində işlədiyi illər nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və 14 aprel 2018-ci il tarixdən ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia tələbi qalan hissədə (pensiyanın xx.xx.2008-ci ildən başlayaraq axırıncı illərin əmək haqqı nəzərə alınmaqla təyin edilməsi, həmin tarixdən yaranan fərqin birdəfəlik ödənilməsi) rədd edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası əsassız hesab edilməklə onun xx.xx.1983-cü ildən xx.xx.1989-cu ilə qədər və xx.xx.1998ci ildən xx.xx.2005-ci ilə qədər qaynaqçı peşəsində işlədiyi illər nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi və 14 aprel 2018-ci il tarixdən ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1334/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1334/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver