Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1334/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “şəhid və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “şəhid və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə N6 sentyabr N0N4-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 “şəhid”, ailə üzvlərinə isə “şəhid ailəsi” hesab edilməsi haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.N0N3-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Cavabdeh göstərilməklə X5 “şəhid”, ailə üzvlərinə “şəhid ailəsi” hesab edilməsi haqqında arayışın verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.N0N3-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum ərinin ölümü hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır (xx.xx.N0N1-ci il tarixli, N saylı əmr, Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N1-ci il tarixli, 054əç nömrəli əmrindən çıxarışa əsasən). X6 xx.xx.198N-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. N016-cı ilin iyun ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi tərəfindən xidmətə çağırılmışdır. Torpaqların işğalı ilə barışmayan çavuş Məmmədov müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Silahlı Qüvvələr sırasında xidmətini davam etdirmişdir. Xidmət zamanı dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. N0N0-ci ildə Vətən Müharibəsi zamanı dəfələrlə hərbi hissə tapşırıqlarını yerinə yetirmək üçün müharibə zonasına təminat üçün ezam olunmuş, torpaqların azad olunmasından sonra da öz hərbi qulluqçu borcunu yerinə yetirmək üçün dəfələrlə işğaldan azad olunmuş torpaqlara ezam edilmişdir. XN xx.xx.N0N1-ci il tarixli, N44 nömrəli telefonaqram əsasında, N nömrəli hərbi hissə komandirinin əmrinə əsasən Şuşa şəhərinə 3 gün müddətinə ezam olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N noyabr N0N1-ci il tarixli, 334 saylı əmrindən çıxarışa əsasən ölümü xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır. XN xx.xx.N009-cu il tarixdə iddiaçı ilə nikah bağlayıb. İki yetkinlik yaşına çatmayan övladı var: xx.xx.N011-ci il təvəllüdlü X7, xx.xx.N013-cü il təvəllüdlü X8. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 13 iyul 198N-ci il təvəllüdlü XNna Silahlı Qüvvələrin Baş Klinik Hospitalında “kəskin ürək damar və ağciyər çatışmazlığı” diaqnozu nəticəsində ölmüşdür. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələlərinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci abzasına əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qarunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir və şəhidlik statusu ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə bildirişinə cavab olaraq, cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş etmişdir.Məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in N.N.N-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 117 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu XN N nömrəli hərbi hissəyə (Şuşa şəhəri), N (üç) gün müddətinə ezamiyyətə N0 aprel N0N1-ci il tarixdən getmiş hesab edilsin.(Əsas: Mənzil-İstismar İdarəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramı); N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 119 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu XN xx.xx.N0N1-ci il tarixdə müalicəyə, N14 nömrəli hərbi hissəyə qəbul olunduğuna görə ezamiyyətdə olanların siyahısından çıxarılıb hospitalda olanların siyahısına qoyulsun. (Əsas: tibb xidməti leytenantı M.Z.Məhərrəmovun raportu); N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 1N0 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu XN xx.xx.N0N1-ci il tarixdə müalicəsini davam etdirmək üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına köçürülmüş hesab edilsin. (Əsas: tibb xidməti leytenantı M.Z.Məhərrəmovun raportu); N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, N39 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu XN xx.xx.N0N1-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdiyinə görə xx.xx.N0N1-ci il tarixdən bütün növ təminatlardan çıxarılsın. (Əsas: ******* nömrəli ölüm haqqında şəhadətnamə); N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N1-ci il tarixli, 334 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu XN 1-ci inşaat bölüyünün N-ci inşaat taqımının N-ci inşaat manqasının komandiri “ağciyər-ürək çatışmazlığının digər formaları” səbəbi ilə həlak olduğuna görə, N noyabr N0N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatdan çıxarılmış hesab edilsin. Ölüm hərbi xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədardır. (Əsas: Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.N0N1-ci il tarixli 054əç nömrəli əmrindən çıxarış); Müdafiə nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N6. 10.N0N1-ci il tarixli 054əç nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə müvafiq olaraq Hərbi İnşaat taborunun (N nömrəli hərbi hissə) İnşaat bölüyünün inşaat taqımının inşaat manqasının komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu XN xx.xx.N0N1-ci il tarixdən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin sıralarından çıxarılmış hesab edilsin. xx.xx.N0N1-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında müalicədə olarkən “ağciyər-ürək çatışmazlığının digər formaları” nəticəsində vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifələrinin icrası ilə bağlıdır; N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli, N340 nömrəli məktubunda qeyd edilmişdir ki, N saylı hərbi hissə xx.xx.N0N1-ci il tarixdə Şuşa şəhərində döyüş tapşırıqlarını yerinə yetirən döyüş şəraitində yerləşən hərbi hissə kimi fəaliyyət göstərmişdir; N saylı hərbi hissənin xx.xx.N0N4-cü il tarixli, 144 nömrəli arayışında qeyd edilmişdir ki, N nömrəli hərbi hissədə xidmət etmiş və xx.xx.N0N1-ci il tarixində vəfat etmiş mərhum müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluçusu XN xx.xx.N0N1-ci il tarixdə Müdafiə Nazirliyinin Mənzil-İstismar Hissəsi rəisinin xx.xx.N0N1-ci il tarixli N44 nömrəli telefonoqramına əsasən N (üç) gün müddətinə xidməti zərurət ilə əlaqədar olaraq N nömrəli hərbi hissəyə (Şuşa şəhəri) ezam olunmuş və verilmiş tapşırıqları yerinə yetirərkən xx.xx.N0N1-ci il tarixdə komotoz vəziyyətə düşərək hospitala göndərilmişdir. Cavabdeh xx.xx.N0N4-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü ii tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarına əsasən, Azərbaycan Respublikasının azadlığı, süverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Bu Qərarın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Belə ki, AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.N0N1-ci il tarixli 1451 nömrəli bildirişinə və xx.xx.N0N1-ci il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 13 iyul 198N-ci il təvəllüdlü mərhum XN “kəskin ürək-damar və ağciyər çatışmazlığı” nəticəsində vəfat etmişdir. Bu səbəbdən mərhum Rəşad Məmmədova “şəhid” statusunun verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Tətbiq edilən hüquq: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu:
1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu N3 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr N. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.N. Aşağıdakılar şəhid hesab edilirlər: 1.N.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.N.N. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.N.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.N.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.N.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.N.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.N.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr N008-ci il tarixli Qərarı:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.N.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanununun 1-ci maddəsi tətbiq edilməlidir. Həmin Qərara əsasən, ... “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göründüyü kimi, qeyd edilən Qanunun 1-ci maddəsi hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.6-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər,... orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Qanunvericiyilin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi şəxsin hərbi xidməti vəzifəsini yerinə yetirən zaman ölməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun ölümünün həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Birincisi, şəxsin hər hansı hərbi xidməti vəzifəsinin icrası ilə əlaqədar deyil, döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı müəyyən edilməlidir. Hazırkı iş üzrə qeyd edilən hal müəyyən olunmamışdır. İddiaçının istinad etdiyi sənədlərdə mərhumun ölüm səbəbi kimi “hərbi xidmət vəzifələrinin icrası” göstərilməsinin səbəbi isə onun hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edilməsindən irəli gəlmişdir. İkincisi isə, şəxsin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Hazırkı iş üzrə X6 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi zamanı həlak olmamış, hərbi xidməti vəzifəsinin icrası zamanı xəstəlikdən (kəskin ürək-damar və ağciyər çatışmazlığı) vəfat etmişdir. Başqa sözlə, qeyd edilən səbəbli əlaqə mövcud deyildir. X4 xəstəlik nəticəsində ölməsi yuxarıda istinad edilən normalarda təsbit edilmiş “Şəhid” anlayışını təmin edən şərtləri ödəmədiyindən, cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “şəhid və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 5N, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “şəhid və şəhid ailəsi statusunun verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Həmid Ağalarov